“24-lər”dən on yeddincisi

 

BDU-nun elm ocağı kimi inkişafında onun böyük xidmətləri olub

 

"Tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı, milli təhsil sistemini mənəvi tərbiyə formalarını yaratmaq imkanından da məhrum edilmişdi. Yalnız 1918-ci ildə müstəqillik qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız milli ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı”.

 

Bu prosesdə şübhəsiz, yeni yaradılan BDU da böyük rol oynadı yarandığı vaxtdan bu günə kimi qədər çətin bir yol keçsə , mənəvi böyüklüyümüzün simvolu kimi, elm, təhsil mədəniyyətimizin möhtəşəm mənbəyi olaraq qalmaqdadır. İstər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə müasir dövrdə Azərbaycanın müstəqilliyi, milli azadlığı uğrunda mübarizə aparan, onu yaşadan, qoruyub saxlayan insanların böyük əksəriyyəti BDU-nun yetirmələridir.

 

BDU-nun on yeddinci rektoru Faiq Bağırzadə haqqında yazarkən yadıma tələbəlik illərim düşdü. Ona görə yox ki, mən BDU-nun jurnalistika fakültəsində oxuyarkən Faiq müəllim rektor idi. Əgər Faiq müəllim felyeton yazdığım üçün məni universitetdən qovsaydı, bu gün mən tədqiqatçı alim idim, bu məqalənin müəllifi. Yəqin ki, bu fakt oxucum üçün maraqlıdır. Odur ki, bu haqda ətraflı məlumat vermək istərdim. 1987-ci ilin yayı idi. III kursda oxuyurdum. Yayda Qəbələdə (o zaman Qutqaşen adlanırdı) rayonunda "Qalibiyyətqəzetində istehsalat təcrübəsində olarkən, qəzetdə "Kəlbətinəminin Bum səfəri” (Bax: "Qalibiyyətqəzeti, 6 avqust 1987-ci il) sərlövhəli bir felyetonum çap edilmişdir. Felyetonda rayon Yol İstismar İdarəsi, rayon İcrayə Komitəsi dolayısı ilə rayon Partiya Komitəsinin yarıtmaz işini tənqid etmişdim. Bundan hiddətlənən rayon Partiya Komitəsinin rəhbərliyi məsələni birbaşa rayon Partiya Komitəsinin bürosunda qaldırdı BDU-nun rəhbərliyinə məktub göndərərək mənim universitetdən xaric edilməyimi tələb etdi. Məktubla əlaqədar məni rektorun otağına çağırdılar. Otağa girəndə Faiq müəllim yazı masasının arxasında oturmuşdu felyetonu oxuyurdu. Otaqdakı sükut məni daha da vahiməyə saldı. Fikirləşirdim ki, indi rektor başını qaldırıb məni tənbeh edəcək, üstümə qışqıracaq... Birdən Faiq müəllim qəzeti kənara qoyub başını qaldırdı. Üz-gözündə qəzəb görmədim. Əksinə mülayim bir səslə "Amma yaman yazıbsan ha. Deyəsən Cəlil Məmmədquluzadənin felyetonlarını çox oxuyursan. Gələcəkdə daha güclü qələm sahibi olmasan Qulu Xəlilovun sənə öyrətdikləri halalın olmasın!” deyib, mənə qapını göstərdi.  Doğrusunu deyim ki, Faiq müəllimin bu isti münasibəti məni lap çaşdırdı. Çünki onun yanına gəlməmişdən bir necə dəqiqə əvvəl prorektor otağında elə bir qışqır-bağır salmışdı ki, artıq qovulma əmrimi alacağımı gözləyirdim...

 

Bu, mənim Faiq müəllimlə yaxından, həm ilk, həm son görüşüm oldu. Amma bu görüş onu, mənim yaddaşıma sözə qiymət verən, haqqı nahaqqa qurban verməyən bir ziyalı kimi həkk etdi. Bu gün bütün uğurlarım üçün hər dəfə Tanrıdan Faiq müəllimə rəhmət diləyirəm (sonralar bildim ki, Faiq müəllim söz əhli imiş, hərdən şeir yazırmış). Onu da qeyd edim ki, Faiq müəllimin bu xeyir-duası düşərli oldu mənə. Ondan sonra BDU-ya rəhbərlik edən hər bir rektor tərəfindən həmişə diqqət hörmət gördüm.

 

BDU-ya 17 il rəhbərlik edən Faiq Bağırzadə kim idi? 1926-cı ildə Bakıda Məmməd kişinin ailəsində anadan olub. Orta məktəbi əla qiymətlərlə başa vuran gənc, 1943-cü ildə Azərbaycan Dövlət Sənaye İnstitutuna (indiki Neft Akademiyasına) daxil olub. Ağır müharibə şəraiti onu oxuya-oxuya işləməyə vadar edib. İşə, İ.M.Qubkin adına Geologiya İnstitutunda baş laborantlıqdan başlayan gənc tədqiqatçı, tez bir zamanda "Qobustan neftkəşfiyyattrestində, "Neft daşlarıkontorunda mühəndis-geoloq vəzifəsinə kimi ucalır. Bir necə il sonra gənc geoloq Azərbaycan Elmi Tədqiqat Neft Geoloji Kəşfiyyat İnstitutunun çöl dəstəsinin mühəndis-geoloqu, daha sonra isə rəisi işləyir.

 

F.Bağırzadə ilk pedaqoji fəaliyyətinə 1952-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda (indiki Neft Akademiyasında) başlayıb. 1953-cü ildə geologiya-minerologiya üzrə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə edən Faiq müəllim, 1970-ci ilə qədər bu institutda çalışıb. O, burada kafedra müdiri, geoloji kəşfiyyat xarici vətəndaşların təlimi fakültəsinin dekanı olub. Amma bu vəzifələr onu elmi ixtiralardan yayındıra bilməyib. Faiq müəllim istedadlı, bacarıqlı alim kimi geologiyanın neft-qaz geologiyasının inkişafına böyük kömək göstərmiş, Azərbaycanın, Dağıstanın neftli-qazlı sahələrinin öyrənilməsində fəal iştirak etmiş, Cənubi Xəzər çökəkliyinin dəniz neft qaz yataqlarının tədqiqi ilə məşğul olmuşdur. O, elmi-tədqiqat işlərində bu sahədə olan problemlərdən, onların aradan qaldırılması yollarından geniş bəhs edib. 12 monoqrafiyanın, dərsliyin tədris vəsaitlərinin müəllifi olan Faiq müəllim, bu sahədə yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da əməyini əsirgəməyib. Bilgisini mükəmməlləşdirmək üçün nəzəriyyə ilə təcrübəni birlikdə aparıb.

 

1970-ci ilin ortalarından BDU-ya rektor təyin edilən F.Bağırzadə, 1987-ci ilin əvvəllərinə kimi bu vəzifəni icra edib. O, universitetə rəhbərlik etdiyi illərdə  qüdrətli elm ocağının inkişafı üçün əlindən gələni əsirgəməyib. 1971-1986-cı illərdə tələbələrin orta illik kontingenti 12 min 772-yə bərabər idi. 1985-86-cı dərs ilində universitetin komplektləşməsi diqqəti cəlb edir. 1978-ci ildə universitetdə ilk dəfə tədris hissəsinin işçiləri tərəfindən fakültə kafedralarda tədris sənədlərinin vəziyyətinin 3 ay davam edən təftişi keçirilir nəticədə kafedraların böyük əksəriyyəti tədris materiallarını sənədlərini qaydaya salır. 1976-cı ildən sonra universitetin təhsil həyatının səciyyəvi cəhətlərdən biri ali məktəb ictimaiyyətinin aktual tədris-metodika məsələlərinin həllinə geniş cəlb edilməsi oldu. 1978-ci ildə həmçinin universitetdə məzunların stajkecmə sisteminin yaradılmasına başlandı. 1984-cü ilin sentyabrında ADU-nun Elmi Şurasında qəbula hazırlıq, onun təşkili imtahanların keçirilməsi üzrə komissiya yaradıldı bunlar hamısı uğurla birbaşa Faiq müəllimin nəzarəti altında həyata keçirildi.   

 

Məhz Faiq müəllimin BDU-ya rəhbərlik etdiyi illərdə universitetin beynəlxalq əlaqələri daha yüksək mərhələyə qalxmağa başladı 1970-ci illərin ortalarında bu əlaqələr daha da genişləndi. Bu illərdə universitetin 30 nəfər müəllimi elmi işçisi yüksək inkişaf etmiş Avropa ölkələrinə, ABŞ-a Yaponiyaya uzunmüddətli elmi təcrübəyə göndərildi. Universitetin professor müəllimləri xarici ölkələrdə 50 müxtəlif beynəlxalq simpoziumlarda, konfranslarda Azərbaycanı təmsil etdilər. 

 

Danılmaz bir faktdır ki, BDU-da müasir tələblərə cavab verən yüksək ixtisaslı mütəxəssislərin, zəngin mənəvi keyfiyyətlərə malik elmi-pedaqoji kadrların hazırlanmasında Elmi Kitabxana böyük rol oynayır. Ona görə də, rəhbərlik 1971-ci ildən Elmi Kitabxana fondunun zənginləşməsinə xüsusi diqqət verdi. BDU nəşriyyatının yenidən bərpa edilməsində də Faiq müəllimin böyük zəhməti olub. Bu haqda Aslan Atakişiyev "Bakı Dövlət Universitetinin tarixi” əsərində geniş məlumat verib. Bütün bunların nəticəsi olaraq Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin 1987-ci il martın 13-də çıxmış qərarında BDU ölkənin aparıcı universitetləri sırasına daxil edilib.  

 

F.Bağırzadə bir ziyalı, ictimai xadim kimi, yalnız universitetdə deyil, ölkədə baş verən bütün ictimai-siyasi, mədən hadisələrdə yaxından iştirak edib. O, Azərbaycan Kommunist Partiyasının XXVIII-XXIX qurultaylarında Azərbaycan KP MK üzvlüyünə namizəd seçilmiş, Azərbaycan KP Bakı şəhər Komitəsinin üzvü, VIII-IX çağırışlar Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adı daşıyan Faiq müəllim iki dəfə "Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.

 

Görkəmli alim 1998-ci ilin mart ayında Bakıda vəfat edib. Mən o zaman BDU-nun dissertantı idim. Bu xəbəri universitetdə eşitdim çox kədərləndim. Ona görə yox ki, Faiq müəllim məni BDU-dan qovmadı. Ona görə ki, o, doğru sözü qiymətləndirdi, haqqa dəstək oldu. O, hadisədən 30 il keçib. Amma hər dəfə BDU ilə bağlı bütün uğurlarım üçün "baiskar”ıma Tanrıdan rəhmət diləyirəm!      

 

Qərənfil Dünyaminqızı

Əməkdar jurnalist

 

Kaspi  2018.- 8-10 sentyabr.- S.7.