Azərbaycan təhlükəsizlik
orqanlarının formalaşmasında Heydər Əliyev xətti
Doğma, canım - varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram.
Heydər
ƏLİYEV
Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır.
İlham ƏLİYEV
Azərbaycan xalqının
yaddaşında müstəsna xidmətləri ilə silinməz
iz buraxan tarixi şəxsiyyətlərin içərisində
müstəqil Azərbaycanın qurucusu,
xalqının ümummilli lideri
adını qazanmış görkəmli dövlət xadimi Heydər Əliyevin xüsusi
rolu vardır. Ulu
öndər Heydər Əliyev özünün
nəhəng fəaliyyəti, parlaq əməlləri
sayəsində bəşəriyyətin nadir
simaları arasında layiqli yer tutaraq, dünya
tarixinin azərbaycanlı dahisi
olmuşdur.
Heydər Əliyevi ümummilli lider səviyyəsinə yüksəldən əsas cəhətlərdən biri onun Azərbaycanla, Azərbaycan xalqı ilə qırılmaz tellərlə bağlı olması idi. Dahi şəxsiyyətin təlqin etdiyi düşüncə, yaratdığı nümunə hər birimiz üçün mükəmməl vətənpərvərlik məktəbi, vətənə sədaqət dərsidir. Başlıca amalı daim Azərbaycanı düşünmək olan Ulu Öndərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı dillər əzbəri olmuş, hər birimizin iftixarla səsləndirdiyi şüara çevrilmişdir. Bu gün hər birimiz fəxr edirik ki, məhz Heydər Əliyevin qurduğu müstəqil olkənin vətəndaşıyıq, onun bütün qəlbi ilə sevdiyi bir xalqın övladıyıq.
Tarixin bütün dövrlərində olduğu kimi, bu gün də təhlükəsizliyin təminatı məsələsi cəmiyyətlərin və dövlətlərin inkişafını şərtləndirən əsas amil olaraq qalmaqdadır.
Əsrlər boyu öz zəngin təbii sərvətlərinə, əlverişli geosiyasi mövqeyinə görə daim təzyiqlərə məruz qalan Azərbaycan xalqı təhlükəsizliyini təmin etmək üçün yadellilərə qarşı qanlı müharibələr apararaq, zaman-zaman özünün təhlükəsizlik strategiyasını yaratmış, inkişaf etdirmişdir. Bu gün müharibə şəraitində olmasına rəğmən, sabitlik adası kimi səciyyələndirilən Azərbaycan mükəmməl təhlükəsizlik sisteminə və güclü orduya malik ölkələr sırasında layiqli yerini tutmuşdur.
Siyasi və iqtisadi baxımdan sabit, davamlı və dayanıqlı inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.
Hələ ötən əsrin
ortalarından başlayaraq Ulu
Öndər tərəfindən respublikada
həyata keçirilən genişmiqyaslı proqramlar
müasir iqtisadi
potensialın formalaşdırılmasına, sosial-mədəni
həyatın canlandırılmasına və milli-mənəvi
dəyərlərin dirçəldilməsinə yönəldilərək
xalqımızın azad, müstəqil gələcəyinin
təmin olunması üçün zəmin
hazırlamışdır.
Bu gün
Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni
həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin
inkişafı Ümummilli Liderin
adı ilə bağlı olmasın. Ulu
Öndər sonralar həmin dövrü xatırlayarkən demişdir:
"O illərdə bu işləri
görərkən mən məhz Azərbaycanın gələcəyini,
bugünkü müstəqilliyini düşünürdüm. O işləri
görərkən mən əmin idim ki, onlar Azərbaycanın
sərbəst, müstəqil yaşaması üçün
əsas yaradır...”.
Azərbaycan təhlükəsizlik orqanlarının inkişaf tarixi də bilavasitə ömrünün böyük bir hissəsini bu quruma həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Həyatının bütün mənasını Azərbaycan xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin uzaqgörən siyasəti və gərgin səyləri sayəsində təhlükəsizlik orqanlarının fəaliyyətində əsaslı dönüş yaranmış, Azərbaycanın gələcək müstəqilliyinə və təhlükəsizlik orqanlarının kadr potensialının həllinə hesablanmış bir addım olaraq, bu orqanının milliləşdirilməsi istiqamətində ciddi işlər görülmüşdür.
İmperiyanın mövcudluğu
dövründə milliləşmənin çox
çətin olduğunu qeyd
edən Ümummilli lider
Heydər Əliyev çıxışlarının birində
deyirdi: "DTK-da
işləyərkən çox şey görmüşdüm.
Moskvanın təktərəfli türk
millətlərini əsarətdə saxlamaq
siyasəti olduğunun ilk
gündən şahidi oldum.
Daxilən buna qarşı üsyan
etsəm də, həyatda buna imkan yox idi.
Azərbaycan KP MK-nın birinci katibi işləyərkən Moskvaya
qarşı çıxmağım, toqquşmağım mümkün deyildi. Yavaş-yavaş mən də xalqımın, doğma millətimin mili
hisslərini, milli şurunu
oyatmağa başladım. Xalqın milli istəklərini, Azərbaycan türklüyünün milli
oyanışını, silkələnməyini
reallaşdırmaq arzusunda idim.
Bu işləri Moskvaya
hiss etdirmədən, onu
narahat etmədən, onu
ayıq və oyaq salmadan
görmək istəyirdim”.
Ulu Öndər 1997-ci ildə təhlükəsizlik orqanlarının əməkdaşları ilə görüşündə bildirirdi ki, milliləşmə dövlət təhlükəsizlik orqanlarında çox vacib məsələ idi: "Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik təşkilatının milliləşdirilməsi prosesi bizim əldə etdiyimiz ən böyük nailiyyət idi, təşkilat milliləşdikcə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu”.
Ümummilli lider Heydər Əliyevin xüsusi xidmət orqanlarının əməkdaşlarının qarşısında qoyduğu tələblərdən biri də xalqın əsrlər boyu yaratdığı və yaşatdığı sərvətlərə sədaqətlə yanaşmaq, onun milli maraqlarını qorumaq idi. Ulu öndər Heydər Əliyev deyirdi: "Mәn bu gun boyuk iftixar hissi ilә deyә bilәrәm ki, dovlәt tәhlukәsizliyi orqanlarında rәhbәr vәzifәlәrdә islәdiyim zaman, bu orqanın bascısı oldugum zaman vә ondan sonra Azәrbaycan Respublikasının bascısı oldugum zaman Azәrbaycan xalqının millli mәnafeyinә әks olan hec bir addım atılmamısdır. Amma nә qәdәr belә tәkliflәr, belә tәzyiqlәr var idi. Tarixən bu xalq çox repressiyalarla, günahsız təqib və təzyiqlərə məruz qalmışdır. Siz, bu represiyalardan ibrət dərsi almalısınız, çalışmalısınız ki, bir nəfər də olsun günahsız insan cəzalandırılmasın”.
Dahi rəhbərin misilsiz xidmətlərindən
biri də ölkəmizdə milli ruhda əsərləri
ilə mərkəzi qıcıqlandıran
yazıçıların, şairlərin qorunması, hətta
onların dövlət mükafatlarına layiq
görülmələri istiqamətində həyata keçirdiyi fəaliyyət idi.
Təsadüfi deyil ki,
SSRİ dövründə bütün
müttəfiq respublikalardan fərqli olaraq Azərbaycanda bir nəfər
də olsun dissident yox idi.
Xalqına zorakalıq edənlərə qarşı çıxan təhlükəsizlik orqanlarının əməkdaşlarının taleyi ilə də maraqlanan ümummilli lider Heydər Əliyev çalışmışdır ki, onlar da bəraət alsınlar. Azərbaycanda ilk dəfə olaraq Stalin səviyyəsində repressiyaya öz etirazını bildirən Novruz Rizayev də belələrindən idi. Onun bu cəsarətli addımı iki dəfə həbsi və 1941-ci ildə məhvi ilə nəticələnmişdir. Dahi şəxsiyyət Heydər Əliyev çıxışlarından birində deyirdi: "Mənim xatirəmdədir ki, - 1956-cı ildə Mir Cəfər Bağırovun qrupunun məhkəməsi zamanı Novruz Rizayevin istintaq işinin içindən onun Stalinə göndərdiyi bir məktub çıxmışdı. Bu, çox məşhur məktubdur - o, çox cəsarətli, çox əqidəli bir insan kimi məktubda 1937-38-ci illərdəki kütləvi represiyalara qarşı etirazını, açıq-aydın bildiribdir. Mən Dövlət Təhlükəsizlik Komitəsində işləyərkən biz Novruz Rizayevin adını əbədiləşdirdik. Mən onun fəaliyyəti, tərcümeyi-halı ilə tanış oldum. Çox dəyərli bir insan olmuşdur və xalqına çox sədaqətli xidmət etmişdir...”.
Ulu öndər Heydər Əliyev Azərbaycan Dövlət
Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata
rəhbərlik etdiyi illər ərzində,
xüsusilə də komitə rəhbərliyinə irəli
çəkildiyi 1967-ci ildən sonrakı dövrdə olduğu kimi, respublika və ittifaq rəhbərliyində
çalışdığı müddətdə belə, Azərbaycanın
təhlükəsizlik orqanlarına öz
qayğısını əsirgəməmiş, burada çalışanların
qarşısında ciddi tələblər
qoymuş və onlara
dəyərli məsləhətlər vermişdir:
"Dövlət təhlükəsizlik, yaxud
kəşfiyyat orqanı o vaxt
qalib gəlir, öz vəzifəsini
yerinə yetirir ki, orada peşəkar əhval-ruhiyyə, peşəkar
kadrlar və iş üslubu olsun. Peşəkarlıq
səviyyəsinin artırılmasının sərhədi, hüdudu yoxdur. Ona görə də siz daim peşəkarlığınızın təkmilləşdirilməsi
üzərində işləməlisiniz, oxumalı, öyrənməlisiniz,
çox savadlı, bilikli
insanlar olmalısınız”.
Təhlükəsizlik orqanlarında peşəkarlığın möhkəmləndirilməsinə hər zaman diqqət yetirən Ulu öndər Heydər Əliyev 1 dekabr 1998-ci il tarixində Akademiyanın yaradılması barədə Sərəncam imzaladı və bununla da Azərbaycanda ilk dəfə olaraq bu sahədə milli kadrların hazırlanması işinin təməli qoyuldu. Azərbaycanın təhlükəsizlik orqanlarının formalaşmasında əvəzsiz xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 20 dekabr 2005-ci il tarixli sərəncam ilə Akademiyaya xalqımızın ulu öndəri Heydər Əliyevin adı verildi.
Akademiyada ümummilli
lider Heydər Əliyev adına xüsusi təqaüdün təsis edilməsi
isə burada təhsl alan
gənclər üçün bir stimula çevrildi.
Axı, onlar ömrünün
25 ilini çox sevdiyi bir peşəyə
həsr etmiş, "Duel”,
"Naturalist”, "Axito”,
"Alagöz” və digər bu kimi mühüm
əhəmiyyət kəsb edən əməliyyatlara rəhbərlik
etmiş dahi bir insanın arzularının
davamçısıdırlar. Qeyd etmək lazımdır ki, bu gün
gənclərin ali təhsil almaq üçün sənəd
təqdim etdikləri təhsil ocaqları içərisində
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər
Əliyev adına Akademiyası üstünlük
təşkil edir. Bu
gün Akademiyaya qəbulda
yüksək vətənpərvərlik, intellektual
səviyyə və geniş
dünyagörüşünə önəm verilir.
Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik və təhlükəsizlik siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətimizin başçısı demişdir: "Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz – Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”.
İnanırıq ki, 100 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan təhlükəsizlik orqanları özünün əzəli fəxri rəhbəri Ulu Öndərin misilsiz tövsiyələrini daim rəhbər tutaraq, müstəqil ölkəmizin inkişafı, qüdrətlənməsi naminə bütün qüvvəsini səfərbər edərək, dövlətinə və xalqına şərəfli xidmət missiyasını bundan sonra da əzmlə və fədakarlıqla davam etdirəcəkdir.
H.Ağammədov
Kaspi 2019.- 14 fevral.-
S.6.