Nərgizə Üsenbəyova,

Uluğbəy Ziyalıyev

 

   Nərgizə Usenbəyova 1978-ci ildə Səmərqənd vilayətində doğulub. Özbəkistan Milli Universitetinin  jurnalistika fakültəsini bitirib. "Eşq  ah ağuşunda”, " gün sorağında” adlı kitablar müəllifdir.

   Uluğbəy Ziyalıyev 1981-ci ildə  Qaşqadərya vilayətində anadan olub. Ali təhsillidir. Ehtiyatda olan zabitdir.

 

Nəsimi kimdir?

 

Uşaqlıqdan bizə yoldaş,

Yaxşı şeir, gözəl əsər,

İlk dəfə o haqda sirdaş

Kitablardan tutduq xəbər.

 

Məhdumqulu söyləyəndə

"Babandan soydular onu...

Bizdən salamlar!” deyəndə

Göz yaşın yetmədi sona.

 

O vaxtdan bilmək istədik,

Görəsən, Nəsimi kimdir?

Uzaq tarixi izlədik,

O, sirlərin açdı bir-bir:

 

"Azərbaycan və Şamaxı,

Miladi min üç yüz yetmiş...

Doğuldu təfəkkür şahı

Şöhrəti dünyaya yetmiş.

 

Adı Əli İmadəddin,

Mütəsəvvüf, alim, şair

Hazırcavab, pənahı din,

Düşmənləri çoxalan pir.

 

Təriqətdə ona ustad

Oldu Fəzlullah Nəimi.

Ustadını etdikcə yad,

Nurlu ad aldıNəsimi!

 

Getdi Nəimi yolundan,

Qənimlər ağlın itirdi.

Qələm düşmədi əlindən,

Nəsimi kəlam yetirdi:

"Məndə sığar iki cahan,

Mən bu cahana sığmazam.

Gövhəri-laməkan mənəm,

Kövrü-məkana sığmazam.

 

Ərşlə fər şu kafü nun

məndə bulundu cümlə çün,

Kəs sözunü əbsəm ol,

şərhü-bəyanə sığmazam.”

 

Səs yayıldı "Xorasana,

Qafqaza, Ön Asiyaya.

Düşmən quyu qazdı ona,

Şairi tutub ox-yaya.

 

Vecinə almadan Əli,

Getdi İran, Rum İraqa.

Təriqətin tuğ edəli,

Yaydı uzaqdan-uzağa.

 

Qənimi çıxdı hər yanda,

Fitnə, böhtan, töhmət ilə.

Muridləri həyəcanda,

Sonsuz sevgi, hörmət ilə!

 

Fitnəyə bax, hamı heyran

Nəsimi haradan bilsin?!

Çarığın soyunan an

Onda gizlətdilər "Yasin”.

 

Şairsə bundan xəbərsiz,

Çarığın geydi ayağa

Niyyəti qara hər xəbis

Başladı qaraçılığa:

 

" – Sultanım, şair Nəsimi

Heç vaxt dil qoymur damağa.

İşi iblisinki kimi,

İmam qoymaqdı lağa.

 

O, Quran təhqir ilə

Ayaqaltı etmiş hətta.

Yolun azmış kafir ilə

Məstə yaddır bu xəta!”

 

Misir sultan Məyəddin

Dinləyib dedi son sözün:

" – Bir baş vermiş, dilim lal,

Düzmü, yalanmı, bilmirəm.

 

Ağlım olubdu biganə,

Tapdanan andan bəri ar.

Çarə tapın adilanə,

Ta heç kim etməsin təkrar.

 

Dinin səbir kasasını

Daşıran kimsə kafirdir.

"Quranın bir parçasını

Öz çarığında gəzdirir.

 

Belə kəs var  aramızda,

Dinin-imanın bəlası.

Siz elan edin, mövlana,

Nədir o şəxsin cəzası?!

 

" – Dərisin soymaq lazımdır!” –

Cavabın verdi Nəsimi.

Dingildədib ağır-ağır,

Sevindirdi hər qənimi.

 

Göz üzmədən dedi Suktan:

" – İndi çıxarsın çarığı!”

Şair geydiyi çarıqdan

Doğrudan da, "Yasinçıxdı.

 

ah-fəryad, bir ün,

Danmadı da sözlərini.

Dedi: "Söz hər şeydən üstün,

Razıyam, soyun dərimi!”

 

Hələb, min dörd yüz on yeddi,

Adamla doludur meydan.

Hər kəs həyəcanda idi,

Şairi süzərdi o an.

 

"Dabanından başlayaraq,

Diri-diri soyulmalı!..

Hökm belə idi ancaq

Dəyişmirdi şair halı.

 

Bax, o anda şair tutub

Riyakar şexyə üzünü,

Özünü tamam unudub,

Qəh-qəhlə dedi sözünü:

 

"Zahidin bir barmağın

 kəssən dönər həqdən qaçar.

Gör bu gerçək aşiqin

Sərpa soyarlar, ağrımaz!”

 

Belə məğrur, cəsur mərd,

Od nəfəsli idi Əli.

Belə cəza belə şərt

Dünya görməmişdi hələ.

 

Şöhrəti dillərdə dastan,

Parlamaqda günəş kimi

Ölümüylə tarix yazan

Azər oğludur Nəsimi!

 

Farsa, türkcə irsi vardır.

Dünya söz açır varından.

Çox könüllər ona yardır

Qardaş özbək diyarından!

 

 

  Orijinaldan (özbək və rus) tərcümə edən:

  Akif Azalp

  Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətini üzvü,

  filologiya üzrə fəlsəfə doktoru

Kaspi  2019.- 2-4 noyabr.- S.14.