ADMİU-da Mehdi Məmmədovun 100 illiyinə həsr
olunmuş konfrans keçirilib
5 mart 2019-cu il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində milli teatr düşüncəmizin formalaşmasında məxsusi yer tutmuş unikal şəxsiyyət və rejissor Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr edilmiş elmi konfrans keçirilib. Teatrşünaslıq, Dram rejissorluğu və səhnə plastikası kafedralarının təşəbbüsü ilə keçirilən “Azərbaycan teatr mədəniyyətində Mehdi Məmmədov fenomeni” adlı konfransı giriş sözü ilə ADMİU-nun rektoru professor Ceyran Mahmudova açıb. Mehdi Məmmədovun Azərbaycan teatr mədəniyyətindəki rolundan bəhs edən rektor qeyd edib ki, Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu görkəmli teatr xadiminin yubileyinin geniş miqyasda, silsilə tədbirlər şəklində keçirilməsinə imkan yaradıb. ADMİU-nun keçirdiyi “Azərbaycan teatr mədəniyyətində Mehdi Məmmədov fenomeni” adlı elmi konfransın da bu tədbirlər silsiləsinin davamı olduğunu vurğulayan Ceyran Mahmudova konfransın işinə uğurlar arzulayıb.
Sonra Mehdi
Məmmədovun teatr fəaliyyətinin
müxtəlif aspektlərini işıqlandıran məruzələr
dinlənilib. Azərbaycan Respublikasının Xalq artisti, professor
Cənnət Səlimova “M.Məmmədov və Rus Dram Teatrı”, sənətşünaslıq
üzrə elmlər doktoru, professor İlham Rəhimli
“M.Məmmədovun rejissurasında fəlsəfi konsepsiyalar”, sənətşünaslıq
üzrə elmlər doktoru, professor İsrafil İsrafilov “M.Məmmədov necə varsa”, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Fəridə
Cəlilova “M.Məmmədov yaradıcılığında təzadlı
ideyaların cazibəsi”, , sənətşünaslıq
üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə “M.Məmmədovun
düşüncə portreti”
mövzularında məruzə ilə çıxış
ediblər. Ekranda Mehdi
Məmmədovun 100 illiyinə həsr olunmuş
videoçarx nümayiş
etdirilib.
Daha sonra
pedaqogika üzrə fəlsəfə doktoru, dosent Fikrət Sultanov və sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov
çıxış edərək, Mehdi Məmmədovun
zəngin və çoxşaxəli
yaradıcılığı haqqında söz
açıblar.
Kaspi 2019.- 7 mart.- S.12.