15
İyun – Azərbaycanın milli qurtuluş günü
Ümummilli liderin atdığı
bütün addımlar Azərbaycanı böhrandan
inkişafa, xaosdan intibaha apardı
Azərbaycan xalqının tarixində hər il
qürur və şərəf hissi ilə qeyd etdiyi bir gün
var – 15 İyun - Milli Qurtuluş Günü. Bu tarix sadəcə,
təqvimdə bayram deyil, həm də böyük
ictimai-siyasi və tarixi əhəmiyyətə malik
gündür. Ümummilli lider
Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən
hakimiyyətə qayıdışı xalqımızın
çoxəsrlik tarixinə taleyüklü siyasi hadisə kimi
yazıldı. O dövrdə vətənimizin ərazisinin
işğalı, getdikcə gərginləşən siyasi vəziyyət,
əhalinin günbəgün ağırlaşan sosial durumu
ölkəni bu bəlalardan xilas edə biləcək,
xalqı öz arxasınca aparmağa qadir liderə dərin
ehtiyac yaratmışdı. 1993-ñü ilin əvvəllərindən
ölkədə fəaliyyət göstərən bəzi
silahlı dəstələrin yol verdikləri pozucu hərəkətlər,
Azərbaycanın daxilində qardaş qırğını və
vətəndaş müharibəsinə zəmin yaranması,
ayrı-ayrı bölgələrdə
separatçılıq və parçalanma meyllərinin
baş qaldırması Azərbaycanın bir dövlət kimi
varlığına birdəfəlik son qoyulması
planının ortaya çıxarılması idi. İki illik
müstəqillik tarixinə baxmayaraq, ölkə
qarışıqlıq dalğasından hələ də
xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə
Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin
hakimiyyətə itaətsizliyi də ölkəni tamamilə
xaosa çəkirdi. Vəziyyəti nəzarətə almaq
üçün hakimiyyətin səriştəsizcəsinə
atdığı tələsik addımlar isə problemi həll
etmədi. Əksinə, Gəncəyə yola düşən
dövlət nümayəndələri girov
götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi
əvvəlcə Baş nazir və Milli Məclis sədrinin,
sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət
nəzarətdən çıxır, ətraf rayonların
icra başçıları zorla dəyişdirilir, Surət
Hüseynovun qiyamı Gəncə hüdudlarından
çıxaraq, üzü Bakıya doğru geniş miqyas
alırdı. Ölənlər və yaralananlar var idi. Belə
bir vaxtda dövləti məhv olmaqdan xilas etmək
üçün ölkə rəhbərliyi Naxçıvan
Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət
etmək qərarına gəldi. Bu, həm də xalqın tələbi
idi. Xalqın XİLASKARA ehtiyacı vardı. Xalq əmin idi
ki, müstəqilliyinin ilk və kövrək
addımlarını atan ölkəni, üzləşdiyi
ağır və böhranlı durumdan çıxarmağa
qadir yeganə şəxsiyyət məhz Heydər
Əliyevdir. Xalq öz inamlı liderinin ətrafında birləşmək,
Azərbaycanı firavan həyata aparmaq, onun xoşbəxt gələcəyinin
sahibi olmaq istəyirdi. Ulu öndərin hakimiyyətə
qayıdışı azərbaycançılıq
ideyasının təcəssümü idi. Dahi şəxsiyyət
Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini
belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə
qarşısında idi. Çünki Azərbaycanın
müstəqil yaşamasının əleyhinə olan həm
daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan
kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin
təbii sərvətlərə malik olan ölkənin tam
müstəqil olması başqa ölkələrdə bəzi
dairələri qane etmirdi. Ermənistanın etdiyi təcavüz
və bunun nəticəsində Azərbaycanın zəifləməsi,
məğlubiyyətə uğraması, ikinci tərəfdən
də daxildə hakimiyyət çəkişməsi 1992-ci
ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri
bir ildən sonra hakimiyyətdən saldı, xalq özü
saldı”.
Ulu öndər, xalqın xahişi və tələbi
ilə hakimiyyətə yenidən qayıdışından
sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi
inkişaf dövlətimizin möhkəmləndirilməsində,
sivil dünyaya sıx inteqrasiya prosesində və
xalqımızın strateji mənafelərini təmin edən
modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Məhrumiyyətlərə,
hakimiyyətin maneələrinə, təzyiqlərinə
baxmayaraq Ulu Öndərimiz xalqa verdiyi sözü, ölkəni
düşdüyü bəlalardan qorumaq missiyasını həyata
keçirməyi bacardı. Bir daha sübuta yetirildi ki, xalqa
arxalanmaq, dəstəyini xalqdan almaq böyük
uğurların açarıdır.
1993-cü il iyunun 9-da Heydər Əliyevi
Naxçıvandan Bakıya gətirən yol, Azərbaycan
xalqının və dövlətçiliyinin qurtuluş yolu
oldu.
1997-ci ilin 27 iyununda xalqın ən müxtəlif təbəqələrinin
arzu və istəklərini nəzərə alaraq, Heydər
Əliyevin hakimiyyətə qayıtdığı 15 İyun
gününü bayram kimi rəsmiləşdirən, 1998-ci
ildə bu tarixi günə dövlət statusu verən ölkənin
ali qanunvericilik orqanı - Milli Məclisin qərarında bu
sözlər yer aldı: "Azərbaycan xalqının
azadlığının, müstəqil dövlətçiliyinin
müqəddəratının həll edildiyi ən
ağır günlərdə Heydər Əliyevin öz
xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə
qayıtması, əslində, onun müstəqil Azərbaycan
Respublikasını, Azərbaycan xalqını, milli azadlıq
hərəkatında qazanılmış tarixi nailiyyətləri
məhv olmaqdan xilas etmək kimi çox çətin və
şərəfli bir missiyanı könüllü olaraq öz
üzərinə götürməsi idi. Bu, sözün əsl
mənasında, "ömrümün qalan hissəsini də
xalqıma qurban verirəm” deyib meydana atılan böyük
ürəkli Vətən oğlunun öz xalqı
qarşısında misilsiz fədakarlığı idi”.
1993-cü il oktyabrın 10-da xalqın böyük dəstəyini
qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən
Heydər Əliyev ölkəni siyasi və iqtisadi tənəzzüldən,
hərc-mərclikdən, müstəqilliyin itirilməsi təhlükəsindən
çıxardı, sabit və tarazlı milli inkişaf
strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirməyə
nail oldu. "Heç
bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən
ala bilməz. Bundan sonra heç bir qüvvə
Azərbaycan dövlətçiliyini məhv edə bilməz”
deyən ulu öndərin yenidən hakimiyyətə
qayıdışı Azərbaycanın iqtisadi
inkişafına zəmin yaratdı. Ölkəmizin iqtisadi
qüdrəti güclənməyə başladı. Uğurlu
daxili və xarici siyasətin nəticəsi olaraq qısa müddətdə sabitlik diyarına və
böyük investisiyalar məkanına çevrilən Azərbaycanda,
öz təbii sərvətlərinin əsl sahibi kimi onlardan səmərəli
istifadəni təmin etmək üçün biri-birindən
önəmli addımlar atıldı. Məhz ulu öndərin
gərgin səyləri nəticəsində
12 may 1994-cü ildə atəşkəs sazişinin imzalanması
hər sahədə uğurlu addımlara geniş yol
açdı. Daim yerləşdiyi coğrafi məkana və
malik olduğu təbii resurslara görə dünyanın diqqətində
olan Azərbaycana maraq daha da artdı, müstəqilliyimizin ilk
illərində ölkə
iqtisadiyyatına sərmayə yatırmaqda maraqlı olan
dövlətlərin, şirkətlərin tərəddüdlərinə
son qoyuldu. 1994-cü il sentyabrın 20-də ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə, tarixə
"Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin
imzalanması, Azərbaycanın bu gününə və gələcəyinə olan inamı nümayiş etdirdi.
Ümummilli liderin iqtisadiyyatın inkişafında neft amilinə
böyük dəyər verməsi onun uzaqgörən siyasətindən
irəli gəldi. "Əsrin müqaviləsi” Azərbaycanın
iqtisadi imkanlarının genişlənməsi ilə
yanaşı, siyasi mövqeyinin də möhkəmlənməsində
əhəmiyyətli rol oynadı. Məhz bu sazişdən
sonra onlarla müqavilələr, anlaşma memorandumları
imzalandı. Azərbaycan təkcə neft deyil, təbii qaz
ölkəsi kimi də mövqeyini möhkəmləndirdi. Ulu öndər Heydər Əliyevin müəllifi
olduğu neft strategiyası bu gün də Azərbaycana
davamlı uğurlar qazandırır, etibarlı tərəfdaş
kimi nüfuzunu artırır, ən əsası, təşəbbüsləri
gerçəkliyə çevirən ölkə kimi
tanıdır. "Əsrin müqaviləsi” Azərbaycana
böyük dvidentlər gətirdi. Bakı-Tbilisi-Supsa,
Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kimi nəhəng
neft-qaz dəhlizləri yaradıldı, ölkə inkişafa
istiqamətləndi və Azərbaycanın beynəlxalq
nüfuzu yüksəldi. Ulu öndər ölkənin
iqtisadiyyatı ilə yanaşı, elmə, incəsənətə,
təhsilə yönələn islahatlara imza atdı.
Ümummilli liderin dövlət quruculuğunda əhəmiyyətli
bir yerdə duran dil siyasəti və onu inkişaf etdirməyin
yolları haqqında söylədiyi fikirlər, bizə, Azərbaycan
dilini xalqın mənəvi
varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən
bacarıqla istifadə etməyi, dilin qayğısına
qalmağı, onun saflığını qorumağı,
onunla fəxr etməyi, onu dərindən bilməyi, mükəmməl
mənimsəməyi, ana dilimizin gözəlliyini
duymağı, bu gözəlliyi hər zaman hər yerdə
təbliğ etməyi, bu dildə düzgün
danışmaqla hamıya nümunə olmağı öyrətdi.
Ümummilli liderin atdığı bütün
addımlar Azərbaycanı böhrandan inkişafa, xaoslu tənəzzüldən
stabil intibaha apardı. Vaxtilə ulu öndərin
hakimiyyətə yenidən qayıdışını,
xalqın tələbini birmənalı qarşılamayanlar, hətta
bu tarixi missiyaya mane olmağa çalışanlara tarix Heydər
Əliyev şəxsiyyətinin böyüklüyünü
sübut etdi. Onu ən çətin maneələrə,
problemlərə mərdliklə sinə gərən millət
fədaisi, Azərbaycan tarixində silinməz iz qoymuş
böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik
dövlət xadimi kimi tanıtdı. Çünki ulu öndər
Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi,
milli-mənəvi dəyərlərimizin, müstəqil
dövlətçiliyimizin konseptual əsaslarını
işləyib hazırladı, milli ruhun və ideologiyanın
yüksəlişinə təkan verdi. Ulu
öndər Heydər Əliyevin "Biz bu çətin
günləri keçib gedəcəyik, müstəqil Azərbaycan
Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər
bir Azərbaycan vətəndaşı özünün bu
müstəqil dövlətə mənsub olduğunu
böyük qürur hissi ilə bəyan edəcəkdir”
fikirləri də Azərbaycanın sabahına olan inamdan irəli
gəlib. Hər bir ölkəni inkişafa aparan əsas amil məhz
dövlət rəhbərinin idarəçilik sistemi, dövlət
maraqlarını hər şeydən öndə tutması,
xalqına, ölkəsinə
bağlılığıdır. Azərbaycan ulu öndər
Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə
dahi liderin gücünün, qətiyyətinin, siyasi iradəsinin
şahidi oldu.
"Azərbaycan dünyaya günəş kimi
doğacaq” söyləyən ulu öndərin xidmətləri
sayəsində bu gün Azərbaycan həqiqətən
dünya birliyində öz nüfuzu, mövqeyi,
qazandığı uğurları ilə yüksək pillələrdə
yer alır. "Mənim həyatımın
məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır,
Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır.
Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt
adam kimi həyatımı başa çatdıracağam. Buna da nail
olmağa çalışıram və
çalışacağam”. Dahi şəxsiyyət
düşünülmüş və məqsədyönlü
siyasəti ilə bu amalına nail oldu - Azərbaycanı
görmək istədiyi ən yüksək səviyyəyə
yüksəltmək üçün möhkəm təməli
formalaşdırdı.
Bu gün Azərbaycan Prezidenti cənab
İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə
sadiq qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə
doğru aparır. Artıq 25 ildir ki, ölkəmizin milli
qurtuluş yolu davam edir. Bu yol ulu öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir,
inkişaf edir, uğurlar qazanır. Ölkə rəhbərinin
məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycanın
qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə
mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş
sülhü və həmrəyliyi qorunub
saxlanılıb. Ümummilli lider Heydər Əliyevin müəllifliyi
ilə müəyyənləşdirilən müstəqil
xarici siyasət kursunun davamlılığının təmin
olunması nəticəsində ölkəmizin sivil
dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən
edən aparıcı dövlətlər və beynəlxalq
təşkilatlarla münasibətləri yeni müstəvidə
inkişaf etdirilir. Hazırda Azərbaycan ən
islahatçı ölkə kimi dünya birliyində
özünə layiqli yer tutur. Xalqımız prezident İlham
Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın həyata keçirdikləri siyasətin
uğurlarının bələdçisi kimi daim onları dəstəkləyir.
Azərbaycan hər gününü tarixə bir uğur səhifəsi
kimi yazır.
Biz də "Respublikamızda prokurorluq müstəqil
Azərbaycanın dövlət quruluşu sistemində öz
layiqli yerini tutubdur və ölkəmizin müstəqilliyinə
layiq xidmət edir” deyən ulu öndərin uzaqgörən
fikirlərindən, möhtərəm prezident İlham
Əliyevin "Hazırda prokurorluq orqanlarının
qarşısında mühüm vəzifələr durur. Əsas
məqsədimiz – prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi
və dövlətçiliyə sadiq, qanunun aliliyinə
hörmət edən, sağlam mənəviyyata, geniş
dünyagörüşünə, yüksək nəzəri
biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının
formalaşdırılmasıdır” sözlərindən
ilhamlanaraq Azərbaycan dövlətçiliyinə, müstəqilliyinin
daha da möhkəmlənməsi və inkişaf etməsi
prosesinə öz işimizlə layiqincə cavab verməyə
çalışırıq.
Pərviz
İbayev
Bakı
şəhəri, Nizami rayon prokuroru,
baş
ədliyyə müşaviri
Kaspi.-
2018.- 14 iyun.- S.6.