Sovet ekranınınbaş yaramaz”ı

O, sui-qəsd törədib, satqınlıq diversiyalara rəhbərlik edib

Onu «yaradıcı fərdiliyi olan aktyor» adlandırırdılar. Həqiqətən sovet kinosunda bu cür fərdiliyə məxsus aktyor çox az olub. Qartalvari burnu, hündür alnı, dərin qırışları, müdrik baxışları, dəqiq hərəkətləri ilə bu fərdiliyə malik idi. Sovet aktyoru Andrey Fayt demək olar ki, heç vaxt müsbət rol oynamayıb. O, sovet kinosunda ömrünün son günlərinə qədər çəkilən aktyor kimi yadda qalıb. Azərbaycanla da bağlılığı olan aktyorun avqustun 29-da doğum günüdür.

Artistlik karyerası üçün

Andrey Fayt 1903-cü il, avqustun 29-da Nijni Novqoroda həkim ailəsində dünyaya gəlib. Atası «Xalq hərəkatı qrupu» təşkilatının rəhbəri idi. Eserlərin Kommunist Partiyasının üzvü kimi Çar hakimiyyətinə qarşı mübarizə aparırdı. Onu tez-tez həbs edirdilər, dəfələrlə Sibirə sürgünə göndərilmişdi. Anası Anna Nikolayevna da tibbi siyasətlə qarışdırmışdıərinə fəal kömək edirdi. Taleyinə isə tez-tez, günləri sayaraq ərinin sürgündən qayıdacağı günü özləmək yazılmışdı. O, Andreyə hamilə olanda da həyat yoldaşı sürgündə idi. Andreyin atası Narım dairəsinə sürgün olunduğu zaman öz pasiyentlərinin köməyi ilə Fransaya qaça bildi. Tezliklə həyat yoldaşı iki oğlu ilə onun arxasınca gəldi. Onlar bir neçə ilə Paris yaxınlığındakı rus koloniyasında yaşadılar. Andrey orada liseyə getdi. Birinci Dünya müharibəsi başlayanda atası fransız ordusunun həkimi qismində könüllü kimi cəbhəyə getdi. Anası isə uşaqlarla birlikdə Moskvaya qayıtdı. Fevral inqilabından sonra isə Andreyin atası ailəsinin yanına döndü.

Fayt gimnaziyanı Rusiyada bitirdi. Daha sonra Hava Donanması Mühəndisliyi İnstitutunda oxudu. Ancaq o, dəqiq elmlərə qarşı içində nifrət hiss etdiyi üçün artistlik karyerasına görə institutu yarıda qoydu. Fayt 1927-ci ildə Dövlət Kinematoqrafiya Texnikumunu bitirdi. Bu, peşəkar sovet kino aktyorlarının ilk buraxılışı idi. Ancaq Fayt aktyor kimi çəkilməyə erkən başlayıb. Vladimir Qardinin «Göyərçinlərin malikanəsi» filmində Azanqulov rolu onun sənət yolunu həmişəlik müəyyənləşdirdi. "1922-ci ilin qışı idi. Mən bilirdim ki, Moskvada dünyada yeganə olan Kinematoqrafiya İnstitutu var. Üzümü təraş etdim. Təmiz köynək geyindim bu unikal institutun yerləşdiyi əraziyə getdim. Təsəvvür edin, ilin ortasında cavan bir oğlan instituta gəlir tələbə olmaq arzusunu bildirir. İnstitutun rəhbəri onu imtahanlarla auditoriya ilə təmin edir”, - deyə aktyor sonralar xatırlayırdı.

1925-ci ildə Andrey Fayta Serqey Eyzeyşteynin «Bronenoseç «Patyomkin» filmində çəkilmək şansı yaranır. Bu tarixi film sonralar dəfələrlə bütün zamanların xalqların ən yaxşı filmi elan olunacaqdı. İnstitutu qurtarandan sonra Fayt kinoda müntəzəm çəkilirdi, hətta bəzən elə olurdu ki, bir ildə bir neçə filmə dəvət alırdı. Düzdür, bunların çoxu epizodik rollar idi, hətta bəzən titrlərdə adı çəkilmirdi. Andrey Fayt Böyük Vətən Müharibəsində iştirak etməyib. 1941-ci ildə o, «Soyuzuşaqfilm» studiyası ilə birlikdə Stalinabada evakuasiya olunur. Orada «Meşə qardaşları», «Kartaşova müəllimə», «Dəmir mələk» filmlərində çəkilir. "Lermontov” filmindəki işini bitirir. «Mən evakuasiya həyatının ağırlığını hiss edirdim. Müharibə haqqında isə qəzetlərdən, fotolardan, hekayələrdən filmlərin xronikalarından öyrənirdim» - deyə aktyor etiraf edirdi. Müharibədən sonra da aktyor kinoda, xüsusən, mənfi rollarda çəkilməyini davam etdirdi.

Ona cəsarətli rollar verirdilər. Onun rolları həmişə müxtəlif olurdu. Düşmən obrazlarını oynayarkən, o, personajın xarakterinin əsas xüsusiyyətlərini sona qədər axtarmaqdan çəkinmirdi. Hər obraza məxsus ən xırda detalları tapıb ortalığa çıxarırdı. Düşmən obrazları oynayanda personajın xarakterinə məxsus ən xırda detalları, zahiri davranışları əks etdirən xüsusiyyətləri belə, tapıb üzə çıxarırdı, onları canlandırırdı. Tamaşaçını təkcə onlardan qorxmağa deyil, həmçinin nifrət etməyə, eyni zamanda, bu mənfiliyin təbiətini anlamağa məcbur edirdi. Oynadığı mənfi rollara görə, o, sovet ekranının «baş yaramaz»ı kimi tanınırdı. Aktyor əcnəbi agentlərdən, düşmən zabitlərdən tutmuş qəddar cadugərlərə qədər obrazları böyük məharətlə canlandırırdı. Rejissorlar Faytı təkcə bu rollara uyğun gələn xarici görkəminə görə deyil, həmçinin mənfi qəhrəmanların fakturasını parlaq ifadə etdiyinə görə dəvət edirdilər. «Ələddinin sehirli çırağı»nda Məğribli cadugər «Əyri güzgülərin krallığı» filmindəki nazir Nuşrokov rolları tamaşaçı kütləsinin yaddaşında daha çox qalıb. Andrey Fayt kinoda 60-dan çox rol oynayıb. Enzeyşteynin, Protazanovun, Gerasimovun, Rommun filmlərində çəkilib. Onların hər biri ilə işləyərkən öyrənməkdən yorulmurdu. Böyük sənətkarların çəkiliş meydanında elədikləri hər şeyi acgözlüklə mənimsəyirdi.  

Göygöz Kosa, Mazelli...

Andrey Fayt bir çox Azərbaycan filmlərində çəkilib. "Bir qalanın sirrifilmində (1959) Göygöz Kosa rolu hamıya yaxşı tanışdır. Məşhur rejissor Əlisəttar Atakişiyev bu filmdə zalım cadugər Göygöz Kosa obrazını məhz Andrey Fayta həvalə edir. Daha sonra rejissor Tofiq Tağızadənin İmran Qasımov Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi məşhur "Uzaq sahillərdəfilmində aktyor rol alır. Bu məşhur filmdə o, İtaliyanın Triyest şəhərindəki italyan bardelinin sahibi Mazelli obrazını məharətlə yaradır.

Aktyor haqqında maraqlı faktlar

Rusiya mətbuatı aktyorun həyat yaradıcılığı haqqında tamaşaçıların məlumatsız olduğu məqamları işıqlandırıb. Məsələn, «Ələddinin sehirli çırağı»nda Andrey Fayt filmin quruluşçu rejissoru Boris Rıçarev Məğribli cadugər rolunu müxtəlif cür görürdülər. Aktyorun sözlərinə görə, çəkilişin sonuna qədər onlar razılığa gələ bilməyiblər. «Onu, Məğribli cadugər rolunu ironik planda vermək cəlb edirdi. Ancaq mən pisliyin, qəddarlığın gücünü göstərmək istəyirdim. Axı Məğribli cadugər sehrli lampanı ələ keçirib dünyanın hökmdarı olmaq istəyirdi» - deyə aktyor xatırlayırdı. Maraqlıdır ki, hələ 1938-ci ildə bu nağılın ekranlaşdırılmasına Məğribli cadugər roluna Faytı dəvət etmişdilər. Filmin rejissoru Andryevski çəkilişlərə başlasa da, tezliklə film istehsaldan yığışdırılmışdı. Üstündən 30 il keçəndən sonra eyni rolu Fayta təklif etdilər. «Bu unikal təsadüf idi. 30 ilə yaxın müddət keçəndən sonra eyni aktyora, eyni rolu təklif etmək eyni studiyada çəkilişlərin aparılması çoxlarına inandırıcı görünməyə bilər. Bu, teatrda mümkün deyil. Kinoda isə yaşın sürətlə öz sözünü dediyi bir vaxtda bu, demək olar ki, inandırıcı deyil. Məsələ onda deyil ki, mən bu illər ərzində dəyişməmişəm. Təəssüf, dəyişmişəm. Məsələ ondadır ki, Məğribli cadugər yaşı olmayan varlıqdır. Təkcə bu aydındır ki, o, cavan deyil. 40-50 ya 60 yaşbu, rol üçün heç bir əhəmiyyət daşımır» - deyə Fayt qeyd edirdi.

Aktyor öz yaramaz ampluası haqqında deyirdi: «Məndən həmişə soruşurlar, nə üçün mənfi rolları oynayırsan? Bu, çətindirmi? Əlbəttə, qəhrəmanları oynamaq xoşdur. Xüsusən, gənclikdə sənə zillənən ilhamlı gözləri seyr etmək məftunedicidir. Amma bu baxışlar mənə tanış deyil. Mən ekranda sui-qəsdlər törtəmişəm, satqınlıq və diversiyalara rəhbərlik etmişəm. Ən qərarverici məqam isə mənim öz məqsədimə çatmağım olub. Sonda mənim planlarım alt-üst olub və cəzalanmışam. Zalda isə qopan alqışlar mənə yox, qəhrəmana ünvanlanıb. Sənədlərində aktyorun soyadı Feyt yazılıb. Andrey incəsənətlə məşğul olmağa başlayandan sonra o "e” hərfini dəyişərək "a” hərfi ilə əvəzləyib. Ancaq pasportda onun soyadı həmişəlik "Feyt” qalıb.

 Əla fiziki forma

Hələ məktəbdə oxuduğu illərdə özünün 10 şeirdən ibarət «Hərarətli şəlalələ» kitabını çapdan çıxarır. 30 nüsxədə çıxan kitab məktəb gecəsində satılır. Epiqraf qısa olsa da, çoxmüraciətli idi. «Sənin əllərinə – mənim qəlbimin şəlalələri». Hesab edirəm ki, həmin kitabın heç bir nüsxəsi bu günə qədər saxlanmayıb. Bu kitab özündə heç bir mənfiliyi ehtiva etmirdi. Əsl poeziya nümunəsi sayıla bilərdi» - deyə Fayt yazırdı. Andrey Fayt hələ 11 yaşı olanda gələcək rejissor Mixael Romla görüşmüşdü. 1914-cü ildə anası Fransadan qayıdan oğlunu kinematoqrafiya evi - bu ziyalı evi ilə tanış etmək istəmişdi. O zaman rejissorla ümumi dil tapa bilməmişdilər. Onların tanışlığı yalnız 1934-cü ildə - «Mosfilm»də Mixael Rommun «Yumru» filmində çəkilişləri zamanı baş tutmuşdu. Onlar bir-birilərini tanıdıqdan sonra o zamankı uğursuz tanışlıqlarına bir qədər gülmüşdülər. Andrey Fayt qocalana qədər əla fiziki formada olub. Filmlərdə tryuk səhnələrini özü ifa edib. 60 yaşında «Əyri güzgülərin krallığı» filminin çəkiliş meydanında atın üzərinə özü tullanıb.

Aktyorun birinci həyat yoldaşı Qalina Kravçenko da aktrisa idi. Bir çox filmlərin qəhrəmanı kimi tanınırdı. Düzdür, onların evliliyi çox uzun sürmədi. Qalina həyat yoldaşından ayrılıb hərbi pilotla ailə qurdu. Ancaq onların dost kimi münasibətləri qaldı. Faytın ikinci arvadı Mariya Nikolayevna məşhur rus alimlərindən birinin qızı idi. Onların oğlu Yuli Fayt kinorejissor kimi «Sərhəd iti Alıy» filmini çəkdi. Həmçinin uşaqlar üçün "Yeralaş” süjetləri hazırlayıb. 1973-cü ildə Andrey Fayt özünün «Olanlar haqqında» adlı xatirələr kitabını bitirir. Kitab bütünlüklə çap olunmadı, ancaq 1998-ci ildə Yulinin, atasının əlyazmalarını verdiyi Sergey Kapkov həmin xatirələrdən müəyyən hissələri özünün «Müxtəlif fərqli-fərqli adamlar» kitabında çap etdirdi.

 

Rusiya mətbuatından tərcümə etdi

Təranə Məhərrəmova

Kaspi  2019.- 29 avqust.- S.6.