Natalya Rəcəbova
1985-ci ildə Surxandərya vilayətində
doğulub. Hal-hazırda Termiz
Dövlət Universitetində
rus dilini tədris edir. O, rus dilində
şeirlər yazır.
Bir neçə şeir kitabının müəllifidir.
Nəsimiyə bənzətmə
İki aləm məndə cəm, dünyaya sığmaram nədən,
Mən həqiqətdən
uzaq məvaya sığmıram nədən?
İbtida
var, bir də son, araya sığmıram, nədən,
Qədəmlərim özgədir, sıraya sığmıram, nədən?
Yaşa
deyir gen dünya, həyata sığmıram,
nədən,
Bəxtiyar olsam belə, busata sığmıram, nədən?
Haqq-həqiqət izləyən murada
sığmıram, nədən,
İmanından ayrılan fəryada sığmıram, nədən?
Bax, könül gözü ilə, gümana sığmıram nədən,
Üsyankar ruhumla mən ünvana sığmıram,
nədən?
Cəhənnəm-cənnət kimi mizana sığmıram, nədən,
Mal və mülk
bazarında payana sığmıram, nədən?
Mən zərəm, xəzinələr
bəhrinə sığmıram,
nədən,
On səkkiz min aləmin
təhrinə sığmıram,
nədən?
Könlüm ilə insanın
mehrinə sığmıram,
nədən,
Arzum ilə kainat sehrinə sığmıram, nədən?
Dincliyim
rəmzi kimi şükrana sığmıram,
nədən,
Ay-ulduzlarda olan imkana sığmıram, nədən?
Sükutu
dilləndirən lisana
sığmıram, nədən,
Altı qitə ilə dörd ümmana sığmıram, nədən?
Diqqət
elə dan kimi səhərə sığmıram, nədən,
Öz arzumla dürr ilə gövhərə sığmıram,
nədən?
Varlığım sirdir mənim, cövhərə sığmıram,
nədən,
Bir gün açmış qönçətək
bəhərə sığmıram,
nədən?
Ərşə yetmiş nalətək
şəfəqə sığmıram,
nədən,
Alışan ağac kimi küləyə sığmıram,
nədən?
Peşman
olmuş niyyətə,
diləyə sığmıram,
nədən,
Bir günəş,
ya ay kimi ürəyə sığmıram,
nədən?
Gənc
olsam da yüzdəyəm, yazıma
sığmıram, nədən,
Şan-şərəfli ömrün azına sığmıram, nədən?
İşvəkar müslimətək nazıma
sığmıram, nədən,
Məndən gənc ürəyimin sazına
sığmıram, nədən?
Orijinaldan (özbək və rus) tərcümə
edən:
Akif Azalp
Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti
İdarə Heyətini üzvü,
filologiya üzrə
fəlsəfə doktoru
Kaspi 2019.- 9-12 noyabr.- S.18.