Nadirə Afaq
1966-cı ildə Buxara
şəhərində doğulub. Buxara Dövlət Universitetini
bitirib. Şair, tərcüməçi
və ədəbiyyatşünas, filologiya
elmləri doktorudur. Bir
neçə şeir kitabının və
elmi monoqrafiyaların müəllifi,
Özbəkistan Yazıçılar Birliyinin
üzvüdür.
Siz Nəsimi,
İmadəddinsiz.
Dara aparan günəş ləhcəsi.
Danmışlar, danarlar... Bəlkə, sakitcə,
Hilala qan sıçrar... həqiqət dərsi.
Siz Nəsimi,
İmadəddinsiz.
Dan kimi yanaqları məsum,
Ən uca dağlarda küləklər əsir.
Şərqim, ey haqq üçün çarpışan, Şərqim!
Dərisi soyulmuş ey üryan insan.
"Əlhəmdülillah...” deyib,
sızlayıb,
Girdilər, girərlər, girdik,
Nəsimi!
Qurban verilməkdə, verdik, Nəsimi!
Ölümlərdən həyat qurduq, Nəsimi!..
Ah, ağca dan çağı!
Ah, qızıl şəfəq!
Gözümdə qan izi kəfəndəkitək.
Kimləri yaratdın, ey ana, Şərqim?
Kimləri parlatdın, ey ata Şərqim?
Ürəklər Yer kimi yarılır, axı,
Həqiqət kaş deyil, bilmirlər onlar.
Bədənlər torpağa qarışır,
axı.
Adlardı... adlardı əbədi
ölməyən.
Adlar lərzə salar məhşərə qədər
Adlarda ruh var əbədi!
Biz, axı, insanıq – hökmi-zər!
Ölüm yox, Nəsimi, ölüm yox,
Ölüm yox... Bağlardan
gəlir bu səda.
Bir kabus dolaşır vaxtın bağında,
Xaç
qaldırıb gedir, əzabkeş İsa.
Kəllə sümüyü kimi
görünər Hələb.
Uğultu
ilə uçar bir ağır səyyarə.
Qanla suvarılıb hər bir çiçəyi.
Hansı
bir anında yoxdur cinayət –
İnsanlıq tarixi uğuldamaqda,
Uğultusun salar fırlanan
külək
Enib gələr yerə böyük şimşəklər,
Sönmədən üfüqdə sürünər
ilğım.
Havadakı baş gəzər
ilgəklər...
Qanlı
soyub canlı cismini,
Sonra tikə-tikə doğrasalar
da,
Ürəkləri soyumur, tapa bilmir təskinlik.
Ah! Üstəlik işlərin
edərlər Allahın
adıyla!
Kim cəzaya layiq? Haqq olan kimdir?!
Bilirsiz,
diləyib təmkin, Nəsimi!
Tabuttək zillənib zəmin
Nəsimi!
Gözdə şimşək çaxar
hər gün, Nəsimi!
Kim kimi məhv etdi? Hələ də
Dolaşar kəfənsiz cisimlər
"Məhşərəcən, – deyə
ağlayır müdrik,
–
Lərzəyə gətirər ismlər...”
Yeganə
iztirab – məhəbbət,
Şadlıqlar – iztirab, Nəsimi!
Alında
tər deyil, gülab, Nəsimi!
Çalsaq, göz yaşımız
– rübab, Nəsimi!
Ən ətirli nəsim – ən yaxın kəlam
Aramızda deyil, önümüzdədir,
Yalnız Yar, yalnız Yar yadımızdadır!
Ən təzə fidanlar zatımızdadır.
Böyük İbtidaya ağlar gedirik.
İqrarla gedirik, Nəsimi!
Son ümid Sənədir – "Allahüs-səməd!” –
Təkrarla gedirik, Nəsimi!
Tövbəsiz cəlladlar yatardı bizi,
Sınıqlıq yaratdı, Nəsimi!
Bu dünya ilahi qürbətdir,
Ayrılıq yaratdı, Nəsimi!
İmtahan verməkdə bu qara torpaq...
Ah, məzlum hisslərim,
Ah, sonsuz səbrim!
İsitməyə başlar ruhumu birdən
Çıxmamış
Və mütləq çıxacaq
Günəş...
Orijinaldan (özbək və
rus) tərcümə
edən:
Akif Azalp
Azərbaycan-Özbəkistan Dostluq
Cəmiyyəti İdarə
Heyətini üzvü,
filologiya üzrə fəlsəfə doktoru
Kaspi 2019.- 2-4 noyabr.- S.14.