Teatr tənqidinin tənqidi

 

Ötən əsrin ortalarından başlayaraq tənqid bir peşə kimi qəbul olunurdu bu peşə ilə məşğul olanlar digər peşə sahibləri kimi, məşğul olduğu sahədən gəlir əldə edirdi. Bu gün teatr tənqidinin bir peşə olduğunu zənn edənlər olsa da, belə bir fakt faktlığını qoruyub saxlayır: teatr tənqidi peşə deyil. Birincisi, sırf tənqidlə məşğul olan insan (tənqidçi) qazandığı məvaciblə minimum yaşam şərtlərini belə təmin edə bilmir. İkincisi, tənqidçinin yazdığı yazını dərc etdirməsi üçün heç bir mətbu orqan yoxdur. 10 milyon əhalisi, 86,6 min kv. km sahəsi, 26 dövlət teatrı, yüzlərlə aktyoru, rejissoru olan Azərbaycan boyda məmləkətdə 3-5 tənqidçinin yazdığı yazını çap edən sərf elədiyi enerjinin, əməyin, zəhmətin qarşılığını ödəyən bir dənə olsun teatr jurnalı demirəm, heç olmasa, qəzeti yoxdur. Üçüncüsü, prosesin dəyərləndirilməsi, yönləndirilməsi məsələlərində tənqidçinin fikri tənqidin mövqeyi nəzərə alınmır. Buna görə , tənqidin bir peşə kimi tam səmərəli fəaliyyəti mümkünsüzdür.

Bəs, bu o deməkdirmi ki, tənqid ölür? Düşünürəm ki, məsələni bu sayaq qoymaq çox sərt acımasız bir yanaşma olar. Mövcud durumun analizi onu deməyə əsas verir ki, tənqid yox, ötən əsrin tənqid modeli ölür. Nədən ki, çağdaş dövrün tənqidinin mahiyyəti funksiyaları dəyişilir, çünki müasir teatr prosesinə ötən əsrin tənqidinin üsul, vasitə formaları ilə yanaşmağın özü elə qanunauyğunluğu pozmaq deməkdir. Bu gün ölkəmizdə teatr tənqidi ilə bağlı yaranan xaotik prosesin səbəbi elə bundan qaynaqlanır: dövr dəyişib, proses dəyişib, zaman yenilik tələb edirteatr sənətçisi isə tənqiddən "yeni hamamda köhnə tasla işləməyigözləyir. Bu gün tənqidçinin funksiyası tənqidçidən daha artıqdır, yəni tənqidçinin işi təkcə tamaşanı analiz etmək, rejissor aktyor haqqında portret yazıb, müsahibə almaq deyil: teatr prosesini izləmək, boşluqları doldurmaq, tənzimləmək, alternativ üsullar tapmaq, ölkədə ölkədən xaricdə gedən prosesləri izləyib müqayisələr aparmaq, fiksasiya etmək s. Müqayisə üçün, Gürcüstanda teatr festivallarında, müsabiqələrdə, mükafatlandırma mərasimlərində jüri heyəti ancaq teatr tənqidçilərindən ibarətdir. Çünki prosesi bütünlüklə izləyən mütəxəsis yalnız tənqidçidir. Hətta Gürcüstanda teatrların bədii rəhbərini teatrşünaslardan ibarət komissiya heyəti təyin edir.

Teatrşünaslığın auditoriyaya təsir mexanizmi fəaliyyət formatı dəyişdiyi kimi, onun fəaliyyətinin son məhsulu olan resenziyanın oxucu auditoriyasına çatdırılması mexanizmləri dəyişib. Əvvəllər ancaq qəzetdə jurnalda məqalə oxuyurduq, indi isə internet mətbuatı, sosial şəbəkələr yaranıb. O da həqiqətdir ki, indi sosial şəbəkələrin istifadəçiləri hər hansı bir qəzetin, yaxud jurnalın auditoriyasından qat-qat artıqdır. Sosial şəbəkələr sosiumu teatra qaytarmaq potensialına malikdir. Bilmirəm, bu yaxşıdır, ya pisdir, amma indi, müəyyən mənada, istəyən hər kəs təndiqçi ola bilər: akkaunt yaradıb, qeydiyyatdan keçir, baxdığı tamaşalar haqqında yazırsa, deməli, o artıq təndiqçidir.

Ötən əsrin 60-cı illərinin teatr tənqidini araşdıranda belə bir mənzərə ortaya çıxır ki, 60-cı illər tənqidi teatr həyatının detallı təsvirini yaradan bir mexanizm idi bu detallı təsviri əks etdirməyə dövrün bütün mətbuat orqanları yardımçı olurdu. Bu gün teatr sənətçilərinin tənqiddən istədikləri teatrın detallı təsvirini yaratmaqdır. Bizi əhatə edən fəzanın içində bulunduğumuz çağın mövcud prioritetlərinin isə detallara ayıracaq zamanı yoxdur.

Əslində, vəziyyətdən çıxış yollarının nədən ibarət olduğunu demək çətindir. Lakin bu məsələ hansısa bir formada mütləq həll olunmalıdır. Çünki tənqid teatrın bir parçasıdır, tənqidçisiz teatr da yaşaya bilməz. Son zamanlar rejissorlar aktyorlar tərəfindən hər qədər iddia olunsa ki, tənqidçi onlara  lazım deyil, istənilən rejissor aktyorun mütləq tənqidçi fikrinə ehtiyacı var onlar özləri haqqında, gördükləri haqqında mütləq yaxşı bir yazı oxumaq, tərif eşitmək istəyirlər. Bu da o deməkdir ki, teatr tənqid ayrılmaz bir mexanizmdir. Tənqid teatra özü haqqında, gördüyü haqqında düşünməyə imkan yaradır, özünə hesabat verməyə yardımçı olur. Teatrla tənqidçinin apardığı birgə müzakirələr prosesin tərkib hissəsidir, əslində, prosesin özünü yaradan amil elə tənqiddir. Bu gün bu proses müəyyən qədər deformasiyaya uğrayıb. Teatr çox zaman tənqidçi ilə açıq müzakirələrə (dialoqa) hazır olmur. Çünki müzakirələr istər teatr, istərsə təndiqçi üçün həm kifayət qədər ağrılı prosesdir. Müzakirələr zamanı bəzən konfliktlər baş verə bilir. Ancaq müzakirələr, yəni teatrla tənqidin dialoqu baş tutmursa, teatr gördüyü haqqında fikir formalaşdırmaqdan məhrum olur. Əslində, öz gördüyü işin tam mahiyyətini effektivlik dərəcəsini anlaya bilmir. Bunun bir sıra obyektiv subyektiv səbəbləri mövcuddur. Rejissorlarımızın aktyorlarımızın teatr tənqidçisindən gözləntiləri özləri haqqında xoş söz, tərif eşitmək, müəyyən mənada, eqosunu təmin eləmək istəyindən başqa bir şey deyil. Ancaq dahilərin, böyük sənətkarların çalışdığı teatrda tənqidçinin hər hansı qeydi, iradı, yaxud tənqidi qərəz, gözügötürməzlik, qeyri-peşəkarlıq kimi qiymətləndirilir. Qısaca desək, teatr tənqid bir-birinə etimad göstərmir, inanmır, bir-birinə inkorporasiya oluna bilmir. Ayrı-ayırılıqda, əlahiddə şəkildə fəaliyyət göstərən teatr tənqidin münasibətləri "dəyirman çax-çaxmodelini realizə edir. Belə olan halda isə, hər iki fəaliyyət sahəsi canlılığını əhəmiyyətini itirir.

İçində bulunduğumuz xaotik proses, müəyyən qədər, teatr tənqidinin tənəzzülə uğradığını andırsa da, əslində, baş verən siyasi-ictimai iqtisadi proseslərin mədəniyyətdə, teatr sənətində eləcə teatr tənqidində yansımasıdır.

SSRİ dağıldıqdan sonra Azərbaycan öz taleyini, həmçinin milli mədəniyyətin incəsənətin müqəddəratını həll etmək məcburiyyətində qaldı. Müstəqqillik dövründə ağır siyasi-ictimai, iqtisadi şəraitdə müstəqil yaşam uğrunda mücadilə edən teatr sənəti o vaxta qədər rastlaşmadığı yeni problemlərlə üz-üzə qaldı. 70 il ittifaq sistemində, ideoloji-siyasi nəzarət altında gerçəkləşən teatr prosesi müstəqillik dövründə gərəksizlik sindromuyla üzləşdi missiyasını yerinə yetirməkdən məhrum oldu. Teatrın gərəksizlik faktı ilə üz-üzə qaldığı bir zamanda tənqidin bütün fəaliyyət mexanizmi alt-üst oldu. Bu zaman tənqid nəinki teatrın mövcud durumdan xilas yollarını axtarmağa başladı, əksinə, özünün var olması sual altına düşdü varlıqla yoxluq arasında vargəl edən tənqid pərakəndə şəkildə özünü göstərməyə başladı. Teatrşünas Məryəm Əlizadə teatr prosesindən, İlham Rəhimli teatr tarixindən, Aydın Talıbzadə isə teatr hadisələrindən ara-sıra yazılar çap etdirməyə başladı. Lakin onların fəaliyyəti teatrdan qopmuş şəkildə davam etdiyindən teatrla tənqidin dialoqu pozulmağa, teatrın tənqidin monoloqlarına çevrilməyə başladı.

 Sosio-psixoloji sarsıntılar keçirən teatr prosesi müstəqilliyin ilk 10 ilində yalnız varlığını qorumağa çalışdı. Sonrakı illərdə isə teatrda kommersiya meylləri yaranmağa başladı. Yuğ, Kamera, Pantomima, Bakı Bələdiyyə və özəl teatrların yaranması hesabına paytaxtın teatr şəbəkəsi genişləndi və sıxlaşdı. Lakin özəl teatrlar istər bədii-yaradıcı, istərsə də iqtisadi baxımdan özünü doğrulda bilmədi, bələdiyyə teatrları isə özlərini bədii-estetik qatda təsdiqləyə bilmədilər və əsasən, fantom (xəyali) teatrlara çevrildilər. Onlarla müqayisədə dövlət teatrları mövcudluğunu qoruyub saxlaya bilsələr də, müxtəlif problemlərlə qarşılaşdılar. Müstəqillik dövrü teatr prosesinin tərkib hissəsi olan tənqiddə də dəyişikliklər baş verdi. Artıq teatr tənqidinin başlıca məqsədi premyerası keçirilən hər bir tamaşa haqqında iki qəzet səhifəsi boyda "palaz” məqalə yazıb, musiqinin zərif notlarının qəhrəmanın həyat mübarizənini tamaşaçıya ən incə detallarına qədər çatdırması haqqında uzun-uzadı danışmaq deyildi. Müstəqillik dövründə tənqidin üzərinə düşən vəzifə dərin analiz, elmi-nəzəri təhlil nəticəsində əldə olunan yeni mənəvi dəyərlərin ənənəvi mənəviyyat sistemində mövqeyini göstərməkdən ibarət idi. Çünki müstəqil teatr prosesinin nəticəsində deformasiyaya uğramış teatr poetikası yenidən bərpa olunmağa başlayırdı. Bu proses mütəqillik dövrünün ikinci 10 ilində özünü göstərdi. Artıq dövrün teatr poetikasının başlıca səciyyələri ənənəyə, kökə qayıdışla xarakterizə olunmağa başladı. Bu, ən çox özünü dramaturgiyada göstərirdi. Müstəqillik dövrünün teatr tənqidinin dil-ifadə vasitələrində də əhəmiyyətli dəyişikliklər baş verdi.

İndi tənqid təkcə rus teatr sənətinin deyil, müəyyən qədər dünya teatr sənətinin lüğətində cəmlənən bütün dil-ifadə vasitələrini işlək hala gətirməyə, milli prosesə adaptə etməyə, Azərbaycan teatr sənətinin spesifikasını, milli özünəməxsusluğunu qorumaq şərtilə onu dünya teatr prosesinə qovuşdurmağa çalışır.

 

Könül Əliyeva-Cəfərova,

 

Teatrşünas

 

Kaspi.- 2018.- 4 oktyabr.- S. 10.