Anamla söhbət
Sabir Şahtaxtı
Söhbətə gəlmişəm
anamla bu gün,
Yığılıb sinəmdə suallar düyün-düyün.
Deyirəm danışaq, dərdləşək bir az,
Adını çəkəndə qış da olur yaz.
Özü də sözü də sanki bahardı,
Anasız övlada irəm də dardı.
Ay ana, niyə dediklərinə əməl etmədin?
Tələb etdiyin yolla özün getmədin?
Mənə "getmə”
dedin, "olmazlar” dedin,
Özünsə səssiz-səmirsiz getdin.
Deyirdin, icazəsiz getmək olmaz,
Nə qonşuya, nə
qohuma.
Çıxmayın
siz məhəlləyə,
Dayanmayın küçələrdə.
Torpaq üstə çılınçılpaq,
ayaqyalın,
Oynayanda gah ağlayır, yalvarırdın:
"Daşlar əzər, çınqıl
dişlər ayağını,
Pəncələrin
yanacaqdır qızan torpaq istisindən,
Günəş
sənin gözlərini
kor eyləyər, balam mənim...
Şaxta hopar bədəninə,
cansız canın xəstə olar!”
Demirdinmi ana mənə?
Buz üstündə sürüşəndə,
Evdən papaqsız gedəndə,
Yan baxışla
demirdinmi? Olmaz belə?
İsti-soyuq olan torpaq pis
idisə,
Niyə getdin qucaqladın möhkəm-möhkəm!?
Milyon dəfə demişdin
ki, olmaz.
O, olmaz, bu olmaz...
Sözün düzü, körpəlikdən
qorxdum mən olmazlardan.
Nə biləydim, yaxşı
imiş bu olmazlar olanlardan.
Olmazları sanırdım mən özümə düşmən,
asi,
Demə, ondan keçirmiş
yoxluğumun xilası.
Zaman keçdi olmazları sevdim,
Artıq onda böyümüşdün,
bir evdim.
Yaxşı xatirimdə, lap indikitək,
Deyirdin ki, balalarım, mən köçəndə
gəlin bura,
İndi çatır sözlərinin
astar üzü,
Demək, bu da dua
imiş, eşidirdi bala üzü...
Sən köçəndə gəlmək
üçün gərək
idi sağ olaq,
Anamızın tabutuna cığır olaq, yol olaq,
Məzarlığa
gedən yolda anamıza yoldaş olaq...
Balaların kədəri də, sevinci də anaların belin əydi...
"Sən
gedəndə burda olmaq” bu idi
ki, görməyəsən
bala dərdi.
Qışqırırdın,
bəzən də ağlayırdın hər
görəndə pisimi...
Qorxurdum, susurdum, gizlədirdim
pis işimi.
Təki anam danlamasın, yamanlayıb, yanmasın...
İndi deyim daha birin,
Hər yerdə görünür
yerin, izin.
Son günündən
danışıram,
Sənin üçün alovluyam, alışıram.
Gələ bilmədim desəm,
inanma, bil ki yalandır.
Hər olan analara günəş kimi əyandır.
İstəmədim
görəm sənin solmuş ümidsiz üzünü,
Səni görsəm hərəkətsiz,
bitirərdim özümü.
İstəmədim
belə olsun, qoşa getsəydik o yolu,
Görə bilməzdim getdiyin yolun sonunu...
Sən gedəndə evimiz silkələndi nalədən,
Bu gedişin
xofu vardı ağır idi, dərbədən.
Bircə kəlmə dillənsən
susacaqdı ağızlar,
İsinərdi
"Ana” deyib fəryad
edən qucaqlar...
Amma sən tərpənmədin!
Bildirməzdin aclığını, susuzluğu,
Qucaq-qucaq "olmaz” dedin, ol
eylədin yoxluğunu,
Fərq etmədin nə istiyə, nə soyuğa,
Geyinib ağ donunu
qovuşdun qara torpağa.
Anamız Torpaq basdı səni bağrına!
Aciz olduq getməyinə "olmaz!”, – deyək.
Torpaq üstə günəş
var, yağış var, külək də var.
Amma onun alt üzündə
rütubət var, soyuq var.
Özün də ki, üşüyənsən.
Necə çatım harayına, isidim mən nəfəsimlə əllərini,
Bəsdir daha tənhalığın,
"burda qalmaq olmaz” deyim!
Qucaqlayım vücudunu, rəhmin gəlsin, ürəyimi oxşa mənim...
Səda gəldi uzaqlardan...
Bəşər yurdu, əhli
Cənnət məkanından.
Ürəyimə
məlhəm olan o səs idi eşitdiyim,
Sədasından öz-özünə yellənərdi beşiyim.
Milyon dəfə layla deyib yatırtmışdı,
Əzizləyib, sözlərilə oxşamışdı.
İndi isə gileyliydi küskün-küskün,
Məzəmmətlə
deyirdi O:
- Niyə məni qınayırsız?
Könüllü mən çıxmadım ki, çiyinlərə,
Öz xoşumla, deyə-gülə,
O yol, izi getmədim ki, ayağımla,
Apardınız qışqırıqla, göz yaşıyla,
Ümidsiz boz çöhrələrlə,
Tapşırdınız buz torpağa.
5 mart, 2018 Ankara
Kaspi $g 2018.- 9-11 iyun.
- S.19.