Gülzirə
Şərifova
1957-ci ildə
Qırğızıstanın Oş vilayətində
doğulub. Başkənd Dövlət Universitetini bitirib.
Hal-hazırda Demokratiya və İnsan Hüquqları İnstitutunda
fəaliyyət göstərir.
Nəsimi
(anadan
olmasının 650 illiyinə)
Böyük bir bayramdı türk dünyasında,
Seyid Nəsiminin doğum ilidir.
Şeiri olduğundan türk libasında
Özbək də o mərdi öz oğlu bilir.
Yazıb-yaradıb o Azərbaydanda,
Tərənnüm edərək var həqiqəti.
Nəvaları axır bu gün də qanda,
Heyrətə gətirib bəşəriyyəti!
İnsanlığın şərəf salnaməsində
Əyilməz qürurun timsalıdır o!
Əsrlərin qızıl səhifəsində
Mərdlik və cəsarət əmsalıdır
o!
Orijinaldan (özbək və rus) tərcümə
edən:
Akif Azalp
Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti
İdarə Heyətini üzvü,
filologiya üzrə fəlsəfə doktoru
Kaspi 2019.- 9-12 noyabr.- S.19.