Tolkun Eşbek
Şair, nasir və ədəbiyyatşünas, Mirzə
Uluğbəy adına Özbəkistan Milli
Universitetinin müəllimidir. Bir neçə nəsr və şeir
kitablarının müəllifidir. Özbəkistan
Yazıçılar Birliyinin üzvüdür.
Nəsimimim əbədi nuru
(poema)
Böyük Azərbaycan şairi
Nəsimi doğumunun 650 illiyinə
Əcdadlardan qalan irsin
Misilsizdir cilası.
İmaddədin Nəsiminin
Günəş kimi ziyası.
Böyük şair əzizləyib
Azərbaycan dilini
İrfan
nurun bəxş eləyib
Düşünərək elini.
Ustadına mehr ilə
"Hüseyni”dən başlamış.
Təriqətin şeir ilə
Əsərlərə aşılamış.
Sufiliyin
nurun yaymış,
Haqqın
camalı kimi
Övliyalar kamın saymış,
Allah vüsalı kimi.
Riyaziyyat,
nücum elmin
Qəlbinə həmrah etmiş.
Öyrəndikcə irfan dilin,
Murad-məqsədə yetmiş.
Təsəvvüf və hürufilik
–
Həqiqətin təlim
Şeilərdə coşub müdrik,
Öydü onu nur kimi.
Mir Əlişir Nəvai də,
Sözündə sonsuz qüdrət.
Ehtiramın bəyan etdi:
"Nəsayim ul-məhəbbət!”
Türkcə şeirləri üçün
Uca tutdu adını.
"Şeirinin cövhəri üçün
Öydü şair zatını.
Din elinə dəyər verən
Şair qəlbi ziyadır.
Haqqı
hər şeydən ön görən
Nədimi bir dünyadır.
Qəhrəmanlıq timsalıdır
Şairin
hər sətiri
əsrlər ötdükcə
bir-bir
bilinməkdə qədiri.
Vədəbaz və vəfasızı
Daim ifşa edərdi,
Cəhalətlə nadanlığı
Yox etmək
idi dərdi.
Yanılana yol göstərib
İmansızdan seçərdi.
Etiqada önəm verib,
Cahildən vaz keçərdi.
İki cahan içrə müdam
Haqq yolunu tutmuşdu.
Gülzarından diləyib kam,
Acıların udmuşdu.
Könül mülkünü yaxardı
Daim irfan məşəli.
Nəsillərə nur aşlardı
Günəş kimi əməli.
Cisim ilə can birliyinə
Ruhu keşik
çəkərdi.
Arzusuna,
diləyinə
Xeyirxahlıq əkərdi.
Nəsiminin qəlb dəftəri
Könüllərə örnəkdir.
Hikmət
kimi hər əsəri
Günəşdən bir diləkdir.
Can fəda etmişdi o,
Xeyirxahın yolunda.
Amma sonda qurban oldu
Cəhalətin əlində...
Başın alıb çıxıb
getdi
Azərbaycan yurdundan.
Tənələr hər yana yetdi
Ər şairin
ardından.
Anadolu, Bağdad, Bursa,
Didərginlik yolları.
Döyüşən qələmdən,
amma
Yorulmadı qolları.
Hələbdəki müsibətlər
Qəddin bükə bilmədi.
Nə olsa, şeirdən şeir
Əlin çəkə bilmədi.
Qismət
imiş cəhalətə
Sonda saçdı nifrətin
Göstərdi əhli-ümmətə
Nə olduğun
bidətin.
Heyhat, zülüm çarəsini
Tapa bilmir alimlər.
Nədən şair dərisini
Soydu qansız
zalımlar?!
Müəyəddin – qəddar sultan,
Qan içməkdən
qudurub.
Şair
dərisin dabandan
Dir-diri soydurub!
Nəsimi
baş əyməsə
də,
Bir vəhşinin hökmünə
O zalım heç dəyməsə də,
Şairin
bir tükünə!..
***
Arxada qaldı zamanlar,
Şair canlı dastandır.
Onu əzbər bilən kim var,
Qəlbi bir gülüstandır.
Hikmət bağın yaradıb o,
Fəda edib canını
Nəsillərə can atıb o
Qurban verib qanını.
Özbək xalqı ta əzəldən
Öz fəxri bilib onu
Tanıyıb hər bir qəzəldən
Azərbaycan oğlunu!
Orijinaldan (özbək və rus) tərcümə
edən:
Akif Azalp
Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətini üzvü,
filologiya üzrə
fəlsəfə doktoru
Kaspi 2019.- 9-12 noyabr.- S.18.