Rejissorlar və ssenaristlər "bu mövsüm fərqli olacaq"
deyirlər
Yeni
serial mövsümünün başlamasına sayılı
günlər qalıb. Artıq telekanallarda yeni serialların anonsları yayılır. Bu dəfə də bir-birindən maraqlı mövzularla tamaşaçıların görüşünə
gəlməyi vəd edən serialların hansının fərqli ampluada təqdim olunacağını öyrənməyə
çalışdıq. Öyrəndik ki, bu mövsüm
ötən mövsümdən
qalan serialarla bərabər, yeni seriallar da tamaşaçılara
təqdim olunacaq.
Suallarımızı cavablandıran fərqli
telekanallarda yayımlanan
serialların rejissorları
və ssenaristləri
"bu mövsüm fərqli olacaq” deyərək, reytinqlərdə
birincilik iddiasına düşdülər.
"Əsas hadisələr hələ
qabaqdadır”
"Xəzər”
telekanalında dram janrında
nümayiş olunan
"Ata ocağı” və
"İmtahan” seriallarının
baş ssenaristi, "Qələm” qrupunun rəhbəri Valeh Əhmədov deyir ki, bu mövsüm
serialın strategiya xəttini dəyişərək,
fərqli mövzulara toxunublar. O, iddia edir ki, serial daha maraqlı olacaq: "Artıq yeni mövsümə başlayırıq və
biz də seriallarımızın
çəkilişlərinə start vermişik. Bu mövsüm
də "Ata ocağı”
və "İmtahan”
serialları öz ampluasında davam edəcək.
Bəlkə də
kənardan elə görünür ki, serial
iki mövsümdür davam
edir, getdikcə də mövzusu tükənir. Amma bu, əsla belə deyil. Bizim qələm komandamız yeni xətlər, yeni mövzular üzərində çalışır.
Bu mövsüm "İmtahan” serialında yeni simalardan Corc Qafarov, Ləman
Merih də bizə qoşulacaqlar.
Bundan başqa, adlarını qeyd etmək istəmədiyim bir çox tanınmış
simaları layihəmizdə
görəcəksiniz. Belə ki, yeni simalar,
yeni müəllim və tələbə heyəti ilə tamaşaçıların qarşısına
çıxacağıq. "İmtahan”
serialı sentyabrın
ikinci həftəsi nümayiş olunacaq.
Serialın mövsüm sonunu
avtobusda uşaqların
qəzaya düşməsi
ilə bitirmişdik.
Yeni mövsümdə onların
bu qəzadan necə çıxdıqlarını
göstərəcəyik. Onu qeyd edim
ki, əsas hadisələr hələ
qabaqdadır.
Mövsüm sonunda Zakir müəllim – dekanımız
ərizə yazmışdı.
Universitetə yeni dekan gələcək və bu dekanla tələbələrin
böyük problemləri
yaranacaq. Bu dəfə ssenariyə 2 sevgi və romantik
xətt əlavə olunub. Duyğusal mövzulara toxunacağıq,
qəhrəmanlarımızdan birinin ailə hekayəsi açılacaq.
Onun bu hekayəsi hər kəsi təəccübləndirəcək. Hansı ki, indiyə kimi o xarakteri məsum bir insan kimi tanıyırdıq.
Bu dəfə tamaşaçıların o xarakterə
münasibəti dəyişəcək”.
Ssenarist deyir ki, sözügedən
serial ötən mövsümdə
15:00-da yayımlanırdı və televiziyaların həmin
zaman statistikasına nəzər yetirdikdə
"İmtahan” serialı
ən çox reytinq qazanan serial olub. Müsahibim qeyd
etdi ki, "İmtahan” serialı öz saatının rekordunu vurub.
"Böyük
konfliktlərin mərkəzinə
düşəcəklər”
"Ata ocağı”
serialının çəkilişlərinə
gəlincə, V.Əhmədov
bildidi ki, bu mövsüm tamaşaçılar fərqli
bir hekayə izləmiş olacaqlar:
"Qələm qrupumuz
çox fərqli və maraqlı mövzu işləyib. Bu dəfə bizə
yeni simalardan Vidadi Həsənov, Sənubər İsgəndərli,
Tural Əhmədov qoşulacaq. Onlardan əlavə,
sürpriz simalar da gözlənilir. "Ata ocağı” serialında bu mövsüm həm əyləncəli, həm
duyğusal xətlər
yer alacaq. Serial sentyabrın
ikinci həftəsində
nümayiş olunacaq. Çəkilişlər davam edir.
Sözügedən serialda mövsüm
sonunu maraqlı bir konfliktlə bitirmişdik və ümid edirik ki, hər kəs
çox maraqla bu mövzunun davamını gözləyir.
Bizim qəhrəmanlarımız düşdükləri
vəziyyətə görə
qərar verməyə
çətinlik çəkəcəklər
və gözləmədikləri
anda böyük konfliktlərin mərkəzinə
düşəcəklər. Ailə içərisində qarşıdurmalar
yaranacaq və bir çox xarakterlərin mənfi tərəfləri üzə
çıxacaq. İlk mövsümdə
Elçin adlı obrazımız mövsümün
sonunda Türkiyəyə
təhsil almağa getmişdi. O, bir mövsüm bizimlə olmadı, indi Elçin xarakteri böyük sürprizlər
və hekayələrlə
geri dönür. Ümidliyik ki, bu mövsümdə
çox böyük reytinqlər toplayacağıq”.
"İki serialı birləşdirdik”
"Xəzər”
telekanalında yayımlanan
komediya seriallarının
baş rejissoru Ramin Hacıyev yeni mövsümdə tamaşaçıları bol
gülüş və
maraqlı mövzularla
ekran başına cəlb edəcəklərini
bildirdi: "Dünəndən "Xalxın evi” serialının çəkilişlərinə
başladıq. Bu mövsüm də çox maraqlı olacağıq. Əvvəlki
mövsümdə rol
alan bəzi
aktyorlarla vidalaşdıq
və bununla bərabər, seriala yeni aktyorlar da cəlb etdik. "Xalxın evi”-ndə Lələş
obrazını canlandıran Məcid Hüseynov, Bakirin sevgilisi Tanya ilə vidalaşdıq. Çəkiliş məkanımızı dəyişdik. Belə
ki, ötən mövsüm hadisələr
Xızıda cərəyan
edirdisə, bu dəfə çəkilişləri
Qobustanda aparacağıq. Serial sentyabrın
15-də, bazar günü
saat 20:00-da nümayiş
olunacaq. "Ay yay yay” serialına gəlincə isə bu serial da tamaşaçılar
tərəfindən sevildi.
Ancaq biz yeni mövsümdən bu serialı "Subaylıq sultanlıqdır-
Ay yay yay” adı ilə davam etdirəcəyik.
Biz bu serialı
ötən mövsüm
yay serialı kimi nəzərdə tutub çəkirdik.
Ancaq çox sevildiyi üçün mövsüm
ərzində serialı
davam etdirdik. Bu dəfə isə iki yay serialını birləşdirdik. "Ay yay yay” serialından baş qəhrəmanlarımız
Nuray və Tural, Ramiz Novruz
və Mələk Abbasova bizi tərk
etdi. Seriala yeni simalar qoşulub. Burada özüm də
aktyor kimi rol alacağam. Mövsümdə dəyişiklik lazımdır
ki, maraqlı olsun. Tamaşaçıya eyni məhsul
təqdim etməmək
üçün ssenarini
və aktyor heyətini dəyişmək
məcburiyyətində qalırıq. Sözügedən
serial da sentyabrın
14-də saat 20:00-da nümayiş
olunacaq”.
Ramin Hacıyev qeyd etdi ki, ötən mövsüm
"Xalxın evi” serialı reytinq problemi yaşamayıb:
"Bu mövsüm də
seriallarımızdan gözləntilərimiz
yalnız birincilikdir. Serialın baxımlı olması üçün ssenaristlərdən
də çox şey asılıdır.
Bəzən olur ki, yazılan ssenariyə uyğun aktyor və aktrisa seçimləri edirik.
Məsələn, üçün
Elgün Hüseynov çox istedadlı aktyordur, ləhcə ilə gözəl danışıq
qabiliyyətinə malikdir.
Biz ona görə
əlavə obraz yaratdıq”.
Yalnız
"Qız atası” qalacaq
ATV
telekanalında bir neçə komediya seriallarının baş
prodüseri olan Elməddin
Cəfərov deyir ki,
yeni mövsümdən "Qardaşlar”, "Bacanaqlar”
serialı yayımlanmayacaq. Belə ki, bu mövsümə yalnız "Qız
atası” serialı ilə başlayacaqlar:
"Sentyabrın ikinci yarısında
"Qız atası” serialımız əvvəlki
ampluasında davam edəcək. Hazırda serialın ssenarisi üzərində iş
gedir. Yeni
mövsümdən seriala yeni
aktyor, aktrisa heyəti
cəlb olunacaq. Həmin simalarla
hələlik razılıq əldə olunmayıb.
Razılıq əldə olunduqdan sonra növbəti həftə çəkilişlərə
başlayacağıq. "Qız atası” serialından başqa yeni serial üzərində fikir
mübadilələri aparırıq. Bu serial digərlərindən fərqli olaraq romantik
komediyadır”.
"Əsas
obrazların taleyində müəyyən dönüşlər
olacaq”
Ötən mövsüm ARB telekanalında yayımlanan və ən çox izlənilən seriallardan olan "Uçurum” bu mövsüm də davam edəcək. Serialın redaktoru, ssenaristi Xanım Aydın avqust ayının 2-dən etibarən yeni mövsüm üçün çəkilişlərə start verildiyini bildirdi: "Birinci mövsümdə reytinq cədvəlinin ön sıralarında, "Youtube” kanalında daim trenddə olan serial, sentyabr ayından ARB kanalında yayımlanacaq. Yeni mövsümdə əsas ailələrlə yanaşı, yeni ailələr, yeni obrazlar tamaşaçıların görüşünə gələcək. Əsas obrazların taleyində müəyyən dönüşlər olacaq. Sevda və Ayazın taleyini indidən açıqlamaq istəmirəm. Hər halda, çox maraqlı durumlara düşəcək, yenə də uçurumun kənarında hansı addımı atacaqları ilə bağlı tərəddüdlər yaşayacaqlar. Hər ikisinin qarşısında yeni yollar, yeni qismətlər açılacaq. Onların hansı seçimlər qarşısında dayanacaqları, hansı qərarları verəcəkləri, düşünürəm ki, çox maraqlı olacaq. Bundan başqa, tamaşaçıların ötən mövsümdən nigaran qaldığı Çiçək obrazının taleyi bu mövsümün əvvəlində artıq aydınlanacaq. Seriala qoşulan yeni obrazların taleyi də o biri obrazlarla sıx əlaqəyə girərək, yeni hadisələr yaradacaq. Serialın gedişatı və sonu haqqında bundan başqa heç bir şey danışmaq istəmirəm. Bütün izləyicilərimizi isə salamlayır, yeni mövsümdə də bizimlə qalmağı arzu edirəm. Biz tam heyət olaraq onlardan ötrü ürəklə çalışır, gördüyümüz işə ruhumuzu, sevgimizi qoyuruq”.
Xəyalə Rəis
Kaspi 2019.- 28 avqust.-
S.8.