Dünyanın ən nüfuzlu ədəbiyyat mükafatını
qazanmış kitablar
Ədəbiyyat nümunəsinin hansısa mükafatı alıb-almaması təbii ki, bir göstərici deyil. Bu gün klassika kimi qəbul edilən onlarla nümunə bir zamanlar mükafat gözləmədən yazılıb, hətta layiq olduqları dəyəri belə görməyib. Amma "Nobel”, "Pulitzer”, "Hugo”, "National Book” kimi dünya ədəbiyyatının sanballı mükafatlarından bir neçəsinə layiq görülmək artıq müasir dünya ədəbiyyatında bir nümunənin əsl dəyəri, çəkisi haqqında fikir söyləməyə əsas verir. Bu mükafatların hamısına layiq görülməyən romanların daha aşağı pillələrdə dayandığı kimi yanlış fikrə əsas verməmək üçün siyahının bir etalon olmadığını vurğulamaq lazımdır. Çünki bir qurum və ya oxucu qüsursuz qiymətləndirmə əsasında tam obyektiv bir siyahı tərtib etmək iqtidarında deyil. Bu siyahıdakı romanlar da yuxarıda sadaladığımız mükafatların hamısının qalibi olmasalar da, beynəlxalq səviyyədə nüfuzlu mükafatların hamısının münsiflər heyəti tərəfindən bəyənilmiş, təsdiq almış romanlardır.
· Markes – "100 ilin
tənhalığı” ("One hundred
years of solitude”)
· Jose Saramaqo
– "Korluq” ("Ensaio
sobre a cegueira”)
· Con Steynbek
– "Qəzəb üzümləri”
("The grapes of wrath”)
· Toni Morrison – "Sevilən” ("Beloved”)
· Entoni Doer – "Görmədiyimiz
bütün işıqlar”
("All the light we cannot see”)
· Ursula Le Quin –
"Evsizlər” ("The dispossessed”)
· Arundati Roy – "Kiçik
şeylərin Tanrısı”
("The God of small things”)
· Salman Rüşdi
– "Gecəyarısı uşaqları”
("Midnight’s children”)
· Xuan Qoytisolo
– "Pərdəarxası” ("Telon de boca”)
· Rupi Kaur –
"Süd və bal”
("Milk and honey”)
Salmanqızı, Elcan.
Kaspi 2019.- 30 noyabr - 2 dekabr.-
S.11.