"Məhəmməd. Allahın Elçisi" filminin bəstəkarı bir milyon dollardan imtina etdi

 

 Məsid Məcidi: "Peyğəmbər haqqında çəkdiyim bu film okeanda bir damla kimidir"

 

  Ölkəmizdə keçirilən İran Mədəniyyət Günləri çərçivəsində Bakıya təşrif buyurmuş məşhur iranlı kinorejissor, eləcə də son illərdə dünya kinematoqrafiyasında səs-küyə səbəb olmuş "Məhəmməd. Allahın elçisifilminin rejissorussenari müəllifi Məcid Məcidi ilə adı çəkilən film və digər məsələlər barədə müsahibə aldıq. Həmin müsahibəni təqdim edirik:

 

  – Cənab Məcidi, ölkəmizə xoş gəlmisiniz. İlk növbədə demək istərdim ki, sizin bu filminizi qəhrəmanlıq kimi qiymətləndirirəm. Çünki bütün dünyanın Qərbin və Avropanın çəpiyinə işlədiyi bir vaxtda siz axına qarşı gedirsiniz. Buna görə də ilk sualımı bu mövzuda vermək istəyirəm. Siz öz filminizi çəkməyə hazırlaşanda bəyan etmişdiniz ki, mən Avropa və Qərbin planet insanında yaratmaq istədiyi qorxulu İslam anlayışını dağıtmaq və bu dinin əsl mahiyyətini, Peyğəmbərimizin həqiqi məramını dünyaya çatdırmaq – göstərmək istəyirəm. Yeddi illik çəkilişlərin sonunda məqsədinizə nə dərəcədə nail ola bildiniz?

 

  Çox gözəl sualdır. Bilirsiniz ki, biz bu gün dünyada çox qeyri-bərabər şəraitdə yaşayırıq. Qərbin Şərqə və İslama təhqiramiz baxışları var. Qərb ölkələrinin bütün sahələrə kölgə saldığı belə bir dövrdə görmək, hər hansı söz demək olduqca çətindir. Dünyanın bir çox qərbli ziyalıları "Məhəmməd. Allahın elçisifilmini boykot ediblər. Ancaq buna baxmayaraq, Şərqdə, həmçinin, Avropada bu filmi izləyən insanların baxışları, fikirləri çox müsbət oldu. Film Amerikada, Kanadada və əksər Avropa ölkələrində nümayiş edilibçox müsbət qarşılanıb. İslam dünyasında bizim iki cəbhəylə problemimiz var: Biri Qərb cəbhəsidir ki, İslamın əsl çöhrəsinin göstərilməsinə qarşıdır. Neçə illərdir ki, İslamı terrorizm, zorakılıq dini kimi tanıtmağa çalışırlar. Belə hallar çoxdurbunun ən bariz nümunələrindən biri də "İŞİD”dir. İslamı zorakılıqla, terrorla bərabər tutmaq istəyirlər. Təəssüf ki, ikinci cəbhə isə İslam dünyasının özündədir. Qərb cəbhəsiylə müqayisədə bu daha ürəkağrıdıcı haldır. Bu da bir çox İslam ölkələrində, xüsusilə Səudiyyə Ərəbistanındakı radikal baxışlarla əlaqədardır. Qeyd etməliyəm ki, Səudiyyə Ərəbistanı bu filmin göstərilməməsi üçün daha çox çalışdı, nəinki Qərb dünyası. Onlar bu filmin ekrana çıxarılmasının qarşısını almaqdan ötəri əllərindən gələni etdilər. Bunun üçün çoxlu pullar da xərclədilər. Baxmayaraq ki, biz onların alimlərinə bu məsələ barədə danışaraq problemin həlli üçün müraciət etdik. Çünki onlar bu filmin haram olduğunu dilə gətirirdilər. Mən də təklif etdim ki, gəlin məsələni müzakirə edək və niyə haram olduğunu aydınlaşdıraq. Əsas gətirdik ki, biz filmdə Peyğəmbərin simasını göstərməmişik. Təbii ki, bunların hamısı İslamın əsas simasını göstərməmək üçün olan bəhanələr idi. Biz bu qeyri-bərabər və ədalətsiz şəraitdə çox çətinliklərlə üzləşdik. İslam dininin əsl mahiyyətinin açılmasına həm də ona görə icazə vermirlər ki, bu, bir çox Qərb dövlətlərinin siyasəti ilə uyğun gəlmir. Bu da təbii haldır, çünki dünyanın ən çox təbii ehtiyatları, məsələn neft müsəlmanların ixtiyarındadır. Və bir çox qüvvələr bu ehtiyatlara sahib olmaq üçün İslamı başqa cilddə göstərməyə çalışırlar. Hər halda bu, böyük bir müharibədir. Lakin "Qurani-Kərim”də də deyildiyi kimi "onlar Allahın nurunu söndürə bilməzlər”. "Allah yerlərin və göylərin nurudurfikri bütün aləmi əhatə edən bir həqiqətdir. İnanıram ki, bu həqiqət getdikcə öz yolunu açacaq.

 

 

 

 

 

 

 

 

 

  – Müsahibələrinizdə qeyd etmisiniz ki, bu filmi çəkməkdə iki əsas məqsədiniz var idi: İlki İslam dünyasını birliyə səsləməkdir. İkinci əsas məqsədinizsə odur ki, bu filmdən sonra Qərb və xüsusilə digər dinlərə mənsub olan insanların İslam və Peyğəmbərimiz haqqında fikirlərini az da olsa dəyişəsiniz. Təbii, Danimarkadakı film mükafatından məhz Məhəmməd Peyğəmbərin karikaturalarının yayılması ilə əlaqədar imtina etməyinizi də xüsusi vurğulamaq lazımdır. Sizcə, filminiz nəzərdə tutduğunuz auditoriyaya çatdımı və Məhəmməd Peyğəmbər haqqında fikirləri dəyişə bildimi, yoxsa bunun üçün hələ uzun illər və çoxlu belə filmlər lazımdır?

 

  – Təbii ki, Peyğəmbər haqqında çəkdiyim bu film okeanda bir damla kimidir. Bütün dünyada peyğəmbərlər haqqında çəkilmiş filmlərlə bağlı bir statistikanı açıqlamaq istəyirəm. Həzrəti İsa haqqında 200, Həzrəti Musa haqqında 120-yə yaxın, Budda haqqında 42, digər peyğəmbərlərin həyatından isə 70–80-ə yaxın film çəkilib. Lakin İslamın Peyğəmbəri haqqında cəmi iki film var. Biri, təxminən, 40 il öncə çəkilib. Təbii bu statistikanın nəticəsidir ki, İslam dünyasının qəflətdə olmasından istifadə edən Qərb dünyası dinimizin həqiqi olmayan simasını ortaya qoyub. Mən bunun günahını Qərbdə yox, özümüzdə görürəm. İslam ölkələrinin əhalisi, din və dövlət xadimləri İslamın həqiqi simasını göstərməyə çalışmırlar. Bu hal göstərir ki, Məhəmməd Peyğəmbərin tanıdılmasında nə qədər az görülüb. Məncə, bütün dünyada əxlaq böhranının yaşandığı bir dövrdə Peyğəmbərin əxlaqını təbliğ etməklə bunun qarşısını almaq olar. Onu tanıtdırmaqdan ötrü çoxlu filmlər çəkilməlidir. Xoşbəxtlikdən "Məhəmməd. Allahın elçisifilmi bir çox qeyri-islam cəmiyyətlərində müsbət qarşılandı. Lakin yenə də düşünürəm ki, İslam Peyğəmbərinin həyatının ekranlaşdırılması baxımından az görülüb.

 

  – "Məhəmməd. Allahın elçisifilminin çəkilişi prosesində hər hansı mistik hadisə baş verdimiya sonradan sizə yuxugörmə şəklində ilahi işarələr oldumu?

 

  – Bəli, filmin çəkilişi zamanı belə hallar çox oldu. Mən bir neçə möcüzəvi hadisəni xatırlaya bilərəm ki, onlara şəxsən özüm şahid olmuşam. Bu filmi çəkmək üçün mütəxəssislərin çoxunu Qərb ölkələrindən dəvət etmişdik. Filmin kinooperatoru dünya şöhrətli Vittorio Storaro idi. O, "Oskara beş dəfə namizəd olubüç dəfə həmin mükafata layiq görülüb. Böyük rejissorlarla birgə işləyib. Mən onu dəvət edəndə bizə dedilər ki, Storaronun gəlməsi mümkün deyil. Buna bir neçə səbəb göstərdilər. Səbəblərdən biri onun Xristian olması idi ki, bəlkə də əqidəsinə görə İslam haqqında, İslam Peyğəmbəri barədə çəkilən bir filmdə işləmək istəməz. Onların konkret cavabları bu oldu ki, gələ bilməz. Amma mən dedim ki, bu, olmalıdır. Çünki o, Peyğəmbərdən daha böyük şəxsiyyət deyil. Və belə bir filmin yaranmasında iştirak etmək hər bir bacarıqlı insan üçün lütfdür. Onun işlədiyi ajansa e-mail göndərdik. Bizə cavab gəldi ki, o, Əlcəzairdə film üzərində çalışır. Bir-iki il ərzində vaxtı olmayacaq. Təbii ki, bu fikrimizdən daşındıq, çünki biz bir-iki aya filmin çəkilişlərinə başlamaq istəyirdik. Lakin 3-4 gündən sonra onun özündən e-mail gəldi. Yazmışdı ki, belə bir filmdən ona təklif gəlməsi maraqlı olub. Xahiş edirdi ki, bu proyekt haqqında ona daha ətraflı yazaq. Mən də bu filmproyekt haqqında etmək istədiklərimi, çəkmək arzusunda olduqlarımı ona yazdım. Bildirdim ki, sizin gəlişiniz mənim üçün şərəfdir. Ki, belə bir filmin yaradıcı heyətində olasınız. Onun cavab mesajında birinci cümlə belə idi: "Allah yeringöyün nurudur”. Davamında yazırdı ki, mən çox fəxr edirəm ki, bəşəriyyətin Peyğəmbəri haqqında olan filmdə çalışacam. Biz qərarlaşdırdıq ki, qısa müddətdə görüşək və bu barədə danışaq. O bildirdi ki, mən əlimdə olan bütün proyektləri kənara qoyacam və yalnız bu filmlə məşğul olacam. Biz İtaliyada görüşdükdaha ətraflı danışdıq. Bundan sonra konkret olaraq bildirdi ki, bu filmin çəkilişində iştirak edəcək. Lakin mənə bir sual maraqlı idi. Ondan soruşdum ki, nə baş verdi ki, siz digər işlərinizdən imtina edib bu filmə razılıq verdiniz. Əlini çiynimə vurub dedi: elə fikirləş ki, mən bu filmə dəvət olunmuşam. Yəni, Allah tərəfindən. Demək istəyini anladım və bildirdim ki, bəli, biz hamımız dəvət edilmişik. Lakin sizə İlahi dəvətnamə necə çatdı? Onun "mən nurla rəssamlıq edirəm” adlı bir kitabı var. Mən də məhz bu nur bəhsinə görə onun filmdə iştirak etməsini istəyirdim. Bu filmə baxanda da görə bilərsiniz ki, hər yerdə rəsm tabloları var. O dedi ki, mənə Əlcəzairdən bir film təklifi gəlmişdi və İslam mədəniyyəti ilə yaxından tanış olmaq üçün bu barədə mütaliəyə başladım. İslam tarixi barədə 6 ay mütaliə apardım. Son oxuduğum mətnlər isə Peyğəmbərin meracı haqqında olan dastanlar idi. Bundan sonra məndə Peyğəmbərin meracına maraq yarandı. Bir gün eyvanda oturub Peyğəmbərin meracının son hissəsini mütaliə edirdim. Bitdikdən sonra gözlərimi yumub, o anı təsəvvür etməyə çalışırdım. Həmin an kompyuterimə link gəldi. Linki açanda gördüm ki, yazılıb "siz İslam Peyğəmbəri haqqında olacaq bu filmdə iştirak etməyə hazırsınızmı?” Təbii ki, bu hadisədən sonra dəqiqləşdirdim ki, mən bu filmdə mütləq olmalıyam. Həmçinin, filmin bəstəkarı da "Oskar” mükafatına layiq görülmüş müsəlman Alla Rakha Rəhmandır. O, əməyinin qarşılığında alacağı təxminən bir milyon dollardan imtina etdi. A.R.Rəhman bir il müddətində bizimlə çalışdı, lakin bir qəpik də almadı. Bildirdi ki, bu film mənim üçün hədiyyədir, burada bütün varlığımla çalışmaq istəyirəm.

 

  – Siz söylədiniz ki, mənim məqsədim İslamın əsl simasını göstərməkdir. Akkadın filmindən fərqli olaraq siz Peyğəmbərin əsasını tutan əlini də göstərirsiniz. Eləcə də, uşaqlıq illərində onun arxadan görünüşü təsvir olunur. Akkadla müqayisədə irəliyə bir doğru addım atdınız. Peyğəmbərin vücudunun müəyyən hissələrini göstərdiniz. Lakin Peyğəmbərin simasını yenə də görə bilmirik. Bunu siz özünüz istəmədiniz, yoxsa dindarlar tərəfindən təzyiqlərə məruz qalacağınızdan çəkindiniz? Və sizcə, gələcəkdə Peyğəmbərin siması göstərilə bilərmi?

 

  – Məncə, bunun üçün qət edilməli çox yol var. Belə bir filmin çəkilməsində və nümayiş olunmasında müəyyən çətinliklər yarana bilər. Lakin bu mümkünsüzdeyil.

 

  – Əgər Peyğəmbərin siması göstərilsə və bu filmi siz çəksəniz, Onun obrazını canlandırmaq üçün ağlınızda hər hansı bir aktyor namizədi varmı?

 

  Məncə, burada aktyor əsas deyil. Əgər mən bir bu mövzuya müraciət etsəm, aktyor çəkmərəm. Əlbəttə, mənim şəxsi fikrimə görə burada heç bir problem yoxdur. Çünki Peyğəmbər bu torpaqda, bu cəmiyyətdə yaşayıb. Biz Onu Allahın mələyi Cəbrayılla müqayisə etmirik. O, insanların arasında doğulub ömür sürüb. Əlimizdə onun simasının göstərilməsinin haram olması barədə heç bir sübut yoxdur. Bu tamamilə insanların hörməti ilə əlaqəli bir şeydir. Onlar Peyğəmbərin şəxsiyyətinə hörmətsizlik etmək istəmirlər. Bəlkə qorxurlar ki, hər hansı bir insan Peyğəmbər rolunu oyanasa sabah səhv eləsə bu qınağa tuş gələ bilər ki, O, belə insan olub.

 

 

 

 

 

 

 

 

 

  – Digər filmlərinizin bir çoxunun əsas qəhrəmanı uşaqlardır. Selincer də yaradıcılığında uşaqlara çox yer ayırırdı. Onun səbəbi belə idi ki, uşaqların dünyası böyüklərə nisbətən daha məsum və pakdır. Maraqlıdır sizin filmlərinizdə uşaqların həyatına dönə-dönə müraciətiniz nə ilə bağlıdır?

 

  – Əlbəttə, mən də bu fikirdəyəm. Bu filmlər böyüklərin dünyasına uzanmış bir körpüdür. Çünki onların dünyası daha çox təsirli, şəffaf və sadədir. Cəmiyyətin bütün təbəqəsi ilə əlaqədardır. Bu elə bir dildir ki, bütün dünya o dili başa düşür. Buna görə də uşaqların pak dünyasını hər kəsə göstərmək istəyirəm.

 

   Söhbətləşdi: Fərid Hüseyn, Cahan Seyidzadə, Əsəd Cahangir

 

Kaspi 2018.- 30 iyun - 2 iyul.- S.12.