Öktəmay
Namanqan vilayətində anadan olub. Namanqan Dövlət Universitetini
bitirib. Bir çox şeir kitablarının müəllifi,
Özbəkistan Yazıçılar
Birliyinin üzvüdür.
Nəsimi
Dünya
görməmişdi belə
rəzalət,
Millətə, şairə, sözə
xəyanət,
Getmişdimi yoxsa dindən dəyanət,
Dərisini soydular İmadəddinin!
Şairin
suçu yox, sözündən başqa,
Alovtək parlayan gözündən
başqa
Dərdin
kimdə bilməz özündən başqa
Haqlığın duydular İmadəddinin!
Nə vaxt dinləyibdir şairi zaman,
Bəs sən harda idin, ey
əhli-iman.
Amansızlar o gün vermədi
aman
Qanına
doydular İmadəddinin!
Nadürüst dünyanın şiri
idi o,
Əyilməz ərənlər əri
idi o,
Xalqının misilsiz nəri idi o,
Bağrını oydular İmadəddinin!
Amma o parlar eşq ayətlərindən,
Məhəbbət yağmaqda hikmətlərindən
Nəvainin yüksək qiymətlərindən
Adın
Pir qoydular İmadəddinin!
Bu gün bütün dünya eylər onu yad,
Türk
qələmi bilər
özünə ustad,
Belə
olar deyə, ölməz istedad
Sehrinə uydular İmadəddinin!
Orijinaldan (özbək və rus) tərcümə edən:
Akif Azalp
Azərbaycan-Özbəkistan Dostluq
Cəmiyyəti İdarə
Heyətini üzvü,
filologiya üzrə
fəlsəfə doktoru
Kaspi 2019.- 9-12 noyabr.-
S.19.