Turizm və Səyahətlər sərgisi başlayır
Turizm və Səyahətlər
sərgisi başlayır Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi
«AİTF 2019» öz işinə
başlayır. Bakı Ekspo
Mərkəzində keçiriləcək 18-ci Azərbaycan
Beynəlxalq Turizm və Səyahətlər
Sərgisi 4-6 aprel tarixində baş tutacaq. Ənənəvi
olaraq, sərgi müxtəlif ölkələrin
turizm bazarları, milli
və regional turizm təşkilatları,
eləcə də dövlət strukturlarının nümayəndələrini
bir araya gətirəcək.
"Caspian Event Organisers” şirkətinin region
üzrə direktoru Edvard
Stron sərgiyə həsr olunan
mətbuat konfransında bildirdi ki, builki sərgini fərqləndirən
cəhət «HOREX Caucasus» sərgisi ilə
eyni platformada
keçirilməməsidir. Marketinq araşdırmaları apararaq
və eksponentlərin müraciətlərini nəzərə
alaraq, sərgi təşkilatçıları «HOREX Caucasus» sərgisini
qida və qablaşdırma mövzusuna həsr olunmuş
sərgilərlə paralel keçirmək
qərarına gəliblər. "Bundan sonra sırf turizm tədbiri
formatında keçiriləcək AİTF sərgisi bütün diqqəti gediş
və gəliş turizminə, eləcə də işgüzar turizm –
MİCE sənayesinin inkişafına yönəldəcək.
Belə ki, ölkəyə gələn turist axınının artması, Azərbaycanda
müxtəlif irimiqyaslı beynəlxalq tədbirlərin
keçirilməsi və beynəlxalq əlaqələrin
inkişafı fonunda, bu
mövzunun aktuallığı heç bir şübhə
doğurmur. MİCE sektorunun
aparıcı mexanizmlərindən biri olan sərgi, turizm agentlikləri,
aviaşirkətlər, eləcə də son
istehlakçılar arasında əlaqə yaradır. Sərgi
yerli və xarici
mütəxəssislərin, o cümlədən
dövlət strukturlarının görüş
yeridir”. Dövlət Turizm Agentliyi yaranandan sonra yeni brendini elan
etdiyini deyən agentliyin
mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə gəlmə
turizmindən danışaraq qeyd etdi ki, ötən il Azərbaycana gələn qonaqların
sayı 2 milyon 800 mindən çox olub: "Ötən
il ölkəmizə gələn turistlər
2 milyard dollardan çox vəsait xərcləyiblər. Bu il Azərbaycana gələn
qonaqların sayı 360 min nəfərdən
çox olub: "Daha çox Rusiya və Gürcüstandan
turist gəlib. Bundan əlavə,
son illərdə Yaxın Şərq
ölkələrindən gələn turistlərin sayında böyük artım var. Bu ilin son
iki ayının nəticələrinə
əsasən, Cənubi Asiya bölgəsindən
gələnlərin sayında böyük
sıçrayış var. Bu ilin son
iki ayının nəticələrinə
əsasən demək olar ki,
ötən ilin müvafiq
dövrü ilə müqayisədə 70
faiz artım var. Mərkəzi
Asiya bölgəsi üzrə 30 faiz artım qeydə alınıb. Ümumilikdə
isə Azərbaycanda 15 turizm bazarı
üzrə turistlərin sayında artım hiss
olunur. Bütün prioritet bazarları əhatə etməyə
çalışırıq”. K.Quluzadə qeyd
etdi ki, əsas məqsəd
2023-cü ilədək Azərbaycana gələn turistlərin
sayını 2 dəfə artırmaqdır: "Yaxın zamanlarda 20-yə yaxın beynəlxalq sərgidə
Azərbaycanın turizm potensialı təmsil
olunacaq”. Layihə rəhbəri Lalə Hüseynova məlumat verdi
ki, «Bütün dünya. Bir sərgi»
şüarı altında "AİTF 2019” sərgisində
dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat
iştirak edir: "Belarus, Bolqarıstan, Çex
Respublikası, Çin, Dominikan
Respublikası, Gürcüstan, İtaliya, Mərakeş, Tailand
və Türkiyənin milli qrupları öz ölkələrinin turizm
büroları və səfirlikləri tərəfindən
göstərilən dəstək sayəsində iştirak edirlər. "Roqashka
Stalina” (Sloveniya),
"Stavropol Regionk” (Rusiya), Odessa, Truskovets və Lvov (Ukrayna) kollektiv, İzmir (Türkiyə) isə sərgidə regional stendlə çıxış edirlər.
İranın Maku Azad
Ticarət zonası da sərgidə regional stendlə debüt edir. Milli və regional stendlərdə
kurort və sanatoriyalar, turizm şirkətləri və
mehmanxana şəbəkələrinin
nümayəndələri çalışacaqlar.
Həmçinin bu il Dominikan
Respublikası Turizm Nazirliyi də iştirakçı ölkələr
arasındadır. AİTF bu ölkənin turizm istiqamətlərini daha parlaq şəkildə
təqdim etməsi üçün böyük
əhəmiyyət daşıyır”.
Qeyd edildi ki, bu il tədbirdə debüt edən Azərbaycan Turizm Bürosu Azərbaycanın
yenilənmiş turizm
brendini öz stendində təqdim edir. Azərbaycanın turizm şirkətlərini,
eləcə də otel və sanatoriyalarını
öz stendində bir araya gətirən
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyası
isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təkliflər silsiləsini təqdim edir. «AİTF 2019» sərgisinin iştirakçıları
üç gün ərzində öz təklifləri ilə yay və qış
turizm mövsümlərini
əhatə etməklə,
turizm xidmətlərinin
bütün spektrlərini
nümayiş etdirəcəklər.
Əvvəlki illərdə
olduğu kimi, bu il də sərgidə təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları,
ov və balıqçılıq, bir
sıra digər sektorlar təqdim olunacaq. Xüsusi sektor olan «Tibbi
və Sağlamlıq
Turizmi» çərçivəsində
Belarus Respublikasını, Bolqarıstanı,
Çex Respublikasını,
Sloveniyanı və Rusiyanı təmsil edən sanatoriyalar, sağlamlıq və SPA mərkəzləri iştirak
edirlər. Tədbirlər üzrə menecer
Züleyxa Rüstəmova
qeyd etdi ki, sərgi həm də geniş işgüzar proqramdır.
Belə ki, sərginin keçirildiyi günlər
ərzində müxtəlif
görüşlər, seminarlar
və təqdimatlar təşkil ediləcək.
2019-cu il prezident İlham Əliyevin göstərişi
ilə «Nəsimi ili» elan edilib.
Poeziyamızın incilərinin müəllifi
olan İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının formalaşmasında
mühüm rol oynayıb. "Nəsimi Azərbaycan divan
poeziyasının atası
və Azərbaycan ədəbi dilinin banisi hesab edilir.
Bu münasibətlə sərginin
üç iş günü ərzində qonaqlara «Nəsimi tarixi və yaradıcılığına səyahət»
etmək və bununla da dahi
şairin əziz xatirəsini yad edərək, Azərbaycanın
zəngin mədəniyyəti
ilə tanış
olmaq imkanı yaradılacaq. Layihə "Libraff” kitab
mağazaları şəbəkəsinin
dəstəyi ilə keçirilir”. Menecer bildirdi
ki, sərgi çərçivəsində 5 aprel tarixində «B2B» formatlı görüş
platforması öz işinə başlayacaq.
Burada yerli turizm şirkətlərinin
nümayəndələri turizm
və istirahət sahəsində tərəfdaşlar
tapmaq məqsədi ilə xarici sərgi iştirakçıları
ilə görüşəcəklər.
Həmin
gün «Səyyahlarla Dünya Turu» seminarında sərginin qonaqları, dünyaya səyyahların gözü
ilə nəzər sala biləcəklər.
Təşkilatçıların bu yeni layihəsi
çərçivəsində səyahət bloqerləri
İradə Qədirova
«Ekoturizm – Azərbaycanda
turizmin yeni istiqaməti kimi», Orxan Aslanov «Rəsmli Səyahətlər»,
Fərid Novruzi «Planetimizin unikal yerləri», Emin Dostiyari «Həm ziyarət, məm ticarət» mövzuları
ilə bağlı çıxışlarında səyahət
təcrübələrini, faydalı məsləhətlərini
və əyləncəli
xatirələrini bölüşəcəklər.
Seminar bütün ziyarətçilər üçün
açıqdır. Sərginin
sonuncu iş günü – 6 aprel tarixində Bakı Ekspo Mərkəzinin foyesində ziyarətçi
və iştirakçılar
üçün «Səyahət
əhvalı» festivalı
təşkil ediləcək:
"Sərgi turizm sənayesinin aparıcı
mütəxəssislərinin görüşü üçün
unikal platforma kimi öz mühümlüyünü
təsdiqləyir. Peşəkar
sənaye nümayəndələri
satış coğrafiyasını
genişləndirmək, sənayenin
ən son yenilik və təmayülləri
barədə məlumat
almaq, eləcə də yeni tərəfdaş
və müştərilərlə
görüşə bildikləri
üçün bu tədbiri hər il səbirsizliklə
gözləyirlər. AİTF
turizm sahəsində regionun nəhəng sərgisi olmaqla yanaşı, həm də mədəniyyət,
yeni təəssürat,
imkan və dostluqlar bayramıdır”.
Sərgi Azərbaycan Respublikasının Dövlət
Turizm Agentliyinin, Milli Turizm Təbliğat
Bürosunun, Azərbaycan
Respublikasının Kiçik
və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Turizm Assosiasiyasının,
Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyasının və
Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun dəstəyi ilə keçirilir. Ümumdünya Turizm Təşkilatı
UNWTO və Asiya-Sakit Okean Turizm Assosiasiyası
PATA sərgiyə dəstək
göstərən beynəlxalq
təşkilatlar arasında
yer alırlar. AİTF sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyası
(UFİ) tərəfindən keyfiyyət nişanına
layiq görülüb.
Mətbuat konfransında iştirak etdi
Təranə
Məhərrəmova
Kaspi 2019.- 4 aprel.- S.13.