Qəlbimlə öpürəm
uğurlarını
Sərvaz Hüseynoğlu
Azər
Turanın 55 yaşına
Səni
Anar, Elçin, Nəriman bilər,
Səni bilməyənlər kimi bilir ki?!
Havayı
ötməyib ömrün
illəri,
Yolu yol eyləyib, yola düşənsən.
Yazıb
Əli bəydən Əlibəyləşən,
Caviddən yazdıqca Cavidləşənsən.
İllər sınayıbdı etibarını,
Özgə süxurlara axının yoxdu.
Qəlbimlə öpürəm uğurlarını,
Qəlbimdən ruhuna yaxınım yoxdu.
Bax ey, gör necə
də yaraşır sənə
Atandan yadigar, əmanət qürur…
Ən pünhan,
ən gizli istəklərinin
kökündə Peyğəmbər
əxlaqı durur.
Kimin var,
kimin var Turan Cavidli
Zəlimxan Yaqublu xatirələrdən
özgə bu dünyada axı kimin var?
Bəxtiyar,
Şəhriyar,
Cavid ünvanlı
Sənin özgə Tanrın, özgə Dinin var.
Sən Ordan gəlirsən,
O ucalıqdan…
Ordan gəlməyənlər
içində təksən.
Yalqızsan, tənhasan, gəlməsən,
Azər,
Ağzımı xeyirə açıram,
yenə
Sən orda birinci gəlməsən, Azər.
Sənin
ürəyinin lap alt qatında,
Sənin
gözlərinin dərinliyində,
Hardasa, tək bircə özünə məxsus
Bir cıdır meydanı,
Boş bir səhra var.
Sənin
o meydana,
O boş səhraya
İl ili qovduqca
marağın artıb,
O səmtə meyilli olub gözlərin,
"Cilov”un həmişə
o səmtə dartıb.
Təkbətək çıxırsan özün-özünlə,
Orda qovan da sən, qovulan
da sən.
Orda sinəsinə çiçək
taxılan,
Çiçəyi burnunda ovulan da sən.
Harda sıxılırsan, sıxırlar
səni,
Özünü özündən yıxırlar
səni…
Harda ki, dəli cin
beyninə vurur –
Gəlib
gözlərinin qabağındaca
O cıdır meydanı, o səhra durur.
Arxalı
dağları yıxıb
getməyin,
Hirsini ovcuna sıxıb getməyin,
Baş alıb, dünyadan çıxıb getməyin
Sənə su içimi gəlir o dəmlər.
Ora yollar getməz, getməz,
Göz işləməz,
Könül yetməz…
İllərdi bir təlaş
sarıb içimi,
Sivrilib əlindən
qaça bilmirəm.
Səni
nəğmələrin tənhalığıyla,
Dünyanın, şeirin yalqızlığıyla
Tək qoymaq qorxum var, aça
bilmirəm.
Papiros tüstülü masa başında
Bu cavan ömründə, cavan yaşında
Cavidlə,
Faiqlə,
Səlim
Turanla
Tək qala bilməyin qorxudur məni.
Qorxuram ən pünhan duyğularının
Qaysağı çat verə
gözüm önündə.
Ağara
saçların bir an
içində,
Əriyib gedəsən xatirələrdə.
Səni
tək qoymaqdan qorxuram, dostum,
Həmən, xatirələr çin-çin
oyanır.
Həmən, gözlərinin dərinliyində
Bir Məcnun
göynəyir, bir Kərəm yanır.
Hər gün düşüncəndə,
xəyallarında
Hadi məzarını
gəzir görürəm.
Ən əziz kəslərin talesizliyi
Ruhunu daş kimi əzir görürəm.
Qorxuram hansısa müxənnət
sözü
Səni məhvərindən qopara
bilər.
Bu könül dünyamdan,
duyğularımdan
Divlər gəlib səni apara bilər.
Haqlı
və inadkar davakarlığın
Qorxuram hardasa bitirə səni.
Küçə qeybətləri dura
qəsdinə,
Cavidlər, Hadilər itirə
səni…
Səni
Anar, Elçin, Nəriman bilər,
Səni bilməyənlər kimi bilir ki?
Nizami Cəfərov, Kamal Abdulla,
Bir də Musa Yaqub duyar halını…
Bu söz meydanının qeylü-qalını
İçində əridib,
İçində çəkən
Mövlud
Süleymanlı, Məmməd
İsmayıl,
Çingiz Əlioğlu,
Ramiz Rövşən
Və Vaqif Bayatlı xoşdu səninlə…
Qısır ilhamından küssün,
incisin
Kimin ki, arası boşdu səninlə.
Müşfiqdən, Rəsuldan uzaq
olanlar
Çətin ki, səni də
sinirə bilsin.
Sağ deyil hayqıra Xəlil Rza ki:
– Məni bilməyənlər
səni nə bilsin?!
Əlli
beş…
Bəlli
beş…
Yaşın o yaşdı –
Zirvədən-zirvəyə daşıyır köçün.
Könlün gedənlərin dalınca
dolur,
Gözlərin yol çəkir
gələnlər üçün…
Kaspi.-2018.-15-17 sentyabr.-S.18.