Azərbaycan Rıqor Borodulin

 

Ales Karlyukeviç

 

Artkaspi.az yazıçı Kamran Nəzirlinin tərcüməsində Belarus Respublikasının İnformasiya naziri Ales Karlyukeviçin "Azərbaycan Rıqor Borodulinadlı məqaləsinin təqdim edir. 

 

 Belarus ədəbiyyatı ilə Azərbaycanın milli ədəbiyyatı arasında möhkəm davamlı əlaqələr var. Hələ 1930-cu illərdə Azərbaycan yazıçıları Belarusun xalq nəğməkarlarınıKupala Kolasın yaradıcılığını təbliğ edirdilər. 1935-ci ildə "İnqilab Mədəniyyət" jurnalında Yanka Kupala barədə məlumat dərc olunmuşdu. 1939-cu ildə isə Kupala Nizaminin 800 illik yubiley tədbirlərinin təşkil edilməsi üzrə yaradılmış Komissiyanın tərkibinə daxil edilmişdi. Bizim xalqımızın nəğməkar şairinin "Oğlan təyyarəçi" adlı kitabı 1940-cı ildə Bakıda nəşr edildi. Bundan başqa, müxtəlif illərdə Bakıda Edi Oqnesvetin, Petrusya Brovkinin, Yelena Vasilyeviçin, Pavel Kovalyovun, Kastusya Kireyenkonun, Yakub Kolasın digər Belarus müəlliflərinin kitabları nəşr edilib. Bilirəm ki, müxtəlif illərdə Bakıya Belarus ədəbi prosesinin bugünkü fəal nümayəndələrişair tərcüməçi Tatyana Sivets, şair, tərcüməçi ədəbiyyatşünas Yuliya Aleyçenko səfər ediblər. Tatyana Sivets "Bakı" adlı poemasını Azərbaycana həsr edib. Lakin bu gün mən Belarusun tanınmış şairi tərcüməçisi Rıqor Borodulinin Azərbaycanla əlaqələri barədə danışmaq istəyirəm. Rıqor Borodulini Azərbaycanda bir o qədər tərcümə etməyiblər. Onun cəmi bir neçə şeiri "Ədəbiyyat incəsənət" qəzetində (1975) "Ulduz" (1977) jurnallarında dərc olunub. Bu şeirləri Azərbaycan dilinə İ.İsmayılzadə A.Abdulla çevirib.

 1967 1981-ci illərdə Rıqor Borodulin Azərbaycanda olub, Bakını özü üçün "kəşf" edib. Belarusun klassik şairi Azərbaycan haqqında neçə-neçə şeir yazıb, azərbaycanlı dostlarına şeirlər ithaf edib. 7 sentyabr 1967-ci ildə R. Borodulin qeyd dəftərçəsində yazır: "Bakı. Səhərdir... Bazarda kişilərdir. Qarpızların qırmızı dilimlərini dadmaq üçün adama göstərirlər..." Daha sonra oxuyuruq: "Tikinti daşının misli yoxdur. Minsk üçün bu daşdan olsaydı..." O, 1967-ci ildə Azərbaycanın xalq şairləri Məmməd Arazla (1933-2004), Fikrət Qocayla görüşüb tanış olur qayıdandan sonra Fikrət Qocaya "Etiraf poeması: Azərbaycana məktub" adlı bir poema həsr edir. Bu poema 1973-cü ildə onun "Rum" adlı şeirlər kitabında çapdan çıxıb. Görünür, Rıqor Borodulin Bakıda hərbi hissədə təxminən üç həftəlik toplanış təcrübəsində imiş. Bu barədə Bakı HHQ Dairəsinin qəzetində yazılıb.

 Onun 1981-ci il Bakı səfəri isə daha dolğun zəngin olub. Rıqor İvanoviç Azərbaycan paytaxtına 1981-ci ilin mayın 31-də gəlib. Gündəliklərinin birində yazır: "Şəhəri gəzirəm. Bakının havasından neft qoxusu gəlir. Şəhəri həm tanıyıram, həm tanıya bilmirəm. Çayxanalar ağacların kölgəsində...". Bakıya Rıqor İvanoviçlə birlikdə televiziya briqadası da gəlib. Tərkibdə Belarusun Dövlət Mükafatı laureatı, Belteleradionun baş teleoperatoru, kinooperator Vladimir Pranko da vardı. Şairin gündəliyindən oxuyuruq: "...Yolda Vilayət Rüstəmzadəyə rast gəldik (Belarus barədə poema yazmışdı, qardaşı həlak olmuşdu, izini tapmışdılar), Maşerov qəbul eləmişdi... O, verilişdə iştirak etməyə razılıq verdi. Cümə axşamı poemanın sətri tərcüməsi hazır olacaq..." Belarusun klassik şairi öz gündəliklərində qeyd dəftərlərində çoxlu Azərbaycan sözləri işlədib. Söz ustasının diqqətini bir çox melodiyalı Azərbaycan sözü çəkibtorpaq, vətən, nağıl, layla... Belarus şairi onların mənasını köhnə lüğətlərdən tapıb. Rıqor Borodulin Bakıda yazıçı Sabir Əhmədovla, şair, yazıçı publisist Məmməd İsmayılla da tanış olur.

 

 Televiziya filminin çəkilişlərinə hazırlıq mərhələsində o, Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirovla da (1910-1988) görüşür. Böyük Vətən müharibəsində Aslan Vəzirov Belarusu alman-faşist işğalçılarından azad edib. 1944-cü ilin mayında o, 1-ci Qvardiya mühəndis-istehkamçı briqadasının komandiri təyin olunub. Pronya Basya çayları ətrafında almanların müdafiə mövqelərinin yarılmasında iştirak edib. Mogilyov rayonunda Dnepr çayını döyüşə-döyüşə keçib. Onun briqadası məşhur "Mogilyov briqadası" kimi tarixə düşüb. Bu döyüşlərdə briqadasına bacarıqla rəhbərlik etdiyinə göstərdiyi şücaətə görə o, ikinci dəfə Qırmızı Ulduz Ordeni ilə təltif edilib. Halbuki Vəzirov buna qədər iki dəfə kontuziya olmuşdu, lakin döyüş meydanını tərk etməmişdi.

 1944-cü ilin iyul ayının ikinci yarısında 1-ci Briqadanı Novoqrudka rayonuna köçürürlər. Burada briqada 50-ci ordunun tərkibində döyüşməli olur. Belostok uğrunda döyüş əməliyyatlarında briqada ordunun bir hissəsinin Neman çayından keçməsinin təhlükəsizliyini təmin edir. Osovets qalasına hücuma görə Vəzirov üçüncü ordenləQırmızı Bayraq ordeniylə təltif edilir. çox keçmir ki, o, daha bir Qırmızı Bayraq ordeni alır. Artıq Berlin uğrunda döyüşlər gedərkən Azərbaycan xalqının qəhrəman oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.

 ...Şübhəsiz, Rıqor Borodulinin Azərbaycan azərbaycanlılarla o zamankı may-iyun görüşləri onun yaradıcılığına da çoxlu yeniliklər gətirmişdi, bu uzaq ölkənin Belarusda tanınması dərk edilməsi istiqamətində mühüm rol oynamışdı. Xəzər gilavarı Belarusun xalq şairinin poeziyasına əbədi həkk olundu. Buna bir damcı belə şübhə yoxdur. Ona görə tam əminliklə deyirəm ki, Rıqor İvanoviç hələ sağlığında Minskdə yaşayan azərbaycanlı rəssam Kamil Kamalın emalatxanasına çox böyük həvəslə, açıq qəlblə gedirdi. o, bu qrafika təsviri sənət ustasının yaradıcılığı barədə ürək genişliyi ilə gözəl sətirlər yazmışdı. Azərbaycanlı Kamil Kamal isə artıq qırx ildir ki, Belarusda, Minsk şəhərində yaşayır; Rıqor Borodulinin portretini yaradıb. İndi bizim klassik şairimiz həyatda yoxdur, amma rəssam onun çin poeziyasından etdiyi tərcümələr kitabına gözəl tərtibat verib. Biz Kamil Kamalla birlikdə şairin ölümündən sonra çıxan bu kitabının illüstrasiyalarına baxanda, rəssam dedi:

 Yaxşı olar ki, Rıqor Borodulinin tərcüməsində Azərbaycan şairlərinin şeirlərini toplayaq, onun Azərbaycan azərbaycanlılara həsr etdiyi poetik toplusunu nəşr edək... mən böyük məmnuniyyətlə bu topluya da illüstrasiyalar hazırlayaram... Borodulinin, Səməd Vurğunun, Fikrət Sadığın Belarus dilindəki şeirlərini onun "On üç şam" poemasını topluya daxil edək...

 İnanıram ki, belə bir Ədəbiyyat Layihəmiz, bu iki həqiqi yaradıcı şəxsiyyətin dostluq layihəsi baş tutacaq bizim mədəniyyətlərimiz arasında daha bir dostluq körpüsü meydana gələcək.

Mənbə: "Sozvuçie" Beynəlxalq Ədəbiyyat Publisistika Portalı

7 may, 2018-ci il

 

Kaspi.-2018.-12-14 may.-S.19.