Milli təhsil quruculuğu tarixi

Və ya Azərbaycan Xalq Cümhuriyyəti dövründə müəllimlərin ilk qurultayı

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə (1918-1920) 1918-ci il dekabrın 13-dən 28-dək olan müddətdə milli təhsil  quruculuğu  tariximizdə əhəmiyyətli rolu olmuş  xalq və ali-ibtidai məktəb müfəttişlərinin, müəllim və  pedaqoqların, təhsil  işçilərinin  ilk qurultayı  keçirilmişdir. Həmin  əlamətdar hadisədən  100 il  keçməsinə  baxmayaraq Bakı şəhərində, 2-ci  real  məktəbinin  zalında  Xalq  Maarif Nazirinin müavini Həmid bəy Şahtaxtinskinin sədrliyi ilə keçirilmiş  qurultayın materialları  müasir dövrdə də unudulmur  və bu gün də  dərin hörmət və ehtiramla öyrənilir, tədqiq edilir  və gənc  nəslin    elmi - pedaqoji  biliyinin  artırılmasında  istifadə  edilir. Azərbaycan xalq maarifi və  məktəbinin  bu və ya digər tarixi mərhələlərdə necə inkişaf etdiyini, hansı inkişaf mərhələlərindən keçdiyini öyrənmək hər zaman olduğu kimi, bu gün də zəruridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan təhsil tarixi hər birimizin fəxr  etdiyi nailiyyətlərlə zəngindir.  Azərbaycan müəllimləri bütün tarix boyu, təhsildə varisliklə novatorluğu, ənənə ilə islahatın vəhdətini öz fəaliyyətlərində əks etdirmişlər....” "Təhsil əsri” adı qazanmış XXI əsr Azərbaycan təhsilinin də yeniləşməsini və müasirləşməsini tələb edir”.

 Qurultay nümayəndələrindən dərsliklər üzrə seçilmiş komissiyanın iclası da dekabrın 17-də keçirilmişdir. Dərsliklər barədə seçilmiş komissiyanın tərkibi aşağıdakı təcrübəli pedaqoq və təhsil mütəxəssislərindən ibarət idi:

        1.  Bakı quberniyası xalq məktəblərinin direktoru Sultan Məcid Qəniyev;

2.  Şuşa və Cavanşir qəzaları xalq məktəbləri müfəttişi Həşim bəy Nərimanbəyov;

3. Naxçıvan qəzası xalq məktəbləri müfəttişi-Rəşid bəy Əfəndiyev.

Məsələ ilə bağlı məruzə Rəşid bəy Əfəndiyev tərəfindən təqdim edilmişdir:

Komissiya əldə olan dərsliklərə baxdıqdan sonra onlardan aşağıdakıları yararlı hesab edərək ibtidai məktəblərdə təcrübədən keçirməyi qərara aldı:

1. Birinci bölmədə ilk dərslərin deyilməsi üçün Mahmud bəy Mahmudbəyonun "Türk əlifbası” və Aleksey Osipoviç Çernyayevskinin "Vətən dili” dərsliyi qənaət­bəxş hesab edilsin.

2.  İbtidai məktəblərin həmin bölməsində hesab dərsi üzrə Qafur Rəşadın hesab dərsliyi qəbul edilsin.

3.  İbtidai məktəblərin ikinci bölməsində dil və oxu dərsi üçün Bakı müəl­lim­lə­ri­nin tərtib etdikləri kitablar (adları göstərilmir-R.S.) hələlik qənaətbəxş hesab edilsin.

4.  Bu bölmədə hesab fənni üzrə hələlik Qəbulovun "Rəhbər-Hesab” dərsliyi və Həmid bəy Usubbəyovun hesab elmi kitabı qəbul edilsin.

5.  3-cü bölmədə dil fənni üçün Rəşid bəy Əfəndiyevin "Bəsirət-ül-ətfal” kita­bın­dan istifadə edilsin.

6.  Bu bölmədə hesabdan dərs keçmək üçün Həmid bəy Usubbəyovun "Elm-Hesab” kitabı qəbul edilsin.

7.  4-cü və 5-ci bölmələrdə Abdulla Şaiqin "Gülzar” və Ağayevin müntəxəbatı "Ədəbi əsərlərin toplusu” təcrübədən keçirilsin.

8. Qafur Rəşadın "Rəhbər  Sərf”  və Axund Yusif Talıbzadənin "Sərf-Türkisi”.

9. Ali-ibtidai məktəblərin bölmələrinin ilk və son buraxılışına Saleh Zəkinin təbiətşünaslığı keçirilsin.

10.  Ali-ibtidai məktəblərdə həndəsə üzrə "Elm-İndus” həndəsə dərsliyi təc­rü­bə­dən keçirilsin.

11.  Təbiətşünaslıq  üzrə  dərslik  məruzədə  göstərilməmişdir.

12.  Ali-ibtidai məktəblərdə coğrafiya fənni Həsən Fəridin yeni coğrafiya fənni üz­rə  tədris  edilsin.

13.  Tarix fənni üzrə hansı dərslik və kitabın tövsiyə edildiyi barədə komis­si­ya­nın iclas protokolunda heç bir məlumat qeyd edilməmişdir.

 14.  Digər yazılmış əsərlərlə bağlı komissiya yalnız Mirzə Məmməd Axund oğ­lu­nun "Hesab Sorğuları” sərlövhəli kitabına  baxaraq  qərar almışdır ki, aradan qaldırılması tələb olunan bəzi nöqsanlar müəllifin nəzərinə çatdırılsın.

Qurultayın  Xalq  Maarif  Nazirinin müavini Həmid bəy Şahtaxtinskinin sədrliyi ilə dekabrın 18-də  keçirilmiş  növbəti iclasında əvvəlki iclaslarda iştirak etmiş nü­ma­yən­dələrdən əlavə olaraq, Lənkəran  qəzası  xalq  məktəbləri  müfəttişi G.N.Teterev­yat­nikov da iştirak edirdi. İclasın gündəliyinə müzakirə üçün beş məsələ çıxarılmışdır:

1.  1918-ci ilin yanvar-dekabr ayları üzrə müəllimlərin tam şəkildə ala bilmə­dik­lə­ri maaşları barədə;

2.  Məktəblərin dava-dərman və dərslik vəsaitləri ilə təmin edilməsi üçün dövlət xəzinəsindən müəyyən məbləğin ayrılması;

3. Məktəbi idarə etdiyinə, gimnastika, nəğmə, peşə dərslərini keçdiyinə görə müəl­limlərin mükafatlandırılması;

4. İdarə "upravski”  məktəblərinin  maliyyələşdirilməsi  barədə;

5. Müəllimlərin  təqaüd  kassaları  barədə.

 Qurultayda  aparılmış  gərgin  müzakirələrin  nəticəsi  olaraq  həmin   məsələlərin  həlli  yolları  müəyyən  edilmişdir. Qurultayda  iclasların  gün  ərzində  fasiləsiz  olaraq  gərgin  keçdiyi  barədə  hökumətin  mətbu  orqanı  olan  "Azərbaycan”  qəzetində    məlumat  verilmişdir.

İbtidai  məktəblərin (zemski; normal; prixodski adlanan  aşağı  ibtidai  məktəblərin -R.S.)  eynitiplilik  prinsipinin  həyata  keçirilməsi  məqsədilə  respublikada  fəaliyyət  göstərən    son  nəticə  etibarilə  eyni məqsəd  güdən  bütün  aşağı  ibtidai  məktəblərin  "Azərbaycan  Respublikası  Xalq  Maarif  Nazirliyinin  aşağı  ibtidai  məktəbləri”  vahid  termini altında  birləşdirilməsi, xalq  müəllimlərinin  hüquqi  vəziyyətinin  eyniləşdirilməsi, onlar  arasında  əvvəlki  dövrlərdə  yol  verilmiş  ayrı-seçkiliyin  aradan  qaldırılması    onların  saxlanması  xərclərinin  dövlət  xəzinəsindən maliyyələşdirilməsi; Cəmiyyətlə  məktəblər  arasında  mübahisələr  doğuran, məktəb    müəllimlərin  nüfuzuna  xələl  gətirən  məktəblər  üzrə  məktəb  mükəlləfiyyətləri  barədə  icma  qərarlarının  ləğv  edilməsi; yeni  tədris  proqramlarının  işlənib  hazırlanması, dərsliklərin  seçilməsi; məktəbdən  xaric  təhsil    bununla  bağlı  məktəb  kitabxanalarının  təşkili; şagirdlərin  tarixlə  vətənpərvərlik  ruhunda  tərbiyələndirilməsi  üzrə  işlərin  qoyuluşu; uşaq    pedaqoji  jurnalların  buraxılması; uşaq  bağçalarının  yaradılması; ibtidai  məktəblərdə  bədən  tərbiyəsi  işinin  təşkili; müəllim  qıtlığı  problemi    onun  həlli  yollarının  araşdırılması;  müəllimlərin  əməyinin  ödənilməsi    s. həlli   təxirə salınmadan tələb  olunan  məsələlər  üzrə  müvafiq  qərarlar  qəbul  edilmiş, təklif    tövsiyələr  verilmişdir  ki, bu  da  öz  dövrünün  tələblərinə  uyğun  yeni  məktəb  quruculuğu    məktəb  islahatı  işində  olduqca  əhəmiyyətli  olmuşdur. Təsadüfü  deyildir  ki, qurultayın,  dekabrın  24-də  xalq  təhsili  üzrə  baş  idarənin  rəisi  A.Əmirovun  sədrliyi  ilə  keçirilmiş  iclasında  Nuxa-Ərəş  rayonu  xalq  məktəbləri  müfəttişi, ali  pedaqoji  təhsilli  Abdulla  bəy  Əfəndiyev (görkəmli  pedaqoq  Rəsid  bəy  Əfəndiyevin  qardaşıdır -R.S.)    təklif  etmişdir ki, qurultayın  fəaliyyətini  əks  etdirən  hesabat  tərtib  edilsin    çap  edilərək  bütün  müfəttişliklərə  göndərilsin. Onun  fikrincə,  qurultayda  müzakirə  edilən  məsələlər    qəbul  edilmiş  qərarlar, məktəb-tədris    təlim-tərbiyə   işlərinin müxtəlif  sahələri  üzrə  irəli  sürülən  elmi-pedaqoji  ideya    təkliflər  respublikada  aparılan  yeni  məktəb  quruculuğu  işində  olduqca   əhəmiyyətlidir    təhsil  işçilərinin, o cümlədən  direktor, müfəttiş    müəllimlərin  fəaliyyət  proqramına  çevrilməlidir. Müfəttiş  A.Əfəndiyevin  təklifi  qurultay  tərəfindən  qəbul  edilmişdir.

Qurultayın  qərarlarını  əsas  tutan  Xalq  Maarif  Nazirliyi  sonralar  həmin  qərarların  bir  çoxunun  həyata  keçirilməsi  məqsədilə  Azərbaycan  Xalq  Cümhuriyyəti  Hökuməti     Parlamenti  qarşısında  məsələ  qaldırmış və müvafiq  qərar    qanunların  qəbul  edilməsinə  nail  olmuşdur  ki, onlardan  da  bəzilərini  qeyd  edirik: 1) Xalq  müəllimlərinin  hərbi  mükəlləfiyyətdən  azad  edilməsi; 2)Türk (Azərbaycan-R.S.) ştiftinin  əldə  edilməsi  üçün  Xalq  Maarif  Nazirinin  sərəncamına  200  min  rubl  həcmində  pul  vəsaitin  ayrılması;  3) Lazımi  kitabların  alınması  üçün  Xalq  Maarif  Nazirinin  sərəncamına  18  min  rubl  həcmində  pul  vəsaitinin  ayrılması; 4) Yoxsul  ailələrdən  olan  şagirdlərə  müvəqqəti  olaraq  birdəfəlik  müavinətlərin  verilməsi;  5) Aşağı  ibtidai  məktəb  müəllim    qulluqçularının   maaşları  barədə  Parlament  tərəfindən  qəbul  edilmiş  qanun     başqaları.

Qeyd  edəök  ki, bu  qurultayda  müzakirə  edilmiş  məsələlər    qəbul edilmiş  qərarlar, irəli  sürülmüş  elmi-pedaqoji  ideya    təkliflər  1919-cu  il   avqustun  20-dən  sentyabrın  1-dək  olan  müddətdə  Bakı  şəhərində  Azərbaycan  xalq  müəllimlərinin keçirilmiş  növbəti  qurultayında  bir  qədər    inkişaf  etdirilərək  təkmilləşdirilmiş    respublikanın  təhsil    maarif  işçilərinin  fəaliyyət  proqramına  çevrilmişdir. Məktəbləri  ölkənin  əsas  mədəni  dayağı  kimi  qiymətləndirən,  şəxsi  mənfəət  ardınca  qaçmayaraq  həyatını  respublikanın  kənd, rayon    şəhərlərində  pedaqoji  fəaliyyətə  sərf  edən, savadlı  gələcək  nəslin  yetişdirilməsi  kimi  son  dərəcə  əhəmiyyətli  işlə  məşğul  olan  müəllim    pedaqoqların  qarşılaşdıqları  problemlərin  müzakirə  edilməsi    onların  həlli  istiqamətində  müvafiq  qərarların  qəbul  edilməsi  əlbəttə  ki, son  dərəcə   böyük  əhəmiyyət  kəsb  etmişdir.

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  müəllim    pedaqoqların    ilk  qurultayının  materialları  bu  gün də  tədqiq  edilir    öyrənilir.  Qurultayda  qəbul  olunmuş  qərarların  məlum  səbəblər  ucbatından  tam  şəkildə  həyata  keçirilməsi  mümkün  olmasa  da,  milli  təhsil  quruculuğu  tariximizdə  əhəmiyyətli  rolu    xidmətləri  olmuşdur. Həmin  qurultayın  təşkilində    fəaliyyətində  yaxından  iştirak  etmiş  tanınmış  müəllim    pedaqoqlar, maarif  fədailəri  böyük  hörmət    ehtiram  hissi  ilə  yad  edilir, həmin  təcrübədən gənc  nəslin  elmi-pedaqoji  biliyinin  artırılmasında, onların  vətənpərvər  ruhda  tərbiyə  olunmasında  bu  gün    istifadə  edilir. Azərbaycanda təhsilin inkişafında, pedaqoji və elmi-pedaqoji kadrların  hazırlanmasında xidmətləri olan pedaqoji elmlər doktoru, akademik Hüseyn  Əhmədovun qeyd  etdiyi  kimi: "Xalqımızın  zəngin  milli    ümumbəşəri  elmi-pedaqoji  dəyərlərini  tədqiq  etmək, onları  üzə  çıxarmaq, onlara  yeni  nəfəs  vermək, gənc  nəslin  elmi-pedaqoji  biliyinin  artırılması  işində  ondan  istifadə  etmək  bütün  zamanlarda  olduğu kimi, bu gün də aktualdır”.

RAFİQ  SƏFƏROV

Kaspi  2018.- 24 oktyabr. - S.15.