Nurəddin
Əmincan
Nəsimidən təxmis
Ey gülüm, yarın vəfa bağında bağban oldu, gəl,
Qəmli könlümdən çıxıb, nur eşqim əyan oldu, gəl,
Dadlı
vəslindən uzaq
hey didə giryan oldu, gəl
"Həsrətindən yandı
canım, cigərim qan oldu, gəl,
Sənsiz işim gecə-gündüz
ahü-əfğan oldu,
gəl”.
Hey dikildim köşkünün
sağlarına, sollarına,
Tuş gəlib ah-zarlarına hər anda "bol-bol”larına,
Səbrim
sonda misal göstərdilər qullarına,
"Ol yaşın
hər qətrəsi dəryayi-ümman oldu, gəl”.
Can verəndə bilmədim, eşqin sonu hicran imiş,
Vəsfin
üçün bir ümid etdim könüldə pərvəriş,
Üstümə əğyarları salmaq
deyildir doğru iş,
"Düşməni güldürmə,
şahim sağlığilə
gəl iriş,
Müddəilər ta deməsün qövlü yalan oldu, gəl.”
Eşq əzəldən peydadır
aşiq ürəyin yaxmağa,
Ya qəfil şimşək olub aşiq başında çaxmağa,
Ayrılıqda aşiqin ağlar
gözündən axmağa,
"Bilməz şol gözlərim sənsiz cahana baxmağa,
Aləmin zövqü səfası mənə zindan oldu, gəl.”
Eşqimi
çatdır deyə,
üz tutdum hər xanəndənə,
Dərdimi anlat deyə yalvardım hər nazəndənə,
Gəl,
Nurəddin, taleyin etmə yolunda təntənə,
"Gündə min gəz cövr elədi bu Nəsimi bəndənə,
Hər nə könüldən keçərsə,
şuna qurban oldu, gəl”.
Orijinaldan (özbək və rus) tərcümə
edən:
Akif Azalp
Azərbaycan-Özbəkistan Dostluq
Cəmiyyəti İdarə
Heyətini üzvü,
filologiya üzrə fəlsəfə doktoru
Kaspi 2019.- 9-12 noyabr.-
S.19.