Dahi ilə
bir evdə yaşamaq asan deyil
Həyat yoldaşı görkəmli
rejissor Georgi Daneliyanın işsiz yaşaya bilmədiyini deyir
Axır
zamanlar görkəmli rejissor Georgi Daneliyanın
özünü pis hiss etməsi barədə söz-söhbətlər
dolaşır. Guya dostlarından birinə «Yanıma tez-tez gəl,
bəlkə bir daha… görüşmədik!»
deyib. Rejissor xəstəxanada yerləşdirilsə
də, zarafatından və optimistliyindən qalmır. Axı tamaşaçılar çoxdandır ki, səbirsizliklə
onun fantastik-satirik komediyanın motivləri əsasında
çəkilmiş animasiya filmini - «Ku! Kin-dza-dza-dza»nın nə vaxt ekranlara
çıxacağını gözləyirlər.
Georqi Daneliya hamının maraqla baxdığı
«Mimino», «Afoniya» filmlərinin rejissorudur. O, çəkdiyi filmlərdə
mehribanlıq və insaniyyəti qiymətləndirir. Son vaxtlar filmlər çəkməsə də,
yaradıcılığının vaxtilə Sovet
İttifaqında dönüş yaratması hamının
yadındadır. Şəxsi həyatı
isə hələ də bu haqda danışmaq istəmədiyi
çoxlu suallar doğurmaqda davam edir.
Atası mühəndis idi. Anası Mariya
Anjaparidze film çəkilişlərində
çalışırdı. «Mosflim»də
işlədiyi müddətdə bir neçə
qısametrajlı film çəkmiş və Stalin
mükafatına layiq görülmüşdü. Yəqin ki, kinoya
olan sevgi və maraq Georgiyə ana xəttindən
keçmişdi. Onun dayısı Mixail
Çaureli teatr və kino rejissoru idi. Dayısı
qızı Sofiko Çaureli və xalası da aktrisa idi.
Moskva Memarlıq İnstitutunu bitirdikdən və bir il memar işlədikdən sonra Daneliya bu
peşənin ona aid olmadığını anladı və
«Mosfilm»də rejissorluq kurslarına daxil oldu. Bu
müddət ərzində evlənməyə və bircə
ildən sonra isə boşanmağa vaxt tapdı.
Daneliyanın birinci həyat yoldaşı tikinti nazirinin
qızı İrina Ginzburq olmuşdu. Şəxsi həyatından
danışmağı sevməyən rejissor indi bu nikah barədə
düşünmək belə istəmir. O, birinci həyat
yoldaşı kimi tamamilə başqa bir qadının
adını çəkir. Onlar «Əzablı yollarla» filminin
çəkilişlərində tanış
olmuşdular. Təzəcə rejissorluq kursunu
bitirən gənc aktrisa Lyubov Sokolovaya vuruldu. Qadın ondan 9 yaş böyük idi. Leninqrad mühasirəsi zamanı Sokolova həyat
yoldaşını və oğlunu itirmişdi və bu, onun
ürəyində ağır yük olaraq qalmışdı.
Ancaq Daneliyanın sevgisindən imtina etmədi.
Onlar 30 il birlikdə yaşadılar. 38 yaşlı Sokolova bu nikahdan oğlu Nikolayı
dünyaya gətirdi. Bu illər rejissor
Daneliyanın həyatında qızıl illərə
çevrildi. Onun «Seryoja», «Moskvada addımlayıram», «Qəm
etməyin» «Afoniya», «Mimino» filmləri sovet kinosunun
klassikasına çevrildi.
Georgi
Sokolova ilə rəsmi nikah bağlamamışdı: «Biz
bir-birimizi sevdik. Amma sevgi keçici olurmuş» -
deyə Daneliya müsahibələrinin birində söyləmişdi.
Qadın Daneliyanı 1984-cü ildə tərk
etdi. Bundan bir neçə gün sonra isə
yeganə oğulları Nikolay faciəli surətdə həlak
oldu. Lyubov Sokolova bu hadisəni heç
cür unuda bilmədi. Bir neçə ildən sonra o da
dünyasını dəyişdi.
Rejissor həyatında olub-keçənlər
haqqında danışmağı o qədər də sevmir. Xəstəliyi
ilə bağlı yaxınlaşan jurnalistlərlə
söhbətdən də nəzakətlə imtina edir. Sənətkar hazırkı həyat yoldaşı
Qalina Yurkova-Daneliya ilə birlikdə artıq 26 ildir ki,
yaşayır. Qalina Daneliyanın ilk nikahından olan
oğlu Kirili də tərbiyə edib: "Georgi
Nikolayeviç artıq neçə illərdir ki, ciyər xəstəliyindən
əzab çəkir. O, çətinliklə nəfəs
alır, axı, onun ciyərlərinin cəmi 15 faizi işləyir”-
deyə Qalina Daneliya deyir.
O,
işsiz yaşaya bilmir
- Belə
görünür ki, ciddi xəstəlikdir. Axı,
hələ keçən ilin martında onun ciyərləri 18
faiz işləyirdi.
- Həkimlər
əsas səbəbi siqaret çəkməyində
görürlər. Ancaq Georgi Nikolayeviçin hələ
uşaqlıqdan ciyərlərində problemləri var idi – gəncliyində
o, vərəm xəstəliyinə tutulmuşdu. Gəncliyində Daneliya gündə üç qutu
siqaret çəkərdi. Bütün
bunlar ciyərlərinə təsir edib və o,
boğulmağa başlamışdı. Rejissor
siqaret çəkməyi tərgidə bildi, lakin artıq
sağlamlığı əldən getmişdi. Cavan yaşlarında Georgi Nikolayeviç hətta
kliniki ölüm keçirmişdi. Çiyni
bərk ağrımağa başlayanda o, xəstəxanaya
müraciət etmişdi. Həkimlər səhvən
ciyər xərçəngi diaqnozunu qoymuşdular. Sonradan məlum oldu ki, problem öd kisəsində
imiş. Məlum oldu ki, peritonitdir
(qarın pərdəsinin iltihabı). Bu da
ürəyinin işləməsinə mane olur. Ürəyi bir neçə dəqiqəliyinə
dayanıb. Həkimlər məşhur
pasiyentlərini qurtara biliblər.
- Qalina İvanovna, bəs belə
ciddi xəstəliklə Georqi Daneliya işləməyə
necə müvəffəq olur?
- O,
işsiz yaşaya bilmir. Onun aydın
düşüncələri var. Bədii filmlər çəkmək
fiziki olaraq ona çətindir. Animasiya
çəkmək isə üç dəfə
ağırdır, lakin o sənətkarlarla birgə
özü də kompyuter qarşısında əyləşir.
Layihəyə görə çox fikir çəkir.
- Cizgi filmi bədii filmin motivləri əsasında
çəkilir. Məzmun eynidirmi?
- Yox,
animasiya və tammetrajlı film olan «Kin-Dza-dza!»nın
süjet xətləri tamamilə fərqlidir. Tamaşaçılar
tezliklə bu filmi izləyə bilərlər. Cizgi filmi bədii filmlə demək olar ki, eyni məzmunludur.
Bununla belə, bəzi fərqlər də var.
Filmin iki əsas qəhrəmanı dəyişdirilib.
Ancaq hətta, həyəcanverici iş üçün belə,
bütün günü kompyuter arxasında oturmaq rejissor
üçün çox çətindir. Danielyanın
evdə və işdə nəfəs almaq üçün
iki böyük oksigen aparatı var. O, küçəyə
çıxarkən özü ilə birlikdə 4 kiloqram
ağırlığında nəfəs cihazını
götürməyə məcburdur. Təəssüf ki,
Georgi Nikolayeviç yeni filminə görə
sağlamlığına daha az fikir
verir.
«Çox
gözəl, yaşayın...»
- Qeorqiy Nikolayeviç sizə
evlənmək təklifini necə etdi?
- Bir dəfə
mənə yaxınlaşıb: «Yeri gəlmişkən, bu, mənim
ülgücüm, bu, mənim əmək haqqımdır. Səninlə
yaşamağı planlaşdırıram» - dedi.
Yüngülcə təəccüblənib cavab verdim:
«Çox gözəl, yaşayın...» Bir az
keçdikdən sonra isə o mənə anasından ona miras
qalmış gümüş üzük
bağışladı.
-
Düşünürəm ki, bir gürcü
üçün bu, məhəbbətin ən yüksək təzahürüdür…
- Bəli, bir qafqazlı
üçün ana hər şeydir. O, bu təklifi mənə
liftdə etdi: «Yeri gəlmişkən, sizə evlənmək
təklifini etmək yadımdan çıxdı: mənimlə
evlənərsənmi?» (gülür).
Əslində hər şey asan deyildi. Mənzildə onun ikinci həyat yoldaşı,
onların oğlu və Lyubov Sokolova Kolka yaşayırdı.
Biz onlarla dostlaşdıq. Birlikdə
universitetdə təhsil aldıq. Bir dəfə Georgi
Nikolayeviç Sokolovaya dedi: «Məni bağışla, mən
aşiq oldum». Kolka əlavə etdi: «Ana, üzülmə,
Qalka yaxşı qadındır! Atama
yaxşı olacaq». Lyuba yalnız bunları dedi: «Sən
axmaqsan, axmaq…» sonra ağlamağa başladı. Qadın öz mənzilinə, Kolya mənim bir
otaqlı mənzilimə köçdü.
Mən
evdə iki kişi ilə qaldım –
Georginin atası və Nikolayeviçlə.
- Gürcü yeməklərinin necə
bişirildiyini öyrənmək məcburiyyətində
qaldınız?
- Öyrənməyə
ehtiyac yox idi. Mən elə təbiətən hər
şeyi bacarıram. Əslində Georgi Nikolvyeviçə
bu lazım deyildi: xaçapurini saymasaq, onun sevdiyi başqa yeməklər
gürcü yeməkləri deyildi. Məsələn,
o, kələm dolmasını tez-tez bişirtdirərdi
(gülür). Daneliya faktiki olaraq
Gürcüstanda yaşamamışdı. Vaxtı ilə onun anası Gürcüstana
uşağını dünyaya gətirmək
üçün getmişdi. Bir müddət
sonra isə Moskvaya geri dönmüşdülər.
Daneliyanın
ad günü
- Qalina
İvanovna, Georqi Nikolayeviçin 85 illiyini necə qeyd etdiniz?
- Evdə
qeyd etdik. Əvvəllər həmişə «U
Pirosmani» restoranında qeyd edirdik. Restoranın
sahibi Tornike həmişə hədiyyə olaraq stolu bəzəyər,
gürcü ansamblını dəvət edərdi. Bu dəfə Daneliya qərara aldı ki, məclisdə
yalnız qohumları olacaq, biz də onu dəstəklədik.
Ancaq yenə də bir çox adamlar onu təbrik
etmək istədi. Adəti üzrə
qapının zəngi dayanmırdı. Tez-tez
Daneilya ilə şəkil çəkdirmək və ya imza
almaq üçün gələn kənar insanlar olur.
Tanışları ailələri, uşaqları ilə gəldilər,
məclis lap zənci toyuna bənzəyirdi (gülür). Daha sonra Nikita Mixalkov, Lonya Yarmolnik, Andrey Malaxov, Polina
Kutepova gəldi. Vətənpərvər oğlu Kirill qəşəng
stol bəzədi: bir metr uzunluğunda nərə
balığı gətirdi və qonaqlara məmnuniyyətlə
xidmət etdi.
- Yadınızda qalan,
orijinallığı ilə xatırlanan hədiyyələr
var idimi?
- Hədiyyələr
çox idi, özü də hamısı lazımlı. Məsələn,
qulaqcıq, televizor, tozsoran... Moskva şəhər
administrasiyasının rəhbəri Müqəddəs
Georginin şəkli əks olunmuş serviz göndərmişdi.
Bir də bir-birindən gözəl buketlər
çox idi. Qapıçı qadın
çiçəklər içində oturmuşdu. Qonşularımız isə çox sevinirdilər
ki, Daneliyanın yubileyidir.
- Georqi Nikolayeviç
üçün hökumət dairələrində görünmək
vacibdir?
- O,
ictimaiyyətə qarışmayan şəxsdir. Müsahibə vermir, özü haqqında artıq hər
ºeyin kitablarda (keçən mövsüm onun artıq
üçüncü kitabı «Pişik getdi, təbəssümü
isə qaldı») yazıldığını
düşünür. Ancaq onun
unudulmadığına görə nə qədər xoşbəxt
olduğunu gördüm. Zənglər səhər
səkkizin yarısından vurulmağa başladı. Georqi Nikolayeviç cavab verməyə macal
tapmırdı. İlk xəbər Aleksandr
Lukaşenkodan gəldi. Daha sonra Vladimir
Vladimiroviç Putin və Dmitri Anatolyeviç Medvedyev təbrik
etdilər. Patriarx Kiril isə Daneliayaya
orden təqdim etdi.
- Siz yoldaşınızla pişik
saxlamaq həvəskarısınız. Hazırda
da pişiklər sizinlə yaşayır?
- İki yerli pişiyimiz – Şket və Afoniya artıq ölüb. Yenidən bir pişik götürmüşük. Mən onu Şket-Afonya və ya Basik adlandırıram. Lakin biz daha onu belə adlandırmayacağıq, çünki biz Oleq Basilaşvilini bu ləqəblə çağırırıq.
- Siz 30 ildən artıqdır ki, birlikdəsiniz və bir-birinizə alışmısınız. Bir qadın həyatını ərinin mənafeyinə görə qurmalıdır, xüsusilə əgər həmin şəxs yaradıcı adam və geniş tanınmış rejissordursa...
- Georgi Nikolayeviç yalnız onunla işləməyimi
istəyirdi. Yeri gəlmişkən, Bondarçuk Skobsevaya
ikinci rejissorlarla çəkilməyə icazə vermirdi, bu,
yalnız Daneliya üçün istisna idi. Mən cəhd etmək
qərarına gəldim və «Kin-Dza-Dza» filmi
üçün ikinci rejissor olan həyat yoldaşımın
yanına gəldim, amma tezliklə birlikdə işləyə
bilməyəcəyimizi başa düşdüm – Daneliya
kinoda çox avtoritar idi. Georqi Nikolayeviç məni
buraxdı və əlavə olaraq, Sergey Bodrovla birlikdə
«Fransuz» filmimin ssenarisini yazmağa razılıq verdi. Bir dahi
ilə yaşamaq asan deyil! Amma Daneliya çox
ağıllı insandır. Məsələn, biz heç
vaxt mübahisə etmirdik. Təsəvvür edin, bütün
həyatımız boyu – heç vaxt! Deyinəcəyimi
başa düşən kimi ayağa durub evdən
çıxırdı. Bir qədər sonra gəlir: «Hə,
nədir, sakitləşdin?» Bu sözlərdən sonra hər
ikimiz gülürdük.
Təranə Məhərrəmova
Kaspi 2019.- 16-18 mart.- S.6.