Azərbaycan teatrının öz tamaşaçılarına məktubu

 

Salam! Ay mənim sevimli tamaşaçılarım! “Sizi deyib gəlmişəm”! Gəlmişəm ki, 146-cı mövsümə başlamağımız münasibəti ilə sizi təbrik edəm, işlərinizdə uğurlar diləyəm, tamaşalarıma dəvət edəm. Gəlmişəm ki, bu ağır zəmanədə sizləri birliyə, mübarizliyə səsləyəm. Dediyim odur ki, ay mənim əzizlərim, artıqfəryadeləməkdən, “vaveylademəkdən keçib, əsas bu ki, “köhnə dudman”ı dağıtmışıq, indi gəlin verəyin əl-ələ dağıdağın öz içimizdə olaniblisyuvalarını, çıxardağın Vətənimizin köksündəntorpağa sancılmış qılınc”ları, son qoyağındəli yığıncaqlarına”, qoruyağınyaxşı adam”larımızı, “aydın”larımızı, “oqtay eloğlu”larımızı, “almaz”larımızı, qayğı göstərəyin yurdumuzunhəyatın dibindəyaşayan, “unudulan adam”larına, “həyatverəyinsolğun çiçəklər”ə, “toy” çaldırağın illərlə vüsalını gözləyəncehizsiz qız”lara, uzadağın əllərimiziuzaq sahillərdəyaşayan həmvətənlərimizə, doğma torpaqlarımızdadağılan tifaq”larına həsrət qalanqaçaq qocalar”ımıza, köçkün bacı-qardaşlarımıza nəhayət, qurtulağın illərdən bəri qəlbimizi dağlayanxəcalət”dən!

 

Bilirəm, ay mənim əzizlərim, cibləri ürəyi kimi təmizlərim, bilirəm ki, “müharibəhələ bitməyib, hələ atəşkəs şəraitində yaşayırıq, torpaqlarımızın iyirmi faizi düşmən tapdağı altındadı, qələbə sorağını gözləməkdən gözləriniz saralıbBir tərəfdənqonşular”ımızın xəyanəti, bir tərəfdənmillət dostları”mızın əməlləri, o biri tərəfdən öz içimizdə olanmeşşanlar”, “itilgetlər”, “ac həriflər”, “pəri cadu”lar, “qurbanəli bəy”lər, “şamdan bəy”lər daraşıblar xalqın canınataxtabitikimi, sovururlar qanını. Hamı da özünüpəhlivani-zəmanəhesab edir… “Pul düşkünü Hacı Fərəckimilər isə yığıblar başınaqaçaqlar”ı, ölkəni çeviriblərlaçın yuvası”na

 

Kimə deyəsən, necə deyəsən, hansını deyəsən, ay mənim əzizlərim… “mürafiə vəkillərigücsüz, “ədalət qapıları”nınqızıl açar”ını tapmaq mümkünsüz, “müfəttiş”lərtamahkar”, qapısı açıq kabinetlərdə isəşirə bənzər” “kişiləradamakərgədan buynuzugöstərirlər. Xəstəxanalaraltı nömrəli palata”ya bənzəyir, həkimlər adamaayı təbəssümügöstərib, “quş dili”ndə danışırlar. Camaat da ki, maşallahbulvarda uşaq əvəzinə “it gəzdirən xanım”ların sayı günü gündən artır. Çoxu daamerikalı kürəkənaxtarır ki, “dovşanın ad günü”ndəyatmış gözəl”lərinin barmağına birbəxt üzüyütaxıb, “qızıl toy” eləsinlər. Sonra datoya bir gün qalmışxəbər çıxır ki, “dəlixanadan dəli qaçıb”. Bir sözlə, “günahbir tərəfdən, “nadanlıq” o biri tərəfdən bürüyüb aləmi, bilmirsənkim dəli, kim ağıllı”… Bundan istifadə edənişgüzar adamlarxalqın çətin günündə onun yanında olmaqdansa qaçıblar hərəsi bir tərəfə. Tacir Əsgər Soltan bəyin qızı Gülçöhrədən boşanandan sonra köçüb yaşayırTürkiyədə”, vəziyyəti fənadeyil: həm arşın malçılıq edir, həm dodaqdan qəlbəyollar axtarır. Burada deyiblər ki, “ yardan doyur, əldən qoyur”. Şahbaz bəy isə Müsyö Jordanın ardıyca “ah, Paris, Paris!” deyib gedəndi, hələ qayıtmayıb. Orada dönüb olubKazanova: sevgi dərsləri” keçir gənc fransızlara. “Nişanlı qız” Şərəfnisə xanım da qalıb gözü yaşlı. Ən yaxşı yolu isə “xəsis” “Hacı Qara” tapıb, atıb qaçaqmalçılığın daşını, qoşalaşıb “Məşədi İbadla, düzəltdiriblər özlərinə xarici pasport – həftə səkkiz-mən doqquz “hasarın o üzü”ndə,  Arazın o tayındadılar. Hərəsi də gündə bir “beşmanatlıq gəlin” siğə elətdirib kef çəkirlər özləri üçün. Deyirlər, “o olmasın, bu olsun”. Onların nə vecinə, millət qalıb Arazın bu tayında ac, ya susuz… Necə deyərlər, qınından çıxıb, qınını bəyənmirlər. Bu qədər adamının arasında teatr heç kəsin yadına düşmür, bir nəfər “Don Kixot” tapılmır ki, teatra “mesenat”lıq edə…

 

Kimə deyəsən, necə deyəsən, hansını deyəsən… Amma darıxmayın, ay mənim əzizlərim, “dağlar arzasız olmur”, “qisas qiyamətə qalmaz”, bir gün gələr, “sonuncudamla düşər kasaya, çatarsonluğun sonu”, başlayar “məhşər günü”, çalınar “vida marşı” və xalqın canı, qanı, pulu hesabına varlanan, “büllur saraylarda yaşayan, gözü doymayan “xoşbəxtlər” qoyarlar qabaqlarına bir “qızıl teşt”, qusarlar xalqın onlara verdiyi çörəyi və bir anın içində çevrilərlər “cəhənnəm sakinləri”nə. Gəlin, ümidimizi itirməyək, bir-birimizə “mahnı dağlarda qaldı”, “çəkmə çəkə bilməzsən, bərkdir fələyin yayı” deyib qələbəyə inamımızı qırmayaq. Unutmayaq ki, biz hələ “təzə əsrin ibtidası”ndayıq. Gəlin, toplayağın iradəmizi, and içəyin “şəhidlər”imizin tökülən qanına, əməl edəyin şəhid “ana”larımızın “vəsiyyət”inə, qoruyağın babalarımızın “əmanət”ini, təmizləyəyin yağı düşməndən doğma Qarabağımızı, yox edəyin başımızın üstündən asılmış “demokl qılıncı”nı, unudağın “acı xatirələr”i, məhv edəyin diri ikən “ölülər”i, “canlı meyit”ləri, son qoyağın “bəxtsiz cavanlar”ın “intihar”ına. Elə edəyin ki, bir daha, cəbhə xəttindən gələn “qara qutu”ları görməyək, “ana fəryadı”nı eşitməyək, “anaların divanı”nın, “ailədə məhkəmə”lərin şahidi olmayaq. Gəlin, birləşib minlərlə həmvətənimizin qanı hesabına qazandığımız azadlığı qoruyaq. Qoruyaq ki, övladlarımız azad, xoşbəxt, firavan yaşasınlar. Qoruyaq ki, onlar başqa ölkələrdə “şadlıq sorağında” qərib həyat sürməsinlər. Qoruyaq ki, tamaşa salonlarımı isti nəfəsinizlə qızdırasınız, alqışlarınızla titrədəsiniz, çiçəklərinizlə bəzəyəsiniz… axı məni yaşadan sizsiniz, axı sizsiz mənim həyatım yoxdur, ay mənim sevimli tamaşaçılarım..!

 

Sizi bir daha yeni teatr mövsümünün başlanması münasibəti ilə təbrik edir, can sağlığı, ruzi-bərəkət və gözəl tamaşalar arzulayıram! Qoy sizin hər gününüz “Şərqin səhəri” ilə açılsın, axşamınız “min illərin işığı” ilə nurlansın, səsiniz teatrlardan gəlsin. Beləliklə, yolunuzu gözləyirəm, ay mənim əzizlərim. Sağ olun, tamaşa salonlarımda görüşənədək!

 

Vidadi Qafar

 

Kaspi  2018.- 6 sentyabr.- S.10.