100 ilin
bir Günü
1918-ci ilin 15 sentyabrında Qafqaz İslam Ordusunun Bakını işğaldan
azad etməsi dövlətlərimizin qardaşlıq
simvolu, xalqlarımızın
silinməz yaddaşıdır
Hər bir xalqın yaddaşına silinməz hərflərlə
yazılan tarixi hadisələr var. 1918-ci ildə
baş verən hadisələr də Azərbaycan xalqının
tarixinə qızıl
hərflərlə yazılıb. Həmin
il Azərbaycan
Xalq Cümhuriyyətinin
yaradılması, Bakının
erməni-bolşevik işğalından
azad edilməsi heç vaxt unudulmayacaq. 1918-ci ilin 15 sentyabrı Azərbaycan-Türkiyə
dostluğunun ən böyük qələbəsinə
nail olduğu gün idi.
Həmin dövrdə böyük tarixi sınaqdan çıxan bu dostluq bir əsrdir
ki, yüksələn
xətlə davam edir və edəcək
də. Ona görə də 15 sentyabr hər il xalqlarımız
tərəfindən böyük
təmtəraqla qeyd edilir. Bu il
sentyabrın 15-də Bakının
Qafqaz İslam Ordusunun köməkliyi ilə düşməndən
azad edilməsinin 100 ili tamam olur.
Bu münasibətlə Bakının Azadlıq meydanında parad keçiriləcək.
Amma ilk olaraq tarixin bu şanlı səhifələrini bir az vərəqləyək
və Bakının azad edilməsinin xalqımız üçün
tarixi əhəmiyyətindən
danışaq. 1918-ci il may ayının
28-də Tiflisdə Azərbaycan
müstəqilliyini elan
etdi və cümhuriyyət quruldu. Paytaxt isə müvəqqəti
olaraq Gəncə oldu. Təəssüf ki, Bakı düşmən əlində
idi. Azərbaycanı Bakısız təsəvvür
etmək mümkün
deyildi. Məhəmməd Əmin Rəsulzadənin
təbirincə desək,
Azərbaycan bədən
idisə, Bakı baş idi. Və başla bədən mütləq şəkildə
birləşməli idi.
Təbii
ki, dövrün ziyalıları ölkədə
gedən prosesləri düzgün analiz edib qiymətləndirərək,
Bakının azad edilməsində xarici yardıma ehtiyac olduğunu duyurdular. Çünki həmin dövrdə
müstəqilliyini yenicə
əldə etmiş bir dövlətin kifayət qədər hərbi qüvvəsi yox idi. Bu yardımı göstərəcək
dövlət isə qardaş Osmanlı oldu. Bəs nə üçün
Osmanlı dövləti?
Çünki ilk olaraq bu,
Batumi müqaviləsinin 4-cü maddəsinə görə,
Osmanlı dövlətinin
öhdəliyi idi.
Digər
tərəfdən Azərbaycana
işğalçı yox,
xilaskarlıq yürüşü
edəcək yeganə
dövlət qardaş
Türkiyə idi.
Belə bir şəraitdə qardaş ölkənin hərbi naziri Ənvər Paşanın
başqa çıxış
yolu yox idi. O, qardaşı Nuru Paşanın komandanlığı ilə
ordu yaratdı. Beləliklə, tarixə adını
qızıl hərflərlə
yazdıran Qafqaz hərəkatı başladı.
Qafqaz İslam Ordusu
Bu məqamda bir sual yaranır. Nəyə görə
ordu Qafqaz Türk Ordusu yox, Qafqaz İslam
Ordusu adlandırıldı?
Tarixi mənbələrə müraciət
etdikdə, bu suala fərqli cavablar tapırıq.
Ən əsas səbəb Bakı azad edildikdən sonra siyasi problemlərin yaranmaması və ordu cərgələrini doldurmaq üçün yerli əhalidən istifadə edilməsi məqsədi idi. Onu da qeyd etmək
lazımdır ki, Osmanlı dövlətində
tarixən türkçülüklə
bərabər, islamçılıq
amili də geniş yayılmışdı.
İslam
amilinin siyasi dairələrə hopması
ilə türk olmayan məmləkətlərdə
möhkəmlənmək üçün
bu amildən istifadə olunurdu. Məsələn, Yaxın Şərq
ölkələrində əhali
türklərdən ibarət
olmadığı üçün
onları yalnız İslam adı altında birləşdirmək
olardı. Bundan başqa,
həmin dövrdə
Almaniya Türkiyə ilə müttəfiq idi və Rusiya
ilə razılıq əsasında Türkiyənin
Azərbaycan torpaqlarına
girməsini, Bakını
azad etməsini istəmirdi. Bunun üçün
də hər vəchlə bu ordunun yaranmasına qarşı çıxırdı.
Bütün bu səbəblərdən
də ordunun adındakı "türk”
sözü, "İslam”
sözü ilə əvəzləndi. Əslində bu, o dövr üçün olduqca düşünülmüş və yerində atılmış bir addım idi. AXC-nin müstəqilliyinin,
ərazi bütövlüyünün
qorunmasında və bu dövrdə Azərbaycan xalqının
real qırğınlardan xilas
edilməsində Qafqaz
İslam Ordusunun rolu misilsizdir. Bu hərəkat Azərbaycan-Türkiyə
siyasi, hərbi qardaşlığının yüksək
zirvəsidir.
Bakı dünya dövlətlərinin
hədəfində
XX əsrin əvvəllərində
Bakı xarici dövlətlər üçün
olduqca əhəmiyyətli
şəhər idi. Bir çox
dövlətlər Bakıya
Cənubi Qafqazın açarı kimi baxırdılar. Onlar üçün
Bakı təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə
sahib olmaq demək idi. Xəzər üzərindən də Şimali Qafqaza, o cümlədən
Orta Asiyaya nəzarəti ələ keçirə bilərdilər.
Yəni Azərbaycan bir növ qızıl körpü rolunu oynayırdı. Həmçinin Bakı zəngin neft mənbəyi idi. Birinci dünya müharibəsinin
son mərhələsində belə bir şəhərə
sahib olmaq hər bir ölkə üçün ən böyük uğur olardı. Bütün ölkələr də bunun fərqində
idilər. Ona görə
də Bakının işğaldan azad olunmamağı üçün
əllərindən gələni
edirdilər. Lakin bu alınmadı. Osmanlı dövləti
güclü ordusu ilə köməyə gəldi. Osmanlı dövlətinin bu
strateji yola və neft mənbəyinə
yiyələnməsi üçün
sosial, etnik baxımdan problemləri yox idi.
Nuru Paşa
Tarixi mənbələrdə
qeyd edilir ki, o dövrdə Nuru Paşa kifayət qədər hərbi uğurları ilə seçilən biri olduğundan ziyalılarımız orduya
məhz onun rəhbərlik etməsini
xahiş ediblər. İstiqlal hərəkatının
fəal üzvü Nağı bəy Şeyxzamanlı öz xatirələrində yazır
ki, Ənvər Paşa ilə görüş zamanı mən özüm ona yaxınlaşıb qardaşını Qafqaz İslam Ordusunun komandanı təyin etməsini xahiş etdim. Əlbəttə, müharibə dövründə
işğalçılıq yox, məhz xilaskarlıq yürüşünü
Ənvər Paşa ancaq ögey qardaşı Nuru Paşaya əmanət edə bilərdi. Tarixi faktlarda Nuru Paşa şəxsiyyəti
kifayət qədər
geniş şəkildə
mədh edilir. Hətta demək olar ki, xalqımız ona öz milli
qəhrəmanı kimi
də baxır. Təbii ki, Nuru Paşanın 100 il əvvəl
xalqımız, dövlətimiz
üçün etdiklərini
unutmaq olmaz.
İngilis jurnalist Skotland Liddel Nuru Paşa
ilə olan görüşündən danışır
və ilk olaraq Bakının tutulması haqqında sual verdiyini deyir. Nuru Paşa cavabında bildirir ki, mən
Bakı haqqında danışmaq istəməzdim,
lakin siz bu mövzuya toxundunuz: "Yalnız onu deyə bilərəm
ki, mən borcumu yerinə yetirdim. Vicdanım qarşısında özümü günahkar
hesab etmirəm”.
Müəyyən müddət sonra
bəzi anlaşılmazlıqlar
baş versə də, Nuru Paşa
yenidən Azərbaycanın
müstəqilliyi uğrunda
döyüşən hərbçi
oldu.
Bakının azad edilməsinin
əhəmiyyəti
Bakının azad edilməsinin böyük tarixi əhəmiyyəti var idi. Türkiyə ilə qardaşlığının
sayəsində Azərbaycan
tarixi paytaxtına, milli, mənəvi, elm və mədəniyyət
mərkəzinə qovuşdu.
Bakının azad edilməsi
ilə 1918-ci ilin 15 sentyabrı tarixə böyük gün kimi qızıl hərflərlə yazıldı.
Bakının azad edilməsi
ilə düşmənlərimizin
Azərbaycan haqqında
olan mənfur siyasətinə son qoyuldu.
Bununla da Bakı milli
qüvvələrin cəmləşdiyi
mərkəz oldu.
Ən əsası, 1918-ci ilin yazından başlayan soyqırımına son qoyuldu.
Bakının azad edilməsi milli dövlətçilik tariximizdə
misilsiz və eyni zamanda şanlı
bir hadisə olaraq 100 il
sonra da böyük qürur hissi ilə anılır və şərəflə qeyd edilir.
Günel Azadə
Kaspi 2018.- 15-17 sentyabr.- S.3.