“Oğul arxalı Vətən”in
səhnə həyatı
Ana ilə vətənin müqayisəsində,
tərəzinin “vətən
gözü” ağır
gəlir
Son illər Masallıda
inkişafın qoşa
qanadı olaraq, mənəvi dəyərlərin
təbliğinə də
önəmli yer verilir. Uğurla həyata keçirilən
Dövlət Proqramına
uyğun olaraq, abadlıq, quruculuq, mühüm layihələrin
həyata keçirilməsi
kimi geniş sfera yaradılmaqla, mədəni həyatımızdakı
inkişafa keçilməsi
artıq ənənəyə
dönüb. Ziyalıların, yaradıcı insanların
yubileylərinin təntənəli
qeyd olunması, yazarların yeni əsərlərinin təqdimatı
kimi tədbirlər ictimaiyyətin diqqətini
cəlb edir, maraqla qarşılanır.
Belə
tədbirlərdən biri
də bu günlərdə şəhər
Mədəniyyət Mərkəzində
"Yeni həyat” qəzetinin baş redaktor müavini, şair-publisist, "Qızıl
qələm” media mükafatçısı
Rəsul Rzayevin "Oğul arxalı Vətən” kitabı əsasında hazırlanmış
eyni adlı tamaşanın ictimaiyyətə
təqdimatı olmuşdur.
Masallı Regional Turizm
Mərkəzi, Masallı
Regional Dövlət Kolleci
və rayon mədəniyyət
mərkəzinin hazırladığı
tədbirlərin əhatə
dairəsi geniş olmuş, çoxsaylı tamaşaçının marağını
cəlb etmişdir.
Vətənpərvərlik, qəhrəmanlıq mövzusu
publisist-şair kimi Rəsul Rzayevin yaradıcılığının leytmotivini təşkil edir. Müəllifin ilk mətbu
yazılarında Böyük
Vətən Müharibəsində qəhrəmanlıqla
vuruşmuş həmvətənlərimiz
haqqında yazılanları
necə maraqla oxuyurduqsa, indi də bu
mövzudakı məqalələrini,
kitablarını həmin
maraqla izləyirik. Müəllifin ilk belə yazıları
İtaliya partizan hərəkatının iştirakçısı
Mehdi Hüseynzadənin
silahdaşlarından biri
olmuş Masallının
Qodman kənd sakini Əkbər Babayevə həsr etdiyi "Vətəndən
uzaqlarda” povesti və Lenin ordenli müharibə veteranı Atabala Hacıyevə həsr etdiyi oçerklər olmuşdur.
Sonralar belə
silsilə yazılar milli qəhrəmanlarımız,
Qarabağ döyüşlərinin
iştirakçıları, şəhidləri haqqında
oldu. Müəllifin vətənpərvər qələmindən çıxan,
istedadının bəhrəsi
olan yazıları onun imzasını tanıtdı. Belə yazılar
sahibinin vətən sevgisindən işıq, nur aldı. Vətən təəssübkeşliyindən maya tutdu. Ona görə də diqqət çəkdi, maraqla qarşılandı.
Milli qəhrəmanlarımıza
həsr etdiyi "Torpağı boyuna biçdi”, "Dağılmış
yuxu”, "Qarabağ qəlbimə çəkdi
qara dağ” poemaları, şəhidlərə
həsr olunan onlarca publisist yazıları əldən-ələ
gəzdi, geniş oxucu auditoriyasının marağı ilə üst-üstə düşdü.
Qarabağ döyüşləri müəllifin
qələm işlətdiyi
əsas mövzulardandır. Belə yazılarda
onlarca döyüşçünün
qəhrəmanlıq obrazını
görürük. Aprel döyüşləri
xalqımızın tarixi
qələbəsi kimi
hamımızın ilham
mənbəyimiz oldu.
Bu ovqat Rəsul
Rzayevin də dəst-xəttində, vətənpərvər
yazılarında aydınlığı
ilə əksini tapdı. Masallıdan bu döyüşlərdə
iştirak edən igidlərə, xüsusilə
şəhid Firdovsi Bağırzadə, Nurlan Əsgərliyə ithaf etdiyi bədii və publisist yazıları qürur və iftixarımızı,
vətənpərvərlik hislərimizi tərənnüm
etdi. Bu yazılarda
iki igid oğulun timsalında öz vətənpərvər
hisslərimizi, qürurumuzu,
haqlı iftixarımızı
tapdıq.
Bu məziyyətlərinə görə,
yazıları 2016-cı "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai
Birliyinin "Aprel döyüşləri mediaya
nəyi öyrətdi”
mövzusunda keçirdiyi
müsabiqədə mükafata
layiq görülmüşdür.
Rəsul müəllim qəhrəmanının
soy kökünə bələd
olur, bədii obraza çevirdiyi insanların ailəsi ilə əlaqələr qurur, ən kiçik detalı belə gözdən qaçırmır.
Bu, Aprel döyüşlərinin
iştirakçısı olmuş
Aqil Məlikovun qəhrəmanlığından bəhs edən "Oğul arxalı Vətən” kitabında daha aydın görünür. Aqilin ulu babası
Məmmədəli Böyük
Vətən Müharibəsi
dövründə cəbhədə
qəhrəmanlıq göstərib.
Cəbhədən sinəsi orden-medallı
qayıdıb. Bu vətənpərvərlik ənənəsini
atası Qismət davam etdirib. Vətənin sərhədləri keşiyində dayanıb.
Soy kökünün qəhrəmanlıq ənənələri
Aqilin timsalında daha qabarıq üzə çıxıb.
O, Aprel döyüşlərində
qaynar nöqtələrdə
olub. Təxribat törədən düşmənin
geri oturdulmasında, mühüm mövqelərin
alınmasında iştirak
edib...
Həmin vaxtlar Aqil əsgəri
xidmətini başa vurmuşdu və orduda qalıb gizir kimi xidmət
edirdi. Bu işə
könüllü olaraq
ona görə razılıq vermişdi ki, torpağımız düşmən tapdağı
altında idi. Əsərdəki mühüm detallardan
biri, obrazın daxilini açır, onun vətənpərvərlik
hissinin ölçüyəgəlməz
olduğunu sübut edir. Vaxt olur həyat
onu sınağa çəkir. Anasının vəfatını eşidib
ona məzuniyyət verirlər. Lakin o, doğma anasının
yeddisinə qala bilmir. Burda ana ilə vətən müqayisə
edilir. Tərəzinin Vətən gözü
ağır gəlir.
Aqil atasından, qohumlarından
üzrxahlıq edir ki, Vətən çağırır, qala
bilməz.
Bu özü də
ailə tərbiyəsindən
gəlmədir. Müdrik ata öyüdünün,
halal, saf ana südünün təsirindəndir.
Göstərdiyi igid və qəhrəmanlığına
görə, Aqil "Hərbi xidmətdə fərqlənməyə görə”
3-cü dərəcəli medala
layiq görülmüşdür.
Masallı Mədəniyyət Mərkəzinin
səhnəsində tamaşanın
təqdimatı olub. Tədbiri Masallı
Regional Dövlət Kollecinin
direktoru Vidadi Nəzərov açıb
və Aprel döyüşlərinin xalqımızın
qürur və iftixar tarixi kimi dəyərləndirib.
"Tərəqqi” medallı Qardaş Fətullayev, müəllif Rəsul Rzayev, Böyük Xocavar tam orta məktəbinin direktoru Abusət Zeynalov, kənd ziyalısı Rəyasət İbrahimov,
şəhid atası Qismət Məlikov əsər barədə məlumat veriblər.
Tamaşa "Aqil” mahnısı ilə başlayıb. Arxa fonda döyüş
səhnələri görünür.
Döyüşçü marşı kimi
səslənən mahnının
od-alov saçan döyüş epizodları
ilə komponenti, insanı coşdurur.
Sözləri Rəsul Rzayevin,
musiqisi Aysel Nərimanovanın olan mahnı ürəkləri
riqqətə gətirir:
Qəhrəmanlıq hünərindən,
Tutdu ellər
soraq, Aqil.
El-obanın taleyində,
Oldun nurlu çıraq, Aqil.
Bu torpağa Vətən dedin,
Qibləgahım
sənsən, dedin.
Hünərinə əhsən dedi,
Vətən, ana, torpaq, Aqil.
Pozdun düşmənin sırasın,
Yağıdan aldın qisasın,
Verdin namərdin cəzasın,
Əldə odlu silah, Aqil.
Dedin: Vətən xanimanım,
Ona qurban şirin canım,
Başın üstə dalğalanır,
O üçrəngli bayraq,
Aqil.
Səhnələr bir-birini əvəz edir. İgid əsgərlərin obrazları canlanır.
Onların hər biri Azərbaycan bayrağını uca tutur, Aqilin qəhrəmanlığını
əks etdirən şeirlər səslənir:
...Qəzəbimi silah etdim,
Torpağımı azad etdim,
Alıb
neçə yüksəkliyi,
Hünərimi bayraq etdim
Qarabağda!
Canım
qurban bu Vətənə,
Qan uddurduq biz düşmənə,
Bu vuruşda candan keçdim,
Bayrağımdır kəfən mənə
Bu torpaqda!
Bu döyüşlərdə kiçik komandir Aqil hamıya həyandır. Sinəsini sıravi döyüşçüyə
sipər etmiş komandir barədə əsgərin öz dilindən eşidirik:
O, bizi qorudu odlar
içində,
O, bizi qorudu, odu
kül etdi...
Ağır döyüşlərdə, dar günümüzdə,
Komandir
dost kimi çatdı
haraya.
Deyir ki, Aqilə bir can borcluyam.
Borcum həyatımdır, ömrümdür
mənim,
İgid komandirə cahan borcluyam.
Tamaşada Masallı Dövlət
Regional Kollecinin tələbə
aktyorlarından Elnarə
Rzayeva, Duyğu və Minarə Əliyevalar, Dilrübə
Dadaşova, Səbinə
Xəlilova, Elvin Azəroğlu,
Savalan İmanov, İradə Hüseynova yaratdıqları canlı
obrazlarla diqqəti cəlb ediblər. Əsərin
hazırlanmasında Böyük
Xocavar məktəbinin
müəllimlərindən Sevda Məmmədova, Aysel Nərimanova, Qənimət Məlikova, Zahid Həmidovun əməyi qeyd edilməlidir. Məktəbin
şagirdlərindən Mənsurə,
Günel, Saray, Mehriban, Aynişan, Fidan, Şəlalə, Qivi, Ruqiyyə, Çingiz, Səfa, Aysel, Rafət, Yunis, və şəhidin qohumu Əlinin ifasında şeir parçaları səsləndirilmişdir.
Tamaşanın quruluşçu rejissoru Cəmaləddin Əliyev hər detalın, obrazın canlı təqdim olunması üçün zərgər
dəqiqliyi ilə işləyib.
Tamaşanın baş məsləhətçisi
Vidadi Nəzərovdur
(o, həm də kitabın redaktorudur).
Sonda şəhid atası Qismət Məlikov şəhidlərin ruhuna göstərilən ehtirama görə təşəkkürünü bildirib.
Bitkin süjet, əhatəli kompozisiya, emosional təsirli əsər Masallı mədəniyyəti üçün hadisə kimi qarşılandı.
Əlihüseyn
ŞÜKÜROV,
Masallıda
çıxan həftəlik "Yeni həyat"
qəzetinin baş redaktoru
Kaspi 2018.- 1 may.- S.15.