Cümhuriyyət dövrünün ədəbi mühitə təsiri



 XX yüz il Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında dövlətçilik, azadlıq və tərəqqipərvər hisslərlə zəngindir. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində ədəbiyyat, mədəniyyət sahəsində də özünəməxsus irəliləyişlər baş verib. Xüsusən ədəbiyyatda parlaq əksini tapan istiqlalçılıq, cümhuriyyətçilik ideyaları yazarların yaradıcılığında nəsillərin bir-birinə töhfəsinə çevrilib.

 "Müzakirə”mizdə Cümhuriyyət dövrünün ədəbi mühitə necə təsir etdiyini araşdırmağa çalışdıq. 

 

 

  Milli istiqlal ideyalarının təşəkkülü

 

  "Cüm­hu­riy­yət dö­nə­mində Azər­bay­can ic­ti­mai-si­ya­si fik­ri­nə pa­ra­lel ola­raq, ədə­bi-bə­dii dü­şün­cə­ də fərq­li or­tam­da cərəyan edir. Döv­rün ic­ti­mai hə­ya­tı si­ya­si fi­kir­lə ya­na­şı, ədə­bi dü­şün­cə­ni də xal­qı­n, in­sa­nın və fər­din mil­li ta­le prob­le­mi­nə yö­nəl­dir” deyən professor Bədirxan Əhmədov bildirir ki, Azər­bay­can Xalq Cüm­hu­riy­yə­tinin ya­ran­ma­sı ilə bə­dii dü­şün­cə­də mil­li ruh özü­nün ən yük­sək zir­və­si­nə ça­tır. Ey­ni za­man­da ədə­biy­yat­da si­ya­si möv­zu və prob­le­ma­ti­ka­nın çə­ki­si ar­tır: "Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti bir ta­ri­xi, si­ya­si, ideo­lo­ji fakt ola­raq yal­nız döv­rü­nün ta­ri­xi şə­rai­ti­nin məh­su­lu ol­ma­yıb, hə­min il­lər bo­yu mil­li-si­ya­si, ədə­bi, fəl­sə­fi dü­şün­cə­nin nə­ti­cə­si ola­raq mey­da­na gə­lib. Mil­li döv­lət­çi­lik ide­ya­sı­nın ta­ri­xi o qə­dər uza­ğa get­mə­sə də, mil­li döv­lət­çi­li­yi, müs­tə­qil­lik ide­ya­la­rı­nı şərt­lən­di­rən mil­li mən­lik şüu­ru­nun ya­ran­ma­sı­nın as­pekt­lə­ri məhz bə­dii dü­şün­cə­yə söy­kə­nir. Yə­ni mil­li, et­nik mən­lik şüu­ru, əv­vəl­cə bə­dii, son­ra isə ic­ti­mai-si­ya­si tə­fək­kür­də tə­şək­kül ta­pır. İc­ti­mai-si­ya­si hə­yat­la ədə­bi pro­ses ey­ni məc­ra­da da­vam edir və bir-bi­ri­nə qar­şı­lıq­lı şə­kil­də tə­sir gös­tə­rir: hə­ya­tı, ic­ti­mai-si­ya­si ha­di­sə­lə­rin dər­kin­də ədə­biy­ya­tın ro­lu ar­tır. Bə­dii sö­zün gü­cü art­dıq­ca, ədə­bi şəx­siy­yət­lər də xalq, və­tən, mil­lət və onun azad­lı­ğı ide­ya­sı­na nü­fuz et­məyə baş­la­yır­lar”. 

 

 Professor qeyd edir ki, Cüm­hu­riy­yət döv­ründəki Azər­bay­can ədə­bi­yya­tı­nı ay­rı­ca bir mər­hə­lə ki­mi gö­tür­mək müm­kün­dür: "İki ilə ya­xın bir döv­rün ədə­bi pro­se­si özün­dən əv­vəl­ki son­ra­kı pro­ses­lər­lə bu ya di­gər şə­kil­də əla­qə­də gö­tür­mək daha doğru olardı. Bu­nun­la be­lə, döv­rün ki­fa­yət qə­dər zən­gin ədə­bi mən­zə­rə­sinin for­ma­laş­dığını da qeyd etmək yerinə düşərdi. La­kin bu dövr çox qı­sa ol­du­ğu üçün bə­zi ya­zı­çı və şair­lə­rin cüm­hu­riy­yət döv­rü ya­ra­dı­cı­lı­ğı ilə bağlı qə­ti fi­kir­lər yü­rüt­mək çə­tin olur”. B.Əhmədovun sözlərinə görə, ic­ti­mai-si­ya­si, ədə­bi, mə­də­ni fik­rin for­ma­laş­ma­sın­da əsas ro­lu, şüb­hə­siz, mət­buat oy­na­yırdı: "Bu­nu da qeyd et­mək la­zım gə­lir ki, döv­rün, za­ma­nın so­sial, si­ya­si, hər­bi fak­tor­la­rı mət­buat­da pub­li­sis­ti­ka­nı önə çək­diyin­dən, bə­dii söz bir qə­dər ar­xa pla­na ke­çir. Döv­lət qu­ru­cu­lu­ğu pro­se­si mət­buat və onun va­si­tə­lə­ri­ ilə ədə­biy­ya­ta da öz töh­fə­si­ni ve­rir. "Azər­bay­can", "İs­tiq­lal", "İt­ti­had", "El", "Doğ­ru yol", "Mil­lət", "Mək­təb", "Türk sö­zü", "Bə­si­rət", "Açıq söz", "Öv­ra­qi nə­fi­sə", "Qur­tu­luş" və s. mət­buat or­qan­la­rın­da pub­li­sist­lər­lə ya­na­şı, ya­zı­çı və şair­lər də mə­qa­lə­lər­lə çı­xış edir­di. "Kom­mu­nist", "Gənc iş­çi", "Haqq", "Zəh­mət", "Əx­bar" ki­mi bol­şe­vik mət­bua­tı da fəa­liy­yət gös­tər­di­yin­dən, bu­ra­da da bə­zi ədə­bi nü­mu­nə­lə­rə rast gəl­mək olur­du. Dərc olunan mətbuat nümunələrinin bəziləri əvvəllər çıxmağa başlamış, bəzilərinin isə nəşr tarixi elə Cümhuriyyətin ömrü qədər olmuşdur”. B,Əhmədov qeyd edir ki, S.Ağamalıoğlu, Ü.Şərifov, Ə.Nəcəfzadə, M.B.Məmmədzadənin məqalələri tez-tez nəşr edilirdi. M.Ə.Rə­sul­za­də, Ə.Ca­vad, Ü.Ha­cı­bəy­li, Ə.Müz­nib, C.Ha­cı­bəy­li, M.Ha­di, Ö.F.Ne­man­za­də, H.Qa­sı­mov, F.Ağa­za­də, B.Se­yid­za­də, A.Zi­yad­xa­nov, Y.V.Çə­mən­zə­min­li, A.Şaiq, C.Cab­bar­lı, Əli­yu­sif, Gən­cə­li Da­vudun pub­li­sist və bə­dii əsər­lə­rin­də mil­li dü­şün­cə və at­ri­but­lar təb­liğ edilir, tə­rən­nüm olu­nur­du. Türk şair­lə­ri Məm­məd Əmin Yur­da­qul, Əli Ka­mi, To­fiq Fik­rət, Arif Ür­fan, Röv­şən Əş­rəf bəy, İb­ra­him Şa­kir və baş­qa­la­rı­nın döv­ri mət­buat­da dərc olu­nan əsər­lə­rin­də türk­çü­lük, mil­li və­tən­pər­vər­lik hiss­lə­ri aşı­la­nır­dı: "Si­ya­si hə­yat­da ol­du­ğu ki­mi, ədə­bi pro­ses­də də cəb­hə­ləş­mə ya­ran­maq­da idi. Mət­buat ət­ra­fın­da cəm­lə­şən Azər­bay­can ya­zı­çı və şair­lə­ri bu də­fə mü­hi­ti, ya­rat­dıq­la­rı ədə­bi cə­miy­yət­lər­lə can­lı edir­lər. Mil­li dü­şün­cə­li ya­zar­lar bir qə­dər əv­vəl fəa­liy­yə­tə baş­la­yan "Ədəb yur­du", "Ya­şıl qə­ləm", "Türk oca­ğı" dər­nək­lə­rin­də fəa­liy­yət gös­tə­rir­di. İde­ya eti­ba­ri­lə Ru­si­ya­dan qi­da­la­nan və bol­şe­vik­lə­rin rəh­bər­li­yi al­tın­da mil­li dü­şün­cə­yə al­ter­na­tiv ya­ra­nan "Qır­mı­zı qə­ləm" (1919) cə­miy­yə­ti də ədə­biy­yat­dan si­ya­si məq­səd­lər üçün is­ti­fa­də səbəbi­lə ya­ra­dıl­mış­dı. AXC-nin varlığı ictimai, siyasi həyatı canlandırdığı kimi, mədəni həyata da öz təsirini göstərirdi. Məktəblərin milliləşdirilməsi ilə əlaqədar olaraq elmi, ədəbi kitablara ehtiyac daha da artırdı. Bütün bunlar ziyalıları bir ideya, bu ideyanı həyata keçirən təşkilat ətrafında toplaşmanı zəruri edirdi. Belə bir təşkilat isə "Türk ocağı” olur. AXC dövründə yaranan bu cəmiyyətin fəaliyyəti milli şüurun, dövlətçilik və istiqlalçılığın formalaşmasında əhəmiyyətli rol oynayır”. Ədəbiyyatşünas alim bildirir ki, Azər­bay­can ya­zar­la­rı­nın bir ço­xu Cüm­hu­riy­yə­tin qu­rul­ma­sı pro­se­sində yal­nız əsər­lə­ri ilə de­yil, şəx­si fəa­liy­yət­lə­ri ilə də ya­xın­dan iş­ti­rak ediblər: "Ə.Ca­vad 1914-cü il­dən son­ra ədə­bi ya­ra­dı­cı­lıq­la ya­na­şı, ic­ti­mai iş­lər­də, xey­riy­yə cə­miy­yə­ti­nin təd­bir­lə­rin­də fəal iş­ti­rak edir­di. Cüm­hu­riy­yət döv­rün­də isə onun fəal­lı­ğı da­ha da ar­tır, "Mü­sa­vat" üz­vü ki­mi Məc­li­si-mə­bu­sa­nın ic­las­la­rın­da olur, mil­li, və­tən­pər­vər­lik ruhunda əsərlər yazır və türk or­du­su­na şeir­lər həsr edir­di. A.Şaiq "Mü­sa­vat" him­ni­nin müəl­li­fi və is­tiq­lal yö­nüm­lü ol­maq­la bir çox şeir­lər ya­zır. M.Ha­di şəx­siy­yət eti­ba­ri­lə tam azad ol­du­ğun­dan və cə­miy­yət ha­di­sə­lə­ri­nə mü­na­si­bət­də pes­si­miz­mi hə­lə də da­vam edir­di. Gənc C.Cab­bar­lı, Um­gül­süm, Əmin Abid mil­li ruh­lu əsər­ləri ədəbi prosesə canlılıq gətirirdi. Y.V.Çə­mən­zə­min­li Cüm­hu­riy­yə­tin qu­rul­ma­sı pro­se­sində Uk­ray­na­da Azər­bay­can nü­ma­yən­də­si, İs­tan­bul­da kon­sul qis­min­də fəa­liy­yət gös­tə­rir­di. Tən­qid­çi Se­yid Hü­seyn cüm­hu­riy­yət­çi ya­zar­lar­dan he­sab olu­nur­du. Cüm­hu­riy­yət dö­nə­min­də H.Ca­vid Nax­çı­van­da, C.Məm­məd­qu­lu­zadə isə Kəh­riz­li­də və Şu­şa­da siyasi mühitdən kənarda ya­şa­yır­dı. Ə.Haq­ver­di­yev isə Bor­ça­lı­da və Da­ğıs­tan­da rəs­mi və­zi­fə – dip­lo­ma­tik mis­si­ya da­şı­yır­dı. Bir müd­dət Təf­tiş İc­raiy­yə Ko­mi­tə­si­nə üzv olan ya­zı­çı bir il son­ra Gür­cüs­tan par­la­men­ti­nin üz­vü ol­muş­dur. Da­ha son­ra isə AXC hö­ku­mə­ti onu Da­ğıs­ta­na nü­ma­yən­də gön­dər­ib. A.Di­van­bə­yoğ­lu gah müəl­lim iş­lə­yir, gah da Da­xi­li İş­lər Na­zir­li­yin­də tər­cü­mə­çi və­zi­fə­sin­də ça­lı­şır­dı. H.K.Sa­nı­lı so­sia­list si­ya­si möv­qe­yi ilə se­çi­lir­di. T.Ş.Si­mürğ, B.Ta­lıb­lı kom­mu­nist dün­ya­gö­rüş­lə­ri ilə par­ti­ya­nın işin­də ya­xın­dan iş­ti­rak edir­di. N.Nə­ri­ma­nov isə si­ya­si fəa­liy­yət­lə məş­ğul olur­du. Ümu­miy­yət­lə, bə­dii ədə­biy­ya­tın ye­ni qu­ru­lu­şu tə­rən­nüm et­mə­si, xalq­a, mil­lə­tə, və­tə­nə, bay­ra­ğa, Azər­bay­can or­du­su­na sev­gi ya­rat­ma­sı baş­lı­ca mə­sə­lə­lər­dən he­sab olu­nur­du”.

  Professor qeyd etdi ki, Cüm­hu­riy­yət döv­rü ədə­bi pro­se­sin­də türk şair­lə­ri­ də ya­xın­dan iş­ti­rak edir­di: "Ar­tıq bir ne­çə il idi Na­mik Ka­mal, To­fik Fik­rət, Məm­məd Əmin Yur­da­qul, Arif Ür­fan Qa­raos­man, Röv­şən Əş­rəf, Fey­zul­la Sa­cid və baş­qa­la­rı­nın şeir­lə­ri Azər­bay­can ədə­bi pro­se­sin­də döv­riy­yə­də ol­maq­la ya­na­şı, is­ti­qa­mət­ve­ri­ci, yön­lən­di­ri­ci iş­lər də gö­rür­dü. Gənc Azər­bay­can şair­lə­ri klas­sik şei­rin tə­si­rin­dən qur­tu­la­raq türk şei­ri­nin rit­mi, ha­va­sı üs­tü­nə kök­lə­nir­di. Əgər be­lə de­mək müm­kündür­sə, türk­çü­lük, tu­ran­çı­lıq ideo­lo­gi­ya­sı bir nə­zə­ri fi­kir, dü­şün­cə ola­raq Azər­bay­can ic­ti­mai fik­rin­dən Tür­ki­yə­yə ix­rac olu­nur­du­sa, qar­şı­lı­ğın­da hə­min ide­ya­lar poe­tik şə­kil­də ge­ri­yə id­xal edi­lir­di”.

 Professor qeyd etdi ki, Cümhuriyyət dövrünün ədəbi düşüncəsində poeziya aparıcı mövqe tutsa da, dramaturgiya və nəsr ona nisbətən zəif inkişaf edib: "Bunun əsas səbəbi isə poeziyanın kiçik formalardan ibarət olmaqla, mövcud hadisələrə adekvat cavab verməsi olmuşdur. Dramaturgiya və nəsrdə isə bəzi nümunələri çıxmaq şərtilə bu adekvatlığı görmək mümkün deyil. Əksinə, dramaturgiya bəşəri mövzuproblematikaya toxunduğu kimi, sənətkarlıq baxımından da özünəməxsus olub ədəbi prosesi canlandırmışdır”. 

 

   Azərbaycan Cümhuriyyətinin hüquqi varisi

 

  Professor Alxan Bayramoğlu hesab edir ki, Cümhuriyyət dövrü ədəbiyyata yeni mövzular gətirməklə yanaşı, həmçinin ədəbiyyat üçün istiqlal düşüncəsini hazırladı: "Cümhuriyyət dövrü milli mənlik şüurunun formalaşmasında xüsusi rol oynadı. Milli istiqlalın əldə olunması üçün milləti hazırladı. Xalqın özünə tanıdılması, onda maarifçilik şüuru ilə yanaşı müstəqillik, istiqlal şüurunu, siyasi şüurun yaradılmasına şərait yaratdı. 19-cu əsrin sonuna doğru maarifçilik düşüncəsi hakim idisə, 20-ci əsrin əvvəllərində siyasi şüur, siyasi müstəqillik təbliğ olunurdu”. A.Bayramoğlunun sözlərinə görə, müstəqillik dövründə həm qazanılanların qorunması, həm qiymətləndirilməsi, həm də inkişaf etdirilməsi istiqamətində təbliğat aparılır, mövzular yazılırdı. Belə ki,  Məhəmməd Hadi, Əhməd Cavad, Cəfər Cabbarlı, Əli Yusif, Abdulla Şaiq, Umgülsümb. şairlərin şeirlərini misal göstərmək olar: "Eyni zamanda, Qafqaz türk ordusu ilə Azərbaycana gələn şairlərin əsərlərində həm vətənpərvərlik əhval-ruhiyyəsi, həm cümhuriyyətçilik və istiqlalçılıq ideyaları təbliğ və tərənnüm olunur, həm də xalqın inamını özünə qaytarırdı. Mart soyqırımından sonra xalq təqib və təzyiqlərdən cana gəlmiş və bir qədər bədbinləşmişdi. İstiqlala inamın, işıqlı sabaha etibarın yaradılması uğrunda çalışırdılar. Eyni zamanda Cəfər Cabbarlı, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə kimi şairdramaturqlar əsərlərində vətənpərvərlik, xarici işğalçılara qarşı mübarizə, gələcəyə inamı tərənnüm edirdilər.

 

  Ümumiyyətlə, günün bütün sosial-mədəni həyatı, qadınların ictimai həyata qoşulması kimi məsələlər də ədəbiyyatda öz əksini tapırdı”. Professor qeyd edir ki, sonrakı mərhələdə - Azərbaycan sovetlər tərəfindən işğal olunandan sonra, 20-ci illərin axırı – 30-cu illərin əvvəllərində istiqlalçı fikirlər təqib edilməyə, bu ideyaların qarşısına sədd qoyulmağa başlandı: "İstiqlalçı fikirlərin daşıyıcıları olan adamlar repressiyaya məruz qaldılar. Məşhur repressiya dalğası xalqın başının üstünü aldı. İstiqlal düşüncəsinin daşıyıcılarını yavaş-yavaş sıradan çıxartdılar. Ancaq istiqlalçılıq fikrini xalqın şüurundan ata bilmədilər. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini Cümhuriyyətin varisi kimi bərpa etdi”. Bu hərəkatda cümhuriyyətçilik, istiqlalçılıq ideyaları böyük rol oynadı. Ona görə də ölkə prezidenti İlham Əliyev Azərbaycan Cümhuriyyətinin 100 illiyi, eyni zamanda 2018-ci ilin Cümhuriyyət İli elan olunması ilə bağlı sərəncam imzaladı. Bu da onu göstərir ki, biz həqiqətən də Azərbaycan Cümhuriyyətinin hüquqi varisiyik”. 

       

Kaspi.- 2018.-26-29 may.-S.10.