Türk xalqlarına məxsus olan sənət

Türk xalqlarına məxsus olan sənətVə ya rənglərin su ilə rəqsindən yaranan ahəng

Çoxdandır bu sənət növü ilə maraqlanır, boyanın su üzərində necə rəqs edərək gülə, bəzəyə çevrildiyini görmək və hazırlanması prosesində iştirak etmək istəyirdim. Mediadan tanıdığım "Yeni Azərbaycan” qəzetinin əməkdaşı, ikinci sənəti ebruzən (Ebru sənətinin ustası) olan Sevinc Əliyeva ilə danışdım. Bir sərgidə onun əl işləri ilə tanış olub, bu sənətin sirlərini məhz ondan öyrənmək istəyimin olduğunu bildirmişdim. İstəyimi geri çevirmədi və biz bu dəfə həmkar yox, usta-şagird statusunda olduq. Müəllimim ilk olaraq mənə bu sənəti belə təqdim etdi: "Ebru sənəti əslində rənglərin su ilə rəqsindən yaranan bir ahəngdir. Bəzi qaynaqlarda ebrunun "üz suyu” mənasını verən "ab-ı ru” sözündən, bəzi qaynaqlarda isə Orta Asiya dillərində "damarlı parçaya kağı”z mənasını verən "ebre”dən yarandığı bildirilsə də, əslində, sözün mənşəyi farsca olub, "bulud kimi” mənasını verən "ebri” sözündəndir”. Sözünə "çətin və əmək tələb edən sənət olan ebru, geri dönüşü və təkrarı olmayan bir sənətdir” deyərək davam etdi. Öyrənmiş oldum ki, ebruya su üzərində rəsm çəkmə sənəti deyirlər. Müəllimim deyir ki, bu sənətin türk xalqlarına məxsus olduğu və VIII əsrdən yarandığı ehtimal olunur. Bir ebru əsəri əsrlər boyu rəngi solmadan, dəyişmədən qala bilir. Nə gün şüası, nə də nəmişlik ona təsir edə bilmir. Sevinc xanım deyir ki, ebru sənəti Azərbaycana təxmini XII əsrdə gəlib: "Nizami Gəncəvinin "XosrovŞirin” əsərində

deyilir ki, o, bəzən su üzərində rəsm çəkərdi. Ehtimal olunur ki, şair məhz ebrunu nəzərdə tutub”.

Hardan başlamalı?

Sevinc xanım deyir ki, bu sənəti internetdən izləyərək öyrənib. Belə bir sənət növünün olduğundan xəbəri belə olmayıb. Müəllimim bizimlə söhbət edə-edə dördkünc dəmir qabın içərisinə su tökür və məhlulu qarışdıraraq sözünə davam edir: "İncəsənətlə bağlı hər şeylə maraqlanırdım. Və bir gün ebru sənət növü ilə tanış oldum. İnternetdə onunla bağlı ustad dərslərinin keçirildiyini gördüm. Düşündüm ki, bu sənəti yəqin xaricdən gələn müəllim tədris edir. Ancaq dərslərlə qatıldıqda azərbaycanlı bir xanımla rastlaşdım. Üçüncü dərsdə müəlliməm dedi ki, belə getsə, sən bu işi məndən daha yaxşı bacaracaqsan. Ebru sənətinə daha yaxından yiyələnmək və hər sirrinə bələd olmaq istəyirdim. Beləliklə, aldığım biliklər məni qane etməməyə başladı. Özümə boyalar alaraq internetin qarşına keçdim. Bu dəfə isə ebru sənətinin nə olması haqqında deyil, daha çox bu sənətin sirlərindən bəhs edən mühazirələri dinləməyə başladım. Türkyerli mətbuatda ebru sənəti haqqında yazılan məqalələri oxudum. Artıq onu tətbiq etmək zamanı idi”.

Ebruda fırça fəndi

Sevinc xanımın ilk müəllimi internet və mətbuatda dərc olunan materiallar olub. O deyir ki, bu sənəti mənimsəmək üçün 50 faiz təhsil rol oynayırsa, 50 faizipraktikadan asılıdır: "Misal üçün, bilmirdim ki, su qatı olanda rəng açılmır. Burada istifadə olunan öküz ödünü çox tökəndə, görürdüm, suyun dibinə batır, öd az olanda kənarları qırılır. Səbəbini isə anlamırdım, hər şeyi oxuduğumgördüyüm kimi edirdim, ancaq bir yanlışlıq vardı. Bu sənətin kamil bilicisi olan bir usta tapdım və ondan soruşaraq öyrənməyə qərar verdim. Müəllimim Bekir Özsudanın yanında bir ay təlim keçdim. Daha sonra sosial şəbəkə vasitəsilə bu sənətin sirlərini öyrənməyə başladım. O, fırça vuruşunu belə fizika qaydalarla etdikdə daha dəqiq rəsm alınacağını öyrətdi. Artıq fırça ilə onun öyrətdiyi kimi çalışmağa başladım. İlk dərsim isə fırçanın dilini öyrəmək idi”.

Ebruçu deyir ki, çəkilən rəsmin gözəl alınması üçün fırçadan çox şey asılıdır. Belə ki, fırça yüngül hərəkət etdirilməlidir. Fırçanı idarə edərkən barmağın sümüyünə və ət olan hissəsinə vurmağın da bir mənası var. Belə ki, fırça sümüyə toxunduqda bərk dəyir və rəngi geri atır. Fırçadan düşən boyalar suyun üzərinə düzgün formada düşmür. Ancaq fırça ətlik hissəyə vurulduqda çubuğu yüngül olur. Ətə dəyəndə isə suyun üzərinə rəng düzgün formada düşür. Fırçanın çubuğu qızılgüldən hazırlandığı üçün içərisi bir qədər boş olur. Çubuğundan əlavə onun ucunun da yumşaqlığının böyük əhəmiyyəti var. Belə ki, bu ucluq at tükündən hazırlanır. Əgər fırçanın ucu yaşlı atın tükündən hazırlanıbsa, o zaman fırça bərk olur, boya onun üzərinə hopmur, rəng fırçanın üzərindən sıçrayıb düşür. Yox, əgər fırçanın ucu gənc atın tükündən hazırlanırsa, o zaman fırça nazik olur və rəngi içinə hopdurur. Sanki suyu özündə tutub saxlayır. Müsahibimizin dediyinə görə, ebru sənətində əsas funksiyanı daşıyan fırçanın bağlama qaydaları da fərqlidir. Belə ki, fırçanın ortası boş olur və rəng bu boşluğa yığılır. Fırçanın ucunu sıxdıqda boya fırçanın mərkəzinə, yəni o boşluğa tökülür. Yəni bu sənətlə məşğul olmaq istəyən insanın fırçadan belə öyrənməyə çox şeyi var.

Sevinc xanım deyir ki, Azərbaycanda ebru sənəti ilə məşğul olan insanlar bu xırdalıqlara önəm vermirlər: "Fırçanı alıb, necə gəldi istifadə edirlər və rəngin hansı şəkildə alınmasına önəm vermirlər. Halbuki rənglərin vurulma qaydasından tutmuş onların bir-biri ilə ahəngdar olmasına qədər, hər bir məqam həssaslıq tələb edir”.

Ebrunun özəlliyi

Sevinc xanım suyun üzərinə boyaları əlavə edərək qızılgül rəsmi çəkir və fırçanı oynadaraq, ebruda fizika, kimya, fəlsəfə ilə bərabər, həm də incəsənət ünsürləri olduğunu deyir. Kənardan onun əlini müşahidə edərək suallarımı verir, ebrudaüçün insan, göz, heyvan rəsmlərinin çəkilmədiyini soruşuram. Müəllimim ebrunun incəsənət növü olaraq əsasən kağız bəzəmək üçün istifadə edildiyinidekorativ sənət olmadığını bildirir: "Ebru bir açıqcanı bəzəmək üçün istifadə edilironun üzərində yazı yazılır, daha çox kitabların cildlənməsində istifadə olunur. Bir gül də çəkilirsə, çox estetik görünür. Məsələn, bir şeir kitabının üzərinə bir gülmü uyğun gələr, yoxsa hər hansı bir heyvan rəsmi?”

ebruçu hazırladığı qızılgül rəsminin üzərinə kağız qoyur. Çox həssaslıqla onu qaldırdıqda suyun üzərində çəkilən qızılgül kağızın üzərinə hopmuş olur. S.Əliyevadan bu rəsmin eynisini yaylıq və şallarda almağın mümkün olub-olmadığını soruşuram. Cavab olaraq deyir ki, ebruda istifadə olunan boyalar kimyəvi maddələrdən hazırlanır və bu maddələr isə qalıcı deyil: "Torpaqdan alınan boyanın tərkibinə öküz ödü qatılır. Keçmişdə bu rəngləri ağacdan alınmış şirə ilə hazırlayırdılar. Kimyəvi boyalarla yuyulan parça məhsullarının üzərinə çəkmək olmur. Bunun suyu güvən otundan hazırlanır. Əvvəllər ebrunun suyunu heyvanın çərdəyindən hazırlayırdılar. Hətta selikləşən, qatılaşan vasitələrdən istifadə olunurdu. İndi isə yeni üsuldan istifadə edilir. Belə ki, dəniz yosunu tapılıb ki, ondan toz halında hazırlanır. O tozu suya qatıb bunun məhlulunu hazırlayırıq. Bu suyu tənzimləmək çox önəmlidir. Su qatı olarsa, ondan təkcə bülbül yuvası çəkə bilərik ki, onu da hər adam qatı suda hazırlaya bilmir. Məhlul duru olanda üzərində naxış dayanmır. Bizi suyun üzərinə çəkəndə dalğalanıb gedir və naxış alınmır. Su elə tənzimlənməlidir ki, onun üzərində naxış çəkəndə dalğalanmasın. Boya nə yığılmasın, nə də axıb getməsin. Qatılaşdırılmış su astraqal (gəvən) ağacı adlanan təbii tikan otunun köməyi ilə alınır. Gəvən otunun gövdəsindən nişastaya bənzər maddə çıxır ki, bu da suyu qatılaşdırır və nəticədə boyalar suyun üzərində dağılmır”.

Müəllimim söhbət edərək suyun üzərinə kiçik rəng damcıları tökülür. Deyir ki, fırçanın bu şəkildə hazırlanmasının səbəbi odur ki, su üzərindəki ebrunun naxışlarını idarə etmək mümkün olsun. Kağıza gəlincə isə müsahibim deyir ki, əmici xüsusiyyəti çox olan kağızlara üstünlük verilir. Beləliklə, Sevinc xanım mənə öyrətdiklərini su üzərində tətbiq etməyimi istəyir. Fırçanı əlimizə alaraq öyrəndiyimiz rəngləri suyun üzərinə vurmağa çalışırıq. Həssaslıqla davranmağa çalışdığımız rənglər bir birini sıxır, suyun üzərində fərqli bir naxış yaranmağa başlayır. İlk dərsimizdən suyun təbiətini və rənglərin dilini öyrənmiş oluruq. Müəllimin məndən ilk istəyi isə "gəl-get” ebrusunu hazırlamaq olur. Bunun, battal ebru edildikdən sonra incə bir çubuğun köməyi ilə üzərinə paralel xətlər çəkilərək yaradıldığını deyir.

Ebruzən deyir ki, bu günə qədər əlliyə yaxın lalə işləsə də, onun yalnız biri yaxşı alınıb. S.Əliyeva Ebruda özünü tapdığını deyir: "Rəsmlərim mənim övladlarımdır. Rəsmlərimi satanda sanki qızımı gəlin köçürürəm. Düzdür onların arxasınca heçgözüm qalmır, ancaq rəsmlərimi satarkən, onlarla ayrılmaq çətin olur”.

Rəssamlığın ebrudan tamamilə fərqli olduğunu deyən müsahibimiz qeyd edir ki, bu sənəti rəssamlarla işləməkdə çətinlik çəkir: "Rəssam oturanda fırçanı əlinə alır və kağız üzərində necə hərəkət etdirirsə, suyun üzərində də eyni hərəkətlər etməyə başlayır. Onları idarə etmək mümkün deyil. Rəssamlar karandaşla kağızın üzərində çalışırlar. Təbii ki, kağız üzərində istənilən rəsmi yaratmaq mümkündür. Ancaq suyun öz qayda-qanunu varonu pozmaq olmaz. Rəssam buna vərdiş ediböz fikrindəki kimi, nəyisə çəkməyə çalışır. Digər sənətlərdən fərqli olaraq ebruda gördüyünü gərək sterilizə edib çəkəsən. Ebru sənətində təbiətdə olduğu kimi çəkmək düzgün deyil. Rəssam hər rəngdən istifadə etməyə çalışır. Ancaq ebruda bu, mümkün olmur. Çünki burada istifadə olunan boyalar bir-birinə qarışmır. Onu üst-üstə vurursansa, altdakı boya zəif, üstdəki boya güclü boya sayılır. Bir-birinə vurduqca, biri digərini itələyib sıxır və suyun üzərində qalınlaşır. Ancaq bunu rəssama izah edə bilmirsən ki, belə olduğu halda, gözəl görünməyəcək”.

Beləliklə, Sevinc xanımdan ebru sənətinin müəyyən sirlərini öyrənirəm. Aydın olur ki, bu sənətlə məşğul olmaq üçün ilk növbədə suyun və rəngin dilinə bələd olmaqonlarla həssas davranmaq lazımdır. Bunu bir terapiya kimi düşününişin sonunda çəkdiyiniz rəsmin sizə rahatlıq bəxş etdiyinin şahidi olacaqsınız.

 

Xəyalə Rəis

Kaspi  2019.- 6 avqust.- S.8.