Rəngli zirzəmi
Və ya gənc rəssamların emalatxanasından reportaj
Xalq rəssamı Ağaəli İbrahimov hər zaman deyirdi ki, "rəssam üçün birinci azadlıq, ikinci emalatxanadır”. Bu günün gəncləri isə azadlığı öz emalatxanalarını açmaqda görürlər. Qəzetimizin "Gənclik” əlavəsində məhz o gəncləri tapıb, emalatxanalarında qonaq oluruq.Bu dəfə bir binanın zirzəmisində 3 gəncin açdığı 2 böyük emalatxanaya baş çəkdik. Bir xalçaçı, iki rəssam burada tələbələr hazırlayır, rəssamlığa, xalçaçılığa olan maraqlarını aşkara çıxarırlar. Onlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinintələbələridir.
Zirzəmidə yaradıcılıq həvəsi
Öz emalatxanasında çalışan Elvin Paşayev deyir ki, İncəsənət Universitetinin "dizayner rəssam” ixtisasına daxil olub. Universiteti bitirdikdən sonra öz emalatxanasında rəngkarlıqla məşğuldur və bu emalatxanada gənc rəssamlar yetişdirir. Burada yaş fərqindən asılıolmayaraq, gənclərə rəssamlığın sirlərini öyrədir. Deyir ki, birinci sinifdən rəssamlığa böyük marağı olub:
"Uşaq yaşlarımda kağız üzərində cızma-qara edirdim və gördüm ki, bu sənət mənə çox maraqlı gəlir. İstəyimin arxasınca getdim və bu sənətin texnikasınıöyrənməyə başladım. Bilirsiniz ki, rəssamlıq sənəti təkcə əlinə fırça alıb ağ kağıza üzərində nəyisə təsvir etməkdən ibarət deyil. Onu xırdalıqlarına qədər öyrənmək və tətbiq etmək mütləqdir”.
Onun ixtisası dizayner rəssamlığı olsa da, rəngkarlığı üstün tutur. Bildirir ki, özünü məhz bu sənətdə tapır:
"Özümü dizayner sahəsində görə bilmirəm. Dizayner sənətinin mütəxəssisi olmaq üçün bir çox proqramlara yaxından bələd olmaq mütləq şəkildə lazımdır.İçimdə həmin proqramlara həvəs yoxdur. Bir işdə həvəs olmadıqdan sonra onu inkişaf etdirmək mənasızdır. Mənə görə rəssam fırça ilə çalışmalı və öz təxəyyülünü məhz öz əsərinə tökməlidir. Düzdür, indi müasir dövrdür, kompyuter əsridir. Belə bir zamandareklam, dizayn sahəsi daha çox gəlir gətirir, nəinki rəngkarlıq. Ancaq mən gəlirin deyil, daxilimdən gələn istəyin arxasınca getdim”.
Gənclərin sirdaşı olan emalatxana
Müsahibimiz deyir ki, universiteti bitirdikdən sonra tanıdığı şirkətlərə və bir çox müəssisələrə CV göndərib:
"Gördüm ki,
CV verməyin heç bir mənası yoxdur. Yavaş-yavaş rəsm sifarişləri qəbul etdim və müəyyən qədər məbləğ topladıqdan sonra öz emalatxanamıaçmaq qərarına gəldim. Dostlarımızla məsləhətləşib, uyğun bir emalatxana tapdıq. Biz burada sifariş qəbul edir, müxtəlif mövzuda əsərlər çəkirik. Daha çox divar rəsmləri üzərində işləyirik. Obyektlərdə divarların boyanması işində də çalışırıq. Sifarişçinin istəyinəuyğun olaraq bura həm də özümüzü təkmilləşdirmək və üzərimizdə işləmək üçün bir məkandır. Yağlı boya və kətan üzərində çalışırıq. Kiçik sifarişləri isə məhz burada işləyirik. Gilan Holdinqlə birlikdə Keşlə Tütün zavodunun həyətində böyük bir qlobus işləmişik. Təbiiki, tanınmış şirkətlərlə işləmək istəyərdik. Ancaq bu işdə əlaqələrin böyük rolu var”.
Elvin deyir ki, bu emalatxanada tələbələr hazırlayır. Rəssamlığa həvəsi olan yeniyetmələr və ali məktəbə daxil olmaq üçün gənclər onlara müraciət edir. Müsahibim vurğulayır ki, 50 yaşında insanın da rəssamlığa həvəsi varsa, gəlib hazırlaşa bilər.
Rəssamlıq sənətinin çətinliklərindən danışan Elvin qeyd edir ki, bu sənəti seçdiyi üçün çevrəsi, ailəsi tərəfindən hər zaman qınaq obyektinə çevrilib. Ancaq nə bu qınaqlar, nə də çevrəsindəki insanların münasibəti sevdiyi peşədən ayıra bilməyib:
"Mən peşəmisevirəm. Rəssamlığa gəldiyim yolda çox qınaqlara tuş gəldim. Hətta "get özünə ayrı sənət tap” deyənlər də oldu. Bizim iş bir az səbr və dözüm tələb edir”.
Gənc rəssam Elvin Paşayevdən beynəlxalq sərgilərdə iştirak edib-etməməyini soruşuruq. O deyir ki, fərdi sərgilərin keçirilməsi üçün dəstək mütləq şəkildə lazımdır:
"Təkbaşına nəsə əldə etmək çox çətindir. Kömək, ətraf olmadan nəyisə əldə etmək heç də asan deyil.Bir yerə çıxmaq və beynəlxalq arenada tanınmaq üçün dəstək olmalıdır”.
Bu emalatxanada nəinki rəssamlıq, eyni zamanda xalçaçılıqla da məşğul olurlar. Emalatxanada qonaq olduğumuz gün xalçaçı rəssam Lalə Hüseynzadə iş başında yox idi. Öyrəndik ki, xalçaçı rəssam eyni zamanda "Azərilmə”də çalışır.
Gənc rəssamdan özünü inkişaf etdirmək üçün hansı üsullardan istifadə etdiyini də soruşuruq. Deyir ki, bütün yük insanın öz üzərinə düşür. Rəssamlığı oturduğun yerdə inkişaf etdirmək isə çox çətindir. Gənc rəssamlara emalatxanalar verilsə, onların işləri bir qədərrahat olar.
Söhbətimizə rəssamın otaq yoldaşı Eldar Həsənov müdaxilə edir. O, incəsənət universitetinin "Kino rəssamlığı” ixtisasını bitirib. Deyir ki, əgər bir işi peşəkar səviyyədə görə bilmirsənsə,
o işin ətəyindən yapışmaq faydasızdır:
"Nəyi bacarırıqsa, onu da nümayişetdirməyə çalışırıq. Bacara bilmədiyimiz işi öz boynumuza götürmürük. Biz mütəmadi olaraq dünyanın məşhur rəssamlarını izləyirik, qalereyalardan xəbərdarıq. Ancaq gedib ora çıxmaq bizə arzu kimi görünür. Əslində rəngkarlıq sahəsi çox maraqlıdır. Ancaq elərəssamlar var ki, qrafikaya gedir”.
Onları birləşdirən sənət
Gənc rəssamlardan aylıq sifarişlərini də öyrənirik. Elə ay olur ki, ard-arda sifarişlər qəbul edən gənclər, bir çox aylar sifariş almırlar. Qiymət isə işə və keyfiyyətə görə dəyişir. Ən çox da kətan üzərində tablo sifarişləri alırlar.
Eldar Həsənov:
"Yeni-yeni başlayanda arzulayırdıq ki, bir adam çəkə
bilsəydim, gözəl olardı. Ancaq tale elə
gəldi ki, rəssam oldum və kino rəssamlığı
üzrə təhsil aldım,
işləyə-işləyə öyrəndim.
Nəzəriyyə deyil ki, oxuyub öyrənəsən.
Əsas odur ki, öyrəndiklərini tətbiq
edəsən. Əslində mən də öz sənətimin
arxasınca getmədim. Çünki bu sənət
diqqətimi çəkmirdi”.
Emalatxanada gitaranın da olduğunu görürük. Elvin deyir ki,
rəssamlıqdan qalan asudə zamanını
məhz gitarada ifa edərək keçirir. Özünü bu işdə heç də
peşəkar hesab etmir. Sən demə, müsahibimizin oyma və
heykəltəraşlıq sənətinə də böyük marağı var.
Gənc rəssamlar
deyir ki, çəkdikləri əsərlərə baxanda, onu
nə düşündüklərini aydın
şəkildə görə bilirlər.
Eldar deyir ki, rəssam
əsər çəkərkən hər şeydən
ilhamlanır, onun ilham mənbəyi isə fərqli olur:
"Hər hansı bir sərgidə gözəl bir iş gördükdə,
ondan ilham alıb, emalatxanada yeni bir əsər
yaradırıq. Bizim ilham mənbəyimiz günlük
əhvalımızdan asılı olur. Adi günəşin
çıxmağından belə təsirlənib əsər
çəkdiyimiz vaxtlar olub. Əsərlərə baxanda, onu
hansı ab-havada çəkdiyimizi xatırlayırıq”.
Gənclərlə
söhbətimizi yekunlaşdırıb, şəkillər
çəkdiririk. Nədənsə, az əvvəl dil
qəfəsə qoymayan gənc rəssam Eldar şəkil
çəkdirməkdən imtina edir. Ah bu gənclər, sizin də
kompleksləriniz olmaya...
Xəyalə Rəis
Kaspi 2018.- 9-12
noyabr.- S.11.