İlyas Əfəndiyevin 105 illik yubleyinə
Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının səhnəsində
Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy
çiçəyi və ya sən həmişə mənimləsən”
pyesi əsasında hazırlanan eyniadlı tamaşası
nümayiş olunub.
Səhnə əsəri görkəmli yazıçının anadan olmasının 105 illiyi münasibətilə təqdim edilib.
Tamaşanın quruluşçu
rejissoru, Akademik Milli Dram Teatrının bədii
rəhbər-direktoru, Xalq artisti
Azər Paşa Nemətov
çıxış edərək İlyas
Əfəndiyevin yaradıcılığı haqqında ətraflı
məlumat verib.
Qeyd edib ki, yazıçının 22 dram əsəri Bakıda və region teatrlarında tamaşaya qoyulub. Onun ömrünün sonlarında qələmə aldığı “Qarabağnamə” əsəri 23 ildir ki, Akademik Milli Dram Teatrının səhnəsindədir.
Azər Paşa Nemətov əlavə
edib ki, İ.Əfəndiyev
dramaturgiyamızda lirik-psixoloji üslubun yaradıcılarından biridir. O, ədəbiyyatımıza yeni obrazlar, xüsusən
qadın obrazlarını gətirib, “İlyas
Əfəndiyev teatrı”nın əsasını qoyub:
“İlyas
Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır.
Əgər biz onun həyat
və yaradıcılıq yolunun hər
hansı ilini, yaxud
qısa bir dövrünü
xronoloji ardıcıllıqla izləsək,
maraqlı mənzərənin şahidi
olarıq. Yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı dramaturq kimi də fəaliyyət
göstərib, irihəcmli roman və
povestlərlə bərabər, oçerk
və məqalələr də yazıb, konfrans
və qurultaylarda məruzələrlə
çıxış edib. O,
ədəbiyyatın bütün
janrlarında kamil sənət nümunələri
yaradıb ki, bu da onun sənət
palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün
genişliyindən və yaradıcılıq intellektindən
xəbər verir”.
Qeyd edək ki,
tamaşada rolları xalq
artisti Ramiz Novruz, Əjdər Həmidov, Sabir
Məmmədov, əməkdar artistlər Məsmə
Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə
Əliyeva ifa edirlər.
Tamaşa ata
qayğısından məhrum olan Nargilənin
özündən yaşca çox
böyük zavod direktoru Həsənzadəyə məhəbbətindən
bəhs edir.
Səhnə dekorasiyaları ustalıqla
hazırlanmış tamaşa çox uğurlu
alınıb və maraqla
qarşılanıb.
Kaspi 2019.- 30 may.- S.11.