Turist əzizdir, təhlükəsizliyi ondan da əzizdir

Ekspertlər turizm polisi ideyasına birmənalı yanaşmırlar

Özbəkistanda keçirilən turizm sərgisində ən çox diqqət çəkən "Turizm polisi”i ilə bağlı stend oldu. Polis avtomobili, motosiklet mundirli əməkdaşlarla təmsil olunan stend xeyli iştirakçıları ətrafına topladı. Bu, əslində ideya kimi deyil, peşəkar xidmət növü, turizm məhsulu kimi təqdim olunurdu. Təbii ki, şəhərlərin ayrıca məhsul kimi təqdim etdikləri xidmət bu sahədə təhlükəsizliyin təminatı kimi diqqət çəkdi. Hazırda Daşkənd, Səmərqənd kimi turistik şəhərlərdə demək olar ki, bütün obyektlərdə bu strukturun xidmətlərindən istifadə olunur. Turistlər ölkəyə təhlükəsizlik baxımından əminliklə gəlir özlərini səfər boyu rahat hiss edirlər. Eləcə Türkiyə Rusiyanın turistik obyektlərində turizm polisinin nümayəndələri ilə tez-tez rastlaşmaq olur. 

Artıq turizmin inkişafını prioritet istiqamət kimi seçən ölkəmizdə bu məsələ gündəmə gəlməkdədir. Belə ki, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov turizm polisinin yaradılması ilə bağlı təşəbbüslə çıxış edib. AzTA sədri Nahid Bağırov mətbuata açıqlamasında Azərbaycana qonşu olan Türkiyədə, eləcə bir çox ölkələrdə turizm polisinin fəaliyyət göstərdiyini qeyd edərək "turizm polisi turistlərlə bağlı problemləri aradan qaldıra bilərdeyib: "Sosial şəbəkələrdə yazırlar ki, hansısa turist özünü yaxşı aparmır, yaxud hansısa turistin başına bir gəlir. Dünyada bu praktika var. Hansı ölkə öz gələcəyini turizmlə bağlayırsa, bu xidmət olmalıdır. Çünki turistlərlə bağlı xoşagəlməz problemlər olur. Turizm polisi yaranan problemin həlli istiqamətində işlər görə   bunların hamısına nəzarət edə bilər. Hesab edirəm ki, dövlət tərəfindən bir mexanizm tətbiq olunsa, daha yaxşı olar. Turistlərin ölkəyə yenidən gəlməsi üçün şərait yaratmaqdan ötrü turizm polisinin olması vacibdir”.

Qeyd edək ki, AzTA sədrinin təklifi Dövlət Turizm Agentliyinin diqqətindədir. Belə ki, turizm polisinin yaradılması ideyasının yeni olmadığını deyən Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirdi ki, dünyanın bir sıra turizm ölkələrində belə polis strukturları bu ya digər formada mövcuddur. Məsələn, bizə yaxın olan Türkiyədə turizmin belə bir forması var: "Biz bu istiqamətdə dünya təcrübəsini öyrənirik hazırda müzakirələr aparılır. Turizm polisinin Azərbaycanda olub-olmayacağı ilə bağlı hələlik konkret planlar yoxdur. Bununla belə, müzakirələr gedir təcrübələr öyrənilir. Turizm polisi yaradılsa, hansı səlahiyyətlər çərçivəsində fəaliyyətinin təmin edilməsi ən vacib məsələdir. Yəni onlara hansı səlahiyyətlər verilə bilər? Turistlərin təhlükəsizliyinin qorunmasımı? Biznesdə münasibətlər məsələsimi? Əgər bu təcrübə effektiv görünsə, Dövlət Turizm Agentliyi tərəfindən plan kimi gündəmə gətirilib ictimailəşəcək. Bu gün üçünsə bu, bir ideyadır”.

 

DTA nümayəndəsi turizm polisinin fəaliyyətinin əhəmiyyətinə toxunaraq, onu, ilk növbədə turistlərin təhlükəsizliyini təmin edən bir struktur kimi dəyərləndirdi. Belə ki, bu, həm ictimaiyyətin təhlükəsizliyini turistlərdən qoruyan strukturdur: "Yəni turistlər hər hansı bir cinayət strukturunda iştirak etməsinlər ya onlara qarşı hər hansı bir cinayət baş verməsin. Bu, spesifik polisdir. Adətən turist cəlb edilən ölkələrdə turistlərin sıx ziyarət etdikləri yerlərdə yerləşdirilir. Onların səlahiyyətləri bir qədər fərqli olur. Bəzi ölkələrdə onlar sırf təhlükəsizliklə məşğul olur, bəzi ölkələrdə turistlərin həm istehlakçı hüquqlarını təmin edirlər. Turizm polisi turistlərə fərqli qiymətlərin dəyişməməsi üçün qiymətlərə müdaxilə edə bilir. Bundan əlavə, turizm polisləri məlumatlılıqları ilə seçilir, bir neçə dil bilirlər. Elə ölkə var ki, orda ana dilindən başqa, iki, elə ölkə var ki, 5-6 dil bilirlər. Bu xidməti təmsil edən polislər çoxsaylı olmurlar. Təxminən 100 ya 200 nəfərdən ibarət strukturu təmsil edirlər. Müəyyən ölkələrdə Daxili İşlər Nazirliyinin nəzdində, bəzi ölkələrdə Turizm Administrasiyasının tərkibində fəaliyyət göstərirlər. Elə ölkələr var ki, müştərək idarə edilir. Bu baxımdan, təcrübələr fərqlidir. Bu cür təcrübələr Malayziyada, Türkiyədə bəzi Avropa ölkələrində var”.

Turizmin inkişafını ilk növbədə insan faktoru ilə əlaqələndirən turizm üzrə ekspert Ruslan Quliyev deyir ki, əgər səyahət etdikləri ölkədə insan təhlükəsizliyi yoxdursa, heç bir turizm faktorundan danışıla bilməz: " Turizm polisi Daxili İşlər Nazirliyinin bir strukturu olmalıdır. Fərqli yanaşma ondan ibarətdir ki, turizm polisləri minimum iki dil bilməlidir. Akademik səviyyədə hansısa bilgilərə ehtiyac yoxdur, sadəcə, bəlli bir informasiyaya malik olmalıdırlar». Turizm polisini bələdçi, turistin yol yoldaşı kimi qəbul edən ekspert bildirir ki, onlar fəaliyyətlərində daim turistin köməyinə gəlirlər: "Hansı ölkədə oluruqsa, ehtiyacımız olanda onlara yaxınlaşırıq”. R.Quliyev turizmin inkişafında təhlükəsizlik məsələlərini önə çəkir: "Mehmanxanalar, turizm şirkətləri lisenziya ilə fəaliyyət göstərirdi. 2016-cı ildə lisenziyalar ləğv olunub. Lisenziyaların ləğvindən sonra turizm şirkətlərinin sayı 1500-dən artıqdır. Çox vaxt lisenziyaların bərpası geriyə qayıdış kimi qələmə verilir. Məncə elə deyil. Hesab edirik ki, hesabatlılıq, monitorinq kimi məsələlərdə bu amil vacibdir. Turizmin iqtisadi əhəmiyyəti haqqında danışırıq, bu yaxşıdır, amma unutmamalıyıq ki, bunun sosial humanitar əhəmiyyəti bəlkə, ondan da artıqdır. Əsas məsələ iqtisadi marağımızı güdə-güdə mənəvi  dəyərləri itirə biləcək qorxusudur. İnkişaf strateji maraqlara xidmət etməlidir. Məsələn, hava limanı ərazisinə müxtəlif avtomobillər daxil olur. Turistin qarşısına kimi çıxarırıqsa, o, ölkə haqqında ilkin təəssürat yaradır. Bu kimi ərazilərdə təhlükəsizlik məsələlərinə riayət olunmalıdır”.

"Turizm haqqındaqanunun qəbulunun gecikdiyini deyən ekspert hesab edir ki, sənədin qəbulunda da turistlərin təhlükəsizlik, sığorta, qida təhlükəsizliyi s. məsələlər yer alıb: "Belə bir qanun Rusiyada qəbul olunub. Türkiyə təcrübəsi var. Həmin ölkələrdə turizmlə bağlı ən sərt qanunlar fəaliyyətdədir. Biz turizm polisi ilə bağlı məsələyə iki il ərzində, Bakı şəhərindən başlaya bilərik. Bunun üçün təcrübələri öyrənməli Azərbaycana xas tərzdə tətbiq etməliyik. Bu, hələ təklif formasındadır. Beynəlxalq təcrübə mütəxəssislərin fikirləri qanun layihəsində əksini tapmalıdır. Turizm qanunu təsdiq olunandan sonra digər məsələlər qaydaya düşəcək”. Ekspert turizm sahəsində "Qaynar xətt”in yaradılmasını da vacib hesab edir: "Hava limanına daxil olan andan turist hara daxil olduğunu bilməlidir. Elektron çap məhsullarında, mehmanxanalarda "Qaynar xətt”in nömrəsi qeyd olunmalıdır. Həm "Qaynar xətttəkcə xarici vətəndaşlar üçün deyil, öz vətəndaşlarımız üçün faydalı olacaq.  Biz hər zaman maariflənmə işi aparırıq. "Qaynar xəttyerli turistlərin sığortalanmasına kömək edəcək”.

"Luna TravelTurizm Agentliyinin rəhbəri Rəhman Quliyev isə hesab edir ki, turizm polisinin yaranması ölkə üçün əlavə xərcdir. Belə ki, hüquq-mühafizə orqanları  Azərbaycana gələn turistlərin təhlükəsizliyini yüksək səviyyədə qoruyurlar: «Əgər bu gün ölkəmizdə ictimai asayiş bu qədər yüksək səviyyədə qorunursa, düşünmürəm ki, üçüncü formada bir sistem yaradılsın və ona əlavə xərclər çəkilsin. Bu baxımdan, bu ideyaya real baxmıram. Əgər gələcəkdə forma bir qədər dəyişsə və ya zərurət yaransa, bu məsələyə diqqət yetirmək olar». R.Quluyevin fikrincə, ölkənin giriş qapılarında, keçid məntəqələrində, turistləri məlumatlandırmaq üçün info-bürolar yaradılması daha məqsədəuyğundur: «Həmin info-bürolardan hüquq-mühafizə orqanları ilə birbaşa əlaqə yaratmaq mümkün olsun. Bu zəng yalnız turistlərdən gələn zəng kimi qəbul edilsinçevik reaksiya verilsin. Məsələn, tutaq ki, gömrükdə turist hansısa bir problemlə qarşılaşır. Hansısa restoranda kimsə ondan artıq hesab alır və ya hər hansı bir oteldə anlaşılmazlıqla rastlaşırsa, həmin nömrəyə zəng etsin. Biz turistlərimizi qorumaq üçün bütün vasitələrdən istifadə etməliyik. Turistlərə bütün informasiyaları vermək lazımdır ki, dərhal "Qaynar xətt”ə zəng etsinlər”. Ekspert hesab edir ki, "Qaynar xətt”ə ən azı 4 dil bilən əməkdaşlar nəzarət etməlidirlər ki, əcnəbilərin problemini anlaya bilsin və lazımi quruma çatdırsın».

Turizm polisinin yaranması ilə bağlı fikirlər haçalansa da, turizmin inkişafına iqtisadi baxımdan yanaşan ölkələr üçün belə bir qurumun fəaliyyəti və ya yaradılması mühüm faktordur. Nəzərə alsaq ki,  2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib, onda ölkəmizdə turizmin nə qədər inkişaf etdiyini vurğulamaq mümkündür. Ən əsası, turistin ölkəyə daxil olandan çıxana qədər, təhlükəsizlik məsələsi də həmişə öndə olmalıdır.

Təranə Məhərrəmova

Kaspi  2018.- 27 noyabr.- S.9.