Muzeyləri pulsuz necə gəzə bilərik?

Əlamətdar tarixlərlə bağlı elan edilən “açıq qapı” günlərində muzeylərin ziyarətçiləri birə beş artır

Moskvada hər ayın 3-cü istirahət günü aksiya keçirilməsinə başlanılıb. Şəhərin mədəniyyət departamentinin təşkilatçılığı ilə həyata keçirilən aksiya zamanı insanlar muzeylərə pulsuz daxil ola biləcəklər. Aksiya demək olar ki, şəhərin bütün dövlət muzeylərini əhatə edir. Buna qədər də Rusiyada, eləcə də dünyanın bir çox ölkələrində muzeylərə insanların sərbəst daxil olması üçün  buya digər formada güzəştlər nəzərdə tutulub. Bakıda, o cümlədən respublikamızın ayrı-ayrı şəhərlərində muzeylərin fəaliyyət göstərməsini nəzərə alsaq, insanların bu tip məkanlara gəlişini intensivləşdirmək, o cümlədən turistləri cəlb etmək üçün belə aksiyaların bizdə də keçirilməsini zəruri hesab etmək olar. Bəs reallıqda vəziyyət necədir? Muzeylərimiz qapılarını ziyarətçilərin üzünə pulsuz açırlarmı?

"Hər il bu ənənəni davam etdiririk

Mədəniyyət Nazirliyinin İnformasiya ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məsələ ilə bağlı danışarkən məhz əlamətdar günlərdə ölkə üzrə fəaliyyət göstərən muzeylərdə "açıq qapıgünü elan edildiyini vurğuladı: "18 aprel Tarixi Abidələrin Mühafizəsi Günündə, 18 may Beynəlxalq Muzeylər Günündə digər tarixi günlərdə bütün ölkə üzrə fəaliyyət göstərən muzeylərdə "açıq qapıgünü elan edirik. Beynəlxalq Muzeylər Günündə bütün dünyadakı muzeylərdə belə aksiya keçirilir. Bizdə həmin ənənə yerinə yetirilir. Təkcə bu günlərdə deyil, eyni zamanda, ölkə üzrə mühüm əhəmiyyətli tədbirlər ərəfəsində muzeylərimizdə "açıq qapıgünləri keçirilir. Tamaşaçıların turistlərin cəlb olunması üçün bu, vacib amillərdəndir. Hər il bu ənənəni davam etdiririk. Həmin günlər vətəndaşlar ölkəmizə gələn turistlər mədəniyyət proqramına uyğun olaraq muzeylərə pulsuz daxil olur, tarixi eksponatlarla tanış olmaq imkanı əldə edirlər. Bunlarla yanaşı, bəzi muzeylərdə xüsusi aksiyalar  da keçirilir. Onlar fərdi şəkildə özlərinin tədbirlər planına, xeyriyyə digər məqsədlərə uyğun olaraq "açıq qapıgünü elan edirlər”.

İ.Hümbətovdan qarşıdan gələn Novruz bayramı günlərində belə bir aksiyanın nəzərdə tutulub-tutulmadığını soruşduq: "Əlbəttə, biz istəyirik ki, muzeylərimizin ziyarətçilərinin sayı çox olsun. Belə bayram günlərində muzeylərin qrafikində dəyişikliklər olunur. Ancaq az əvvəl qeyd etdiyim xüsusi tarixi günlərdə muzeylərimizdə "açıq qapıelan olunur. Novruz bayramı günlərində xüsusi aksiyalar olur, bu haqda indidən danışmaq isə tezdir”.

"Belə aksiyalar vətəndaşların marağındadır

Azərbaycan Dövlət Teatr Muzeyinin elmi katibi Şəhla Məmmədova deyir ki, peşə bayramı xüsusi günlərdə muzeydə "açıq qapıelan olunur: "Teatr Muzeyində 18 aprel tarixi abidələrin mühafizəsi günündə, 18 sentyabr musiqi günündə, 27 sentyabr ümumdünya turizm günündə, 2 fevral gənclər günündə, 18 may beynəlxalq muzeylər günündə digər tarixi günlərdə "açıq qapıgünləri elan edirik. Rusiyadakı kimi ayda bir dəfə məhz eyni gündə deyil, bayramlarda, xüsusi günlərdə bu aksiya bizdə keçirilir. Ümumi götürdükdə, bu əlamətdar günlər ayda bir dəfə olur. Həmin günlə bağlı əvvəlcədən muzeyimizin "Facebooksəhifəsində məlumat veririk. Bundan başqa, rəsmi şəkildə Mədəniyyət Nazirliyinin səhifəsində xəbər kimi qeyd olunur. Pulsuz giriş günü ilə bağlı ziyarətçilərə əvvəldən xəbər veririk. Bu, artıq bizdə ənənə halını alıb. Bu günləri hər il mütləq qeyd edirik. Muzeyimizə gələn vətəndaşlar buna öyrəşiblər. Bəzən  özləri zəng edib, "açıq qapıgünü ilə maraqlanırlar. Onların bu diqqətindən hiss edirik ki, belə aksiyalar vətəndaşların marağındadır”.

Ş.Məmmədova məhz həmin günlərdə daha çox ziyarətçi qəbul etdiklərini deyir. Muzeyə gələn vətəndaşlar istər korifey sənətkarlar, istərsə teatrın inkişaf yolu tarixi ilə maraqlanırlar: "Teatr özündə bir neçə sahəni birləşdirir. Təkcə rejissor, tamaşa, aktyorla bağlı məlumatlar almaq üçün deyil, tədqiqat işi aparmaq, hansısa sənətkarın, bəstəkarın arxivini araşdırmaq üçün Teatr Muzeyinə müraciət edənlər çoxdur”.

"Biz o gün qapılarımızı kütlə üçün açırıq

Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova bildirdi ki, "açıq qapıgünləri nəinki paytaxt sakinləri, eyni zamanda Bakının ən ucqar yerlərindən məktəblilər avtobus tutaraq muzeyi ziyarət etməyə gəlirlər: "Təbii ki, xüsusi günlərdə İncəsənət Muzeyində pulsuz giriş günləri elan edirik. Misal üçün, fevralın 2-də gənclər günündə "açıq qapıgünü elan etmişdik. Bu kimi günlərdə "açıq qapıgünlərini təşkil etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən göstəriş alırıq. Bura 18 may muzeylər günü, 18 aprel tarixi abidələrin mühafizəsi günü daxildir. Bəzən sponsorlar tərəfindən keçirilən xeyriyyə layihələrində "açıq qapıgününü qeyd edirik. Hətta uşaqlar üçün müəyyən günlər "açıq qapıgünləri təyin edirik bu layihələrə bir çox məktəblər dəvət olunur. İl ərzində müəyyən günlər bu xeyriyyəçilik aksiyası keçirilir. Misal üçün, 1 iyun Uşaqların müdafiəsi günündə uşaqlar üçün "açıq qapıgünü elan edirik. Bu günlə bağlı ziyarətçiləri "Facebook”, "İnstagramsəhifəmizdə öncədən xəbərdar edirik. Muzeyin önündə olan afişamızda da bununla bağlı qeyd yerləşdirilir. Həmin günlər muzeyə həddən artıq vətəndaş müraciət edir. Nəinki uşaqlar, orta yaşlı nəslin nümayəndələri bizim muzeyə gəlirlər. İlboyu davamlı şəkildə pulsuz  aksiyalarımız keçirilir”.

X.Əsədova deyir ki, muzeydə "açıq qapıgünü bir deyil, bir neçə gün davam edir: "Xeyriyyəçilik məqsədi ilə keçirilən aksiyalarda bir neçə gün "açıq qapıelan olunur. bunu 10-15 gün qabaq elan edirik. "Açıq qapıgününü məxfi saxlamırıq. Biz o gün qapılarımızı kütlə üçün açırıq. Həmin günlər həddən çox vətəndaşlar gəlir. Hətta elə olur ki, bir insan "açıq qapıgünü elan olunanda üç günün üçündə gəlir. Bir gün 3 mərtəbəni gəzib çatdıra bilmir, ikinci gün tamam başqa bir baxışla gəlir. Bu, peşəkarlıqdan irəli gəlir. Sadəcə, ona yaradılan imkandan fürsətdən düzgün şəkildə istifadə edir”.

 

Azərbaycan Milli Tarix Muzeyinin meneceri Kübra Dadaşova bizimlə söhbətində hər həftənin çərşənbə günü muzeyə pulsuz giriş elan olunduğunu vurğuladı: "Bundan əlavə, 18 may muzeylər günündə muzeyimizdə "açıq qapıgünü elan edirik. Bizim öz saytımızda bununla bağlı məlumat veririk. Həmin günlər çoxsaylı vətəndaşlar bizə müraciət edir. 2 mindən çox vətəndaş muzeyimizə gəlir. Bizim bir əməkdaşımız həmin gün 3 mindən çox vətəndaşın muzeyə gəldiyini qeyd etmişdi. Həmin günlər adi vətəndaşlarla bərabər, turistlər muzeyi ziyarət edirlər”.

"Vətəndaşlar bu günlə bağlı kifayət qədər məlumatlı olurlar

Azərbaycan İstiqlal muzeyinin fond şöbəsinin işçisi Aida Axundova qeyd etdi ki, "açıq qapı” günləri muzeyin ziyarətçilərinin sayı həddən artıq olur: "18 mayda, 28 mayda Mədəniyyət Nazirliyinin göstərişi ilə muzeyimizə pulsuz giriş günləri elan edirik. Biz özbaşına "açıq qapı” günü keçirmirik. "Açıq qapı” günlərində muzeyə axın olur. Muzeydə sərgilərimiz keçiriləndə, ziyarətçilərimizin sayı daha çox olur. Həm sərgilərin, həm də "açıq qapı” günlərinin keçiriləcəyi günü mətbuat katibimizin vasitəsi ilə mediaya bildiri və səhifəmizdə məlumat veririk. Vətəndaşlar bu günlə bağlı kifayət qədər məlumatlı olurlar”.

Xəyalə Rəis

Kaspi.-2019.-20 fevral.-S.12.