6 yaşınız mübarək,
“Oyuq”çular...
Uşaqlar bizim gələcəyimizdir. Uşaqların
asudə vaxtının
səmərəli təşkilində,
onların teatra, səhnəyə, ümumilikdə
incəsənətə sevgi
ruhunda formalaşmasında
incəsənət məktəbləri,
gimnaziyalar və bu kimi təhsil
müəssisələri ilə
yanaşı, teatr dərnəklərinin, studiyalarının
da müstəsna rolu var. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində
fəaliyyət göstərən
"Oyuq” teatr-studiyası
da yaradıcı gənc və yeniyetmələrlə bağlı
saysız-hesabsız uğurlara
imza atıb. Studiyanın yaradıcı heyəti istedadların üzə çıxarılması, onların
professional səhnəyə hazırlanması, potensial
ifaçı və aktrisalar kimi özlərini təsdiq etmələri üçün
növbəti layihəsini
reallaşdırıb. Bu il 6 yaşını qeyd edən "Oyuq” teatr-studiyası fevralın 9-da R.Behbudov adına Dövlət Mahnı Teatrında "Sən bir nəğməsən”
adlı konsert proqramı ilə çıxış edib.
Konsert proqramından danışmazdan öncə
bu balacaların gördüyü böyük
işlərdən, altı
il ərzində
ölkəmizi, vətənizimi
tanıtdıqları xarici
səfərlərdən, qazandıqları
uğurlardan danışmağı
özümə borc bilirəm.
Hesabat, yaxud əsas haşiyə
"Oyuq” teatr-studiyası altı il öncə
2013-cü ilin fevral ayında A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində
yaradılıb və
həmin ilin may ayının 10-da "Kaspi”
Tədris Mərkəzi
ilə birgə hazırlanmış "Hər
birimiz bir çiçək” adlı
ilk tamaşasını təqdim
edib. Layihədə
"Kaspi” Tədris Mərkəzində təhsil
alan uşaqlar
iştirak edib. 600 nəfər uşağın
içərisindən 40 nəfərə
qədər uşaq seçilib. O gündən
etibarən hər il bir neçə tamaşa oynanılır, müxtəlif
tədbirlər və
xeyriyyə aksiyaları
keçirilir. "Oyuq” teatr-studiyası yarandığı gündən
bu günə qədər bir çox ilklərə imza atıb. 2014-cü ildə "Oyuq”çular talassemiyalı
uşaqlarla "Göyçək
Fatmanın sərgüzəştləri”
adlı tamaşa hazırlayıblar. Balacaların
xarici səfərləri
də az
olmayıb. Bu illər ərzində kollektiv Türkiyədə,
Bolqarıstanda, Makedoniyada
və Rusiyada tamaşalarla və musiqi nömrələri ilə çıxışlar
edib. 2016-cı il
Rusiyada keçirilən
"Cazz Karusel” festivalında "Cırtdan
və dostları” adlı tamaşa oynanılıb və tamaşadan sonra studiya üzvlərinin musiqi nömrələri ilə çıxışı
olub. Getdikləri yerdən mükafatsız
qayıtmayan "Oyuq”çular
bu festivalda da tamaşaya görə "Qran-Pri”, ifa olunan mahnıya
görə isə birincilik qazanıblar.
2017-ci ildə aprel ayında ilk dəfə olaraq autizm sindromlu uşaqlarla "Oyuq” teatr-studiyasının fəalları
birlikdə "Əlimdən
tut” tamaşası hazırlayıblar.
2017-ci ildə musiqisi
Vüqar Camalzadəyə,
sözləri Cəmilə
Allahverdiyavaya aid olan
"Əlimdən tut” mahnısına
çəkilən klipdə
əlilliyi olan uşaqlar aktyor kimi çıxış edib.
Bununla yanaşı, "Oyuq” teatr-studiyası tez-tez onkoloji xəstəlikləri
olan uşaqlarla birgə layihələr hazırlayır və konsert proqramı ilə çıxışlar
edir.
Studiya hərbi-vətənpərvərlik
mövzusuna da müraciət edib. Belə ki,
uşaqların ifasında
aprel şəhidlərinin
xatirəsinə həsr
olunmuş "Ordumuzun
igidləri” adlı klip çəkilib. Klipin təqdimatı Dövlət
Kukla Teatrında baş tutub.
"Oyuq”çular 2017-ci ildə isə Bolqarıstanın Varna şəhəridə
keçirilən festivalda
"Sarı gəlin”
mahnısını ifa
edib və yenə də birinciliklə vətənə
dönüblər.
Xeyirxah
"OyuqӍular
Studiya ölkənin
sosial həyatına aktiv qoşularaq, mütəmadi şəkildə
Bayraq günü, Müstəqillik günü
və digər əlamətdar hadisələrlə
bağlı tədbirlər
hazırlayır, konsertlər
verir. Bu il
isə ard-arda iki xeyriyyə tədbiri hazırlayan
"Oyuq” teatr-studiyasının
tədbiri yenə də böyük sevinc və marağa səbəb olub. Belə ki, dekabr ayında,
yeni il
ərəfəsində "Şaxta babaya məktub” konsert proqramı hazırlanıb.
Uşaq internat evlərindən 70, daun və autizm sindromlu uşaqlardan 12 nəfərin məktubları
Şaxta babaya çatdırılıb. Aarzuladıqları hədiyyələri Şaxta
babadan almaları uşaqlara hədsiz sevinc hissi yaşadıb.
Tədbir çərçivəsində
"Qırmızı papaqın
nağılı” tamaşası
oynanılıb. "Oyuq” teatr-studiyası növbəti dəfə bu layihəni daha möhtəşəm
və fərqli tərzdə keçirməyi
düşünür. "Oyuq” teatr-studiyasının
fəalları təkcə
studiya çərçivəsində
deyil, bir çox layihələrdə
çıxışlar edirlər,
rol alırlar. Yeni il bayramı
münasibəti ilə
Bakı Konqres Mərkəzində Heydər
Əliyev Fondu tərəfindən keçirilən
"Cırtdan nağıllar
aləmində” adlı
meqa-şouda da "Oyuq” teatr-studiyasının
fəallarından biri
İbrahim Süleymanlı
baş rolu – Cırtdanı oynayıb və studiyanın fəallar üzvlərindən
Vüsalə Bəkirzadə,
Aysu Cəbrayılova,
Selcan Xatun da həmin meqa-şouda
rol alıblar. Bundan başqa, Vüsalə Bəkirzadə hazırda
"Zima” musiqi festivalında
çıxış edir.
Hazırda sözügedən studiyada 40 nəfər uşaq var, hər ildə iki dəfə teatra istedadlı uşaqların qəbulu baş tutur. Aprel ayında İrana səfər gözlənilir, həmçinin
studiya Türkiyədə
düzənlənəcək "23 nisan” (aprel)
uşaq bayramına da dəvət alıb.
Musiqili aksiya
Qayıdaq fevralın 9-da keçirilən
musiqili aksiyaya. Tədbiri
Səidə Haqverdiyeva-Əhmədzadə
açaraq studiyanın
fəaliyyəti barədə
qısa məlumat verdi, qonaqları
salamlayaraq, balaca sənətçilərin ifasında
nümayiş olunacaq maraqlı proqramı izləməyə dəvət
etdi. Musiqili aksiyada studiyanın
istedadlı vokalçıları
ilə yanaşı, Azərbaycan estradasının
məşhur müğənnilərindən
Elnarə, Sevda Yəhyayeva və digərləri çıxış
etdilər. Artıq səhnədə
öz sözünü
demiş bu ifaçılar balaca davamçıları ilə
eyni səhnəni bölüşərək studiyanın
əsas ideyasına – gələcək uşaqların
çiyinlərindədir ideyasına
dəstkələrini nümayiş
etdirdilər. Zəngin proqrama
malik konsertdə 19 yaşlı istedadlı soydaşımız Dinara Mahmudova da çıxış
etdi. Vətənində ilk dəfə səhnəyə
çıxan bu istedadlı gəncimiz Rusiya və bir sıra Avropa
ölkələrində keçirilən
vokal müsabiqələrinin
laureatı, Praqa Konservatoriyasının klassik
vokal sinfinin tələbəsidir. Musiqi
gecəsində çıxış
edən studiya yetirmələri Azərbaycan
estrada musiqisinin
inciləri ilə yanaşı, dünyaca məşhur hitlərə
də müraciət etdilər.
Onu da qeyd edək ki, xeyriyyə konsertində şəhid ailələrinin uşaqları, qaçqın və məcburi köçkünlər, əlilliyi olanlar, daun, autizm, talassemiya, böyrək çatışmazlığı, diabet xəstəliklərindən əziyyət çəkən uşaqlar da dəvət edilmişdi.
Nigar Pirimova
Teatrşünas
Kaspi 2019.- 14 fevral.- S.12.