SƏSLƏ-RƏNGLƏ
İFADƏ OLUNAN İSTEDAD
SƏSLƏ-RƏNGLƏ İFADƏ OLUNAN İSTEDADCənubi Azərbaycan rəssamı
Vədud Müəzzinin yaradıcılığı
haqqında...
Dünyanın
məşhur səs saxlancından az-çox xəbərdar olanlara "Müəzzinzadə”
soyadı çox yaxşı
tanışdır. Belə ki,
müsəlman dünyasının ötən əsrin ikinci yarısına
təsadüf edən bütün dini mərasimlərində ucalan səs
bilavasitə mərsiyə və növə ustası Rəhim
(1925-2005) və Səlim (1936-2016) Müəzzinzadə
qardaşlarına məxsus olmuşdur. İran radiosunun ilk müəzzini olan ataları Əbdülkərimdən aldıqları
səs sənəti dərsini onlara bəxş olunan səksən illik ömür payında
şərəflə yaşadan Rəhim və
Səlim zamanında İranın ən məşhur
şəxsiyyətlərindən olublar, desək,
yanılmarıq. Bunun kökündə isə
onların səslərinin müsəlman-İran
incəsənət tarixinin ayrılmaz parçası
olması, "Bayatı-Türk” və "Mahur”
üstündə oxuduqları azanın
şaşırdıcı təsir gücünə malik olması dururdu. Onlar kiçik qardaş Səlimin
ailəsində dünyaya gələn (1958) Vədud
adlı oğlan uşağının səsindəki
ecazkarlığı duyanda Müəzzinzadələrin
"səs estafeti”nin layiqlə davam etdiriləcəyindən
rahatlıq tapmış oldular. Amma zamanı
yetişəndə öz istedadını həm
də rənglərə sevgisində ifadə
etməyə imkantapan Vədud atasına və
əmisinə "ortaq” olmaqdan vaz keçməyə
qərar verir. Bunun ardınca isə o, İranda və
Türkiyədə rəssamlıq üzrə ixtisas təhsili almaqla müstəqil
yaradıcılığa-özünüifadəyə
qədəm qoyur. Beləcə, dünyanın
məşhur miniatür ustalarının yetişdiyitorpaqda sonralar cənubun yeni sənət ulduzuna çevriləcək rəssam
yetişməyə başlayır. Bu prosesdə ən
qəribəsi Vədudun məşhur təbrizli
sələflərinin yolu ilə getməməsi olmuşdur. Onu heç yaxından tanıdığı
Türkiyədə, eləcə də Avropa və Amerikada hər
addımda qarşılaşdığı "müasir sənət” yönümləri
də özünə cəlb edə bilməmişdir.
İranın sənət məkanına bələdçiliyimizin
qarşısında deməliyik ki, əslində gənc
rəssamın seçdiyi yaradıcılıq yolu çox risqli idi. Başqa sözlə
desək, Vədudun ona qədər Avropa və rus-sovet rəngkarlığındamövcud olan realist-gerçəkçi
bədii prinsipləri yeni çalarlarla zənginləşdirə
biləcəyi sual altında idi. Etiraf edək ki, çoxları kimi elə onun özü də
bəzən səslə rəngin qovuşduğu sənət
dünyasının yaxın gələcəyinə bir qədər
şübhə ilə yanaşırdı. Onun bir əli
fırçalı hərdən Bakıya yollanması və
görkəmli muğam ustası Ağaxan Abdullayevdən
dərs almasında da həmin
"şübhələrin” reallaşacağı
təqdirdə alternativ addım ata bilmək
istəyi dururdu. Amma gecə-gündüz
çəkilən zəhmət tezliklə öz bəhrəsini verdi və o, İranda həm
qavalı, həm də palitrası ilə tanınan
yaradıcıya çevrildi. Onun əsərlərinin İran şəhərləri
(Təbriz, Urmiya, Rəşd, Ənzəli Ərdəbil)
ilə yanaşı, bir çox dünya ölkələrində
(ABŞ, Kanada, Fransa və s.) uğurla nümayişi də daha çox miniatür üslublu əsərləri
ilə tanınan məkana yerli sənət
ənənələrinə fərqlibədii çalar bəxş
edən realist-gerçəkçi bir sənətkarın
gəldiyini təsdiqlədi. Yaratdıqlarını İrandan heç də az tanınmadığı
Azərbaycanda nümayiş etdirmək onun ən ülvi arzularından biri idi.
Ən nəhayət, Azərbaycanın müstəqillik
əldə etməsindən sonra baş tutan buyaradıcılıq
hesabatına Vədud rəssam-xanəndə kimi gəlmişdi. Onun 2002-ci
ildə Milli Azərbaycan İncəsənəti
Muzeyində təşkil olunan fərdi sərgisinin
açılışında Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev də iştirak etmişdi. O, sərginin
ekspozisiyasındakı əsərlərlə, eləcə
də özünün gənc rəssam
tərəfindən çəkilmiş portreti ilə
tanış olandan sonra onun səsinə
də qulaq asmışdı. Ulu öndərin
həmin görüşdə
söylədiklərindən: "Mən çox sərgilərə
baxmışam. Hər sərginin öz yeri var. Heç birini digəri
ilə müqayisə edib demək istəmirəm ki, bu yaxşıdır, o yaxşıdır. Yox. Amma bugünkü sərgi
məndə çox böyük təəssürat
oyatdı. Bu əsərlərin hər biri bizim dostumuzun,
gənc rəssamın nə qədər böyük istedada malik olduğunu göstərir. Eyni zamanda,
nə qədər fədakar insan olduğunu sübut edir.
Sərgidə kiçikbir əsər var. Şubert haqqında bu cür əsəri kiçik bir yerdə
elə yaradıb ki, adam məəttəl
qalır ki, bunu necə yaratmaq olar.
Mən çox sevinirəm, çox şadam. Bilirsiniz ki,
belə sərgilərə gəlməyə mənim çox vaxtım yoxdur. Ancaq mənə
xəbər vermişdilər ki, sən
gələcəksən və burada sənin sərgin
açılır. Dünən də mənə
sərgidə nümayiş etdiriləcək
işlər barədə bir az məlumat
verdilər. Baxmayaraq ki, bu gün mənim işim həddən çoxdur, amma bu sərgiyə
gəldim. Hər bir əsərə diqqətlə
baxdım. Heç bir əsərin yanından
keçmədim. Bəzən olur, sərgiyə
gedirsən əsərlərin birinə, ikisinə
baxırsan, hiss edirsən ki, ümumi təsəvvür var. Amma burada təkcə ümumi təsəvvür
məsələsi deyildir. Onsuz da bir neçə
əsərə baxandan sonra artıq məndə
təsəvvür yarandı. Burada mən hər bir əsərə baxmaq istəyirəm. Onunincəliyini,
təbiiliyini görmək istəyirəm. Ona görə
də xeyli vaxtdır ki, mən buradayam. Amma mən buna vaxt itirdiyimə
görə şadam. Şadam ki, bu sərgini gördüm.
Demək, Azərbaycan xalqı, – indi müstəqil
Azərbaycanda da, İranda da, – bütün İran xalqı yüksək istedadamalikdir. İndi biz bölüşdürə bilmirik ki,
Şəhriyar kimindir. Təbiidir ki,
Azərbaycanındır. Eyni zamanda, o,
İranındır. Xətai kimindir? O, İranın və
Azərbaycanındır. Belələrini çox saymaq olar.
Vədud da İran vətəndaşıdır,
rəssamıdır, amma azərbaycanlıdır.
Demək, İranda çoxmillətlər var,
azərbaycanlılar da var. Azərbaycanlılar öz istedadını bu cür nümayiş etdirən,
Şərq aləminə indiyə qədər uyğun olmayan Avropa üslubunda belə
əsərlər yaradan rəssam yetişdiribdir.
Əziz dostum, mən səni təbrik edirəm. Mən
sənin əsərlərindən çox böyükhəzz
aldım. Güman edirəm, burada sərgiyə
gəlib maraq göstərənlər, baxanlar çox olacaqdır.
Sən gəncsən. Neçə yaşın var?
– VƏDUD
MÜƏZZİN: 41 yaşım var.
– HEYDƏR
ƏLİYEV: 41 yaş... Ən
gözəl yaşdır. Çünki mən bu yaşların
hamısını keçmişəm. Bu, ən
gözəl yaşdır. Ona görə vaxtı
itirmə, işini davam etdir. Yaxşı oxuyursan,
səsin yaxşıdır. "Segah” da mənə ləzzət verdi. O da pis deyildir. Hərdən bir oxu ki, ilham alasan. Amma vaxtının çoxunu bu işə
sərf et. Çünki bu, oxumaqdan daha da vacibdir. Oxuyanlar çoxdur.
O tərəfdə də, bu tərəfdə
də, o tayda da, bu tayda da çoxdur. Amma belə
əsərlər yaradanlar o qədər
də çox deyildir. Xüsusən, İranda.
Elədirmi? Cənab səfir düz deyirəm.
– ƏHƏD
QƏZAİ/İranın Bakıdakı səfiri: Bəli.
– HEYDƏR
ƏLİYEV: Səni təbrik edirəm,
cansağlığı arzu edirəm. Mənim
haqqımda əsər yaratdığına görə də
təşəkkür edirəm və demək
istəyirəm ki, çox dəyərli bir əsərdir.
Yəni rəssamlıq ustalığı
nöqteyi-nəzərindən dəyərlidir. Sənə
təşəkkür edirəm”.
Bu sərgi
Vədud Müəzzinin Azərbaycanda sonuncu hesabatı
olmadı. Belə ki, onun 2014 və 2018-ci ildə
Bakıdakı Muzey Mərkəzində böyük marağa səbəb olan yeni fərdi
sərgiləri təşkil olundu. Ekspozisiyasına 85
əsərin daxil edildiyi son sərgi onun yaradıcılığının bütünzənginliyi
ilə duymağa imkan verdi, desək,
yanılmarıq. Onun müxtəlif janrlarda ərsəyə
gətirdiyi rəngkarlıq tabloları dünyaya "Vədud
baxışı”nın estetikası barəsində
müəyyən fikir söyləməyə
əsas verir…
Əgər mövcud olan bütün üslub və
cərəyanların mayasında realizm ənənələrinin
dayandığını etiraf etməli olsaq, onda bu "çərçivə”yə yeni çalarlar əlavə etməyin çox çətin olduğunu da vurğulamalıyıq. Bu yerdə deyək ki, realizm üslubunda əsər
yaratmağın asanolduğunu düşünənlər
yanılırlar. Əgər qədim zamanlardan XX
əsrə qədər yaradılanların bilavasitə
rəssamların realizm ənənəsinə
tapınaraq ərsəyə
gətirdiklərini söyləməli olsaq, bu uzun əsrlər boyu bizi öz sehrinə salan həmin
əsərlərin həmin məlum estetikayaözünəməxsus çalarlar əlavə
edilərək ictimailəşdirildiyini deməliyik. Həmin
əsərlərdə real obyektə-qaynağa
fərdi və fərqli münasibət
göstərildiyindən zaman-zaman bizə
tanış olanlar yeni və
duyğulandırıcı görünməkdədir. Elə
Vədudun realizmə münasibətində də bizhamımıza məlum olanlardan seçilən estetika nümayişi gördüyümüzdən, onlar cəlbedici
və təsirli görünməkdədirlər. Bununla belə,
müxtəlif janrlı həmin əsərlərin
bədii tutumunda miniatür və muğam ruhu duyulmaqdadır.
Rəssamın realizm çalarlarına bələdiyi
həmin şaşırdıcı estetik nüanslar rəng
uyarlılığında və yaxı ritmində hifz olunmaqdadır. Ona görə
də gördüklərindən heyrətlənməyi bacaran və bundan usanmayan rəssamın
inanılmaz dərəcədə gerçəkçi olan realizmi özünəməxsusdur…
Ziyadxan Əliyev
Kaspi 2018.-
17-19 noyabr.- S.24.