Azərbaycan elminin ucalığıİsa Həbibbəyli

Azərbaycan elminin ucalığıİsa Həbibbəyli İnsan təbiətin bir hissəsidir. Sanki güldən-çiçəkdən, dağdan-daşdan ovuc-ovuc yığılıb bir canlı yaradılıb. Adına da insan deyilib. O insan ki, ömrü boyu tam olmağa can atır. Tam olmağı müəyyən qədər bacaran insanlar isə öz sahələrində, yollarında mükəmməlliyə qədər gedib çıxanlardır. İnsan öz yolunda mükəmməlləşdikcə mürəkkəbləşir. Onları başa düşmək daha çətindir. Bütün sahələrdə mükəmməlliyin astanasına çatan insanlar görürük yaxşı mənada onlara paxıllıq edirik. Məsələn, mən idmançı dostumun qollarına, yazıçı tanışımın hekayəsinə, rəssam qohumumun fırçasına paxıllıq etmişəm. Niyə? Çünki onlar yarımçıqlıqdan canlarını qurtarıb tam olmağa hazır vəziyyətdədirlər. Rəssam qohumumun fırçasını ala bilərəm, ancaq mənim əlimdə o fırçadan gözəl əsərlər çıxmayacaq. İdmançı dostumdan qollarını istəsəm verməz. Yerdə qalır yazıçı tanışımın hekayəsi. Deməli, biz tam olmaq üçün gedəcəyimiz yolu seçə bilərik, əsas olan isə o yolun bizi seçməsidir. Yəni içimizdəki yarımçıqlığın adı mətndirsə, onun yanına mətn qoymalıyıq. Əgər mətnin yerinə fırça qoysaq, yenə yarımçıq qalacağıq. Bütün sahələr üçün bu yanaşmanın doğru olduğunu düşünürəm. Məncə, yığışıb uzaqdan Azərbaycan təhsilinə baxsaq, ilk növbədə akademik İsa Həbibbəyliyə paxıllığımız tutar. Çünki, o, elm, təhsil yolunu ona görə seçib ki, o yol da onu seçib birlikdə tam olmağı bacarıblar.

2010-cu il idi. Naxçıvan Dövlət Universitetinin magistraturasına qəbul olmuş oxumağa getmişdim. Ömrümdə ilk dəfə idi ki, Naxçıvan torpağına ayaq basırdım. Hələ təyyarədə məni dərd götürmüşdü ki, hara gedəcəm, harda qalacam. Heç yeri heç kimi tanımırdım. Soraqlaşıb universitetin magstrları üçün ayrıca tikilmiş yaraşıqlı binanı tapdım. Dekan Elbrus İsayev məni elə qarşıladı ki, elə bildim evimizə gəlmişəm. Sonra mənim kimi "qəribolan bütün tələbələri universitetin rektoru İsa Həbibbəylinin yanına apardılar. İsa müəllim bizimlə xeyli səmimi söhbət elədi. Tələbə yataqxanasında qalacaq yerimizə qədər bütün problemlərimizlə maraqlanıb yerindəcə həll elədi.

İndiki kimi xatırlayıram, Naxçıvan Dövlət Universitetində dünyanın hər yerindən tələbə var idi. Bir dəfə dilimizi bilməyən iki qapqara tələbə narahat halda İsa müəllimin otağına girdilər, aman çəkmədi ki, sevinə-sevinə çıxıb getdilər. Öz-özümə fikirləşdim ki, İlahi, bu tələbələr bizim dili bilir, İsa müəllim onların dilini. Bəs, onlar qaş-göz arasında İsa müəllimə dedilər, eşitdilər bu qədər xoşbəxt oldular? Aylar keçdikcə başa düşdüm ki, İsa müəllim tələbələrin problemlərini gözlərindən oxuyur. Yəni bir rəhbər işçi, bir az da dəqiq desək, bir rektor öz işini bilirsə, deməli, tamdır. Əgər tamdırsa, bütün yarımçıqlara tam olmağın sirrini deyə bilər. Tələbə kimi İsa müəllimin diqqət qayğısını həmişə üzərimizdə hiss edirdik. Universiteti bitirəndə istəyirdik ki, qayıdıb bir oxuyaq.

Akademik İsa Həbibbəylinin tərcümeyi-halını oxuyanda adama elə gəlir ki, hansısa bir təşkilatın ya dövlət əhəmiyyətli böyük bir qurumun, müəssisənin fəaliyyətini oxuyursan. İsa müəllim 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim işləyib, sonra dosent, daha sonra həmin universitetin elmi işlər üzrə prorektoru olub. 1996-cı ildə isə rektor vəzifəsinə təyin olunub. Bütün bu vəzifələrin idarə olunması ilə bərabər İsa müəllim durmadan yazıb. Hələ 1984-cü ildə "Yazıçınəşriyyatında "Romantik lirikanın imkanlarıadlı əsəri çap olunub. Həmin vaxtdan bu günə qədər isə yüzlərlə əsərləri işıq üzü görüb. Axı bu əsərləri İsa müəllim vaxt yazdı, harda yazdı, necə yazdı? Bütün günü işinin başında, böyük bir universitetə rəhbərlik edən adam bu işləri birlikdə necə bacardı? Elə buna görə hərdən mənə elə gəlir ki, bütün əsərləri İsa müəllimə hazır vəziyyətdə "səmadan gəlib”. Məsələn, Cəlil Məmmədquluzadə, Məmməd Araz s. haqqında yazdığı əsərlər bu fikrin əsassız olmadığına bir sübutdur.

Həmişə fikirləşmişəm ki, görəsən, İsa müəllimi poeziyaya bağlayır? Onun şairlərə olan sevgisi, şeirlərə olan həssaslığı həmişə marağımı cəlb edib. nəhayət, bu yaxında bilmişəm ki, İsa müəllim lap uşaqlığından bəri şeir yazır. Düzdür, şeirlərini oxumaq qismətim olmayıb. Amma əminəm ki, o şeirlər gözəldir. Çünki su töküldüyü qabın formasını alır. Şeir hiss düşüncə məhsuludur. Şeir elə bir sudur ki, heç vaxt axıb çirkli qaba dolmaz. Şeir yazmaq üçün gərək için pak olsun. Məsələn, Şah İsmayıl Şah Qacar taleyi yaşayıb hansısa bayatını yaza bilməzdi. Yazsaydı da alınmayacaqdı.

2013-cü ildə Naxçıvan Dövlət Universitetinin magistraturasını fərqlənmə ilə bitirib Bakıya qayıtdım. O zaman akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru idi. Məni mühəndis vəzifəsinə işə götürdü. Elə həmin il Akif müəllim akademiyanın prezidenti seçildi. İsa Həbibbəyli isə akademiyaya vitse-prezident təyin olundu. Naxçıvanda təhsil alıb Bakıya gəlmiş bir qrup tələbə sevincək halda İsa müəllimin yanına getdik, təbrik edib xeyli məsləhətlər aldıq. O qədər sevinirdik ki, elə bilirdik İsa müəllim bizə görə Bakıya gəlib. Həqiqətən illərlə İsa müəllimin rəhbər olduğu dövlət müəssisəsində təhsil almış mühəndis, elmi işçi vəzifələrində çalışmışam, hələ bir dəfə olsun kiminsə İsa müəllimdən narazı qaldığını görməmişəm. Elə İsa müəllimin böyüklüyü burdadır ki, o, tələbəylə tələbə, professorla professor dilində danışmağı bacaran rəhbərdir.

Bəzi insanlar İsa müəllimi yazdığı əsərlərə görə, bəziləri tutduğu vəzifələrə görə, bəziləri atdığı addımlara, göstərdiyi qayğılara görə sevir. Mən isə İsa müəllimi İsa müəllim olduğu üçün sevirəm, hörmət edirəm. Həmişə İsa müəllimə güvənmişəm, çətin vaxtlarımda ona arxalanmışam. Əgər bir insan əvvəl tələbəsi, sonra işçisi olmuş mənim kimi adi bir gəncdə bu qədər güvən yarada bilirsə, o insan sadəcə, möhtəşəmdir. Möhtəşəmlik isə tam olmaq deməkdir. Ancaq insan qədər tam olsa da, elə bir an, elə bir məqam gəlir ki, özünü yarımçıq hiss edir. İnsan hisslərinin qarmaqarışıqlığından öz yarımçıqlığımdan doğan bu "Yarımçıqşeirimi isə tam olmağın sirrini bilən İsa Həbibbəyliyə həsr edirəm:

 

Adam ölməyə tələsir hərdən,

Ölüb dərdlərini unutmaq üçün.

Yarımçıq hissləri, yarımçıq eşqi,

Yarımçıq ürəyi ovutmaq üçün.

 

Yarımçıq yaranır həyatda hər şey,

Vəhdət yaratmağa çalışır insan.

Sonunda özü yarımçıq olur.

Yarımçıq olmağa alışır insan.

 

Yarımçıq yaranmaq, yarımçıq olmaq,

Bəlkə dünyanın sağırlığıdır.

Bütün yarımçığlar yığılsa əgər,

Yenə nəyinsə yarımçığıdır.

 

Yarımçıq başlayır, yarımçıq bitir,

Yarımçıq baxışlar, görüşlər olur.

Külək qapını yarımçıq döyür,

Yarımçıq gəlişlər, gedişlər olur.

 

Bəlkə tanrı da yarımçıq imiş.

Dünyanı yaradıb tam olmaq üçün,

Bəlkə yenə yarımçıq olub.

Əzrayıl yaradıb can almaq üçün.

 

Elşad Barat

Kaspi.-2019.-16-18 mart.-S.18.