Muğam ifaçılarımız Özbəkistandan 10 min dollarla qayıdırlar

 

Sahib Paşazadə: “Burda Azərbaycan muğamına olan sevgini gördük

 

Musiqi sərhəd tanımır. Özü bizim muğam ola bir istedadlı gənclərimiz. Muğamımız dünya musiqi xəzinəsinin ən saf incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında bugünkü dövrə qədər gəlib çatmasında mühüm rol oynayır. Yazıma muğamla giriş etməyimin bir səbəbi var. Sentyabrın 6-dan 10-dək Özbəkistanın Şəhrisəbz şəhərində keçirilən I Beynəlxalq muğam (makom) "Şərq təranələriBeynəlxalq Musiqi Festivalının qalibləri məhz bizim istedadlı gənclərimiz olub.  Sahib Paşazadənin rəhbərlik etdiyi "Muğamansamblının üzvləri - Əməkdar artist Nigar Şabanova xanəndə Abgül Mirzəliyev müsabiqədə birinci yerə layiq görülüblər. Müsabiqədə 29 ölkədən ifaçılar çıxış edib. Müsabiqənin baş mükafatı (Qran-pri) Tacikistan Muğam Akademiyasına verilib. Birinci yerin digər sahibi isə Özbəkistanın "Sakilansamblı tutub. İkinci yeri İran Hindistan musiqiçiləri, üçüncü yeri Yaponiya, Türkmənistan Tunis musiqiçiləri bölüşüblər.

 

Dünyanın 73 ölkəsindən rəsmi qonaqlar, xanəndələr, sənətşünas alimlər, muğam sənətinin tədqiqatçılarının iştirak etdiyi tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayevin iştirak edib.

 

Ansamblın üzvləri hazırda Özbəkistanda olsalar da, sosial şəbəkə vasitəsi ilə əlaqə saxladıq onların təəssüratlarını öyrəndik. "Muğamansamblının rəhbəri Sahib Paşazadə "Kaspi”yə açıqlamasında  bildirdi ki, müsabiqə proqramında Nigar Şabanova "Heyratızərb muğamı "Şahnazmuğamını, Abgül Mirzəliyev isə "Simayi-şəms "Mahurmuğamlarını ifa edib. Xanəndələri "Muğamansamblının üzvləri - tarda Kamal Nuriyev, kamançada Əməkdar artist Toğrul Əsədullayev, qanunda Əməkdar artist Çinarə Heydərova nağarada Emin Cəbrayılov müşayiət edib. Xanəndələrimizin musiqiçilərimizin ifası alqışlarla qarşılanıb.

 

Sahib Paşazadə bildirdi ki, mükafat fondu 10 min ABŞ dolları olan I yer üçün xüsusi diplom Özbəkistanın mədəniyyət naziri Baxtiyar Sayfullayev tərəfindən onlara təqdim olunub: "Təəssüratlarımız çox gözəldir. Həqiqətən , burda Azərbaycan muğamına olan sevgini gördük. Çox güclü rəqiblərimiz var idi. Ümumilikdə 73 ölkədən nümayəndə iştirak edirdi. İfaçılarla bərabər, konfrans forum iştirakçıları da var idi. Elə təkcə Özbəkistanın 4 komandası iştirak edirdi. Bundan başqa Misirdən, İordaniyadan, Pakistandan, Hindistandan, Tacikistandan, Türkmənistandan, Çindən, Koreyadan, Yaponiyadan olan nümayəndələr iştirak edirdi. İştirakçılar Şərq ölkələrindən gəlmişdilər onların hamısının da çox gözəl musiqiləri vardı. Onların arasında seçilmək qalib olmaq heç asan deyildi Çox çətin   olsa da, biz bunun öhdəsindən gəldik. Açığı, mən ora getməmişdən əvvəl öz gücümüzə, istedadımıza əmin idim. Ancaq adımız qaliblər sırasında çəkilənə qədər çox həyəcan keçirdik”.

 

"Muğamansamblının rəhbəri uzun müddətdir ki, gərgin məşqlər etdiklərini foruma ciddi şəkildə hazırladıqlarını bildirdi: "Forumda ifa olunan repertuarı özüm seçmişdim. Bu dəfə foruma ifaçı kimi deyil, təşkilatçı kimi qatıldım. Qeyd edim ki, rəhbərlik etmək asan məsələ deyil. Bundan öncə keçirilən forumda 60 ölkənin içərisində Qran-pri mükafatını qazanmışdım. Artıq təcrübəm var idi.  Bu il qərara aldım ki, buraya rəhbər kimi gəlim. Ansamblımızın iki xanım üzv var idi. Dörd ifaçı ilə birlikdə Özbəkistana gəldik. Çox gözəl nailiyyət əldə etdik. Burada hər kəs Azərbaycandan danışır. Zəhmətimiz, əməyimiz yerdə qalmadı. Tamaşaçılar bizi isti qarşıladılar. Bizim ifaçılarımız - Nigar, Abgül oxuyanda bütün zal onları alqışlayırdı. Bu hissi sözlə ifadə etmək mümkün deyil. Hətta münsiflər  heyətində əyləşən ekspertlərin bir neçəsi Nigar ifa edərkən onu telefonla çəkirdilər. İfa zamanı belə jestləri ilə ona minnətdarlıqlarını bildirirdilər. İfaçılarımızın da müşayiəti münsiflərin xoşuna gəldi. Forum bitdikdən sonra hər kəs bizi təbrik etdi”.

 

 

 

S.Paşazadə Özbəkistanda başqa ölkələrdə keçiriləcək müxtəlif muğam festivallarına da dəvət olunduqlarını münsiflərin onları tərif atəşinə tutduqlarını dedi: "Bir neçə tanınmış festivallara dəvət aldıq. Dünyanın müxtəlif ölkələrindən gələn həmkarlarımız da bizləri təbrik etdilər. Azərbaycan muğamı ən xoş sözlərə layiqdir. Nəticə belə olmalı idi. Bizim muğam birinciliyə layiq olmalı idi, oldu da.  Allahımıza şükürlər olsun ki, zəhmətimiz hədər getmədi bunu bacardıq”.

 

Kanun ifaçısı, Əməkdar artist Çinarə Heydərova deyir ki, forumda Azərbaycan muğamına böyük sevgi nümayiş olundu: "Təəssüratlarımız çox gözəldir. Musiqiçilərimiz peşəkar şəkildə ifa etdilər rəğbətlə qarşılandılar. Biz xoş təəssüratlarla buradan ayrılıq”.

 

Kamança ifaçısı, əməkdar artist Toğrul Əsədullayev bizimlə söhbətində Azərbaycan muğamının zənginliyindən danışdı. Bildirdi ki, muğamımız qalibiyyətə layiqdir: "Bu, tək bizim yox bütün Azərbaycanımızın, muğamımızın qələbəsidir. Keçirdiyimiz hisslərimiz çox gözəldir. Vətənə döndükdən sonra media nümayəndələri ilə görüşüb, təəssüratlarımızı bölüşəcəyik”.

 

Musiqiçilərimizlə  söhbət əsnasında öyrəndik ki, forum çərçivəsində "Muğam sənəti onun dünya sivilizasiyasında yerimövzusunda elmi-praktik konfrans keçirilib konfransda 20 ölkənin musiqişünas alimləri  iştirak edib. Forum günlərində muğam sənətinə həsr olunan sərgilər təşkil edilib, milli musiqi alətlərinin geyimlərin, sənətkarların əl işlərinin, təsviri sənət əsərlərinin, audio videodisklərin, kitabların, albomların nümayişi satışı keçirilib.

 

Qeyd edək ki, Özbəkistan Prezidentinin fərmanı ilə özbək milli incəsənətinin muğamın gələcək inkişafı üzrə tədbirlərə əsasən təşkil edilən forumun, ənənəvi olaraq iki ildən bir keçirilməsi nəzərdə tutulub. UNESCO-nun himayəsi altında keçirilən beynəlxalq forumun təşkilatçısı Özbəkistan Mədəniyyət Nazirliyidir. Azərbaycan muğam sənəti, özbək-tacik şaşmakomu, uyğur muğamı təşkilat tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.

 

Qalibiyyət əldə etdikdən sonra iştirakçılarımız Daşkənddəki "Turkistan” sarayında Azərbaycan Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş dostluq konsertinə qatılıblar.  Konsertdə Azərbaycanın tanınmış müğənniləri iştirak edib.

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunan dostluq konsertində dövlət hökumət nümayəndələri, səfirlər, ictimaiyyət nümayəndələri, diasporumuzun təmsilçiləri, jurnalistlər iştirak ediblər.

 

Xəyalə Rəis

 

Kaspi  2018.- 13 sentyabr.- S.14.