Böyük Sabir nəslinin davamçıları

 

Onun nəvələri İkinci Dünya müharibəsində vuruşub

 

Bundan əvvəlki məqaləmdə dahi şairimiz Mirzə Ələkbər Sabirin şəxsi həyatından bəhs etmişdim. İndi isə şairin on bir övladından sağ qalan üç övladı (Səkinə, Səriyyə, Məmməd Səlim Tahirzadələr) onların övladları haqqında bildiklərimi, oxuduqlarımı oxucularımla bölüşmək istərdim. Təəssüf ki, səkkiz övladının çox erkən həyata göz yumması, onun həyatına yaradıcılığına bir zərbə olmuş şairi çox məyus etmişdi. "Evdə çox zaman dalğın görünər, özünü söhbətimizi dinləyirmiş kimi göstərirdisə , söhbətdən sonra barədə danışıldığını sual edərdi”.

 

M.Ə.Tahirli "Azərbaycan məktəbijurnalında 1971-ci ildə çap etdirdiyi "O, zövqü əməlindən, mükafatı vicdanından almışdıradlı məqaləsində M.Ə.Sabirin övladları haqqında yazırdı:

 

    "1. Səkinə xanım -1888-ci ildə doğulmuşdu. Hazırda sağ, salamat qıvraqdır. Onun iki qızı, bir oğlu 7 nəvəsi vardır.

      2.Ceyran xanım iki yaşında ikən xəstələnib vəfat etmişdir.

      3. Səadət xanım-üç yaşında ikən xəstələnib vəfat etmişdir.

      4. Səriyyə-Soltan -1890-cı ildə anadan olub. 1938-ci ildə xəstələnərək Bakıda vəfat etmişdir.

      5. Məhəmməd Bağır - beş yaşında ikən xəstələnib vəfat etmişdir.

      6. Zinyət xanım - on bir yaşında ikən xəstələnərək vəfat etmişdir.

      7. Rüxsarə xanım - on yaşında ikən xəstələnərək vəfat etmişdir.

      8. Məşədi Tamam - üç yaş yarım ikən xəstələnərək vəfat etmişdir.

      9. Həcər xanım - bir yaş yarım ikən xəstələnərək vəfat etmişdir.

      10. Məhəmməd Kazım (il yarım sonra isə Məhəmməd Səlim adlanmış) 1908-ci ildə doğulmuşdur, hazırda sağdır üç övladı vardır”.    

  

        Şair haqqında yazılan bütün xatirələrdən (qızı Səriyyə xanımın, Mirzə Cəlilin, Həmidə xanım Cavanşirin (Məmmədquluzadə) başqalarının) aydın olur ki, oğlu Məmməd Səlimin dünyaya gəlişi şairin həyatına daha da ruh vermişdi. Amma oğlunu böyütmək, oxutmaq Sabirə qismət olmur. Məmməd Səlimin 3-4 yaşı olanda dünyasını dəyişir. "Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi xalqımın yolunda qoyardımsöyləyən şair iki şeydən - ailəsi əsərlərindən nigaran getdi. Onları da dostu Abbas Səhhətə tapşırıb getdi.

 

        Baxışları ilə Sabirin ürəyini fəth edən Büllurnisə xanım qaldı tək-tənha. İndi evin kişisi , xanımı da olan Büllurnisə xanım ailəni dolandırmalı, uşaqları bir tərəfə çıxarmalı idi. O, yazıb-oxumağı bacarmasa da, zəhmətkeş, bacarıqlı qadın olub. Şair hələ sağlığında ömür yoldaşının fədakarlığını "üzüyü zinətləndirən qaş-daşmisalı ilə qiymətləndirmişdi.

 

Xoşbəxtlikdən Məhəmməd Səlim də atasının adına layiq oğul oldu. Əvvəl mədrəsə, sonra Şamaxıdakı yeni üsullu məktəbi bitirən Məhəmməd Səlim bu təhsillə kifayətlənmədikdə, ailə də onun istəyinə qarşı getmir. O, Zaqafqaziya Hərbi Hazırlıq Məktəbində və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda daha mükəmməl təhsil alır. 1938-40-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrına rəhbərlik edən Məhəmməd Səlim 1941-ci ildə müharibəyə yollanır. Böyük Vətən müharibəsində 1944-cü ilin ortalarına kimi vuruşan Məhəmməd Səlim, ağır yaralandığı üçün ordudan tərxis olunur. O, bir müddət Azərbaycan KP MK-də təlimatçı vəzifəsində işləyir və "Uşaqgəncnəşr”ə rəhbərlik edir  yenidən ADPİ-yə (indiki Pedaqoji Universitetə) qayıdaraq ömrünün sonuna kimi burada müxtəlif vəzifələrdə çalışır. Hətta uzun illər institutda prorektor da işləyib. Məhəmməd Səlim müəllimin övladları GündüzSevda Tahirlilər haqqında isə birinci məqaləmdə məlumat vermişdim.

 

Məhəmməd Səlim Tahirzadənin təhsil almasında və böyüməsində bacısı Səriyyə xanımın da əməyi olub. "...Öz əlimdə, öz oğlum kimi böyütdüyüm qardaşım Məhəmməd Səlimi, atamın həyatının son dövründəki müəllimlik vəzifəsində gördükdə fərəhlə şad oluram. Bakıda ikən oğlundan ötrü burnunun ucu əsən atamı xatırlayıb, bu xoşbəxt həyatı tək gördüyümə nəhayətsiz dərəcədə təəssüflənirəm” söyləyən Səriyyə xanımın övladı olmadığı üçün o, qardaşına daha çox meylini salıb.  

 

 Xatirələrdən və tədqiqat əsərlərindən aydın olur ki, şairin sirdaşı olmuş, həyatında əhəmiyyətli rol oynamış, "anaşım” deyə böyükxüsusi məhəbbətlə sevmiş, əzizləmiş qızı Səriyyə-Soltan 1890-cı il aprelin 30-da anadan olub. Səriyyəyə yazıb-oxumağı da atası öyrətmişdir. Səriyyə uşaqlıqdan dilli, qayğıkeş və möhkəm hafizəli bir qız idi. Sabir yazdığı şerləri ilk əvvəl ona oxuyarmış. Bu səbəbdən də həmin şerlərin hamısını Səriyyə əzbər bilirdi. Səriyyə atasının sağlığında təhsilli, mədəni Mirzə Abbasqulu adlı bir gənclə ailə həyatı qurmuş, övladları olmasa da, ayrılmamışlar. Hətta şairin əsərlərinin ilk dəfə çap edilməsi üçün cəhdi də Səriyyə xanım edir. "Atasının ailədə həmişə gülərüzlü olduğunu görən Səriyyə, bir dəfə onun qüssəli olduğunu xatırlayır. Səriyyə onun qılığına girərək səbəbini öyrənir. Məlum olur ki, əsərlərini çap etdirmək istəyən atasının lazımi qədər vəsaiti olmadığı üçün qüssələnmişdir. Səriyyə də israrla öz gəlinlik bəzəklərini atasına verib, heç olmasa seçilmiş şerlərin çap olunması qərarına onu vadar etmişdir. Çap olunası şerləri ata və qız birlikdə seçmiş və xərcini də birlikdə hesablamışdılar. Lakin malik olduqları imkan bu xərcləri tam ödəyə bilməmişdi, Sabirin vəfatına kimi bu niyyətləri icra olunmamış qalmışdı”.

 

        M.Ə.Sabir dünyasını dəyişdikdən sonra da onun bu arzusunu ilk dəfə yenə də Səriyyə xanımla onun ömür yoldaşı Mirzə Abbasqulu bəy həyata keçirmişdir. Bu haqda Səriyyə xanım xatirələrində yazırdı: "Sonradan Mirzə Abbasqulunun vasitəsilə həmin hissə anamız Büllurnisənin adından nəşrə verildi”. Ədəbiyyatşünas Əziz Mirəhmədov yazırdı: " Səriyyə-Soltan həm də "Hophopnamə”nin xilaskarı oldu”. Professor Ş.Hüseynov yazır: "1914-cü ildə çox böyük əzab-əziyyət, uzunmüddətli kampaniya nəticəsində Sabirin əsərlərinin az-çox tam külliyyatını nəşr etmək mümkün oldu”. Bu sevinci şair görə bilməsə də, sevimli qızı Səriyyə-Soltan gördü. Deyilənə görə, kitabı öpüb bağrına basıb deyirmiş: "Daha rahat ölə bilərəm. Atamın ən böyük arzusu çin oldu”. Səriyyə-Soltan 1938-ci ildə 48 yaşında vəfat edib.

 

Mətbuatşünas alim Sabir Gəncəlinin (Məmmədov) yazdığına görə, M.Ə.Sabirin nəvələri də Böyük Vətən Müharibəsində vuruşublar. Onlar şairin böyük qızı Səkinə xanımın övladları olub. "Ağa Abdulla Krım cəbhəsində vuruşmuş, Həsən ilk döyüşlərdə iki əlini itirib əlil qalmış, Naibə Qara dənizin sahillərində, Qasım isə 409-cu atıcı diviziyanın tərkibində şanlı döyüş yolu keçmişlər”.

 

         Qasım babası M.Ə.Sabir kimi, şerə, ədəbiyyata meyilli olmuşdur. İxtisasca filoloq olan Qasım müəllim 1963-cü ildə dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Qasım müəllim də dayısı Məhəmməd Səlim kimi uzun illər ADPİ-də işləyib. Bacısı Naibə isə 1935-ci ildə Bakıda Tibb Texnikumunda tibb bacısı peşəsinə yiyələnib. Elə müharibəyə də tibb bacısı kimi gedib. 1941-ci il iyul ayının 24-də ordu sıralarına çağırılan Naibə xanım Qara Dəniz Donanmasının tərkibində olan bir çox hospitallarda, hərbi dəniz bazasının sanitar bölməsində xidmət etmişbaş leytenant rütbəsinə layiq görülmüşdü. Naibə xanım müharibədən sonra təhsilini Azərbaycan Dövlət Universitetinin (BDU) hüquq fakültəsində davam etdirmişuzun illər Bakı şəhərinin müxtəlif rayonlarında hakim işləmişdir. 

 

        "Müqəddəslik və paklıq timsalı” olan dahi şairin övladları və nəvə-nəticələri də onun adına, amalına layiq olmuşlar. Şair demişkən:

 

                                             İş apar, baş gedərsə qoy getsin,

                                             Ad qalır, bəs deyilmi millət ilə!

 

 Qərənfil Dünyaminqızı

Əməkdar jurnalist    

 

Kaspi.-2018.-3 may.-S.15.