Şərqin yetişdirdiyi böyük dühalar

Onları biz özümüz tanımırıqsa...

Orta əsrlərdə  müsəlman  Şərqində  elm, fəlsəfə, ədəbiyyat  və incəsənət  sahəsində  böyük  nailiyyətlər qazanılmışdı. Bu dövrdə yaşayıb  fəaliyyət  göstərmiş  filosoflar, alimlər dini  və dünyəvi elmlərə dair qiymətli  əsərlər  qələmə  almış,  tarixdə  özünəməxsus  mövqe  tutmuşlar.

IX əsrin böyük Azərbaycan mütəfəkkiri, fəqih alimi Əbubəkr Əhməd Harun oğlu Bərdici Bərdəinin  (844-914) vaxtilə Kür çayı sahilində, Bərdənin on dörd fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuşdur. Əhməd Bərdicinin ilk araşdırıcısı Zakir Məmmədov yazmışdır ki, o, doğma yurdunda dövrünün zəruri biliklərinə yiyələndikdən sonra müxtəlif yerlərə - İraq, Suriya, Misir, Əlcəzair, Hicaz, İranbaşqa ölkələrə səyahət etmiş, təhsilini artırmışdır. Ömrünün axırına - 914-cü ilin aprelinə qədər müxtəlif ölkələrlə bağlı olmuşdur. O, nüfuzlu müəllim sayılanda hələ iyirmi beş yaşı tamam deyilmiş. Əhməd Bərdicinin "Əshabələr, ardıcıllar və hədis müəlliflərindən nadir adların təbəqələri” traktatı daha məşhurdur. "Nadir adların təbəqələri”ndə 426 Peyğəmbər əshabəsinin, davamçılarının və hədis alimlərinin adları, onların mənsub olduqları yerlər göstərilir. Əhməd Bərdici traktatın əvvəlində onun yeniliyinə işarə edərək yazır: "Mənim (araşdırdığım) nadir adlardır. Onlar Peyğəmbər əleyhissəlamın əshabələridir. Alimlərdən heç birinin həmin adlardan hansınısa çəkmiş olduğunu bilmirik”. 2018-ci ildə Əbubəkr Əhməd Bərdəi Bərdicinin "Nadir adların təbəqələri” kitabının yazılmasının 1125 illiyi tamam olur.

 Əbülhəsən Əli ibn İsmayıl Əşəri (873-935) ortodoksal islam sxolastikasının - Əşəriliyin banisidir. O, mütəzilizmin yaradıcı ideoloqları ilə uzun müddət həmfikir olmuş, həm də onlarla mübahisələr aparmışdır. Əvvəllər mütəzilizmin nümayəndəsi, qızğın təəssübkeşi sayılmasına baxmayaraq, sonralar ona qarşı çıxmışdır. Əbülhəsən Əşəri və onun ardıcılları məntiq və fəlsəfə istilahlarını işlədirdilər. Bu il Əbülhəsən Əşərinin doğumunun 1145 illiyidir.

Mötədil sufizmin məşhur nümayəndəsi, Azərbaycanın  məşhur mütəfəkkiri Əbunnəcib Əbdülqahir Abdulla oğlu Sührəvərdi (1097-1168) Zəncan yaxınlığındakı Sührəvərd qəsəbəsində anadan olmuş, Bağdada gedib orada Nizamiyyə mədrəsəsində təhsil almışdır. AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazmışdır ki, Əbunnəcib Sührəvərdi görkəmli alim, böyük sufi şeyxi kimi şöhrət qazanaraq Nizamiyyə mədrəsəsində dərs demiş, bir müddət ona başçılıq etmişdir. Əbunnəcib xalq içərisində böyük nüfuza malik sufi şeyxi kimi tanındığı üçün onun hüququ hakim dairələr tərəfindən toxunulmaz olmuşdu: mütəfəkkir təqib olunan şəxslərə belə öz sufi ribatlarında yer verməkdən çəkinmirmiş. Tacəddin Sübki yazır: Əbunnəcib Sührəvərdi sultandan, xəlifədən və başqalarından qorxub, ona pənah gətirənləri müdafiə etmiş, onlar təhlükədən sovuşmuşlar. 2018-ci ildə Əbunnəcib Sührəvərdinin  vəfatının 850 illiyidir.

Şərq peripatetizminin ilk böyük nümayəndəsi, mütəzilizm cərəyanına mənsub ərəb filosofu Yəqub Kindidir (800-873). Ensiklopedik alim Əbunəsr Farabi (874-950)  tərəfindən Şərq peripatetizminin mükəmməl sistemi yaradılmış, ensiklopedik alim İbn Sina (980-1037) və onların ardıcılları tə­rə­findən inkişaf etdirilmişdir.

Azərbaycanda bu təlimin ilk böyük  nümayəndəsi, Şərqin nurlu dühası İbn Sinanın şagirdi Əbülhəsən Bəhmənyar Mərzban oğlu Azərbaycanidir (993-1066). Müsəlman Şərqi ölkələrində peripatetik fəlsəfənin inkişaf etdirilməsində Bəhmənyarın, ondan təhsil almış alimlərin və onların şagirdlərinin böyük rolu olmuşdur.

AMEA-nın müxbir  üzvü  Zakir Məmmədov  ilk dəfə olaraq  göstərmişdir ki, böyük  filosof, riyaziyyatçı, rübailər ustası kimi  məşhur olan  Ömər Xəyyam (1048-1131) Bəhmənyarın şagirdidir.

XI əsrdə təbiətşünas filosofu Əbureyhan Məhəmməd ibn Əhməd Biruni Xarəzmi (973-1043) tarix, etnoqrafiya, coğrafiya, riyaziyyat, astrono­mi­ya, təbiyyat, minerologiyab. elmlərə dair sanballı əsərlər yaz­mışdır. Zakir Məmmədovun fikrincə, Əbureyhan Biruninin zəngin yaradıcılığı göstərir ki, o, qədim Şərq, xüsusən Hindistan mütəfəkkirlərinin ictimai-si­ya­si, dini-fəlsəfi və elmi təlimlərini öyrənmiş, qədim yunan alim­lərinin (Platonun, Aristotelin və başqalarının) əsərlərini də­rin­dən bilmiş, bəşər elmi-fəlsəfi fikrinin o zamankı nai­liy­yət­lə­rin­dən geniş istifadə etmişdir. Əbureyhan Biruninin dünyagörüşü müxtəlif təlimlərin tə­siri altında formalaşsa da, onun fəlsəfi fikirləri daha çox peri­pa­tetizmə yaxındır. Dövrünün ən görkəmli peripatetik filosofu İbn Sina ilə yaxından dostluğu, onun Şərq aristotelizminə mara­ğı­nı daha da artırmışdır. 2018-ci ildə Əbureyhan Biruninin doğumunun 1045 illiyidir.

Şərq  filosoflarının yaratdıqları  fəlsəfi təlimlər onların şagirdləri  tərəfindən inkişaf  etdirilərək  məktəblərə  çevrilirdi. Azərbaycan filosofları  arasında Bəhmənyardan  başlanan  müəllim-şagird  ardıcıllığı,  yəni  onun  məktəbinin ənənələri də ensiklopedik alim Nəsirəddin  Tusi (1201-1274)   tərəfindən  davam  etdirilmişdir. Beləcə, Nəsirəddin Tusi  tərəfindən  yaradılan  fəlsəfi məktəb də  öz  ardıcıllarını  hazırlamışdı. Bu  dövrdə fəlsəfə, məntiq,  riyaziyyat  təbiət  elmləri, habelə   ictimai-siyasi  etik  məsələlərlə məşğul  olan  filosoflar,  mütəfəkkirlər  arasında  Nəsirəddin Tusi    onun  məktəbinin  nümayəndələri    vardı.  

Bəhmənyar məktəbinin nümayəndələrindən  Əfzələddin Xunəci  (1194-1248) və  Siracəddin Urməvi (1198-1283) irsinin yeganə tədqiqatçısı  olan  Zakir Məmmədov  hər iki filosofun ardıcıl Şərq peripatetizmi mövqeyində duraraq  məntiq və təbiətşünaslığa  dair  qiymətli əsərlər yazdığını, elmi-fəlsəfi fikrin inkişafında böyük  xidmətləri olduğunu bildirmişdir.

Nəsirəddin Tusi Marağa rəsədxanasının nəzdində təsis etdiyi məktəbdə rəsədxanada çalışan alimlərin əksəriyyətinə dərs demişdi. Bu mənada Azərbaycan filosofu   tərəfindən  yaradılan  fəlsəfi məktəb də  öz  ardıcıllarını  hazırlamışdı. Həmin məktəbin görkəmli nümayəndəsi Nəcməddin Qəzvini (1203-1277) rəsədxanada çalışan ilk dörd astronomdan biri olmuşdur. O, mənbələrdə Nəsirəddin Tusinin şagirdi kimi təqdim edilməsinə baxmayaraq, Marağaya gəlməmişdən əvvəl də alim kimi tanınmışdır. Tarixdə böyük astronom, təbiətşünas filosof, məntiqçi alim kimi məşhurlaşan Nəcməddin Qəzvini  fəlsəfi  görüşlərində  öz  sələflərinin  ideyalarından  bəhrələnmiş, fəlsəfi  məsələlərə  peripatetik  mövqedən  yanaşmış,  orijinal  fəlsəfi  təlim  yaratmış    dünyəvi  elmlərin  inkişafında  misilsiz  xidmət  göstərmişdir.

Müsəlman Şərqi ölkələrində elmi-fəlsəfi tə­lim­­lərin mövcud olmasında Bəhmənyarın və onun şagirdlərinin misilsiz xidmətləri vardır. Nəsirəddin Tusionun məktəbinin nümayəndələri sonrakı əsrlərdə Bəhmənyar mək­­təbinin fəlsəfi ənənələrini yaradıcılıqla davam etdirərək onun xələfi sa­yıl­mış­lar.

2018-ci ildə Şərq peripatetizminin görkəmli nümayəndələri – Yəqub Kindinin vəfatının 1145, Bəhmənyarın doğumunun 1025, Ömər Xəyyamın doğumunun 970, Siracəddin Urməvinin doğumunun 820, Nəcməddin Qəzvinin doğumunun 815, Əfzələddin Xunəcinin vəfatının 770 illiyidir.

Böyük fəqih-mütəkəllim Fəxrəddin Məhəmməd ibn Ömər Razinin (1148-1210) yaradıcılığında  hüquq    sxolastik  ilahiyyat  aparıcı  mövzu  olmuş,  fəlsəfi  məsələlər  məhz həmin  mövqedən nəzərdən  keçirilmişdir. Fəxrəddin Razi İbn Sinanın  "İşarələr    qeydlər”  kitabını şərh etmişdir. Qeyd etmək lazımdır ki, mütəkəllimlər  (sxolastlar)  bu  qiymətli  əsəri  əsas  etibarilə  təkzib  etməyə çalışır,  peripatetik  filosoflar  isə  elmi  fəlsəfə  tərəfində  durur,  mütərəqqi  fikirlərin  təhrifinə  yol  vermirdilər. Mütəkəllim  Fəxrəddin Razinin    filosof Nəsirəddin Tusinin şərhləri bu ideya  mübarizəsinin  aparıcı   istiqamətlərini  təmsil  edirdi. Fəxrəddin Razi  bu  şərhi  Nəsirəddin  Tusinin   anadan  olduğu  ayda    ildə,  yəni  fevral  1201-ci  (cümad  əl-ula  597)  ildə  qələmə almışdır. Azərbaycan filosofu Fəxrəddin Raziyə "fəzilətli şərhçi” kimi ehtiramla yanaşsa da, İbn Sinaya qərəzli münasibətinə görə onu kəskin tənqid etmiş,  həmin  şərhə  qarşı  özünün şərhini yazmışdır.  Bu il Fəxrəddin Razinin doğumunun 870 ili tamam olur.      

 Şərq və Qərb aləmində böyük şöhrət tapmış Əbülvəlid Məhəmməd ibn Əhməd İbn Rüşd (1126-1198) fəlsəfə tarixində ikili həqiqət təliminin banisi kimi məş­hurdur. İbn Rüşdün kreatsionizmdən (dünyanın ilahi hökm ilə xəlq edil­məsi haqqında təlim) fərqli, səbəbiyyətə əsaslanan peripatetik tə­li­mi, onun maddi aləmin əzəliliyi və əbədiliyi barədə doktrinasını mü­dafiə etmişdir. Bununla əlaqədar AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazmışdır ki, Şərq peripatetikləri, eləcə də sufi-panteistişraqi fi­lo­soflar ən ümumi ontolojiqnoseoloji məsələlərdə dini dün­ya­gö­rü­şü ilə əlaqəni kəsdikləri, yalnız elmi dünyagörüşü mövqeyindən çı­xış etdikləri halda, İbn Rüşd  öz fəlsəfi konsepsiyasında dini baxış­la­rın da müstəqil mövcudluğunu məqbul saymış, dünya fəlsəfəsi tari­xin­də ikili həqiqət təliminin əsasını qoymuşdur. Türkiyəli alim Hilmi Ziya Ülkən (1901-1974) onun, Aristotelin ən böyük şərhçisi ol­du­ğunu bildirərkən, Avropada İslam aləminin ən böyük filosofu kimi qar­şılandığını qeyd etmişdir.  2018-ci ildə İbn Rüşdün  vəfatının 820-ci ilidir.

 

Şərqin yetişdirdiyi bu böyük dühalar bəşər elmi, fəlsəfəsi və mədəniyyəti tarixində əzəmətli mövqe qazanmışlar.    

Aytək Zakirqızı (Məmmədova), fəlsəfə doktoru       

Kaspi.-2018.-20 noyabr.-S.15.