Gülşən
Rəhim
Şairə və ədəbiyyatşünas,
bir sıra elmi tədqiqatların
və "Mənliyin dayanacaqları” adlı şeir
kitabının müəllifidir. Özbəkistan
Respublikasının Elmlər
Akademiyasında fəaliyyət göstərir.
Nəsiminin 650 illiyinə
Hər bir könül
Kəşf edərkən Allahını,
Yolun çətin tapsa,
İrad
tutmayın!
Axı,
gün keçirir o,
Öz böyük əsrində,
Haqqın
gəzən ürəyin
Balaca qəsrində...
Haqqa çətin yol tapıb
Zamanımı azmam,
Təriqətə yetişmiş
Kənan
şeyxi, ya Züleyxası...
Həqiqətə qovuşmuş
Haqqın
Mənsur Həllacı...
Mənim
sınıq könlüm,
Divanə
könlüm
Kimdi axı,
azmanların yanında?!
Çətin tapar, əlbəttə,
Azadlığın mürşidsiz.
Di gəl ki, ondan
gec-tez
Bir tufan gözlənməkdə...
Orijinaldan (özbək və rus) tərcümə edən:
Akif Azalp
Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətini üzvü,
filologiya üzrə fəlsəfə
doktoru
Kaspi 2019.- 9-12 noyabr.- S.19.