Gülçöhrə Şəhabəddin qızı

  Daşkənd şəhərində yaşayır. Nizami adına Başkənd Dövlət Pedaqoji İnstitutunu bitirib. Bir sıra şeir və nəsr kitablarının müəllifi, Özbəkistan Yazıçılar Birliyinin üzvüdür.

Nəsiminin suçu idi?!

 

Məkanla zamana, ana sığmayan,

Yüksək ruhu cismə, cana sığmayan,

İmanı bəyana, şaha sığmayan

Nəsiminin suçu idi, axı?!

 

"Ənəlhəqdeyib, haqq üçün verdi can,

Könüldə Quranla ləkəsiz vicdan.

Dərisin soyduran imansız sultan

Axı, Nəsiminin suçu idi?!

 

Tərənnüm edirdi təriqətini,

Göylərə qaldırıb həqiqətini,

İrs qoyub hürufi ülviyyətini,

Deyin, Nəsiminin idi suçu?!

 

Haqqın kəlamların etdikcə təkrar,

Söz yolunda can qoydu o üsyankar.

Ölümsüz mərdlərə ölüm etməz kar

Nəsiminin suçu idi axı?!

 

Azər tarixinə düşdü münasib

Özbəyə oldu şöləsi nəsib,

Yad dedilər, edam hökmünü kəsib

Axı, Nəsiminin suçu idi?!

 

Sözün zirvəsində durub şahanə,

O şeir oxudu mərdi-mərdanə,

Fitva verən çağda qəddar zəmanə

Deyin, Nəsiminin nə idi suçu?!

 

Qaniçən dünyaya güldü gedəndə

Haqqın düşmənlərin bildi gedəndə,

Haqdan başqasını sildi gedəndə,

Nəsiminin suçuidi, axı?!

 

Etiqad yanında məslək uğrunda,

Ölümün gözünə dik baxdı sonda

"Ənəlhəq!” deyə qıy vurduğu anda

Nəsiminin suçu yox idi əsla!

Orijinaldan (özbək və rus) tərcümə edən: 

  Akif Azalp 

  Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətini üzvü,

 filologiya üzrə fəlsəfə doktoru

 

Kaspi 2019.- 9-12 noyabr.- S.19.