Obrazı necə yaratmalı?
Obrazı
necə yaratmalı?Məşhur Amerika yazıçısı Ernest Heminqueyin
gənc yazarlara belə bir tövsiyəsi
var: "Elə bir obraz yaradın
ki, onu öz
yanınızda görə
biləsiniz, yaratdığınız
obraz ətrafınızda
dolaşa bilsin. Heminquey sözün əsl mənasında dünyanı
gəzib, görmüş
bir sənətkar olub. Bir neçə dəfə
ailə qurub, ayrı-ayrı şəhərlərdə
yaşayıb, müxtəlif
qadınlara sevgi macərası olub. Yəni onun təcrübəsi və həyat yolu imkan verib ki,
belə bir məsləhət versin.
Ədəbi obrazlar, əslində, canlı varlıqlardır. Onların ömrü
hətta insan ömründən də uzundur. Servantesin Don Kixotu, Tolstoyun Anna Kareninası, Şekspirin Hamleti, Floberin Madam Bovarisi, Coysun Ulissi bizimlə birgə yaşayır, bizdən sonra da yaşayacaq. Biz tez-tez hər
gün bu qəhrəmanları xatırladan
insanlarla rastlaşırıq.
Bəzən elə olur ki, müəllif ikinci plana keçir,
onun yaratdığı
qəhrəman daha çox qabarır. Məsələn, Don Kixot obrazını
buna misal çəkmək olar.
Məncə, Migel de Servantes
tanınmaqda öz obrazından geri qalır. Buna müəllifin
xoşbəxtliyi də
demək olar, bir az da müasir düşüncə ilə
yanaşsaq müəllifin
ölümü də
deyə bilərik. Azərbaycan ədəbiyyatında da dillər əzbəri olan, özünə müstəqil
yaşamaq hüququ qazanan ədəbi qəhrəmanlar var. Mirzə
Cəlilin Şeyx Nəsrullahı, Mirzə Fətəli Axundovun Hacı Qarası kimi obrazlar özgür
yaşamaq hüququ əldə ediblər.
Ədəbi tənqidçilərin bir
qismi hesab edir ki, əsərin
qəhrəmanı yadda
qalmalı, oxucuda dərin təəssürat
oyatmalıdır. Qəhrəmanı xatırlanmayan əsər
uzun müddət yaşaya bilməz, unudulacaqdır. Bəzi tənqidçilər
isə düşünür
ki, əsas əsərin süjeti yadda qalmalıdır, hadisələr oxucunun cəlb etməlidir. Qəhrəmanlar obrazlar yadda
qalmasa da əsərin süjet xətti oxucunu təsiri altına almalıdır.
Bəs bu obrazı necə yaratmaq lazımdır? Ona əbədi
həyat qazandırmaq
üçün yazıçı
nə etməlidir, necə yazmalıdır?
Bu sual yazıçıların
heç də hamısını maraqlandırmır.
İndi kitab bazarında daha çox gündəmdə olmaq və çox satılmaq əsas meyara çevrilib. Yenə qayıdıram Ernest Heminqueyin
gənc yazarlara tövsiyəsinə. İndi bu
tövsiyə nə qədər aktualdır.
Dünyada ədəbiyyatın istiqamətinin dəyişdiyi,
hətta postmodernizimin
də köhnəldiyi
bir dövrdə Heminqueyin məsləhəti
öz dəyərində
qalırmı? Təbii
ki yazıçı yaratdığı obrazı
hiss etməli, görməli
və ona inanmalıdır. İndiki ədəbi
tələblərlə yanaşsaq
yazıçı öz
obrazını bu tələblərdən kənarda
da saxlaya bilər. Lakin əsas məsələ
odur ki, oxucu əsərin qəhrəmanlarına inansın.
Yazıçı öz qəhrəmanını
necə seçməlidir? Həyatdan, tanıdığı
adamlardan, şahidi olduğu hadisələrdən,
yoxsa özündən
əvvəlki dövrdən,
tarixdən götürməlidir?
Bəlkə təxəyyülündə yaratmalıdır, fantaziyasını
işə salmalıdır,
mətn içində
olan mətnlərdə
gizlənməlidir? Bəlkə, paralel zamanlar içində olmalıdır
qəhrəman, həm
indiki həm keçmişi həm də gələcəyin içində var-gəl etməlidir? Bu suallar
qalsın bir yana. Mətnə necə
başlamaq lazımdır?
Yazacağı əsərin süjetini
əvvəlcədən düşünürlər,
yoxsa hər şey yazanda meydana gəlir. Reallığı yazmalı, yoxsa
özündən uydurmalı?
Olmuş
hadisəni öz əlavələrinlə zənginləşdirib
oxucuya təqdim etsə necə olar? Bəs qəhrəmanların adları? Onlar necə olsun,
təsadüfi bir ad, yoxsa obrazı ifadə edən ad olmalıdır? Bəlkə, yazıçı qəhrəmanının
əvəzinə danışmalıdır,
obrazı müəllifə
çevirməlidir? Digər tərəfdən
müəllif qarşısında
mürəkkəb, yoxsa
sadə yazmaq sualı da var. Oxucu sadə əsərləri başa
düşdüyünə görə bəyənməyə
bilər. Ya da qarışıq süjetlər, mürəkkəb
cümlələrlə oxucunu
qaranlığa salmaq lazımdır...
Bu qədər sualların
qarşısında müəllif
elə yazmalıdır
ki, oxucuda əlavə sual yaranmasın.
Səxavət Sahil
Kaspi 2019.- 12-14 oktyabr.- S.14.