Mühiddin Aməd
1957-ci ildə Namanqan
vilayətində anadan
olub. Başkənd Dövlət Universitetinin
jurnalistika fakültəsini
bitirib. Şeirləri
özbək mətbuatında
işıq üzü
görüb.
Nəsimi
Dərisini soydular,
Qanını axıdaraq.
Haqq yolunda intizar,
Köynəyi oldu bayraq!
Təni
başdan ayağa,
Hər bəndindən söküldü.
Qürbət eldə torpağa,
Qızıl qanı töküldü.
Qırıldayıb qarğalar,
Dağ çəkdilər bülbülə.
Qanın
içdi darğalar,
Gözündən gülə-gülə.
Yer başına fırlanar,
Haqqa tərəf axmaqda.
Alışıb yanan qumlar
Dabanların yaxmaqda.
Dərisin soysalar da
Neçə əsr əvvəllər,
Ölümünü hələ də
Gözləməkdə qatillər!...
Orijinaldan (özbək və rus) tərcümə
edən:
Akif
Azalp
Azərbaycan-Özbəkistan
Dostluq Cəmiyyəti İdarə Heyətini üzvü,
filologiya üzrə fəlsəfə doktoru
Kaspi
2019.- 2-4 noyabr.- S.14.