7 min illik
tarixi və mədəniyyəti olan Kastamonu
Bu qədim şəhər
2018-ci ildə Türk
Dünyasının Mədəniyyət
Paytaxtı olmağa hazırlaşır
Türkiyənin Kastamonu şəhəri
TÜRKSOY tərəfindən 2018-ci ildə Türk Dünyasının Mədəniyyət
Paytaxtı elan edilib. Ötən il isə Qazaxıstan Respublikasının
Türkistan vilayəti
bu statusu daşıyırdı. Bu il həmin missiya 7 min illik tarixi və mədəniyyəti olan qədim Kastamonuya həvalə edilib. Bu münasibətlə adıçəkilən şəhərdə
bu günlərdə təntənəli mərasimi
keçirildi. Mərasimdə iştirak etmək üçün Azərbaycan,
Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan,
Tatarıstan və Qaqauziyadan olan mətbuat nümayəndələri
Kastamonuya dəvət
olunmuşdu.
Tədbirdə Türkiyə Cümhuriyyətinin
mədəniyyət və
turizm naziri professor Dr.
Numan Kurtulmuş,
TÜRKSOY-un baş katibi,
professor Düsen Kaseinov,
Türkmənistanın Ankara səfiri İşankuli Amanlıyev, Kastamonu valisi Yaşar Karadeniz, Kastamonu bələdiyyə başçısı
Tahsin Babaş, Türkiyə Böyük
Millət Məclisinin
üzvləri, siyasi partiya, qeyri-hökumət təşkilatları, ictimai
qurumların nümayəndələri
iştirak edirdi.
"Qədim və gözəl şəhərimizi
dünyaya daha yaxından tanıdacağıq”
Yanvarın 24-də Numan Kurtulmuş türkdilli ölkələrin,
eləcə də yerli mətbuatın nümayəndələrini, TÜRKSOY-un mənsublarını, eyni
zamanda Kastamonu millət vəkillərini
və valini işgüzar səhər
yeməyinə dəvət
etdi. Türkdilli ölkələrin nümayəndələri bir
süfrə arxasında,
bir ailə ortamında Kastamonunun mədəniyyət paytaxtı
elan olunmasını müzakirə edib, şəhərin əlverişli
coğrafi mövqeyindən
danışdılar. Daha sonra
məclis mətbuat konfransı şəklində
davam etdi. Nazir mətbuat nümayəndələrinin
suallarını cavablandırdı.
Türkiyənin mədəniyyət və
turizm naziri bildirdi ki, Kastomonu
ölkənin ən gözəl şəhərlərindən
biridir və bu şəhərin mədəniyyət paytaxtı
elan olunması heç də təsadüfi deyil: "Avropa Birliyi tərəfindən periodik
olaraq hər il seçilən şəhərlər mədəniyyət
paytaxtı elan edilir. Seçilən şəhərin mədəni yaşamı
və inkişafını
təqdim etmək üçün bu ən gözəl fürsətdir. Biz isə bu layihə
çərçivəsində tanınmış şəhərlərimizi
deyil, ərazisi kiçik olan, ancaq reklamına və tanıdılmasına
ehtiyac duyulan əraziləri seçirik.
Kastamonu da belə yerlərdən
biridir. Bilirsiniz ki, bu layihənin təşəbbüskarı
TÜRKSOY-dur. TÜRKSOY
bir növ, türk dünyasının
YUNESKO-sudur. Bu günə qədər bu və ya
digər layihələr
çərçivəsində möhtəşəm tədbirlər
keçirib. Türk dünyası
ölkələrindəki xüsusi
əhəmiyyəti olan
şəhərlərin paytaxt
seçilməsini TÜRKSOY həyata keçirir.
Azərbaycanın Şəki şəhəri
də daxil olmaqla, bu günədək
altı şəhər
türk dünyasının
mədəniyyət paytaxtı
elan olunub. Bu, fövqəladə vacib bir addımdır.
Biz il ərzində
Kastamonuya jurnalistlər,
idmançılar, musiqiçilər
və elm xadimlərini
dəvət edəcəyik.
Bunun nəticəsində Kastamonu
kimi qədim və gözəl şəhərimizi dünyaya
daha yaxından tanıdacağıq”.
"Biz eyni millətin övladlarıyıq”
Nazir vurğuladı
ki, Kastamonu 7 min illik tarixi və
mədəniyyəti olan
qədim şəhərdir. Müsəlman
türklərin bura gəlib məskunlaşması
isə 900 il
əvvəl olub. Ona görə də Kastamonunun mədəniyyət paytaxtı
elan olunması onun haqqıdır: "Layihə, şəhərlərin
önə çıxarılaraq
əvvəlcə türk,
sonra bütün dünyaya tandılması
məqsədi daşıyır.
Bir il ərzində
şəhərin mədəniyyətini,
musiqisini və digər ənənələrini
nümayiş etdirmək
üçün silsilə
proqramlar hazırlanıb.
Həm ölkələr öz mədəniyyətlərini tanıtmış
olacaq, həm də bir-birlərini daha yaxından tanımaq üçün
imkan əldə edəcəklər. Nazirlik olaraq
bu şəhərin tanıdılmasına dəstək
olacağıq. Beynəlxalq aləmdə
Kastamonunun, eləcə
də Türkiyə mədəniyyətinin tanıdılması
üçün bir çox işlər həyata keçirəcəyik”.
Jurnalistlərlə bir masa ətrafında
əyləşən nazir
azərbaycanlı jurnalistlərin
də suallarını
cavablandırdı. Bildirdi ki,
Azərbaycan və Türkiyə dövlətləri
bir-birinə çox bağlıdır. Onlar
kağız üstündə
iki fərqli dövlət olsalar da, eyni millətin
övladlarıdır: "Bunu tarixin bütün
zamanlarında Azərbaycan
və Türkiyə xalqları öz həyatlarında qarşılıqlı
olaraq hiss ediblər. 2018-ci ildə Azərbaycan
Xalq Cümhuriyyətinin
elan olunmasının
100 illiyi münasibətilə
bizim üzərimizə
hansı vəzifələr
düşərsə, onları
həyata keçirməyə
hər zaman hazırıq. 1918-ci ildə Qafqaz İslam Ordusunun Bakını erməni-daşnak
birliklərindən xilas
etməsini fəxrlə
xatırlayırıq. Bu il qarşılıqlı
tədbirlərin təşkili
üçün Türkiyə
tərəfi olaraq hər cür dəstək verməyə
çalışacağıq. Xalq Cümhuriyyətinin 100 illiyini
Türkiyədə ən
yüksək səviyyədə
qeyd etmək, xatırlamaq bizim də vəzifəmizdir.
Eyni zamanda, bilirik ki, Azərbaycan da 2023-cü ildə Türkiyənin müstəqilliyinin
100-cü ildönümünü coşğulu şəkildə
qeyd edəcək”.
Mətbuat nümayəndələri ilə
görüşdən sonra
qonaqlar mərasimin rəsmi hissəsini izləmək üçün
Kastamonu Bələdiyyəsinin
nikah və konfrans salonuna toplaşdılar. Vali Yaşar Karadeniz, millət vəkilləri, Kastamonu bələdiyyə
başkanı Tahsin Babaş, TÜRKSOY-un baş
katibi Düsen Kaseinov və siyasi partiya təmsilçiləri də
burada idi.
Kastamonunun tarixi qədim daş dövrünə dayanır
Tədbirdə çıxışlardan əvvəl
Kastamonu şəhərinin
və TÜRKSOY-un təqdimat
filmləri nümayiş
olundu. Sonra Mədəniyyət və Turizm Nazirliyi Ankara Türk Dünyası Musiqi Toplumu tərəfindən
konsert verildi. Konsertdə türk dünyasına məxsus bir-birindən dəyərli əsərlər
səsləndirildi. Daha sonra
Kastamonu Bələdiyyəsi
Xalq Oyunları Komandası "Sepetçioğlu”
oyununu nümayiş etdirdi. Kastamonu Universitetində təhsil alan türkdilli
ölkələrdən olan
tələbələr bu
oyunun bir parçası oldular.
Rəsmi açılışda ilk olaraq
TÜRKSOY-un baş katibi
Düsen Kaseinov çıxış etdi. Bildirdi ki, Kastamonunun böyük mədəniyyəti,
tarixi və adət-ənənələri var. Bu şəhər öz ənənələrinə, tarixinə
hər zaman sadiqdir: "Kastamonunun mədəniyyət paytaxtı
seçilməsi nazir
Numan Kurtulmuşun sayəsində baş tutub. O, bu məsələyə
xüsusi önəm verir. Bu layihə
TÜRKSOY üçün çox qiymətlidir.
Mənəvi və mədəniyyət baxımından
keçirilən tədbirlər
şəhərin tarixinə
keçmişdə olduğu
kimi qızıl
hərflərlə yazılacaq.
TÜRKSOY qurulmasının
25-ci ilini qeyd edir. Bu mənada,
böyük təcrübəsi
olan bur qurum il boyu Kastamonunun
yanında olacaq”.
Kastamonu bələdiyyə başçısı Tahsin Babaş da çıxışında Kastamonunun qədim şəhər olduğunu və onun tanıdılmasının vacibliyini qeyd etdi: "Kastamonu tarixi zənginlikləri olan bir yerdir. Bəlkə ola bilər ki, çox tanıdılmamışdır, adı kifayət qədər eşidilməmişdir. İnanıram ki, bundan sonra siz və bütün dünya onun adını daha çox eşidəcək. Tarixi daş dövrünə dayanan Kastamonu şəhəri qədim türk yurdudur. Kastamonu Çobanoğlu, Candaroğlu kimi Osmanlıya sancaqlıq etmiş bir şəhərdir”.
"2018-ci ili çox yaxşı dəyərləndirməliyik”
Daha sonra vali Yaşar Karadeniz Kastamonunun tarixin süzgəcindən keçərək bu günümüzə ən gözəl şəkildə gəlib çıxdığını vurğuladı: "Kastamonunun mədəniyyət paytaxtı elan olunmasıyla işimiz bitməyib. Xüsusilə, 2018-ci ili çox yaxşı dəyərləndirməliyik və ən böyük mənfimiz olan tanıtım çatışmazlığını ortadan qaldırmağa çalışmalıyıq. Tanıtım üçün buradakı fəaliyyətlərimizi yaxşı planlamalı və bu fəaliyyətlərin həm Türkiyəyə, həm türk dünyasına, həm də bütün dünyaya yaxşı bir şəkildə yayılmasını təmin etməliyik”.
Mərasimin sonunda mədəniyyət və turizm naziri Numan Kurtulmuş bildirdi ki, bu layihə türk dünyasında mədəni əməkdaşlığı artırmaq, türk mədəniyyətinin yayılmasını, mədəniyyət sahəsində qarşılıqlı fikir mübadiləsini, eləcə də ölkələrin bir-birinə yaxınlaşmasını təmin etmək məqsədi daşıyır: "Ümid edirəm ki, daha da güclənərək, türk dünyasının bir mədəni quruluşu olaraq üzv ölkələrin xalqlarını, gənclərini, dillərini, könüllərini bir-birinə bağlamağa davam edən əhəmiyyətli bir layihə olacaq. Kastamonunun türk dünyası ilə dərin, köklü əlaqələri var”.
Qeyd edək ki, mərasimdə Azərbaycanı "Kaspi” və "Şərq” qəzetləri, APA informasiya agentliyi təmsil edirdi.
Xəyalə Rəis
Kaspi 2017.- 30 yanvar.- S.12.