Musiqi
üçün yaşanılan həyat
Şöhrətin zirvəsinə
yüksəlmək ona asan başa gəlməmişdi
"Oskar” mükafatçısı Ron Xovard tərəfindən
ikinci dəfə çəkilmiş «Pavarotti» sənədli
filmi ekranlara çıxacaq. Yulia Şaqelmanın
sözlərinə görə, onun əlində əfsanəvi
tenorun tərcümeyi-halı yaxşı ilə ən
yaxşı arasındakı tipik bir hekayəyə
çevrilib. Bəlkə də Hollivud filmi olan cəsur
astronavtlar haqqında «Apollon-13» (1995), müasirləri tərəfindən
başa düşülməyən dahi alim haqqında çəkilmiş
«Ağıllı oyunlar» (2001), dişlərini sıxıb,
son döyüşə sanki rəqibi ilə deyil, taleyi ilə
vuruşa gedən bir boksçu haqqında çəkilmiş
«Nokdaun»-u (2005) lentə alan rejissor
Xovardı, Pavarottidə cəlb edən istedad və əzmkarlıq
yolu ilə super ulduz olmuş sadə, kasıb oğlanın
hekayəsi idi.
«Pavarotti» filminin çəkilişinə başlamazdan əvvəl
rejissor opera dünyasına tamamilə yad idi və əgər
filmi həqiqətən bəyənirdilərsə, bu, qəribə
geyimlərdə səhnəyə çıxan insanların
heyrətamiz bir dünyanı kəşf etməsi və
anlaşılmaz dildə oxusalar belə,
tamaşaçıların onları heyranlıqla dinləməsidir. Və qəribədir ki, bu,
onların xoşuna gəlir! Amma əgər rok
ulduzlarının həyatında seks, narkotik və digər
ifratçılıqlar varsa, filmə inansaq, Pavarottidə
xeyirxah ürək, xeyriyyəçilik etməyə həvəs,
uşaqlara və qadınlara məhəbbət var idi. Film əvvəllər heç yerdə
nümayiş olunmayan möhtəşəm epizodla
açılır. Bu, fleytaçalan Andrea
Qriminelli tərəfindən 1995-ci ildə hazırlanan bir həvəskar
videodur. Pavarotti Amazon çayı boyunca
üzür. Və budur, müğənni
üçün səhnə açılır, o, birbaşa
idman şalvarında səhnəyə qalxır və məşhur
yuxarı «do»nu götürür. Çəkiliş
çox kinematikdir.
Pavarottinin həyatı da bir o qədər kinematik olub. Müharibədən
sonrakı Modena (ata çörəkçi, ana fabrik
işçisi), atasının aldığı valları dinlədikdən
sonra operaya hələ çox gənc yaşlarından
yaranmış məhəbbət, kilsə xorunda mahnı
oxumaq, paralel olaraq dərs vermək kimi məşğuliyyətləri
olmuşdu.
Acından
ölməmək üçün sığorta agenti işləyən
və birdən beynəlxalq yarışmalardakı qələbələr,
uğurlar, inanılmaz beynəlxalq şöhrət və
dünyadakı izləyicilərin sonsuz sevgisi....
Ən
istedadlı və populyar ifaçı
Luçano Pavarotti opera musiqisi tarixinin ən istedadlı
və populyar ifaçılarından biridir. Onu hələ
həyatda olarkən klassik adlandırırdılar. Onun bir çox ariyaları ölməz hitlərə
çevrilib. O, opera sənətini geniş kütlələrə
çatdırıb. Məhz onun sayəsində
XX əsrin sonlarında klassik musiqi əsl renessans
yaşayıb.
Luçano Pavarotti İtaliyanın kiçik Modena şəhərində
çörəkçi ailəsində anadan olub. Onun anası
tütün istehsal edən fabrikdə
çalışırdı. Ailəsi
çox kasıb yaşadığından pul bəs etmirdi və
ən zəruri şeylər üçün belə daim pul
yox idi. Buna baxmayaraq, Luçano həmişə
uşaqlığı haqqında xüsusi həvəs və
həyəcanla danışardı. Erkən
yaşlarında onun ən sevimli hobbisi futbol olub. Qapıçı olmaq arzusunda imiş. Amma sonradan fikrini dəyişib. 1943-cü
ildə İkinci Dünya Müharibəsi səbəbindən
Pavarottinin ailəsi Modenanı tərk edərək şəhərətrafı
fermaların birinə köçmək məcburiyyətində
qalır. Orda gələcək məşhur
tenorun bütün ailəsi əkinçiliklə məşğul
olmağa başlayıb. Və təəccüblüsü
odur ki, get-gedə Luçano belə həyat tərzindən
zövq almağa başlayır.
Musiqiyə olan sevgiyə gəldikdə isə bu, həmişə
digər hobbilərlə birlikdə gənc oğlanın
ruhunda yaşayırdı. Luçanonun musiqi
zövqü gəncliyində opera ifa etməyi sevən
atası tərəfindən formalaşır. Fernando Pavarottinin şəxsi kolleksiyasında Enriko
Karuzo, Tito Skip və bir sıra digər opera
ifaçılarının ariyalarından ibarət vallar
vardı. Bundan əlavə, bazar günləri,
bugünkü qəhrəmanımızın atası bəzən
kilsə xorunda mahnı oxuyardı. Müəyyən
bir məqamda Luçanonun özü də atası ilə
xorda oxumağa başlayır. Bu, uzun illər
davam edib, lakin orta məktəbi bitirdikdən sonra qəhrəmanımız,
opera müğənnisi karyerası haqqında
düşünmürdü. İdman
akademiyasına daxil olmaq istəyirdi, amma anası onu müəllim
kimi işə düzəlməyə inandıra bilir. Beləliklə, gələcək tenor ibtidai məktəbdə
musiqi müəllimi oldu. Orada iki il
çalışdı, lakin sonradan məhz bu illər ərzində
musiqi sənətinin həyatında nə qədər vacib
olduğunu başa düşməyə başladı.
Pavarotti opera müğənnisi olmağa qərar verdi və on doqquz yaşında məşhur
tenor Arriqo Paul ilə birlikdə oxumağa başladı.
Dövrün məşhur tenoru onun ailəsinin kasıb
olduğunu nəzərə alaraq, Pavarottiyə pulsuz dərslər verir. Pola İtaliyanı tərk etdikdən sonra Pavarotti, bəstəkar
Ettori Compogolianidən dərslər alır.
Musiqi ilə
məşğul olması, günlərin birində
Luçanoya ilk həyat yoldaşı, opera müğənnisi
Adua Veroni ilə tanış olmağa
şans yaradır. Aduye onu hər zaman dəstəkləyir.
O, Luçanonu dilə tutur və musiqi dərslərini davam
etdirir. İlk uğur da özünü
çox gözlətmir. 1961-ci ildə 26
yaşlı Pavarotti Reco-nel-Emiliyada keçirilən vokal
yarışmasında birinciliyi qazanır. Beləcə,
Pavarottinin yüksəlişi başlanır. İllər sonra Luçano Pavarotti dəfələrlə
etiraf edib ki, onu opera dünyasında karyerası barədə
ciddi düşünməyə məcbur edən məhz Adua
olub. Bəlkə də sevimli yoldaşından
ayrıldıqdan sonra Luçano Pavarottinin karyerasında kəskin
geriləmələr baş verdi. Çox nadir hallarda konsertlər verirdi. Hansısa bir anda səsində baş verən
qalınlaşmadan xəbər tutdu. Müğənninin
səsi çox pisləşdi, amma Luçano ifa etməyə
davam etdi. Nəticədə Ferrara şəhərindəki
konsertlərindən birində tənqidə tuş gəldi və
bu, bir musiqiçinin həyatındakı ən böyük
uğursuzluqlardan biri oldu. Müğənni birdən-birə
musiqi dünyasından ayrılmağı qərar verdi. Sığorta agenti kimi
işə başladı (daha əvvəl musiqi karyerası ilə
paralel işləmişdi) və bir anda bütün
çıxışlarına son qoydu. Ancaq
təəccüblüdür ki, bir anda müğənninin səsindəki
qalınlaşma aradan qalxdı. Üstəlik,
musiqiçinin səsi istənilən dərinliyi
götürməyə başladı. Luçano
Pavarotti artıq yenə də çıxış edə bilərdi.
Nəticədə bu an onun həyatında və
işində dönüş nöqtəsi oldu.
Üç
tenor
Artıq 1961-ci ildə Pavarotti Beynəlxalq Vokal
Müsabiqəsinin əsas mükafatının sahibi oldu. Ondan sonra
Luçano nüfuzlu Reggio Emilia Teatrının səhnəsində
debüt etdi və çox keçmədən Vyana Opera və
Covent Garden London teatrlarının səhnəsinə
çıxdı. Bu nöqtədən
italyan tenorun karyerası sürətlə yuxarıya doğru
irəliləməyə başladı. Planetimizin
ən gözəl məkanlarında konsertləri baş tutdu.
London, Vyana , Paris, Nyu-York və
dünyanın bir çox digər böyük şəhərlərində
alqışlandı. 1990-cı ildə
İtaliyada keçirilən dünya üzrə futbol
çempionatı zamanı Luçano Pavarotti məşhur
«Nessun Lorma» operasını ifa etdi. Məhz
bu anlarda müğənni klassik musiqini populyarlaşdırmaq fikrinə
düşdü. Tezliklə o, Plaçido
Dominqo və Joze Carreras ilə birlikdə klassikləri daha
müasir üslubda ifa edən «Three Tenors» (Üç tenor)
üçlüyünü yaratdı. Belə yanaşma
müğənnilərə böyük kommersiya uğuru gətirdi
və onları opera, həm də estrada səhnəsinin
həqiqi ulduzlarına çevirdi. Tənqid
olundular, amma özlərinə sadiq qaldılar. Nəticədə üç tenorun işi sayəsində
90-cı illərdə opera musiqisinin populyarlığı
xeyli artdı.
Çox
güman ki, Pavarottinin Adua Veronidən ayrı düşməsi
müğənninin xəyanətləri üzündən
baş verdi. Sonradan sənətkarın
həyatında bir çox macəralar yaşandı.
Ancaq daha yaşlı vaxtlarında yenidən evlənməyə
qərar verdi. Yeni həyat
yoldaşı Nikoletta Mantovanni adlı gənc bir qadın oldu.
Onun üçün dördüncü
övladı olan bir qız uşağı da dünyaya gətirdi
(əvvəlki üçü nikahdan kənar
doğulmuşdu). Bütün şayiələrə
baxmayaraq, Nikoletta həyat yoldaşı ilə ölənə
qədər qaldı.
«Ləğvlərin
kralı»
Luçano
Pavarotti «Qırmızı Xaç» təşkilatı ilə
sıx əməkdaşlıq edir və gənc musiqiçilərin
tanıdılması üçün bir sıra musiqi
festivallarının təşkil olunmasına nail olurdu.
2001-ci ildə BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığı qaçqınlar üçün vəsait
toplamaq səylərinə görə, onu "Nansen” medalına
layiq gördü. Xeyriyyə konsertləri və könüllü işlərin
köməyi ilə tenor 1,5 milyon dollardan
çox qazandı. O, xeyriyyəçilik fəaliyyətinə
görə digər mükafatlara, o cümlədən London
Azadlıq Mükafatına və bəşəriyyətə
xidmətlərinə görə Qırmızı Xaç
Mükafatına layiq görüldü. Şöhrətin zirvəsinə
yüksəlmək
Pavarottiyə asan başa gəlmədi. Onda, son anda çıxışlarını ləğv
etmək kimi pis vərdiş yarandı. Buna
görə «Ləğvlərin Kralı» kimi şöhrət
qazandı. Bu vərdiş bəzi operalarla
əlaqələrinin kəsilməsinə də səbəb
oldu. Məsələn, 1989-cu ildə Çikaqo Lirik
Operası onunla 15 illik münasibətləri kəsdi,
çünki səkkiz il ərzində Pavarotti bu yerdə
planlaşdırılan 41 tamaşadan 26-nı ləğv
etmişdi.
Sən demə, Pavarotti filmdə – tənqidçilərdən mənfi rəylər alan «Bəli, Giorgio» (1982) adlı romantik komediyada rol alıb. Pavarottini eyni ildə buraxılmış «Riqoletto» operasının Jean-Pierre Ponnelin televiziya üçün uyğunlaşdırılmasında və ya 1978-ci ildən 1994-cü ilə qədər televiziyada nümayiş olunan 20-dən çox canlı opera tamaşasında da görmək olar.
2002-ci ildə Pavarotti meneceri Herbert Breslin ilə
münasibətləri kəsdi. 2004-cü ildə
Breslin «Kral və mən» kitabını nəşr etdirdi və
orada müğənni ilə əlaqəli bir çox
nüansları açıqladı. Məsələn,
Pavarottinin, hesabını çətinliklə izləyə
bildiyini iddia etdi, çünki praktiki olaraq hesabdan başı
çıxmırdı.
1998-ci ilin 12 dekabrında o, Vanessa L.Vulyams ilə birlikdə
oxuyan "Saturday Night Live”-də çıxış edən
ilk (və yenə də yeganə) opera müğənnisi
olub.
2000-ci illərin ortalarında Luçanoda mədəaltı
vəzi xərçəngi aşkarlandı və müğənninin
ölümünə də bu xəstəlik səbəb oldu. Ölümündən
bir müddət əvvəl görkəmli opera müğənnisi
milyonlarla vəsaitini həyat yoldaşına, bacısına və
dörd qızına vəsiyyət etdi.
Məşhur opera ifaçısının sonuncu səhnə
çıxışı isə 2006-cı ildə Torinoda XX
Qış Olimpiya Oyunlarının açılışı
zamanı olur.
Pavarotti 2007-ci ilin sentyabrında elə öz doğma
şəhəri Modenada dəfn olunur.
"Yüksək
do kralı”nın son sözləri isə
belə olur: "Hesab edirəm ki, musiqi üçün
yaşanılan həyat, ömrün əla keçməsi
deməkdir və mən öz həyatımı məhz buna həsr
etmişəm”.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova
Kaspi 2019.- 10-14 avqust.- S.8.