Kristina Yarləqəbova
Özbəkistanda doğulub. Xareoqrafiya İnstitutunu bitirib.
Keçmişdən gələn qonaq
(İmadəddin Nəsiminin 650 illiyinə)
"Məndə sığar iki cahan.
Mən bu cahana sığmazam.”
Ah, Nəsimi,
əsrlər keçir,
Böyük şairin
adı səslənir.
Qoy bu
müjdəni çatdırsın səba
İndi sizin
olduğunuz məvaya.
Nəsillər oxuyub yad edir
Sizi!
Siz dirilərdən dirisiniz!
Bizim XXI əsrə
xoş gəlmisiniz,
Qaynayıb qarışın xeyrin və bəxtin
Yeni dünyasına.
Buyurun on doqquzuncu
ilə,
Ey əyilməz insan, üsyankar şair!
Sizdən bütün dünya
xahiş edir bunu.
Nur verin bizim
əsrə,
Buyurun!
Orta əsrlərə
xas görkəminiz
Bizə əsla qəribə
gəlmir.
Çünki ekrandakı o qəmgin bəniz
Ağıllı və çağdaş
tövrə malikdir.
İlk dəfə
heyrətdən titrədi
dünya:
Nəsimi ki sağdır! Baxın, o sağdır!
Ekrandan yer
üzünü
Bir dərin insan süzərək
Altı əsr
sonra təmkinlə deyir:
Seyid İmadəddin
Nəsimiyəm mən,
Azərbaycan torpağında doğuldum,
Şamaxıdır doğma şəhərim!
Duydum, nəğmə
dedim, alışdım,
Qafiyə üstündə danışdım.
Sevgim oxşadıqca
yurdun könlünü
"Nəsimi” adlandırdı
məni torpağım!
Gənclikdən qələmi munisim saydım,
Heç vaxt şeirdə, sözdə yalan demədim,
Quranı müqəddəs bildim hər zaman,
Məhəmməd peyğəmbər ruh verdi mənə.
***
Mən göylərin
səsiyəm,
Tanrı nişanəsiyəm!
Yaşamaq istədim sərbəst və çılğın,
Allahın ruhunu daşıyıb!
Yaşamaq istədim azad və dalğın,
Hamıya əzmimi aşılayıb,
Yerdə sürünmək yox, uçmaq istədim!
"Gənci-nihan mənəm
mən uş,
eyni-əyan mənəm, mən
uş,
Gövhəri-kan mənəm mən uş,
bəhrəvu kanə sığmazam”.
Mən keçmişi
anıram,
Mən anmaya
bilmirəm!
Qoy yüz illərlə sonra
uyusun mənim tənim,
Təki ruhum
çağlasın!
Mən həmin
şamaxılı,
Üsyankar bir şairəm.
Cahil ilə
nadana
Nifrətimlə mahirəm!
Ey qəddar zamanların
Zalım hökmdarları,
Yaranışın şərəfi
insan olduğun danıb
Ucaltdınız "dar”ları!
Mən öz
həqiqətimi
Başdan bəri yüz dəfə
Təkrar etmişəm sizə”
Səndə bulundu, gövhərin
Mədən sənsən, ey sənəm!”
Mən tərənnüm
etmişəm
Təbiət gözəlliyin,
Qadın ülviliyini.
Sevgi haqda
qəzəllər,
Tuyuqlar yaratmışam.
Sevgidən də ucada
nə ola bilər axı,
Məhəbbətsiz həyatın
varmıdır bir mənası?!
Ah bunların qəlbindən
əsən sehirli duyğu,
ay da sənə
vurğundu,
gün də sənə
vurğundu!
Sən qızılgüldən
gözəl,
Nərgizdən qamətlisən,
Can və tən birliyinin
Hüsnütək heyrətlisən!
***
Mən bütün
yaranışı,
Kəhkəşanı öyürəm,
Qaranlıqdan işığa
Nura doğru
uçuram,
Yüngül və zərif mehlə
Təhlükəni söndürüb
Mən nəyə
güvənirəm,
Mən nəyi anlayıram?
Öz könül
sirlərimi
Mən kimə inanıram?
Mən Haqqın
zərrəsiyəm,
Susmağı, ya məsləki
Satmağı bacarmıram.
Ah Nəsimi, mürşidim,
Mənim yeganə pirim!
Sən məsləkin
yolunda
Edamı qəbul etdin.
Mən Bağdada
üz tutdum,
Sənin etiqadını
Yaymaq, tanımaq üçün.
Tərk etdim
doğma yurdu
Aydın səması ilə
Mən Misiri
görəndə
Tutqun səması
ilə
Yuxumu xatırlayıb,
Yuxumu xatırlayıb,
hiss etdim
ki, bir daha
Geri qayıtmayacam!
Allahıma üz tutdum:
"Rəhm edib ruhuma,
Özün hifz elə məni!”
***
Hələbdə zindanda olarkən
"həbsiyyə”lər
yaratdım,
Rəsul bələdçim oldu,
Öz aydın
ləhcəmlə
Allahla söhbət etdim.
Mənə cənnət vəd
etdi.
Nahaq mən
məhkəmədən
Bəraət gözləyirdim,
O mənə sifarişli
Edam cəzası kəsdi.
(Orda sultan Müəyyəd
Şairin dərisini
Dir-diri soydurmaq
Qərarına gəlmişdi,
Təki kütlə
seyr etsin
Tanınmaz halda onu,
Heç doğma anası da
Tanımasın oğlunu!
Təki xalq
ibrət alsın
Allahın cəzasından,
Kafirlər gözləyən
Amansız bəlasından!)
Mən əminəm,
qayəmin
Daim doğruluğuna.
Sadiq oldum,
sadiqəm,
sadiq olacam ona.
Qatillərim, son anda
Gülməyim gəlir sizə.
Dərimi soyursunuz
Heçsiniz Söz önündə:
"Ərş ilə
fərşü kafünun
Səndədir, ey mələk, bu gün!..”
(Eşidirsiz, nə
deyir
Yolundan dönməz şair.
Sənətin və nifrətin
Necə sərrast
söyləyir:
"Zahidin bir barmağın
kəssən, dönüb haqdan
qaçar,
Gör, bu
gerçək aşiqin
Sərpa soyarlar ağrımaz!”)
Əslində, qanımı siz
Nanaq yerə
tökməklə,
Məni dirildirsiniz
Gələcəyin
gözündə,
İnsanlığa sevgimlə
Haqqa
sədaqətimlə!
Ərşin on
doqquz qatı qarşımda
Taybatay açdı
zər qapılarını,
Dönməzliyim üçün
haqq savaşında,
Bəxş etdi
cənnətin tər gülüzarını!
***
Doğma məvam Bakıda,
Bir dəniz
paytaxtında
Ayaqdayam, bürünüb
Qranitə, bürüncə.
Sevgi gülləri
məni
Qərq etməkdə sevincə.
Haqqa Nəsimi kimi
Qoşulmaq istəyirəm
Bu yenicə
dünyasının,
Möcüzə məvasına.
Gələcək, mən
diriyəm!
Mən hələ də şeirin,
Eşqin və musiqinin
Nur bəxş
edən piriyəm!
Orijinaldan (özbək
və rus) tərcümə edən:
Akif Azalp
Azərbaycan-Özbəkistan Dostluq
Cəmiyyəti İdarə Heyətini üzvü,
filologiya
üzrə fəlsəfə doktoru
Kaspi 2019.- 9-12 noyabr.-
S.18.