Sevgilim, qayıt
Dünyada dillər əzbəri olan bir çox sevgi məktubları yazılıb. Sevgi məktubları sanki sevgi məfhumunun özü kimi qədimdir. Sevgi məktubları sevginin sanki hansısa mütləq bir qolu kimi inkişaf edib. Bir çox sərkərdələrin, şairlərin, yazıçıların, bəstəkarların sevdiyi qadınlara yazdıqları məktublar cild-cild kitablarda toplanıb və dünya ədəbiyyatının epistolyar janrının ən gözəl nümunələri sayılır. Ən məşhurları Napoleon Bonapartın Jozefinaya, Motsartın Konstanzaya, Puşkinin Natalya Qonçarovaya,
Frans Kafkanın Milenaya yazdığı məktubları misal çəkmək olar.
Bu məktubların çoxu
qarşılıqlı yazışma mükalimə əsasında
qurulub.
Haqqında
yazmaq istədiyim məktub isə təkcə təkünvanlı
olması ilə deyil, eləcə də kövrəkliyi və
faciəsi seçildiyi üçün diqqətimi cəlb
etdi.
1878-ci ildə Almaniyanın Elvangen
şəhərində Emma Houk adlı qızcığaz dünyaya
gəlir. Həyatının ilk 25 ili heç bir xüsusi hadisə ilə
yadda qalmır. Sevdiyi
məktəb müəllimi işləyən Maykl
Houkla ailə qurur və
iki övladı dünyaya
gəlir. Lakin 30 yaşında Emmada şizofreniya xəstəliyinin
əlamətləri aşkarlanır və Haydelberqdə yerləşən
psixi xəstəxanaya yerləşdirilir. Bir ay ərzində
aldığı müalicələr yetərli sayılıb
evinə buraxılır. Lakin vəziyyəti
yenidən ağırlaşaraq, xəstəxanaya göndərilir
və ömrünün sonuna
kimi 11 il ərzində
çarəsiz xəstə kimi bu xəstəxana divarları arasında
yaşayır. 1920-ci ildə elə burda vəfat
edir.
Emma ikinci dəfə xəstəxanaya düşərkən tibb bacılarından kağız və qələm xahiş edir. Və Emmanın məktub həyatı başlayır. O, bütün məktublarının "Herzensschatzi komm” (sevgilim, qayıt yaxud gəl) iki kəlmə yazır. Bu kəlmələr ruhi xəstə - sevən qadının sevgi hayqırtısına çevrilir. Kəlmələr bir-birlərinə keçərək, dolanaraq söz ümmanını xatırladır. Sevdiyi ərinə yazdığı məktublarının sayı-hesabı bilinmir. Emma bu məktubları 11 il ərzində dayanmadan yazır. Lakin ən qəribəsi o heç vaxt bu məktubları göndərməyi xahiş etmir və cavab gözləmir. Sanki taleyi ilə barışmış bu qadın gənc yaşda ruhi xəstəxanada keçirəcəyi ömrünün heyifini yalnız kağızlardan və iki kəlmə sözləri yazmaqla çıxarır. Bu məktublar öz növbəsində mücərrəd, vizual gözəllik yaratsa da, kəlmələrin necə dərin tənhalığın və çarəsizliyin ağrısı kimi şəkil alır. Bu iki kəlmə sanki gündən-günə özünü ağır psixi xəstəliyin dumanında itirən Emmanın real dünyayla yeganə bağlantısına çevrilir.
Emmanın bu məktubları indi Hans Prizorna adlı həkim-psixatrın "psixi xəstələrin yaratdığı sənət nümunələri” adlı şəxsi kolleksiyasında saxlanılır.
Günel Eminli
Kaspi 2019.- 23-25 noyabr.- S.18.