“Mənə teatr qədər adrenalin verə biləcək başqa bir sənət yoxdur

Erdal Beşikçioğlu “Olmadı, təzədən oynayaq” deyən aktyorların ərköyünlüyünü teatr götürməz

Türkiyənin tanınmış serialkino aktyoru Erdal Beşikçioğlu yerli "Günaydın” qəzetinə müsahibə verib. Aktyor teatrın bir məbəd olduğunu, serialların isə qısamüddətli məşhurluq  gətirdiyi qənaətindədir. 

- Erdal bəy,  "Teatrlara daha çox diqqət göstərin” deyəcək qədər, teatra  böyük sevgi ilə bağlısınız. Sizi teatra bu qədər çox bağlayan nədir?

- Özümə heç zaman belə bir sual verməmişəm. Amma teatrın canlı olmağı və səhnədə olarkən tamaşaçı ilə paylaşdığımız o duyğunu heç nə ilə əvəz edə bilmərəm. Mənə teatr qədər adrenalin verə biləcək başqa bir sənət yoxdur.

- Televiziyadan qazandığı pulu teatra xərcləyən insanlar var. Onlara münasibətiniz necədir?

- Mən də televiziyadan qazandığım pulu teatra xərcləyirəm. Televiziya ilə teatr bir-birini bəsləyən sənətdir. Artıq televiziya, serial, film çəkilişlərinə ara vermişəm. Serial sahəsində olan ağır şərtləri ruhum qaldıra bilmir. Çünki indiki Türkiyədə nümayiş olunan serial çəkilişləri çox uzundur. Təsəvvür edin ki, hər bölümü 180 dəqiqə çəkilir. Serialın belə uzun olması üçün isə ssenarini daha da uzadırlar. Sponsorlar isə bu müddətin qısalmağını heç istəmirlər. Keyfiyyətli serial təqdim etmək üçün ilk növbədə bu düşüncə ortadan qalxmalıdır.  

- Amma siz televiziyalarda nümayiş olunan seriallarda oynadınız.

- Elədir, ancaq hər zaman özümü teatr sənətçisi olaraq görmüşəm. Konservatoriyadan məzun olmuş digər dostlarımla birlikdə, biz teatr aktyorlarıyıq. Canlı sənətlə məşğul olmaq hər igidin işi deyil. Televiziyada aktyorluq etməklə, teatr sahəsində olmaq bambaşqa şeylərdir. Teatrda təhsil almamış bir aktyor, bəlkə 30 kişinin qarşısında oynayar, amma 800 kişinin qarşısında oynaya bilərmi, mühüm olan budur? Oynaya bilməz. Onun  buna  gücü çatmaz. Sözünü deyə bilməz, nəfəsi çatmaz. Aktyorlar idmançı kimidirlər. Hərəkət etməsələr, səhnədə oynaya bilməzlər. Çünki teatr canlıdır. "Olmadı, təzədən oynayaqdeyən aktyorların ərköyünlüyünü teatr götürməz, qəbul edə bilməz. 

- 4 noyabrda "Bir dəlinin xatirə dəftəritamaşası ilə İstanbul teatrsevərləri ilə görüşdünüz. Səhnədəki performansınız xeyli alqışlandı.

- "Bir dəlinin xatirə dəftəriçox gözəl tamaşadır. Tamaşada cərəyan edən hadisələr hər zaman aktualdır. Tamaşanın içində müasir dövrə dair müzakirələr, problemlər əks olunub. Ancaq bunu, insanların gözünə soxaraq  nümayiş etdirmirik. Bir insanın həyatından yola çıxaraq, başına gələnləri göstərməyə çalışdıq. Bir eşqin statistika qarşısında necə yox ola biləcəyini, dövrün siyasi münasibətlərini necə sorğu-sual etməyi bu tamaşada göstərdik.  Əslində, tamaşa həyatın özünü sorğu sual edir.

- Televiziya dünyasının unudulmaz obrazlarından olan "Behzat Ç.” obrazı ilə illərlə tamaşaçı qarşısına çıxdınız. Bu layihə sizə ilk dəfə təklif ediləndə həmin obrazın bu qədər seviləcəyini təxmin edə bilirdiniz?

- Maraqlı bir  layihə olacağını təxmini bilirdim. Ona görə , bu seriala böyük bir enerji ilə başladım. Ssenarinin qüvvətli olması serialın sevilməsinə səbəb oldu. Serialın televiziyada nümayiş olunduğu dövrə görə, internetdə daha çox böyük bir izləyici topladı getdikcə izləyicilərin sayı artdı.

- Bildiyimiz qədəri ilə əsgərliyinizi terrorun ən çox qızışan zamanlarında - 90-cı illərdə cənub-şərqdə etdiniz. O dönəmlər ölümlə burun-buruna gəldiyiniz anlar olubmu?

- Əsgərlikdə olarkən hər an ölümlə burun-buruna idim.  Əsgərliyimi Hakkari, Yüksekova, Çukurca Dağlıcada keçirmişəm. Həmin illər çox çətin idi,  güllənin haradan gələcəyini bilməzdik. Ayaq basdığımız torpaqlar mina ilə dolu idi. Mən bunları bilərək, əsgərliyə məhz o torpaqlara getdim. Mənə məhz terroristlərin çox olduğu həmin ərazidə xidmət edəcəyimi deyəndə, çox sevindim. "Bu Vətən üçün öldesəydilər, ölərdim. Mənə görə, Türkiyədə hər kəs içində vətən sevgisi ilə doğulub. Çünki bu sevgi onlara valideynlərindən miras olaraq keçib. 5 yaşında olarkən  bizi andımız ilə tanış etdilər. Türkün demək olduğunu bu yaşlarımızdan etibarən anlamağa başladıq. Hər birimiz vətəndaş olaraq ölkəmizin inkişaf etməsi üçün lazımsa görməliyik. Bu, bizim vətəndaşlıq borcumuzdur.  

- Əsgərlik günləriniz ən çox necə yadınızda qalıb?

- Vətənə borcumu kiçik leytenant olaraq ödədim.  Mənimlə birlikdə iki dostum bu vəzifədə çalışırdı. Biri  sənətçi, digəri isə Yale Universitetinin məzunu, biri iqtisadçı idi. Biz Dağlıcada növbə tutarkən, məzun olan dostumuz məktəbdə növbə tuturdu. Elə oldu ki, terroristlər məktəbə tələ qurdu dostumuzu öldürdü. Ölkəmizin iqtisadiyyatına böyük bir təsiri olacaq bir gəncimiz o gecə terrorun qurbanı oldu. Onun ölümü mənə çox təsir etdi həyatımda böyük bir iz buraxdı. Biz həmin illərin yetişdirdiyi övladlarıq. Ölümü dadmışıq, doğumu da. Bu vətən, torpaq hamımızındır. Lazım olsa, onun üçün canımızı da verərik.

- Siz beldə deyirsiniz, amma gündən-günə dolların məzənnəsi qalxır deyə, sevinən bir kütlə var. Təəssüflər olsun ki, onlar  "sizinlə eyni gəmidə deyilikdeyirlər.

- Dolların məzənnəsi qalxan ərəfələrdə mənim bankda türk lirəsi ilə hesabım vardı. Pulumu elə həmin bankda türk lirası olaraq saxlamağa davam etdim. Onu dollara çevirmədim bunu heç düşünmədim belə. Hər zaman ölkəmizin daha yaxşı olması istəyində olmuşam . "Eyni gəmidə deyilik deməkdir? Hamımız eyni gəmidəyik. Öncə bunun fərqinə varmalıyıq. Biz sizinlə eyni gəmidəyik səmtimizi hara çevirəcəyimizə birlikdə qərar verəcəyik. Birlik duyğumuzu itirməməliyik. İdarə edənlərə səs vermiş olun, ya da olmayın, Türkiyənin çıxarlarını düşünmək onu qorumaq məcburiyyətindəyik. Çünki burdan başqa Türkiyə yoxdur, başqa gedəcək yerimiz yoxdur. Bu torpaqların üzərində biz birlikdə yaşayırıq yaşamağa da davam edəcəyik. Bu birliyimizi, sənətlə, idmanla televiziyalarımız vasitəsi ilə daha yaxşı bir nöqtəyə gətirə biləcəyimizə inanıram. Bir sənətçi olaraq, bunun üçün lazımsa, görərəm.

"Behzat Ç.”  "Reaksiyon”da  ayrı-ayrı xarakterə sahib olan polis rolunda idiniz. 

- "Behzat Ç.”də yaxşı bir polisi canlandırdım. "Reaksion”da isə köhnə Türkiyədə dərin dövləti təmsil edən "dayırolunda idim.  Tamaşaçı bu obrazın xarakterinin belə  pis olmasına baxmayaraq, onu da çox sevdi. Hesab edirəm ki, sənətçi hər rolu oynamalıdır. Cəmiyyətə hər hansı bir sözü varsa, bunu deməyi bacarmalıdır. Cəmiyyətin yaşam səviyyəsini artırmaq üçün bu sistemə yönəlik sözü varsa, onu mütləq şəkildə söyləməlidir bunu içində saxlamamalıdır. Sənətçinin bir ideologiyası ola bilər, amma o heç bir ideologiyaya aid olmamalıdır. Bəlkə keçmişdə sənətçilər özlərini bir ideologiyaya aid hiss edirdilər. Ancaq artıq XXI əsrdə yaşayırıq. Yaşadığım hər bir dövrdə öz fikirlərimi açıq şəkildə söyləmişəm söyləyərəm . Doğru hesab etdiklərinizi öz əxlaqınıza görə söyləməlisiniz.

- Serialın çətin şərtləri aktyorların performansına təsir edirmi?

- Seriallarda aktyorların performansı olmur, rejissorun performansı var. O qədər qısa bir zamanda ekranda heç edə bilməzsiniz, özünüzü təkrarlayıb durarsınız. Televiziyada aktyorluğun inkişaf etdirilməsi müzakirə mövzusu ola bilməz. Sadəcə, eyni oxun ətrafında fırlanarsınız, bundan artıq heç edə bilməzsiniz. Buna görə , serial sahəsində gözəl qızları oğlanları, ssenarini tez əzbərləyə bilsin deyə, aktyor seçirlər. Serialı ən qısa müddətdə çəkmək üçün var gücləri ilə çalışırlar.

Tərcümə etdi: Xəyalə Rəis

Kaspi 2018.- 29 noyabr.- S.14.