ADAM
Şəhərə səs yayıldı ki, adam ölüb.
İnanmadım. "Adam durduğu
yerdə necə ölə bilər?”
– düşündüm.
Qardaşıma zəng vurdum.
"Ölüb” – dedi.
Adamla qohum idik. Bibimin əriydi. Qardaşım
– "Yaxşı deyil,
yasa gələrsən”,
– dedi. Rəhmətlik məni sevmirdi.
Olanı
üzünə dediyim
üçün bir dəfə məni sürücüsünə döydürmüşdü
də. Arada bibim vardı,
getməliydim.
Qara köynəyimi hüznlə
ütüləyən qadınım
da: "Daha yasda gic-gic danışma. "Allah rəhmət eləsin” de, qayıt gəl. Unutma ki, oğlunun təhsil pulunu o, rəhmətlik verirdi”, – dedi.
`
Xeyir-şər evinə girəndə gözlərimə inanmadım. Adam yuxarı başda qara haşiyəyə alınmış şəklinin
altında oturmuşdu.
Məni görən kimi ayağa qalxıb yanına çağırdı.
Yaxınlaşıb dodaqaltı:
"Allah sənə rəhmət
eləsin”, – dedim. Bir gecəyə sınıxmışdı.
Başına gələn bu
qəfil işdən sınmış görünürdü.
Gözlərində kədər vardı.
Özünə acıyırdı. Əvvəlki adamlığından üzündə əsər-əlamət
qalmamışdı. Ona
rəhmət diləməyimə
kövrəlib "Sağ
ol, keç otur, halvamdan ye”, – dedi.
Keçib onun göstərdiyi yerdə molla ilə yanaşı oturdum. Mollanın başı aşa
qarışmışdı. Sağ tərəfimdə
oturmuş üzü nurlu kişinin qoluna toxunub yavaşca: "Məni qara basır? Yoxsa sən də mən gördüyümü
görürsən?” – soruşdum. Üzü
nurlu kişi:
"Adamlar belə ölür də, sənin fikrin özünə getməsin”
– dedi. Üzü nurlu kişinin dediklərini anlamağa macal tapmamış Adam yaxınlaşıb: – "Cənab
Əzrayılla tanış
oldun?”, – soruşdu. Tənimi soyuq tər
basdı. Üzü
nurlu kişi
gülümsəyib əlini
dizimin üstünə
qoydu: – "Əzrayıl
mənəm, a bala, qorxma”, – dedi. "Qorxma” sözündən
toxtayıb Adamın üzünə baxdım.
Əzrayılın yanında artıq-əskik
danışmayım deyə
qaş-gözlə "Bu nə
işdir, başına
gəlib?” – soruşdum. Adam udqunub:
"Onlara bax”, – pıçıldadı. Başımı qaldırıb onun gözüylə yasa gələnlərə baxdım.
Heç
birinin üzü yox idi. Ancaq ağızları vardı.
Ayağa qalxıb ucadan: "Adam ölməyib!”
– qışqırdım.
Gülüşdülər. Mollanın mikrofonunu dartıb
əlindən aldım.
Əlimdə mikrofon görən
bir çalpapaq qoca əvvəlcə telefonuyla şəklimi çəkdi. Sonra həmin
telefondan musiqi səsi eşidilməyə
başladı. Kimsə
bərkdən musiqinin
ritminə uyğun fit
çaldı. Mollanın
yanında oturmuş üzü tüksüz mədrəsə uşağı
ortalığa düşüb
şıdırğı rəqs
etdi .
Əzrayıl tüksüz uşağın
qolundan tutmasaydı, uşaq qol qaldırıb
ədəli-dədəli yası
toya çevirəcəkdi.
Adam aramla ayağa
qalxıb mikrofonu əlimdən aldı.
Qaralmış dodaqlarını
mikrafona yapışdırıb
aram-aram danışmağa
başladı: " lüm əhvalatı
belə oldu. Dünən axşama yaxın oturub şəkillərə
baxırdım. Xəbərsiz-filansız
Əzrayıl gəlib
dedi ki, "Vaxtdır, mənimlə getməlisən”. İnanmadım. Məni arxayın etmişdilər
ki, ölməyəcəyəm
axı. Bəs bu
Əzrayıl hardan çıxdı, görəsən?
Əvvəlcə onu tapançamla
vurmaq istədim.
Güllə götürmədi. Oğlanlarımı çağırmaq istədim, səsim çıxmadı. Əzrayıl gülə-gülə məni
yerə yıxıb sinəmə çökdü.
Gözlərindən anladım ki,
getməliyəm. Pıçıltıyla
"aman ver” dedim. İnsafı varmış. Durdu. Ayağa qalxıb: "Gəl belə eləyək”, dedim. "İcazə ver,
qabaqca ölümə
sürücümü göndərim.
Sürücüm gedib gorda mənim üçün bir rahat yer
eləsin. Sonra gəlib
mənə xəbər
versin. Mən də pal-paltarımı yığıb gəlim də... Nə deyirəm ki”.. "Əzrayıl
gülə-gülə üzümə
baxıb "Ora gedən geri dönmür. Oranın bir
qapısı var. Amma sənə öz yasında oturmaq icazəsi verəcəm.
Bax gör dost saydıqların səni əslində necə sevirmiş?”, – dedi. İndi oturmuşam yasımda.
Onlardan çox, özümü tanıyıram”. Adamın son sözlərinə
yas adamları bərkdən gülüşdülər.
O, əlində tutduğu
mikrofonu mollaya uzadıb ağır-ağır
kətilə çökdü.
Gözüm əzrayıla sataşdı.
Min ilin əzrayılı
Adamın sözlərindən
kövrəlib uşaq
təki ağlayırdı.
Molla təzə bir dua oxudu. Duadan sonra aş yeyənlərin
yarısı ayağa
qalxıb yasxanadan eşiyə çıxdılar.
Halvadan bir qaşıq götürüb ağzıma
qoydum. Acıydı. Molla yağlı barmaqları
ilə mikrofonu söndürüb mizin üstünə atdı.
Məclis adamları başlarını
aşağı salıb
aş yeyirdilər.
Qəfil
gözüm Adamın
əllərinə sataşdı.
Yarısı yeyilmişdi. Sən demə, yas adamları bayaqdan aş yerinə Adamın bədənini yeyirlərmiş. Onların
totuş barmaqlarından
süzülən yağ aşın deyil, Adamın yağıymış.
Üzümü Əzrayıla tutub "Bu
nətəhər ölməkdir?” – soruşdum.
Əzrayıl gülə-gülə: "Sizi çoxdandı mən öldürmürəm
ki! Siz özünüz
özünüzə bəssiniz”,
– dedi.
Adamla son dəfə
öpüşüb ayrıldım. Halallığımı
alandan sonra: "Səni son nəfəsimdə
tanıdım. Məni
bağışla” – dedi.
Bağışladım. Məclisdən çıxanda Əzrayılın
da yas adamlarına
qoşulduğunu gördüm.
Səhər şəhərə təzə
qıy düşdü
ki, Adam ölüb-eləməyib. Ölən sürücüsüymüş.
Yenə qardaşıma zəng vurdum. Səsimi eşidən kimi
telefonunu söndürdü.
Tənbəllik eləməyib
Adamın iş yerinə getdim. İçəri buraxmadılar. İdarənin qarşısında durmuş maşınına
yaxınlaşdım. Təzə sürücüdən Adamı
soruşmaq istəyirdim.
Maşının qapısı açılanda
gözlərimə inanmadım.
Sükan
arxasında cənab Əzrayılın özü
oturmuşdu. Məni
görən təki tanıyıb: "Səma
işindən çıxdım,
bu gündən şoferlik eləyəcəyəm”,
– dedi.
Mən qorxa-qorxa: – "Bəs yağlı yas adamlarını bundan sonra kim
öldürəcək?” – soruşdum...
Əzrayıl gülə-gülə üzümə baxıb:
"O adamlar heç zaman ölməyəcək!”
– dedi.
ORXAN
FİKRƏTOĞLU
Kaspi 2018.- 20-22 yanvar.- S.15.