Tahir Qəhhar
1959-cu ildə Namanqan
vilayətində anadan
olub. Başkənd
Dövlət Universitetinin
jurnalistika fakültəsini
bitirib. Şair, tərcüməçi və ədəbiyyatşünasdır.
Bir sıra şeir və tərcümə
kitablarının müəllifi,
Özbəkistan Yazıçılar
Birliyinin üzvüdür.
Nəsimi monoloqu
(İmadəddin Nəsimidən təxmis)
Tən deməgil can evini, olsa şəhanə sığmazam,
Can yeri təndə deyibən çalma təranə sığmazam,
Etmə
atəşlə yeri sən dürlü bəhanə sığmazam,
"Məndə sığar iki cahan, mən
bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam”.
"Kun!”
– dedi Allah, yaranıb yeddi göy, ötdü iki gün
Altdakı göylə görünüb
ay ilə ulduz, oldu tün,
Əhli-kaşir bu hikməti özgə yerə yozar bütün,
"Ərşlə fərşü
kafü nun məndəbulundu
cümlə çün,
Kəs sözünü
əbsəm ol, şərhi bəyana sığmazam”.
Yer kürəsi kiçikdi, bil, onda böyük
ürək mənəm,
Altı
fələkdən ucada
arzu, ümid, dilək mənəm,
Yerdə də cənnət yaradan ol ulu
gec, bilək mənəm.
"Ulduz ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Tur ilə kunfəkan mənəm, mən bu lisana
sığmazam”.
Can uçaq canana tərəf, mən vüsalın bir eyşiyəm,
Kor ilə kardan aralı həqiqətin hər eyşiyəm,
Dar qabağında deyirəm:
"Mən əzəli
Nur eyşiyəm,
"Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Məndən uludur ayətim, ayətə, şana sığmazam”.
Orijinaldan (özbək və rus) tərcümə edən:
Akif Azalp
Azərbaycan-Özbəkistan Dostluq
Cəmiyyəti İdarə
Heyətini üzvü,
filologiya üzrə
fəlsəfə doktoru
Kaspi 2019.- 2-4 noyabr.-
S.14.