Xalqımızın maddi-mənəvi
abidələrinə qarşı daşnak təcavüzü
Zəngəzur və
Qarabağ qəzalarında törədilən
soyqırımında hansı niyyətlər gizlənmişdi?
Əsrlər boyunca Azərbaycana
qarşı toplum, kilsə və
qurama dövlət səviyyəsində qəsbkarlıq siyasəti
yürüdən mənfur daşnak hay qəbiləsinin vəhşiliyi
sərhəd tanımamışdır. Türk-müsəlman
mənşəli
yaşayış məntəqələrində dinc
sakinlərə qarşı silahlı hay quldurlarının
törətdikləri soyqırımı ilə yanaşı,
xalqımızın maddi-mənəvi və mədəni abidələrinin
də yerlə-yeksan edilməsi, izinin yer üzündən
silinməsi və ya irsinin qarət olunması (erməniləşdirilməsi) də
düşmənlərin əsas hədəfi olmuşdur. Ən faciəvi hal odur ki, bu cür
abidələrimizin mənşəyini öz murdar soyları
ilə bağlamaları, tariximizin beynəlxalq aləmdə təbliğ
və təşviq edilməsində maneələr yaratmışdır.
Hay kilsəsinin bütöv Azərbaycan
hüdudunda yürütdüyü bu siyasətin mahiyyəti
eyni olsa da, ictimai-tarixi dövrə uyğun olaraq
ayrı-ayrı ərazilərdə (Cənubi Azərbaycanda,
Qarabağın dağlıq hissəsində, aran və
dağlıq Şirvanda, Borçalı və Dərbənd
nahiyələrində) strateji məqsədlərinə
uyğun olaraq müxtəlif
üsul və vasitələrdən, qaydalardan istifadə etmişlər.
Ona görə
də, 1918-1920-ci illərdə düşmənin əsas hədəfində
olan Zəngəzur və Qarabağ qəzalarında hay
quldurlarının A.Ozanyanın, Q.Nijdenin, A.Srvantstyanın
başçılığı ilə törədilən
soyqırımında aşağıdakı niyyətlər
gizlənmişdi:
- Uzun əsrlər
boyu güc dövlətlərinin müsəlman-türk
dünyasına qarşı yönəlik siyasətlərinə
uyğun olaraq, məkrli niyyətlərini (qəbilə-tayfa
formasından dövlət nümunəsundə
yaşayış tərzinə keçmək, təbii və
mədəni zəngin əraziləri ələ keçirməklə
saxta tarixlərini zənginləşdirmək, ərazi
baxımından himayədarları ilə birbaşa sərhəd
əlaqələrinə nail olmaq) həyata keçirmək;
- Zəngəzur
qəzasının zəbt edilməsi (əhalisinin qətliamı,
yurd-yuvalarının dağıdılması, tarixi-mədəni
abidələrinin yer üzündən silinməsi ilə
tarixinin yox edilməsi, təbii sərvətlərinin
mənimsənilməsi) istiqamətində məkrli niyyətlərinin
dünyəvi siyasətlə bağlılığına nail
olmaq (çox təəssüf ki, istədiklərini edə
bildilər);
- Zəngəzur qəzasını ələ
keçirməklə, müəyyən dövrdən sonra
Qarabağ və Naxçıvan ərazilərinin özlərinə
ilhaq edilməsi istiqamətində həyata keçirəcəkləri
qanlı əməllərinə ərazi-hüquqi əsaslarla
haqq qazandırmaq baxımından zəmin yaratmaq;
- Azərbaycan hüdudlarında tarixi
və təbii zənginliyi ilə fərqlənən Zəngəzur
qəzasının maddi-mənəvi və mədəni abidələrini
yox etməklə, Azərbaycan xalqını tarixinin əsas
hissəsindən mərhum etmək və həmin tarixi
saxtalaşdıraraq öz adlarına keçirməklə,
olmayan tarixləri üçün maddi nümunələri mənimsəmək.
Yuxarıda
göstərilən amilləri fəaliyyət proqramına
çevirən hay kilsəsi və onların silahlı
qruplaşması Zəngəzur
qəzasında qanlı faciələrə imza atmaqla, tarixi
yaddaşımızın bu cür silinməyən səhifələrinə
diqqət yetirməyi bizim üçün vacib etmişdir.
Çünki, 1918-1920-ci illərdə bu qəzanın 115
müsəlman-türk yaşayış məntəqəsini
yerlə-yeksan edərək, 10 minlərlə dinc sakini
soyqırımına məruz qoyan quldurların qanlı cinayətlərinə
sübut kimi, ayrı-ayrı nahiyələrdə maddi-mədəni irsimizə
qarşı etdikləri təcavüzün
miqyası da xeyli genişdir. Qəzanın Mehri, Qarakilsə, Zəngilan,
Qubadlı, Laçın, Cəbrayıl... nahiyələri həmişə
bu hücumların hədəfində
olmuşdur. Bu dövrdə A.Ozanyan Qarakilsə nahiyəsində
(1930-cu ildən Sisyan adlandırılıb, qədim
türkdilli Sak tayfalarının adını özündə
yaşadan "sakasen-sikasen-sisakan” söz birləşməsinin
dəyişikliyə uğramış şivə-dialekt
variantı) 58 müsəlman-türk
kəndini (Urud, Vağədü, Ağdü,
Qızılcıq, Şəki, Dəstəgur,
Qızılşəfəq, Ərəfsə, Comərdli,
Sofulu, Murğuzlu...) yerlə-yeksan edərək, əhalisini qətlə
yetirmişdir. Ürəyi soyumayan bu qaniçənlər qədim Alban məbədlərini,
qoç və günəş şəkilli qəbir
daşlarını, bir sıra memarlıq tikililərini də
məhv etmişdilər. Belə ki, Dəstəgur kəndində
yaşı 2 min il olan qədim Alban qəbiristanlığı
(hündürlüyü 2 metrə çatan,
naxışlı və yazılı baş daşları, sənduqələr)
dağıdılmış, kənddə
fəaliyyət göstərən Şamxal Əfədinin
dünyəvi və dini məktəbi isə
yandırılmışdır. Qonşu Vağadü kəndinin qədim
memarlıq tikintisi olan məscid, içərisində 400 nəfər
dinc sakin olmaqla, əl qumbarası ilə
partladılmış, əhali gülləboran edilmişdir. Sofulu
kəndi yaxınlığındakı "Qırxlar piri”
adlanan müqəddəs ziyarətgah da hay hücumlarından
sonra dağıdılmışdır.
Zəngilan
nahiyəsinin Ağalı kəndini Qubadlı şəhəri
ilə birləşdirən ticarət yolu üstündə
(Mehri dəhlizindən 50 km aralıda) 500 illik tarixi olan
"Hüseynbəyli” məscidi (memarlıq üslubunda tikilən,
hündürlüyü 4 metrə çatan), Zəngilan-Qubadlı
avtomobil yolunun Zilanlı kəndi ərazisindən keçən
hissəsində, yolun altında olan qədim məscid yandırılaraq qarət
edilmişdir. Bu məscidlərin yeri
(yaxınlığında kənd qəbiristanlığı
var idi) keçən əsrin 80-90-cı illərinədək
qalırdı. 1980-ci illərdə bu məscidlərin
yaxınlığında yol təmiri işləri
aparılarkən, çoxlu miqdarda silah-sursat qalıqları
tapılmışdı. Nahiyənin bu hissəsindəki qədim
Sürməli kəndinə edilən hücumlar bu
yaşayış məntəqəsinin yer üzündən silinməsi və
əhalisinin qonşu Xocahan kəndində məskunlaşması
ilə nəticələnmişdir. Bir cəhəti də qeyd
edək ki, Zəngilan nahiyəsinə basqın edən quldur
A.Ozaniyan və Q.Nijdenin dəstələrinə Gorus və
Qafan nahiyələrinin haylar yaşayan Gərəvünc, Xınzirək
(bu kənd əvvəllər Almalıq adlanıb, haylar
işğal etdikdən sonra adını dəyişiblər),
Zeyvə, Ağavurd, Şirnuxu kəndlərinin də sakinləri
kömək etmişlər.
1918-ci ildə
yaradılmış Azərbaycan Fövqəladə Təhqiqat
Komissiyasının üzvü N.M.Mixaylovun hesabatında
göstərilmişdir ki, Zəngəzur
qəzasının 115 müsəlman-türk kəndi erməni
quldurları tərəfindən dağıdılaraq yer
üzündən silinmiş və
10 mindən çox dinc sakin qətlə yetirilmişdir.
Bu faciələr 1919-1920-ci illərdə digər daşnak
quldurlar - A.Mikoyan və S.Şaumyan tərəfindən davam
etdirilmişdir.
Xalqımızın soykökünə susayan daşnak
haylar bununla kifayətlənməyərək, maddi-mənəvi
irsimizə də qənim kəsilərək yüzilliklər
boyu mənfur niyyətlərinə hakim kəsilmişlər.
Bu izlərə haralarda rast gəlinmir...
Zəngilan
nahiyəsinin Malatkeşin kəndinin (Oxçuçayın
sol sahilində) qərbində, 15 km aralıda yerləşən,
palıd, vələs, çinar ağacları ilə
örtülü olan Əsgülüm silsiləsinin suayırıcında
XIV-XV əsrlərinin yadigarı olan eyni adlı qala (fateh
Əmir Teymur 1401-ci ildə Naxçıvan
yürüşündə burada olmuşdur) düşmənlərimizin
hədəfindən yayınmamışdır. Bu nahiyənin
mərkəzi olan Zəngilan şəhərinin (1931-ci ildə
yaradılmışdır) əsası olan Pirçiban kəndindən
şərqə doğru 2 km aralıda "Qızıldaş” yüksəkliyində
müqəddəs ziyarətgah, Ağalı kəndi ərazisində
Azıx mağarası yaşında olan 7-8 mağara (uzunluğu 60 m, eni 6-7 m,
hündürlüyü 3 m), Həkəri çayının
sol sahilində yerləşən Məmmədbəyli kəndində
qədim türbələr (X-XI əsrlərə aid) və məscid,
eləcə də kənd qəbiristanlığı yerlə-yeksan
edilərək, qiymətli yazı, qəbir (qoç şəkilli,
günəş təsvirli, sənduqələr) nümunələri
oğurlanaraq hayların qəniməti olmuşdur. Mənfur
niyyətlərini Genlik və Müşülan kəndlərində
də həyata keçirmişlər. Belə ki, 1967-1968-ci
illərdə kənd qəbiristanlığında qoç
şəkilli qəbirləri oğurlamaqla, məscid
divarındakı yazıları pozub hay işarələri naxışlamaqla xislətlərinə
sadiq qalmışlar.
Zəngilan
nahiyəsinin Şatarız, Beşdəli kəndləri ilə
Qafan nahiyəsinin Saf kəndi (hayların sonradan məskunlaşdığı)
arasında, 45-50 km-lik məsafədə yerləşən
Əsgülüm silsiləsinin Xusdub (3202 m) və Meydan
dağlarının sinəsindəki 130 hektarlıq şərq
çinarı meşəliyi 1918-1920-ci illərdə vəhşi
haylar tərəfindən barbarcasına doğranılaraq
aparılmışdır. Bu yerlərin hər
qarışında el qəhrəmanlarının səngər
izləri, savaş ləpirləri qalsa da, keçən əsrin
50-60-cı illərində hay daşnaklarına, A.Mikoyanın
xatirəsinə görə hədiyyə verilmişdir.
Zəngəzur
qəzasının Gıhı dərəsi boyunca, Qafan (əslində
"Mədən” sözündən
təhrif edilmiş toponimdir) nahiyəsində müsəlman-türk
mənşəli Pürülü, Armudlu, Müsəlləm,
Pəhyan, Gıhı (əhalisinin sayına görə ən
böyük kənd olub) kəndlərinin, yaşı minilliklərlə
ölçülən tarixi qəbiristanlıqları
dağıdılmış, bir çox qəbir nümunələri
daşınaraq aparılmışdır.
Barbarların
bu dağıntılarının və qarətlərinin izlərinə həmçinin Qubadlı nahiyəsinin
Padar və Balasoltanlı kəndləri arasındakı "Məscidli”
yerində, Çərəli kəndi ətrafında
"Şeyx Əfəndi” piri, "Xəçin dərəsi”
piri, "Sofulu” piri, "Mavdan” piri, "Yolaşan” piri, Boyunəkər
kəndində 200 illik yaşı olan Hacı Hürcahan gümbəzi
(hündürlüyü 15 m, ətrafında 30-40 qədim
qoçşəkilli qəbir, sənduqələr
olmuşdur), Dondarlı kəndinin 8 km-də memarlıq
üslubunda tikilən, 18 m hündürlüyü olan günbəz
1918-1920-ci illərdə "soyqırımına” məruz
qalmışlar.
Ümumiyyətlə, Zəngəzur qəzasının Zəngilan, Qubadlı, Qafan, Laçın nahiyələrinin tarixi zənginlikləri özündə yaşadan maddi-mənəi və mədəni abidələrinə qarşı hay daşnaklarının təcavüzü 1918-1920-ci illərdə (eləcə də sonrakı dövrlərdə) geniş miqyas kəsb etdiyindən, bu faciənin tədqiq edilməsinə ciddi ehtiyac vardır.
Qeyd: Yazının hazırlanmasında Zəngilan
rayonu, Malatkeşin kənd sakini Eyvaz
Məmi oğlu Bayramovun, Qubadlı rayonunun Novlu kənd
sakini Söhbət İsmayıl oğlu İsmayılovun və Çərəli kənd sakini Gəray
Cəlal oğlu İsmayılovun məlumatlarından istifadə
olunmuşdur.
Qismət Yunusoğlu,
Bakı Dövlət
Universitetinin müəllimi
Kaspi 2018.- 30 oktyabr.- S.15.