Tarixi yazan və yaradan şəxsiyyət
Azərbaycan xalqının
tarixində və taleyüklü məsələlərin
həllində müstəsna xidmətləri olan
tarixi şəxsiyyətlər, görkəmli
siyasət və dövlət adamları çox
olmuşdur. Belə tarixi şəxsiyyətlər içərisində
Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli
dövlət xadimi, dünya
miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi yeri vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi
şəxsiyyət milli lider
səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir
dövlət adamında birləşməsi? bəşər
tarixində nadir rast gəlinən
unikal haldır. Bu dahi insan Azərbaycan
xalqının yaddaşında qurucu və
xilaskar dövlət xadimi,
milli lider və xalq məhəbbətini qazanan
öndər kimi qalmışdır.
Xalqımızın tarixi taleyində, mənəvi,
siyasi və ictimai həyatında,
dövlət quruculuğunda onun qədər misilsiz
xidmətlər göstərən ikinci
dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada? o,
xalqımızın milli iftixarı,
ürəklərimizdə özünə yer
tapan milli liderimiz, güvənc yerimiz,
qürur duyduğumuz
və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Heydər Əliyev
dünyanın nadir, unikal,
seçilən siyasət adamı idi.
Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi
sahəsində uzun illər
çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar
da var ki,
bu, onlarda fitrən mövcuddur, genlərində
kodlaşdırılıb, bir sözlə,
ilahi vergidir. Heydər
Əliyev məhz ikincilərdəndir. Digər vacib
məqam səlahiyyət məsələsidir. Heydər
Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb
miqyasında sözünün keçəri,
urvatı olan lider idi. O, beynəlxalq səviyyədə
düşünməyi və təhlillər aparmağı
bacarırdı. Bu iki
məqam onu həmkarlarından əhəmiyyətli
dərəcədə fərqləndirən professional
cizgilərdəndir.
Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi
və fövqündə durmağı bacaran, dövlət
idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını
öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən
biri idi. O?
təkcə güclü təsərrüfatçı
deyil, həm də sözlərinin çəkisi
və sanbalı olan, kütləni
arxasınca aparmağı, auditoriyanı inandırmağı
bacaran bir siyasi xadim idi.
Tarixi bəsirət, irəlini görmək
nadir bir hissdir. Siyasi xadimlərin
heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti
yalnız seçilmiş
adamlara - zəmanəsini
çox-çox qabaqlayan
görkəmli mütəfəkkirlərə
verir. Nəhəng siyasətçi Heydər Əliyev kimi.
Heydər Əliyev güclü
şəxsiyyət, fenomenal
siyasətçi və
dövlət xadimi idi. Onun ən
böyük gücü
dərin, həm də universal biliyində,
qətiyyətində, işgüzarlığında,
hökmündə, qeyri-adi
yaddaşında, tükənməz
səbrində, müsahibini
təmkinlə dinləmək
bacarığında, uzaqgörənliyində,
qarşısına qoyduğu
məsələni həyata
keçirmək qabiliyyətində,
müdrikliyində, ən
böyük siyasətçi
keyfiyyətlərində, mahir
diplomat olmasında, həmsöhbətinə
təsir etmək gücünə malik olmasında idi.
Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin
həllində qətiyyətli
sözünü deyə
bilən nadir siyasətçi
idi.
Təsadüfi deyildir ki, onun atdığı
addımlar, irəli sürdüyü problemlər,
qəbul etdiyi qərarlar, söylədiyi
hər cəhətdən
ölçülüb biçildiyindən
ətraflardakıları heyrətləndirmiş,
ona, siyasət aləminin patriarxı adını qazandırmışdır. Heydər Əliyev Azərbaycana
rəhbərlik etdiyi illərdə uzaqgörən
daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış,
hərtərəfli inkişafına
nail olmuş, müstəqilliyini
əbədi və dönməz etmişdir.
Kiçik bir ölkə
Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan, nüfuzlu bir dövlətə çevrilmişdi. 1993-cü
ildə müstəqil
Azərbaycan Respublikasının
Prezidenti seçilən
Heydər Əliyev, siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik
dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş
yaratdı.
Dünyanın aparıcı dövlətləri,
inkişaf etmiş ölkələri, beynəlxalq
təşkilatlar Azərbaycana
ciddi diqqət yetirməyə başladılar.
O, Qərbə inteqrasiya
yolunu tutdu. Ən çətin anlarda belə, Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli
mənafelərin ifadəçisi
kimi antiazərbaycan, antimilli qüvvələrin
qarşısında sipərə
çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi
məhz bu böyük insanın qətiyyətli mövqeyinin,
uzaqgörənliyinin nəticəsi
kimi reallığa çevrildi.
Heydər Əliyev idarəetmənin ustadı,
siyasətin kamil bilicisi kimi bütün
dünyada məşhur
idi. Bu dahi insanın
təliminə görə,
siyasət və uzaqgörənlik qarşılıqlı
vəhdətdədir.
Azərbaycanın daxili siyasətini
istiqamətləndirən, xarici
siyasətini beynəlxalq
hüquq normalarına
uyğun, məqsədyönlü
və tarazlaşdırılmış
şəkildə aparan
qətiyyətli dövlət
xadimi çox hallarda ən tanınmış siyasətçiləri
belə təəccübləndirir
və onun ağıllı siyasətini
birmənalı olaraq qəbul edirdilər. Elə bu cəhətlərinə
görədir ki, xalqımız onu əsrin böyük azərbaycanlısı, xilaskarı,
müstəqil Azərbaycan
dövlətinin memarı
və Azərbaycanı
dünyaya tanıdan insan kimi qəbul
edir, hörmət bəsləyir və ürəkdən sevir.
Bu da bir
həqiqətdir ki, dünyada tanınan, sevilən, şəxsiyyətinə,
siyasi və dövlətçilik fəaliyyətinə
çox böyük hörmətlə yanaşılan
Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər
də asan deyil. Bu gün dünya ictimaiyyəti
Azərbaycanı və onun liderini tanıyır, onu
minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə,
yüksək rəyini, fikrini deyirsə, bu özü,
xalqımız üçün böyük şərəfdir. Biz qürur duyuruq ki,
xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət
bəslənilən ümummilli lideri olmuşdur. Heydər
Əliyev fenomeni, onun
şəxsiyyətinin ucalığı, fövqəladə
idarəçilik qabiliyyəti, yüksək intellekti
nəticəsində dünyanın görkəmli siyasətçiləri
və dövlət xadimləri arasında onun
adı həmişə birincilər sırasında çəkilib.
Azərbaycan coğrafi cəhətdən
kiçik ölkə olsa
da, Heydər Əliyevin böyük
siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq
etməsinə heç vaxt
mane olmayıb. Ən məşhur,
tanınmış siyasətçilərin reytinqinin
müəyyənləşdirilməsi üçün
aparılan beynəlxalq sorğularda, siyasi institutların, sosioloji
mərkəzlərin araşdırmalarında Heydər
Əliyevin adının birincilər sırasında yer tutması, onun siyasətdə,
həyatda, dövlətçilik təcrübəsində
qazandığı uğurların təsdiqi idi.
Ulu
öndərimizin bu nüfuzu
onun xalq və ölkə
qarşısındakı əvəzsiz xidmətləri, nəsillərə
nümunə ola biləcək həyat fəaliyyəti,
iti düşüncəsi, əqidə və
məsləyi, onun rəhbərliyi
dövründə Azərbaycanın demokratiya
və müstəqillik yolunda
atdığı uğurlu
addımları ilə bağlıdır. Dünya siyasətçiləri,
beynəlxalq ictimaiyyət və xalqımız bu
dahi insanı Heydər Əliyev olduğuna görə deyil,
vətən və dövlət qarşısında gördüyü böyük
işlərə, dünyada təhlükəsizliyin
qorunmasına, düzgün və pozitiv inkişafa çalışdığına,
siyasi və ictimai fəaliyyətinə
görə qiymətləndirmişdir.
Heydər Əliyev qlobal düşüncəli, geniş
dünyagörüşlü nəhəng
bir siyasətçi idi.
O, realist bir insan olaraq hadisələrə
praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün
baş çıxarırdı, ölkənin
taleyi üçün
uğurlu qərarlar qəbul edirdi. Onun
ağıllı və uzaqgörən siyasətində hər
şeyin öz yeri və vaxtı var idi. O, beynəlxalq aləmdə
tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş
fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu
müdrik insan, qətiyyətli
rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və
ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.
Siyasətçi üçün
lazım olan keyfiyyətlərlə
yanaşı, onda idarəetmə keyfiyyətləri,
dövlətçilik təcrübəsi ən yüksək
səviyyədə idi. Heydər
Əliyevin beynəlxalq Atatürk Sülh Mükafatına layiq
görülməsi onun dünyada
apardığı sülh siyasətinə
verilən qiymət idi. Ulu
öndərimizin ən ali insani
keyfiyyətləri, fenomen xarakteri,
insanlarla dil tapmaq bacarığı, hərəni öz dilində danışdırmaq məharəti
onu tanıyanların sevimlisinə çevirirdi. Hər dövlət xadiminə xas olmayan
üstünlüklər ulu
Tanrının Heydər Əliyevə verdiyi
ən ali keyfiyyətlər idi. Azərbaycan xalqının ümummilli
lideri yüksək bəşəri keyfiyyətlərə,
təvazökarlığa, hər şeydən öncə isə
demokratik dövlət quruculuğu
prinsiplərinə daim sadiq
qalan böyük
şəxsiyyət idi. O, Azərbaycan
tarixində bəlkə də yeganə siyasət
adamıdır ki, fəaliyyəti
yalnız konkret sahələri əhatə
etmir, həm də ümummilli
və qlobal əhəmiyyətli problemlərin
aradan qaldırılmasına xidmət edir. Onun xalq işinə sədaqəti,
siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi,
parlaq hafizəsi, geniş
dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti,
həssas qəlbi, möhkəm səbri, ədalətli
olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi,
dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə
davranışı, heyrətamiz enerjisi...
- bir dövlət başçısı kimi onun ən yüksək
keyfiyyətləri idi.
Heydər Əliyevin dərin məntiqli
nitqi, natiqlik məharəti,
söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq
səriştəsi onu dinləyənləri
məftun edirdi. Qüdrətli dövlət
xadimi siyasət aləminin müəllimi idi. Onun müəllimliyindən
çoxlarına pay düşmüşdür.
Xalqımız
qarşıya çıxan hər hansı bir
problemin həllini, xilaskarlıq
missiyasını Heydər Əliyevdə görürdü.
Bu, on illərlə
formalaşmış fikirdir, özü də doğru
və düzgün fikirdir.
Ölkəmizin fəxri, mili
iftixarımız və liderimiz olan Heydər Əliyev bütün
problemlərin həll olunmasının öhdəsindən
yüksək səviyyədə gəlmişdir. Heydər
Əliyevi dünyanı dəyişmiş
insanlar cərgəsinə aid
etmək olar.
Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz
siyasi fəaliyyəti gələcək
yüzilliklərdə hələ neçə-neçə
siyasət adamına istiqamət verəcəkdir.
Bu gün ölkəmiz bu
siyasətin uğurlarını hiss edir, onunla yaşayır və
faydalanır. Bu siyasətin
icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham
Əliyevdir. Onun rəhbərliyi ilə
Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyevin siyasi
xətti Azərbaycanın uğurlarının əsasıdır,
gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu
dövlət müstəqilliyimizin qorunub
saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın
beynəlxalq imicinin yüksəldilməsi,
sosial-iqtisadi tərəqqiyə nail olması kimi
ağır və taleyüklü məsələlərdə
sınaqdan çıxmışdır.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə bütün sahələrdə
aparılan uğurlu islahatlar,
əldə olunan nəticələr
xalqın sabaha olan
inamını qat-qat artırmış,
Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu
müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik
yaratmışdır. Ulu öndər Heydər
Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini
aydın görən xalqımız, bu
siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha
sıx birləşirlər. Cənab İlham
Əliyev ulu öndərin siyasi
kursunu layiqincə davam
etdirməklə, xalqımızın və dövlətçiliyimizin
bu kursun mahiyyətindən
doğan milli
maraqlarını beynəlxalq miqyasda təmin
edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi
möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir
və nəticədə beynəlxalq aləmdə Azərbaycan
Respublikasının rolunu və nüfuzunu artırır.
Gülşən Behbud
Kaspi.- 2018.- 15 iyun.- S.6.